Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
içdik. 
-
 
Deməli saat on birə kimi onlar sağ-salamat olub, eləmi? 
-
 
Bəli... 
-
 
Axı ekspertin rəyinə görə onlan saat ıo-ıı arasında öldürüblər. Bu 
necə olur? - Təhməzov əlini havada yellədi. 
-
 
Bilmirəm...  -  Təranə  ağlamağa  başladı.  Elə  ürəklə  və  yanıqlı 
ağlayırdı ki, mənim ona həqiqətən yazığım gəldi. 
-
 
Yaxşı, ağlama!  -  mayor Seyidov söhbətə qarışdı.  - Sən qardaşın 
gildən çıxanda yolda heç bir adama rast gəlmədin ki? 
Təranə yaylığı ilə gözlərinin yaşını silib, başını qaldırdı. Bir qədər 
dayanıb özünü ələ aldı və danışmağa başladı: 
-
 
Həmin gecə mən qardaşımgildən çıxanda hər yan zülmət qaranlıq 
idi.  Bərk  yağış  yağırdı.  Beş-altı  addım  getmişdim  ki,  gördüm  kimsə 
qabaqdan gəlir... 
-
 
Kim idi o?! - Təhməzovla mayor Seyidov ikisi də birdən soruşdu. 
-
 
Gəlib mənə çatanda əlindəki fənərin işığını üzümə tutdu. Dedi: - 
Təranə sənsən? Səsindən tanıdım ki, əmim oğlu Ağasəməddir. Dedim 
hara  gedirsən?  Dedi  ki,  Mikayılgilə.  Dedim,  nə  var  bu  gecə  vaxtı, 
yatmaq istəyirlər axı? Dedi sözüm var. 
Sonra ayrıldıq. O, həyətə girdi. Mən isə çıxıb evimizə getdim. 
-
 
Deməli belə... - Seyidov çənəsini sığalladı. 
-
 
Siz  onda  Ağasəməddən  şübhələnmədiniz  ki?  -  deyə  mən  sual 
verdim. 
-
 
Bilmirəm... - dedi və yenə ağlamağa başladı. 
-
 
Siz çıxın! - Təhməzov Oqtayı çağırmağı tapşırdı. 
Protokolu  Təranənin  qabağına  qoyub  qol  çəkdirdim.  Təranə  qol 
çəkib  ağır-ağır  stuldan  qalxdı  və  otaqdan  çıxdı.  Oqtay  içəri  girib 
qanıqara halda ayaq üstə dayandı. 
-
 
Oqtay, nə işlə məşğul olursan? - baş müstəntiq ona oturmaq təklif 
etmədən suala başladı. 
-
 
Yol idarəsində traktorçuyam. 
-
 
Neçə uşağın var? 
-
 
İki. Biri altı, biri dörd yaşında. İkisi də oğlandı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Allah saxlasın! Qaynınla niyə küsülü idin? 
-
 
Olur da... İncimişdim. Borc istədim vermədi. 
-
 
Nə vaxt? 
-
 
Bir il olar... 
Təhməzov mənə mənalı-mənalı baxıb yenə üzünü Oqtaya çevirdi. 
-
 
Siqaret çəkənsən? 
-
 
Yox. Qabaqlar çəkirdim. Sonra tərgitdim. 
Nadir müəllim başını yellədib diqqətlə Oqtaym gözlərinə baxdı. 
-
 
Qaynıngil öldürülən gecə arvadın onlarda olub, eləmi? 
-
Bəli! 
-
Evdən nə vaxt çıxıb və nə vaxt qayıdıb? 
-
Doqquzda çıxdı, on birdə qayıtdı. 
-
Bəs sən həmin vaxt harada olmusan? 
-
 
Evdə adam var idi, onunla nərd oynayırdıq. 
-
 
Kim idi o? 
-
 
Bafadar, qonşum. Tez-tez bizə gəlir. O gedəndən on beş dəqiqə 
sonra Təranə qayıtdı. Düz saat on birdə! 
-
 
Protokola qol çək, get! Lazım olanda, yenə çağıracağıq. Arvadını 
da apar. 
Oqtay çıxan kimi mayor Seyidov üzünü müstəntiqə tutdu: 
-
 
Təcili Ağasəmədi çağırmaq lazımdır. 
-
 
Hə! - Nadir müəllim mənə baxdı. - Bir də Bafadarı. 
Çıxıb  Oqtaya  tapşırdım  ki,  həmin  iki  adamı  tapıb  məktəbə 
göndərsin. Otağa qayıdanda Təhməzov fikirli halda danışırdı: 
-
 
Bu  necə  dolaşıq  iş  oldu?!  Ağasəməd  Mikayılgilə  saat  on  birdə 
giribsə,  xörəyi  bişirmək,  süfrə  açmaq,  yemək  heç  olmazsa  iyirmi 
dəqiqəyə  başa  gəlməliydi.  Belə  olanda  o,  cinayəti  11-20-dən  tez 
törədə bilməz. Ancaq Aqşin... 
-
 
Bəlkə Aqşin səhv edir? - Seyidov onun sözünü ağzında qoydu. - 
Məgər bu ola bilməz? Onun dediyi fikirlə işimizi qursaq biz özümüzü 
tamam dolaşdıracağıq. 
-
 
Siz  deyən  olsun.  -  Təhməzov  dilləndi.  -  Lap  tutaq  ki,  Aqşin 
verdiyi rəydə yanlışlığa yol verib, onda deyin görək Fəzayə nəyə görə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
qonşu  otağa  keçib  yeməyini  orada  yeyib?  Axı  bu  Ağasəməd  özgə 
adam deyil, Mikayılın əmisi oğludur?! 
-
 
Bəlkə  onların  gizli  söhbəti  olub?  Bəlkə  Mikayıl  özü  arvadına 
deyib ki, keç o biri otağa! - Seyidov cavab verdi. 
-
 
Bilmirəm.  -  Nadir  müəllim  ayağa  durub  otaqda  gəzişməyə 
başladı. - Görək hələ 
Ağasəməddən  nə  çıxacaq.  Ancaq  mən  şəxsən  Təranədən 
şübhələnirəm. O cümlədən Oqtaydan da. 
-
 
Sən nə danışırsan? - Seyidov əlini yellədi. 
Bu vaxt Mirağa müəllim içəri girdi. O 
istintaq başlananda bizi qoyub harasa getmişdi. 
-
 
Çay içəcəksizsə tapşırım bura gətirsinlər. 
-
 
Yox,  Mirağa  müəllim,  əyləşin,  heç  nə  lazım  deyil.  -  Təhməzov 
ona  divanı  göstərdi.  Direktor  keçib  divanda  əyləşdi.  -  Bu  kənddə 
demək  olar,  hamı  sizin  şagirdiniz  olub.  Siz  nə  deyə  bilərsiniz  bu  iş 
barədə? 
Mirağa müəllim əli ilə ağ saçlarını dala darayıb dedi: 
- İnsanları tanımaq çox çətindir. Bu barədə fikirləşəndə deyirəm ki, 
sizin işiniz doğurdan da çox çətin işdir. Mənim əlli ildən çox pedaqoji 
stajım var. Siz dediyiniz kimi bu kənddə əksəriyyətinə dərs demişəm. 
Ancaq nə qədər fikirləşirəm, nə qədər götür-qoy edirəm, yenə bir yana 
çıxa bilmirəm, bu işi kim edə bilər? Rəhmətlik Eybalının uşaqlarının 
dördü  də  ağıllı,  tərbiyəli  uşaqlar  olub.  Onlar  pis  işlərlə  məşğul  ola 
bilməzlər. Nə bilim, söz gəzir ki, yazıqları pula görə öldürüblər. İndi 
biz  hansı  əsrdə  yaşayırıq  ki,  beş-on  manat  puldan  ötrü  insana  əl 
qaldırasan? Bu ki, vəhşilikdən başqa bir şey deyil?.. 
... Çağırılanlardan birinci Bafadar gəldi. Mən yenə qarşıma təzə ağ 
vərəq  qoyub  protokol  yazmağa  başladım.  Təhməzov  söhbəti  qısa 
elədi: 
-
 
Bu hadisə baş verən gecə harada idin? 
-
 
Oqtaygildə. - Bafadar o saat cavab verdi. 
-
 
Sən orada olanda Təranə nə vaxt evdən çıxdı? 
-
 
Saat doqquzda çıxdı. Oqtay dedi ki, on birə kimi qayıt gəl. Mən 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə