Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   ...   73

downloaded from KitabYurdu.org
-
 
Həmişə  «Şirvan»  çəkirdi.  -  İslam  müəllimin  əvəzinə  Tofiq 
dilləndi. Onun gözləri ağlamaqdan qızanb şişmişdi. 
Mayor Seyidov onu indi görmüş kimi diqqətlə üzünə baxıb: 
-
Rəhmətliyin qardaşısan? - deyə soruşdu. 
-
Bəli. 
-
Danış görüm, nə bilirsən? 
-
 
Mən hər gün səhər tezdən öz maşınımla şəhərə adam daşıyıram. 
Çörək  pulumu  qazanmaq  üçün.  Dünən  günorta  Mikayıl  demişdi  ki, 
səhər gəl məni də götür, şəhərə gedəcəm. Mən də səhər təxminən saat 
7-də bura gəldim. Darvazanı itələdim. Gördüm ki, bağlı deyil. Həyətə 
keçib  Mikayılı  səslədim.  Sonra  isə  cavab  verilmədiyini  görüb  evin 
qapısını  döydüm.  Evin  qapısı,  sadəcə,  örtülmüşdü,  ancaq 
bağlanmamışdı. Açıb içəri girdim. Gördüm ki... - Tofiq daha sözünün 
dalını  gətirə  bilmədi.  Qəhərləndiyini  gizlətmək  üçün  başını  aşağı 
saldı. 
-
 
Qardaşınız  şəhərə  nə  üçün  getmək  istəyirdi?  -  müstəntiq 
Təhməzov sual verdi. 
-
 
Ev  üçün  qənddən-çaydan  almağa.  Biz  həmişə  ərzağı  rayon 
mərkəzindən alırıq. Kənddə mağaza yoxdur axı... 
-
 
Başqa işi yox idi ki, şəhərdə? 
-
 
Xeyr! Olsaydı, mənə deyərdi. 
Mayor Seyidov yemək stolunun qarşısında dayanıb süfrəyə tamaşa 
edirdi. Müşahidəsini qurtarıb bizə tərəf çevrildi: 
-
 
Qatil  kimdirsə,  çox  hiyləgər  adamdır.  Fikir  verirsizmi,  o  burada 
oturub.  Onun  çəngəli  və  araq  stəkanı  yoxdur.  Yəqin bu  əşyaları  özü 
ilə  götürüb  ki,  əl  izlərini  aşkar  edə  bilməyək.  Bundan  belə  çıxır  ki, 
başqa  yerlərdə  də  onun  əl  izlərini  axtarmağa  dəyməz.  O  çox  güman 
ki,  heç  yerdə  əl  izi  qoymayıb.  Yad  qonaq  kimdirsə,  yeməyini  də 
yanmçıq  yeyib.  Düşünülmüş  şəkildə  cinayət  törətməyə  gəldiyi  üçün 
həyəcanlı  olub,  boğazından  yemək  keçməyib.  Araqdan  isə  təxminən 
300 qram içilib. Aqşin, yoxlayarsan görək mərhum özü nə qədər içib? 
-  Cinayət  Axtarış  Bölməsinin  rəhbəri  bir  qədər  ara  verib  yenə 
danışmağa  başladı:  -  Mənim  maşında  dediyim  fikir  təsdiq  olunur. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
17 
Qatil puldan ötrü gəlibmiş. Bunlar burada yemək yeyəndə qadın yataq 
otağında yeyirmiş. Qatil birinci Mikayılı vurub. Özü də onda Mikayıl 
stulda  oturubmuş.  Bu  onun  yıxılma  vəziyyətindən  də  başa  düşülür. 
Sonra qatil keçib yataq otağında qadını qorxuzub və onu o biri otağa 
apanb.  Yəqin  ki,  pullar  paltar  şkafında  həmin  qabağa  çəkilmiş, 
sənədlər  saxlanılan  siyirmədə  imiş.  Onun  Fəzayənin  saçlarından 
yapışdığı  hiss  olunur.  Görürsüz  də,  saçlar  necə  dağınıqdır.  O  otağa 
getməklərindən  bilinir  ki,  qadın  pulu  verməyə  razılaşıb  və  verib  də! 
Daha  başqa  qızıl  əşyalanndan-zaddan  nə  verib,  onu  deyə  bilmərəm, 
yoxlamaq lazımdır. Sonra isə o alçaq, şahid olmasın deyə, pulları alan 
kimi  Fəzayəni  də  o  otaqda  öldürüb...  -  Seyidov  üzünü  icra 
nümayəndəsinə  çevirib  sözünü  yekunlaşdırdı.  -  Bütün  faktlar  onu 
göstərir ki, qatil kənardan gəlmə adam deyil, bu kənddəndir. 
İslam müəllim çiyinlərini çəkdi: 
-
 
Nə deyim? Adam heç ağlına sığışdıra bilmir. 
Mən söhbətə qarışdım: 
-
 
Qatil  bu  kənddəndir  deyəndə  ki,  həmin  adam  kim  olubsa  tanış 
adamdır. Yəni Mikayıl da, 
Fəzayə  də  onu  tanıyırmış.  Ancaq  qəti  hökm  etmək  olmaz  ki,  o  bu 
kənddəndir. 
-
 
Yox... - Seyidov inamsız dilləndi. - Qatil bu kənddən olmalıdır.
Müstəntiq  Təhməzov  stolun  üstündəki  külqabıya  bir  də  nəzər 
yetirib dedi: 
-
 
Mən  sizin  dediklərinizlə,  ümumiyyətlə,  razılaşıram,  Təyyar 
müəllim. Ancaq onu da əlavə edim ki, naməlum qonaq siqaret çəkən 
deyilmiş.  Baxın,  burada  cəmi  bir  siqaret  çəkilib,  onu  da  Mikayıl 
çəkib. 
Seyidov  pəncərədən  çirkli  və  köhnə  bir  kauçuk  külqabı  götürüb 
bizə göstərdi. 
-
 
Qonaq  çəkən  deyilsə,  bəs  niyə  Mikayıl  süfrəyə  təzə  külqabı 
gətirir? Niyə o özünün işlətdiyi bu külqabıdan istifadə etməyib? 
-
 
Hə, həmişə süfrədə bu köhnə külqabı olurdu. - Tofiq təsdiq etdi.
Müstəntiq bir az fikrə gedib tez də dilləndi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Qonaq  çəkən  olsa  da,  olmasa  da,  bu  köhnə  külqabı  süfrəyə 
qoyulası  şey  deyil  axı?..  Ancaq  görünür  ki,  qonaq  çəkən  olmayıb. 
Yoxsa həyəcanlı adam siqareti-siqaretə calayardı. 
Mən yenə dözməyib söhbətə müdaxilə etdim: 
-
 
Bax görürsüz, qonaq siqaret çəkən olmayıbsa, Mikayıl niyə onun 
üçün  süfrəyə  təzə  külqabı  gətirib?  Deməli,  Mikayıl  qonağın  siqaret 
çəkən olub-olmadığını dəqiq bilmirmiş. Yəni qonaq çox da elə yaxın 
adam deyilmiş. Burada 
mənim sözüm təsdiq olunur ki, qatil bu kənddən olmaya da bilər. 
Nadir  müəllim  laqeydliklə  başını  tərpətdi.  Bilmədim  ki,  fikrimi 
təsdiq  edir,  yoxsa  inkar.  Meyitlərlə  məşğul  olan  Aqşin  Dadaşova 
baxdı: 
-
 
Aqşin, meyitlər yəqin ki, şəhərə aparılacaq? 
-
 
Apanlsa yaxşıdır. Hadisənin vaxtını da dəqiq müəyyənləşdirərəm. 
- qaşqabaqlı həkim cavab verdi. 
Seyidov birdən Tofiqə üz tütüb: 
-
 
Bu küçədə kimlər yaşayır? - deyə soruşdu. Qaradumanlı kəndinə 
girən yol, demək olar 
ki,  kəndi  yarıya  bölən  uzun  bir  küçə  idi  ki,  bura  kəndin  əsas  küçəsi 
hesab oluna bilərdi. Kəndə 
daxil olan adam həmin küçə ilə yüz metr gəlib sola burulsa kiçik bir 
küçəyə düşər ki, bu küçənin solunda  sıra ilə cəmi dörd ev, sağda isə 
bir  ev  və  sonra  kənd  məktəbinin  uzun  hasarını  görər.  Bundan  sonra 
küçə  yanmçıq  qurtarır.  Ondan  o  tərəfə,  qonşu  Gülabad  kəndinə 
getmək  üçün  dar  meşə  cığırı  ilə  düşmək  lazımdır.  Mikayılın  evi 
məktəb küçəsi adlanan bu kiçik küçəyə dönəndə solda birinci ev idi. 
Kənddə həyətlər böyük olduğu üçün evlər bir-birindən aralı yerləşirdi. 
Tofiq izahat verməyə başladı: 
- Bu evdən sonra gələn Feyzi kişinin evidir. Təqaüdçüdür. Yetmiş 
yaşı olar. Həm də məktəbin gözətçiliyini edir. Arvadı ilə tək yaşayır. 
Ondan sonra gələn Rüstəmin evidir. İcra nümayəndəsinin müavinidir. 
Axırdakı evin sahibi Bakıya köçüb. İndi həmin evdə məntəqənin baş 
həkimi Vaqif tək kirayənişin qalır. Sağda isə birinci ev Paşanın evidir. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə