Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
etdim.  Onlar  Namiqin  həmin  axşam  gözlərinin  qabağında  olduğunu 
və hamama girib-çıxandan sonra bir az çay içib söhbət edərək, sonra 
yatdığını bildirdilər. 
Namiqlə, necə deyərlər, üzülüşüb məktəbə getdim və Mikayılgilin 
ən  yaxın  qonşusu  olmuş,  Feyzi  kişini  oraya  gətizdirdim.  Feyzi  kişi 
yetmiş  beş  yaşında  qoca  bir  kişi  olduğu  üçün  əvvəlcə  ona  elə  bir 
əhəmiyyət  verməmişdik.  Onu  sinif  otaqlarının  birində,  təklikdə 
danışdırdım. 
-
 
Feyzi kişi, sən dünyagörmüş adamsan. Bəlkə bu işi açmaqda bizə 
kömək edəsən? Sən bu kənddə hamını yaxşı tanıyırsan. Sənin fikrincə 
bu işi kim eləmiş olar? 
-
 
Nə bilim, ay oğul. - Feyzi kişi başını buladı - Zəmanə elə xarab 
olub ki, heç kimdən baş açmaq olmur. Gül kimi uşaqlar idi onlar. Özü 
də  camaatın  balalanna  elm  öyrədirdilər.  Gərək  nə  qədər  qansız,  nə 
qədər allahsız olasan ki, o cür gəlinə əlin qalxa. 
-
 
Sən  onların  qonşususan.  Heç  həmin  gün,  ya  bir  gün  əvvəl  nəsə 
şübhəli görünən bir şeyə rast gəlməmisən? 
Feyzi  kişi  bir  az  duruxub  fikrə  getdi.  Cibindən  təsbehini  çıxarıb 
oynatmağa başladı. 
-
 
Feyzi dayı, - dedim. - Bir şey bilirsənsə məndən gizlətmə. 
-
 
Gizlətmə  deyəndə  ki,  ay  bala  qorxuram  qoca  vaxtımda  çaşmış 
olam, sizə də kömək etmək əvəzinə yolunuzdan yayındıram. 
-
 
Sən bildiyini de, qorxma, yayınmarıq. 
Feyzi kişi təsbehini oynatmağı dayandırıb üzümə baxdı: 
-
 
Mən həmin axşam həyətə düşmüşdüm. Bayır yaman qaranlıq idi. 
Göyün  üzünü  bulud  tutmuşdu.  Lap  uzaqlarda  arabir  şimşək  çaxırdı.
Birdən mənə elə gəldi ki... qonşuda çığırtı eşitdim. 
-
 
Necə? - stulumu bir qədər yaxma çəkdim. - Hansı qonşuda? 
-
 
Rəhmətlik Mikayılgildə deyirəm də?.. - Kimin səsi idi? 
-
 
Vallah ayıra bilmədim. Ancaq qadın səsi olmalıydı. Bəlkə də mən 
yanılıram, bəlkə elə qulağım məni aldadıb. Dəqiq deyə bilmərəm. 
-
 
Qışqırtı çox eşidildi? 
-
 
Yox! Elə bir dəfə ötəri eşitdim. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Feyzi  dayı,  yaxşı  yadına  sal,  sən  allah,  bu  saat  neçədə  oldu?  - 
Hiss edirdim ki, kələfin ucu daha lap əlimin yaxınlığındadı. 
-
 
Saatı deyə bilməyəcəm, başına dönüm. 
-
 
Nə pis oldu bu?! - Əlimi özümdən asılı olmayaraq stola vurdum. 
-Bəs sonra? Sonra nə etdin? 
-
 
Nə edəcəm? Bir  az  yerimdə dayanıb qulaq asdım.  Daha heç bir 
səs  eşidilmədi.  Fikirləşdim  ki,  qulağıma  səs  düşüb.  Birdən  yavaş-
yavaş yağış yağmağa başladı. Mən də tələsik evə çıxdım. 
-
 
Demək həmin səsi eşidəndən az sonra yağış yağdı? 
-
 
Bəli başına dönüm, dörd-beş dəqiqə sonra. 
-
 
Deməli, həmin səsi ıı-ə 20 dəqiqə işləmiş eşitmisən. 
-
 
Daha  onu  deyə  bilmərəm,  yalançı  olaram.  Feyzi  kişi  gedəndən 
sonra başımı əllərimin 
arasına  alıb  otaqda  tək  qaldım.  Deməli,  saat  10-  20-də.  Axı  bu  vaxt 
Təranə qardaşıgildə olub?! Fikirlərim tamam qarışdı. Yox! Yox! Min 
dəfə  yox.  Bu  ola  bilməz!  Bu  qətiyyən  ola  bilməz.  Feyzi  kişi  düz 
demir! Bilərəkdən, bilməyərəkdən məni azdırır... 
Direktor otağa girəndə fikirdən ayıldım. 
-
 
İşiniz yoxdursa, gedək bizdə nahar edək. 
-
 
Yox,  sağ  olun!  -  dedim.  -  Xahiş  edirəm.  Təranəni  buraya 
çağırtdırın. 
Qəti  qərara  gəldim  ki,  Təranə  ilə  ciddi  söhbət  edib,  bu  qaranlıq 
məsələni işıqlandırım. 
Bir qədərdən sonra dəhlizdə acıqlı səs eşidildi: 
-
 
Nə olub yenə? Bir adamı neçə dəfə danışdırırlar? 
Bu Oqtaym səsi idi. Mirağa müəllim onu sakitləşdirməyə çalışırdı. 
Onlar otağa birlikdə daxil oldular. 
-
 
Hanı Təranə? - deyə sakitcə soruşdum. 
-
 
Ondan  nə  soruşmaq  lazımdır,  soruşmusuz  da!  İndi  nə 
soruşacaqsız? 
Birtəhər hirsimi boğub dilləndim: 
-
 
Lazım  gəlsə,  hər  ikinizi  şöbəyə  aparıb,  gecəni  də  orada 
saxlatdıraram. Sizinlə mülayim 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
rəftar  etdikcə  cızığınızdan  çıxmayın!  Burada  söhbət  iki  insanın 
ölümündən gedir. Vacib olsa bir adamı yüz dəfə danışdıracağıq. 
Oqtay nə deyəcəyini bilməyib üzümə baxırdı. 
-
 
Nə  gözləyirsən?  Get  arvadını  göndər  gəlsin!  Özün  də  buralarda 
ol! 
Oqtay  çıxdı.  Bir  az  keçmiş  Təranə  ilə  qayıdıb  gəldi.  Direktordan 
da,  ondan  da  xahiş  etdim  ki,  dəhlizə  çıxsınlar.  Təranəyə  oturmağı 
təklif etdim. O stulda oturdu. Nədən başlayacağımı qət etməmişdim. 
Bir az fikirləşib sözə başladım: 
-
 
Təranə xanım, istintaq zamanı hər bir suala düzgün cavab vermək 
lazımdır. Ya qorxudan, ya əhəmiyyətsiz hesab etməkdən 
yanlış  verilən  bir  cavab  istintaqı  səhv  yola  salır  və  cinayətin 
açılmasını yubadır. 
-
 
Mən nəyi düz demirəm ki? - kədərlə soruşdu. 
-
 
Siz  o  gecə  qardaşmızgili  sağ-salamat  qoyub  saat  ıı-də  onlardan 
çıxmısız, eləmi? 
-
 
Bəli. Daha doğrusu on birə beş dəqiqə qalmış. 
-
 
Orada sizdən başqa qonaq olmayıb ki? 
-Xeyr! 
-
 
Çıxanda qardaşınız sizi yola saldı? 
-
 
Yox...  həyətə  düşmədi.  Mən  hiss  edirdim  ki,  onlar  yorulublar. 
Yatmaq istəyirlər. Konsert qurtaran kimi ayağa qalxıb sağollaşdım. 
-
 
Darvazanı bağlayan olmadı? 
-
 
Yox, darvazanı mən örtdüm. 
-
 
Ayrılanda nə danışdınız? 
-
 
Mən  ayağa  qalxıb  dedim  ki,  «Gecəniz  xeyrə  qalsın,  mən 
getdim!»  Onlar  da  dedilər  ki,  «xeyrə  qarşı».  Ancaq  dalımca  həyətə 
düşmədilər. 
-
 
Belə çıxır ki, onlar sizə qarşı laqeydlik ediblər. 
-
 
Necə deyim... Bəlkə də... 
-
 
Yaxşı!  Saat  on  birə  iyirmi  dəqiqə  işləmiş  Mikayılın  evindən 
çığırtı səsi gəlib. Bu barədə nə deyə bilərsiz? 
-
 
On birə iyirmi dəqiqə işləmiş? - deyə təkrar etdi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə