Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   ...   73

downloaded from KitabYurdu.org
19 
Ondan sonra sağda ev yoxdur. Məktəbdir. 
-
 
Paşanın Mikayılla münasibəti necə idi? 
-
 
Belə  də...  Soyuq  idi.  Rusiyadakı  qardaşımın  yanma  getmişdi. 
Sonra qardaşım onu qovladı. 
-
 
Nəyə  görə?  -  sorğu-sualı  Nadir  müəllim  davam  etdirməyə 
başladı. 
-
 
Pul  məsələsinə  görə.  Deyəsən  qardaşıma  fırıldaq  gəlmək 
istəyirmiş. 
-
 
Bəs indi nə işlə məşğul olur? 
-
 
Nə bilim, heç bilinmir. Hərdən alverlə, hərdən dəllallıqla. 
-
 
Siqaret çəkəndir? 
-
 
Bəli, « Prezident» çəkir. 
-
 
Nəcməddin kəndə nə vaxt gəlmişdi, axınncı dəfə? 
-
 
Üç həftə olar... Bir həftə qalıb getdi. 
-
 
Mikayılgilə pul vermişdimi? Ya sənin özünə? Axı indi Rusiyada 
işləyənlərin çoxu burdakı qohumlara da əl tutur. 
-
 
Mən  anamla  oluram.  Pula  o  qədər  ehtiyacımız  yoxdur.  Ancaq 
anama 3 min rubl pul vermişdi. Mikayıla nə qədər verib, bilmirəm. O, 
evini  düzəltdirməli  idi.  Pula  ehtiyacı  çox  idi.  Maaşla  da  dolanmaq 
çətindir.  Nəcməddin  gedəndən  sonra  eşitdim  ki,  guya  ona  on  min 
dollar verib. Ancaq inanmadım. 
-
 
Niyə? 
-
 
Çünki bizə verdiyi dollar deyildi. Rus pulu idi. 
-
 
Bəs bacıngilə nə qədər verib? 
-
 
Bilmirəm. Verməyib, deyəsən. 
-
 
Kimdən eşitdin ki, Mikayıla o qədər pul verilib? 
-
 
Yadımda deyil. Elə camaat danışırdı. 
-
 
Necə yəni yadımda deyil? Bilmirsən sənə kim deyib bunu? 
-
 
Vallah bilmirəm, kimsə dedi ki, belə danışırlar. Mən də dedim ki, 
ola bilməz, yalan deyirlər. 
...  Həyətə  düşdük.  Baş  müstəntiq  meyitləri  rayon  xəstəxanasına 
aparmaq  üçün  maşın  gətizdirdi.  İcra  nümayəndəsinə  də  tapşırdı  ki, 
qapılar bağlansın və evə heç kəs buraxılmasın. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Arxayın  olun!  -  nümayəndə  dilləndi  -  Müavinim  burada  olur. 
Deyərəm qoruyar. Hüzr mərasimi də yəqin ki, anasıgildə olacaq. Bura 
heç kəs gəlməz. 
-
 
Paşanı  bura  çağırın.  Onu  özümüzlə  aparacağıq.  Tofiq  də  səhər 
gələr izahat verməyə. Siz isə yerinizdə olun. Zəng vurub kimi desək 
tez rayona gətirin. 
-
 
Yaxşı!  -  İslam  müəllim  küçəyə  yığılan  adamlara  göz  gəzdirib 
Paşanı gördü və onu əli ilə çağırdı. 
Gözüm  adamların  içində  dayanmış  Namiqə  sataşdı.  O,  iyirmi  beş 
yaşında  arıq,  sarıbəniz  oğlan  idi.  Meşəbəyi  işləyirdi.  Hərdən  rayon 
mərkəzində  qaz  kəsiləndə  mənim  üçün  odun  təşkil  eləyirdi.  Namiq 
gözünü mənə zilləmişdi. Hiss etdim ki, mənə deməyə gizli sözü var. 
Onu səslədim: 
-
 
Namiq, bura gəl! Sənə odun tapşırmışdım, nə oldu?
Bu bəhanə ilə onu həyətə çəkdim. 
-
 
Bu işdən ağlın nə kəsir? 
Namiq  sağa-sola  baxıb  heç  kəsin  söhbətimizi  eşitməyəcəyinə 
arxayın oldu və danışmağa başladı: 
- Axşam darvazamızın ağzında dayanıb siqaret çəkirdim. Atamdan 
gizlin  çəkirəm  axı,  siqareti?  Göyün  üzü  bulud  olduğu  üçün  zülmət 
qaranlıq  idi.  Ancaq  həyətimizdə  yanan  lampa  küçəyə  azacıq  işıq 
salırdı.  Bir  də  gördüm  ki,  Kamil  evləri  tərəfdən  gəlir.  Bizim 
darvazanın qabağından keçib gəldi. Arxasınca baxdım. Qaranlıq olsa 
da, mənə elə gəldi ki, bu küçəyə döndü. Nədənsə ondan şübhələndim. 
Kəndə girən əsas küçədən sola - məktəb küçəsinə burulmayıb düz 
getsən  iki-üç  ev  sonra  sağda  Namiqgilin  darvazasını  görərsən.  Əlli 
metr  də  getsən  solda  Mikayılın  bacısıgil  olur.  Həmin  sırada  üç  ev 
ötürəndən  sonra  Kamilgilin  evi  gəlir.  Kamili  yaxşı  tanıyırdım.  Sakit 
adam idi. Kolxoz 
vaxtında mühasib işləmişdi. İndi işsiz idi. Həyət- bacada təsərrüfatla 
məşğul olurdu. 
-
 
Axı nədən şübhələndin? - deyə soruşdum. 
-
 
Küçənin o biri tərəfi ilə çəpərqırağı gedirdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
21 
-
 
Nə olsun ki? 
-
 
Yəqin  ki,  işıqdan  yayınmaq  üçün  belə  edirdi.  Küçənin  yarısına 
həyətimizdən işıq düşürdü. 
-
 
Saat neçə olardı həmin vaxt? 
-
 
Vallah nə deyim? Bir saatdan çox idi hava qaralmışdı. 
-
 
Yaxşı, get! - dedim. 
-
 
Sən allah, Mehman müəllim, mənim adım olmasın!  - Namiq bir 
də ətrafa boylanıb yalvardı. 
-
 
Yaxşı, yaxşı, get! 
Namiq  həyətdən  çıxan  kimi  Təyyar  müəllimi  işarə  ilə  çağırıb 
məsələni  ona  danışdım.  İndinin  işini  sonraya  qoymağı  adət  etməmiş 
mayor  o  saat  icra  nümayəndəsinə  Kamili  də  çağırmağı  tapşırdı. 
Kamilin gəlməyi on dəqiqə çəkdi. Mən meyitlər qoyulmuş uzun UAZ 
maşınında, sürücünün yanında oturdum. Qalanlar isə Paşa ilə Kamili 
polis  maşınına  mindirib  özləri  də  orada  əyləşdilər  və  yola  düşdük. 
Tini  dönmək  istəyəndə  soldan  saçlarını  yola-yola  gələn  bir  qadın 
gördük. Bir neçə başqa qadın da onun dalınca düşmüşdü. Ancaq onlar 
deyəsən üz-gözü qan içində olan bu qadına çata bilmirdilər. 
Üzünü cırıb tanınmaz hala düşmüş qadını 
çətinliklə tanıdım. Bu Mikayılın anası idi. Tələsik sürücüyə: 
- Sür, saxlama! - dedim. - Sonra yubanacağıq. 
Ancaq  deyəsən  yazıq  ana  meyitlərin  maşında  olduğunu  ağlına 
gətirmədi və bizə baxmadan ötüb keçdi. 
Rayon  polis  şöbəsində  Paşanı  və  Kamili  müvəqqəti  saxlama 
kamerasına  saldıq.  Günortadan  sonra  birinci  Paşanın  dindirilməsi 
başlandı. İstintaqı Seyidovun otağında Təhməzov apanrdı. Seyidovla 
mən istintaqda iştirak edirdik. Mən istintaqın gedişini protokola qeyd 
edirdim. 
Təhməzov  kürən,  sarı  bığları  qırmızı  sifətinə  yaraşmayan  Paşanı 
diqqətlə süzüb sorğu-suala başladı: 
-
Adın, familiyan, yaşın? 
-
Əhmədov Paşa. 46 yaşım var. 
-
Ailə vəziyyətin?
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə