Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

downloaded from KitabYurdu.org
VII 
olmayıb, nə tez yatırsız?» - dedi. Mən divar saatına baxıb gördüm ki, 
11-ə  27  dəqiqə  işləyib,  dedim,  nə  danışırsan,  11-in  yarısıdır,  həm  də 
yatmayıb neyləyəcəyik, iş yox-güc yox! 
-
 
Sonra? - Təhməzov sual verdi. 
-
 
Sonra Əminə yemək hazırladı. Oturub gecəyə kimi söhbət etdik. 
Duranda  dedi  ki,  daha  saat  ikiyə  işləyir,  mən  gedim.  Doğrudan  da 
artıq 
2-yə 5 dəqiqə işləmişdi. Kamili yola saldım, çıxıb getdi. 
-
 
O sizə gələndə onun heç bir hərəkətindən şübhələnmədin ki? 
-
 
Yox, heç nədən şübhələnmədim. 
-
 
İçki içdiyi hiss olunurdu? 
-
 
Yox, ancaq bizdə içdi. Adama yüz qram içdik. 
-
 
Yemək yedi? 
-
 
Bəli, kartof qızartmışdıq. 
-
 
Yaxşı,  Rüstəm  müəllim,  Oqtayla  Mikayılın  münasibəti  necə 
olub? - Təhməzov söhbəti dəyişdi. 
-
 
Danışmırdılar.  Oqtay  bir  az  ciddi  adamdır.  Həm  də  hər  şeydən 
küsəndir. Bir dəfə Mikayıldan borc pul istəyib. Onda da ya olmayıb, 
ya  olub  verməyib  bilmirəm,  bunun  üstündə  küsmüşdülər.  Oqtay 
deyirdi  ki,  mənə  borcu  yadlar  verdisə,  deməli,  belə  qohumdan  yad 
yaxşıdır.  Ancaq,  Allah  rəhmət  eləsin,  Mikayıl  həqiqətən  pis  oğlan 
deyildi.  Elə  o  arvadı  da.  Canlara  dəyən  adam  idilər.  Mikayıl 
qonşuluqda  da  yaxşı  idi,  hər  işə  yarıyırdı.  Bacısı  Təranə  də  tibb 
bacısıdır. Çox mehriban, şirindil qadındır. Onu da deyim ki, o həmin 
gecə hadisədən əvvəl qardaşıgildə imiş. 
-
 
Hansı qardaşıgildə? - Seyidov cəld soruşdu. 
-
 
Mikayılgildə... 
-
 
Bunu haradan bildiniz? 
-
 
Dünən  axşamüstü  klubun  qabağında  beş-  altı  kişi  yığılmışdı. 
Qoyunun-malm örüşdən gəlməyini gözləyirdilər. Söhbət bu hadisədən 
düşmüşdü. Danışırdıq ki, görəsən yazıqları nə vaxt öldürüblər? Oqtay
dedi ki, hər halda axşam saat ıı-dən sonra olub hadisə. Çünki ıı-ə kimi 
Təranə qardaşıgildə olub. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
33 
-
 
Hə...  Deməli  belə...  -  baş  müstəntiq  bir  siqaret  götürüb  səbirlə 
yandırdı. - Ümumiyyətlə, bu işə necə baxırsan, Rüstəm müəllim? 
-
 
Necə  deyim?..  Mənim  bu  hadisə  haqqında  şəxsi  mülahizəm 
yoxdur. Çox qaranlıq məsələdir. 
-
 
Kamil haqqında nə deyə bilərsən? 
-
 
Kamil ağıllı adamdır. Dayımoğlu olduğuna görə demirəm, o belə 
iş tutmaz! 
-
 
Bəs Paşa? 
-
 
Onun da qatil olmağına inanmağım gəlmir. Düzdür, araları sərin 
idi.  Özü  də  vaxtilə  adam  bıçaqlayıb.  Ancaq...  nə  bilim,  heç  kəsi 
tanımaq olmur. 
Nadir  Təhməzov  daha  bir  söz  deməyib  Rüstəmdən  yazdığım 
protokola  imza  etməyi  xahiş  etdi.  Rüstəm  çıxandan  sonra  arvadını 
içəri dəvət etdik. Əminə də ərinin dediklərini olduğu kimi təkrar etdi. 
Sonra  Kamilin  arvadı  Fəridəni  danışdırdıq.  Hiss  olunurdu  ki, 
Təhməzov  tələsir  və  Fəridəyə  verdiyi  suallara  o  qədər  əhəmiyyət 
vermir.  Elə  bizi  də  əslində  Təranə  daha  çox  maraqlandırırdı.  Fəridə 
qarabəniz, anq bir qadın idi. Əynindəki paltarlar bahalı, eyni zamanda 
çox köhnə idi. Boynunu burub suallara sakit-sakit cavab verirdi. Bir 
neçə əhəmiyyətsiz sualdan sonra Təhməzov əsas məsələyə keçdi: 
-
 
Sentyabrın  14-də,  ər-arvad  Səlimovlar  öldürülən  gecə  əriniz 
evdən nə vaxt çıxıb və hara gedib? 
-
 
Evdən çıxanda 11-in yarısı olardı. Dedi ki, Rüstəmgilə gedirəm. 
Uşaq  pulu  üçün  arayış  tapşırmağa.  O  gedəndən  sonra  yemək 
hazırlayıb  uşaqları  yedizdirdim.  Sonra  uşaqlar  yatdı.  Mən  də  qablan 
yuyub yatdım. Kamil gələndə qapının səsinə ayıldım. Vaxtı bilmirəm, 
ancaq  gecədən  çox  keçmişdi...  Hə,  yadıma  düşdü.  Saat  ikiyə 
işləmişdi.  Çünki  Kamil  gələndə  saata  baxıb  dedi  ki,  gör  Rüstəmlə 
söhbətə başımız necə qarışıb, 
evdən çıxanda on birin yarısı idi, indi 2-yə işləyib. 
Fəridənin  dediklərini  olduğu  kimi  yazıb  qol  çəkdirdim  və  onu  da 
buraxdıq.  Fəridə  çıxandan  sonra  otaqda  bir  qədər  sükut  yarandı. 
Nəhayət, Nadir müəllim bu sükutu pozub asta-asta danışmağa başladı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
-  Kamil  ıı-ə  20  dəqiqə  işləmiş  çıxıb  və  11-ə  27  dəqiqə  işləmiş 
Rüstəmgildə  olub.  Mikayılın  bacısı  Mikayılgildən  saat  11-də,  Kamil 
isə Rüstəmgildən təxminən saat ı-də çıxıb. Aqşinin rəyinə görə hadisə 
təxminən saat 10-11 radələrində baş verib. Bütün bunlardan nə çıxır? 
- bir qədər susub özü öz sualına cavab verdi:  - Əlbəttə o nəticə çıxır 
ki, birincisi, Kamil tamamilə 
günahsızdır,  ikincisi  Mikayıl  və  arvadı  ya  Təranə  orada  olanda 
öldürülüb, ya da o evdən çıxandan sonra. Ancaq biz saat ıı-dən çox da 
o yana uzaqlaşmamalıyıq. Mən Aqşinə inanıram. 
-
 
Mən  isə  daha  Aqşinin  rəyinə  o  qədər  də  inanmıram,  -  mayor 
Seyidov etiraz etdi.  - Sizinlə o barədə şərikəm ki, Kamil günahsızdı. 
Amma Təranə qardaşıgildən saat ıı-də çıxıbsa, deməli hadisə saat ıı-
dən sonra olub. Yoxsa siz deyəcəksiz ki, onları elə Təranə öldürüb? 
-
 
Gəlin  vaxtından  əvvəl  mübahisə  etməyək.  -  Təhməzov  səbirlə 
dilləndi.  -  Mən  hələ  heç  nəyi  qəti  demirəm.  Biz  gərək  Təranəni 
danışdıraq. Axı o, heç olmasa,  mərhumları axırıncı dəfə görən adam 
olub?! Əlbəttə, qatili çıxmaq şərti ilə. İndi isə birinci növbədə Kamili 
buraxmaq lazımdır. 
-
 
Bəs Namiqlə Paşanı necə? - deyə mən soruşdum. 
-
 
Elə  onlan  da  hələlik  buraxmaq  lazımdır.  Nəzarətdə  saxlamaq 
şərtilə. Kənddə yersiz yerə qalmaqal yaratmayaq. Hər şeyi son dərəcə 
incəliklə və səbirlə araşdırmaq lazımdır. 
-
 
Onlann buraxılmağına mən razı deyiləm. - Seyidov başını yellədi. 
-  Düzdür, Paşanı  heç olmasa  arvadı  müdafiə edir ki,  o həmin vaxtda 
evdə yatıb, Namiqin isə harada olduğunu hələ araşdırmamışıq. 
-
 
Onunla  mən  məşğul  olaram.  -  dedim.  -  Xahiş  edirəm,  onu  da 
buraxaq. Mənə elə gəlir ki
tutduğumuz  adamların  heç  biri  günahkar  deyil.  Qatil  kimdirsə, 
kənarda sərbəst gəzir. 
-
 
Nə  deyirəm?  -  Seyidov  razılaşdı.  -  Ancaq  rəisə  də  demək 
lazımdır. 
...  Polkovnik  Əlizadə  verdiyimiz  izahatları  dinləyib  bizimlə 
razılaşdı. Bildirdi ki, birinci növbədə Təranəni danışdırmaq lazımdır. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə