Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
ekspertizanın  nəticəsinə  şübhəmi  bildirdim.  Ancaq  daha  həmin 
müddəti uzadıb saat 12-yə çıxartmayacağıq ki! 
-
 
Düz deyirsiz! - dedim. - Ancaq hər şey ola bilər. Sonradan kimsə 
yad adam gəlsə, qalxıb yerlərini yığışdıra da bilərlər. Mən nədənsə
Ağasəmədin  bu  işi  etdiyinə  inana  bilmirəm.  Qaldı  Təranə,  o  barədə 
danışmağa dəyməz. Mikayılı süfrədə Mikayılla oturub araq içən kişi 
öldürüb. 
-  Boş  şey  danışırsan!  -  Təyyar  müəllim  əlini  yellədi,  -  o  gecə  o 
bədbəxtlər  nə  yataqlarını  açmayıblar,  nə  də  yerlərinə  girməyiblər. 
Fəzayə  bişirdiyi  xörək  payını  tam  yeyib.  Elə  Mikayıl  da!  Mikayıl 
süfrə  başında  öldürülüb.  Deməli,  onlar  axşam  yeməyini  elə  ondaca, 
qonaqla birlikdə yeyiblər. Daha sənin dediyin kimi acqarına yerlərinə 
girib, sonra durub xörək bişirməyiblər. Ağasəməd cəfəngiyat danışır. 
Buna  şübhəm  yoxdur.  Mən  elə  bu  gecə  onun  boynuna  qoyacam 
cinayətini.  Ancaq  hər  halda,  bu  işdə  anlaşılmazlıqlar  da  yox  deyil. 
Belə çıxır ki, 
Mikayılgil  Təranəni  başdan  eləyib  sonra  şam  yeməyini  hazırlamaq 
istəyiblər. 
-
 
Bir  şey  də  var,  -  dedim.  -  On  birə  işləmiş  televizorda  maraqlı 
konsert olub. Təxminən ıı-ə 5 dəqiqə qalmış qurtarıb. Bəlkə buna görə 
Təranə  orada  olanda  xörək  bişirmək  sadəcə  olaraq,  yada  düşməyib. 
Axı Selcan Əsgərliyə indi hamı çox maraq göstərir?! 
Təhməzov söhbətə qanşdı: 
-
 
Ağasəmədin qatil olmağına mən də inanmıram. Ancaq hər halda 
gəlin onun dediklərinin nə dərəcədə düzgün olduğunu yoxlamaq üçün 
arvadını da danışdıraq. 
Mən  otaqdan  çıxdım.  Ağasəməd  məktəbin  qapısı  ağzında 
dayanmışdı.  Əvvəl  onu  göndərmək  istədimsə  də,  sonra  fikrimi 
dəyişdim.  Məktəbin  yanındakı  idman  meydançasında  oynayan  kənd 
uşaqlarından  birini  səsləyib  Ağasəmədin  arvadı  Həbibənin  dalınca 
göndərdim. 
Həbibə  çox  həyasız  arvad  idi.  Ağzına  nə  gəldi  danışa  bilirdi. 
Kənddə  elə  bir  arvad  ola  bilməzdi  ki,  onun  qabağına  çıxa  bilsin. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Ağasəməd özü də ondan it kimi qorxurdu. Gəlib otağa girən kimi bizi 
asıb-kəsməyə başladı: 
-
 
Nədir, nə istəyirsiz? Nə olub? 
-
 
Bir az sakit olun, sizdən bir kəlmə söz soruşacağıq.  - Təhməzov 
təmkinlə dilləndi. - Deyin görək əmisi oğlu öldürülən gecə Ağasəməd
onun evinə getmişdimi? Getmişdisə saat neçədə qayıtdı? 
-
 
Mən saat-maat bilmirəm. Siqaret tapşırmağa getmişdi. Getdi də, 
o saat qayıtdı da! Nədi, yoxsa onun boynuna yıxmaq istəyirsiz hə, bu 
işi?  Ay  siz  öləsiz!  Bütün  rayonu  bir-birinə  vuraram.  Elə  bir  o 
qalmışdı. 
-
 
Bəs qayıdanda nə dedi Ağasəməd? - Təhməzov heç elə bil onun 
sözlərini eşitməmişdi. 
-
 
Dedi  ki,  yatıblar.  On  dəqiqə  çəkmədi  gedib-gəlməyi.  O  atamın 
goru haqqı! İnanırsız? 
-
 
Yaxşı  fikirləşin,  bəlkə  bir  15-20  dəqiqə  çəkib?  -Seyidov  sual 
verdi. 
-
 
Müsəlman  deyilsiz?  Allaha  and  olsun,  onda  təqsir  yoxdur.  O 
adam  öldürəndir?  Eyibdi  sizin  üçün!  Camaatı  bir-birinə  düşmən 
eləməyin!  Gedin  axtarın,  adamınızı  tapın!  Bacısı  onlardan  gəlirmiş 
həmin gecə, bəlkə elə o eləyib? 
-
 
Niyə bilmədiyin şeyi danışırsan? - Seyidov əsəbiləşdi. - Bacı öz 
qardaşına əl qaldırar? Özü də elə ağıllı qadın! 
-
 
Əşi siz allah ağzımı açmayın! Mənim onsuz da adım vayqanlıdır. 
Abırlı qadın tapdınız! O qızıb. Qızan qadın da ki, pula görə qardaşına 
da əl qaldırar, hələ üstəlik atasına da. On min dollar az puldur? 
-
 
Haradan bilirsən pullann qədərini? 
-
 
Əşi  nə  pul?  Mən  pul  zad  bilmirəm.  Sizə  dedim  ki,  gedin 
adamınızı  axtarın.  Vallah  sizə  elə  toy  tutaram  ki,  adınız  yadınızdan 
çıxar! 
-
 
Az danış! Qadınlığına hörmət elə! - Mayor Seyidov ona təpindi. 
Sonra üzünü Təhməzova tutdu. 
-
 
Gedək,  Nadir  müəllim.  Bu  tayfa  ancaq  şöbədə  danışdırılanda 
quzuya dönür. Məktəbdə bunlarla danışmaq çətindir. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Biz  qalxıb  həyətə  çıxdıq.  Həbibənin  hay-  küyünə  əhəmiyyət 
verməyib  Ağasəmədi  polis  maşınına  mindirdik  və  rayon  mərkəzinə 
yola düşdük. 
Rayonda  baş  verən  başqa  bir  hadisəyə  Seyidovun  başı  müvəqqəti 
qarışdığı  üçün  həmin  gün  Ağasəməd  danışdırılmadı.  Səhəri  gün  isə 
mən  yenə  Qaradumanlı  kəndinə  getməli  oldum.  Qatilin  tapılmaması 
məni hamıdan çox narahat edirdi. Mən hiss edirdim ki, biz haradasa 
səhvə  yol  veririk.  Polis  Akademiyasında  bizə  mühazirə  oxuyan 
Qanbay Qasımlı deyirdi ki, «Bəzən ən adi bir söz, ən kiçik bir detal 
cinayətin  sirrinin  açılmağına  səbəb  ola  bilər».  Bəs  biz  hansı  sözü 
unutmuşduq,  hansı  kiçik  detalı  nəzərdən  qaçırmışdıq?  Qasımlı  bizə 
cəmi  üç-dörd  mühazirə  oxusa  da  mən  onu  öz  müəllimim  hesab
edirdim və  məndən cəmi beş  yaş böyük olmağına baxmayaraq onun 
müdrikliyi və təcrübəsi qarşısında baş əyirdim. İndi qərara gəldim ki, 
Qanbay müəllimin dediyi kimi heç bir kiçik detalı gözdən qaçırmadan 
baş vermiş bu hadisəni özüm araşdıracağam. 
Nadir  Təhməzov  yavaş-yavaş  qəti  qərara  gəlirdi  ki,  cinayətkar 
Təranədir.  Ancaq  yaxşı  ki,  onun  fikrinə  etiraz  edən  təkcə  mən 
deyildim.  Rəisimiz  də,  mayor  Seyidov  da  bu  məsələdə  Təhməzovun 
əleyhinə idilər. Seyidov özü isə təkid edirdi ki, cinayəti heç kəs yox, 
məhz  Ağasəməd  törədib.  Əslində  isə  Təhməzovu  da,  Seyidovu  da 
çaşdıran,  düzgün  yola  düşməyə  qoymayan  tibb  eksperti  Aqşin 
Dadaşovun verdiyi başdansovdu rəy idi. Ancaq mən belə düşünürdüm 
ki,  hadisə  təxminən  saat  ıı  ilə  12  arasında  baş  vermişdi  və  həmin 
hadisəni törədən şəxs nə Təranə, nə də Ağasəməd deyildi. Cinayətkar 
kimdirsə  o,  Ağasəməddən  sonra  gəlmiş,  Mikayılgil  də  qalxıb  onu 
mehribanlıqla qarşılamışlar. Yaxşı, bəs həmin adam kim ola bilərdi? 
Mənim  məqsədim  də  nəyin  bahasına  olursa,  olsun  naməlum  şəxsin 
kimliyini  müəyyənləşdirmək  idi.  Bəlkə  onda  Təhməzov  da,  hətta 
təcrübəsinə  hörmət  etdiyim  mayor  Seyidov  da  etiraf  edəcəkdilər  ki, 
indi  sahə  müvəkkili  olmağıma  baxmayaraq  cinayət  axtarışı  işini  heç 
də onlardan az bilmirəm. 
Əvvəlcə  Həsənalı  kişigilə  gedib,  onunla  və  ailə  üzvləri  ilə  söhbət 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə