Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   10   ...   73

downloaded from KitabYurdu.org
VII 
-
Arvadım, dörd də uşağım var. 
-
Böyüyün neçə yaşı var? 
-
Doqquzuncu sinifdə oxuyur. 
-
Harada işləyirsən? 
-
 
Heç yerdə. Sənə qurban olum, iş var ki? Bir təhər dolanırıq. Gah 
alver eləyirəm, gah da həyətin məhsullarından satıram. 
-
Rusiyadan niyə qayıtdın? 
-
Evə qayıtmalıydım da, gec-tez. 
-
Nəcməddinlə necə yola gedirdin? 
-
Lap yaxşı. 
-
Bəs deyirlər, qovub səni? 
Paşa özünü itirdi: 
-
 
Ay sənə qurban olum, hər sözə niyə inanırsan? Nəcməddin məni 
niyə qovurdu ki? 
-
Mikayılla aran necə idi? 
-
Lap yaxşı 
-
Evlərinə gedib-gəlirdin? 
-
Yox... 
-
Nə üçün? 
-
 
Vaxt olur ki?... Həm də Rusiyada idim də, iki iliydi. 
-
Nə vaxt gəlmisən? 
-
On ay olar. Noyabrın axırında gəlmişəm. 
-
Dünən axşam harada olmusan, Paşa? 
-
Harada olacam, sənə qurban olum, evdə. 
-
Nə ilə məşğul idin evdə? 
-
 
Eləcə oturmuşduq. Axşam yeməyini yedim və saat ıo-da yatdım. 
-
 
Nəcməddin nə qədər pul gətirmişdi, Mikayıl üçün? 
-
 
On min dollar. 
-
 
Hamısı yüzlük idi? - Təhməzovun gözləri qıyıldı. 
-
Görməmişəm axı... 
-
Bəs hardan bilirsən qədərini? 
-
Elə deyirdilər. 
-
Kim deyirdi? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
23 
-
 
Bunu hamı bilir ki... 
-
 
Sən  kimdən  eşitmisən?  -  Baş  müstəntiq  əlindəki  qələmi  stola 
döyəclədi. 
Paşa bir az fikrə getdi. 
-
 
Mən deyəsən, Ağasəməddən eşitdim. 
-
 
Ağasəməd kimdir? 
-
 
Mikayılın  əmisioğlu.  Dedi  ki,  Nəcməddin  Mikayıl  üçün  on  min 
dollar pul gətirib. Onun yerində olsam bir yaxşı maşın alaram. 
Təhməzov  bir  qədər  fikrə  gedib  bir  siqaret  yandırdı  və  qəfildən 
soruşdu: 
-
 
Paşa, düzünü de, o yazıqları niyə öldürmüsən? 
Paşanın rəngi ağardı. Dili ilə qurumuş dodaqlarını isladıb dilləndi: 
-
 
Sənə  qurban  olum,  mən  bəlkə  puldan  ötəri  adamı  aldadaram, 
oğurluq eləyərəm, ancaq adam öldürmək mənim əlimdən gəlməz. 
-
 
Deməli adam aldada bilərsən. Onda bizi də aldadırsan hə? 
-
 
Sənə qurban olum, mən yalan danışmıram. 
-
 
Nə vaxt oğurluq eləmisən? 
-
 
Eləməmişəm. Sözgəlişi deyirəm. 
Təyyar müəllim əsəbi halda çənəsini
ovuşdurub söhbətə qarışdı: 
-
 
Paşa, sən onlann qonşususan. Hər halda, bilərsən bu gecə o evə 
kim  gəlib?  Bir  şey  eşitməmiş  olmazsan.  Onu  da  bil  ki,  səndən  elə-
belə əl çəkən deyilik. 
-
 
Sənə qurban olum, vallah mən yalan danışmıram. 
-
 
Sən  bayaqdan  bizim  yanımızda  bir  xeyli  yalan  danışmısan.  -
Təhməzov dilləndi və mənə 
baxdı. - Bunu apar sal kameraya. Qoy orada yaxşı-yaxşı fikirləşsin. 
Bu  vaxt  Aqşin  Dadaşov  kabinetə  daxil  oldu.  Paşaya  çəpəki  nəzər 
salıb  ekspertizanın  nəticəsini  stolun  üstünə  qoydu  və  stul  çəkib 
oturdu. 
Ekspertin rəyindən məlum olurdu ki
Mikayıl və Fəzayə ölümlərindən qabaq həqiqətən qayğanaq yemişlər 
və Mikayıl təxminən yüz qram araq içib. Hər ikisi tiyəsinin uzunluğu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
on  iki  santimetr  olan  çox  iti  bıçaqla  vurulub.  Vurulan  zərbələr  çox 
qüvvətli  olub.  Mikayıl  arxadan,  çiynindən  bir  az  aşağı,  ürək 
nahiyəsindən zərbə alıb və bıçağın tiyəsi axıra kimi bədəninə işləyib. 
Fəzayənin isə kürəyinə iki zərbə vurulub. Biri ıı, 
o  biri  isə  ıo  santimetr  kürəyə  işləməklə.  Hər  ikisi  vurulan  kimi 
keçinib. 
Verilən  rəydə bizi ən çox  maraqlandıran o idi ki, orada hadisənin 
saat 22.00-23.00 radələrində baş verildiyi göstərilirdi. 
-
 
Deməli,  axşam  saat  10  ilə  11  arasında,  eləmi?  -  Təhməzov 
həkimə baxdı. O, həmişə Aqşin Dadaşova inanırdı. 
Paşanı  pilləkənlərlə  aşağı  düşürəndə  növbətçi  otağının  qabağında 
arvadı  Qətibəni  gördüm.  Onun  bir  neçə  dəfə  kənd  arvadları  ilə 
davalarını yatırmalı olmuşdum. İndi də səsini başına atmışdı: 
-
 
Yox ey, desinlər görək onun nə günahı var? 
Paşanı  tez  növbətçiyə  təhvil  verib  Qətibəni  yuxarı,  Seyidovun 
kabinetinə  çıxartdım.  Təhməzov  bircə  dəqiqənin  içində  onu 
sakitləşdirib soruşdu: 
-
 
Biz  heç  kəsi  günahsız  yerə  həbs  edən  deyilik.  Ancaq  ərinizin 
günahsız olduğunu sübut etmək lazımdır. Deyin görüm, əriniz bu gecə 
harada olub? Əsas saat ıo ilə ıı arasında. 
-
 
Harada olacaq? Evdə! - Qətibə inamla cavab verdi. 
-
Nə vaxt yatıb? 
-
Saat heç on olmazdı, başını atıb yatdı. 
-
Üzr istəyirəm sizinlə bir otaqda yatdı? 
-
Hə! Bunun sizə nə dəxli var? 
-
Siz özünüz nə vaxt yatmısımz? 
-
 
On birin yarısında. 
-
 
Gecə bir şey eşidib, görməmisiz ki? 
-
 
Yox,  heç  nə  eşitməmişik!  -  Qətibə  əlini  stolun  üstünə  qoyub 
Nadir  müəllimə  tərəf  əyildi.  -  Bilirsiz  qardaş,  Allah  o  bədbəxtlərə 
rəhmət eləsin, onları qanma qəltan eləyənin də cəzasını versin. Bizim 
heç  nədən  xəbərimiz  yoxdur.  Nə  bir  şey  eşitmişik,  nə  də  görmüşük. 
Axtarın, öldürəni tapın! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
25 
Təhməzov başını bulayıb gülümsündü. 
-
 
Yaxşı, siz gedin! Ərinizi sabah buraxanq. Qətibə çıxandan sonra 
hər üçümüz bir- 
birimizlə baxışdıq. Birinci Nadir müəllim dilləndi: 
-
 
Düzdür, Paşa qorxudan bizə yalan məlumatlar verdi, ancaq  mən 
onun qatil olmağına inanmıram. 
-
 
Nə  üçün?  -  deyə  soruşdum.  Mən  Paşadan  əl  çəkməyin  tərəfdarı 
deyildim. 
-
 
Birincisi ona görə ki, o siqaret çəkir. Qatil isə çəkən olmayıb... 
-
 
Nadir müəllim, siz bu siqaret məsələsini çox da əsas götürməyin. 
- Seyidov etirazını bildirdi. - Mikayıl gətirib qonaq üçün təzə külqabı 
qoyub  süfrəyə.  Məsələ  burasındadır  ki,  o  süfrədə  yeməkdən  qabaq 
siqaret  çəkən  olmayıb.  Mikayıl  yeməyi  tez  qurtarıb  və  bir  siqaret 
çəkib.  Qonaq  isə  həmin  vaxt  onu  vurmağa  hazırlaşırmış  və  siqaret 
çəkmək heç ağlına da gəlməyib. 
-
 
Bir də ki, gərək Paşanın beş il həbsdə olmağını da unutmayaq,  -
deyə xatırlatdım. 
-
 
Nə üstündə yatıb ki? - Təhməzov maraqlandı. 
-
 
Toyda  bir  nəfəri  bıçaqla  yaralamışdı.  -  Mənim  əvəzimə  mayor 
Seyidov cavab verdi. - Paşanı buraxmaq olmaz, bu öz yerində. Ancaq 
biz  gərək  o  Ağasəmədi  də  danışdıraq.  Axı  Mikayıl  üçün  gətirilən 
pulun qədərini Paşaya o deyib? 
-
 
Hər  halda,  -  Təhməzov  mübahisəni  yekunlaşdırdı  -  indi  bizim 
üçün ən şübhəli adam Kamildir. Əvvəlcə onu danışdırmaq lazımdır. 
Mayor Seyidov daxili telefonla danışıb Kamili gətirməyi tapşırdı.
Kamili  gətirdilər.  Bu  38  yaşında,  ortaboylu  bir  adam  idi.  Saçının 
yarıdan  çoxu  ağarmışdı.  Üzünü  bir  neçə  gün  idi  ki,  qırxmırdı.  Hiss 
olunurdu  ki,  əsəblərini  güclə  boğur.  Onunla  ilk  tanışlığım  yadıma 
düşdü. 
Bir dəfə arvadını  çox bərk  döydüyü üçün iş  mənə gəlib çıxmışdı. 
Barışıq yaradıb izahat aldım ki, bir daha belə şey olmayacaq. Bir həftə 
sonra kəndə gedəndə Kamil məni məcbur evinə dəvət etdi. Bir toyuq 
kəsib  bişirtdirdi  və  süfrəyə  bir  araq  da  qoydu.  Ancaq  bununla  belə, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə