Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   ...   73

downloaded from KitabYurdu.org
13 
sizi azad etmək üçün bu yolu seçdim. 
Fəzayə o saat inandı. 
-
 
Nəyə görə məni buraxmaq istəyirdiz? O birilər insan deyil? 
-
 
Əlbəttə  insandırlar.  Ancaq  hamını  buraxmağa  imkanım  yoxdu 
axı... 
-
 
Bəs nəyə görə məhz məni azad etdiniz? 
Mikayıl yenə ürəyini birbaşa aça bilmədi: 
-
 
Əsas odur ki, siz məni başa düşdünüz. Başa düşdünüz ki, ancaq 
gözdən  pərdə  asmaq  üçün  sizinlə  kobud  davrandım.  Hər  halda,  buna 
görə üzr istəyirəm. 
-
 
Mən  də  sizdən  üzr  istəyirəm.  -  Fəzayə  başını  qaldırıb  Mikayıla 
baxdı və gülümsədi. 
-
Siz nəyə görə? 
-
Axı mən də sizə vəhşi dedim?.. 
-
Mən sizin vəziyyətinizi başa düşürdüm. 
-
 
Axı demədiniz, nəyə görə məni buraxdınız? 
-
 
Sonra deyərəm... 
Mikayıl  onda  Fəzayəyə  «Səni  sevirəm»  demək  istədi.  Ancaq 
bacarmadı.  Sonralar  isə  bu  sözü  deməyə  ehtiyac  qalmadı.  Onlar  o 
gündən  görüşməyə  başladılar  və  bir-birlərinə  elə  dərin  məhəbbətlə 
bağlandılar ki, «sevirəm» sözü bu məhəbbəti ancaq adiləşdirə bilərdi. 
Mikayıl  beşinci  kursu  bitirib  öz  rayonlarına  təyinat  alanda  hər  ikisi 
başa  düşdü  ki,  bir-birlərindən  ayn  yaşaya  bilməyəcəklər.  Odur  ki, 
Mikayıl kəndə gələndən bir az sonra Fəzayəgilə elçi göndərdi. 
Fəzayənin  atası  tikintidə  mühəndis  işləyirdi.  Çox  tünd  xasiyyətli 
adam  idi.  Qızını  heç  cür  kəndə  ərə  vermək  istəmirdi.  «Gedib  ucqar 
dağ kəndində necə yaşayacaq?» - deyirdi. Ancaq 
Fəzayə gizlində anasının dizlərini qucaqlayıb ürəyini ona açdı: 
- Məni bədbəxt eləməyin, ana! Mən Mikayılsız yaşaya bilmərəm!
Anasının təkidi ilə atası da yumşaldı və onlar nişanlandılar. Fəzayə 
universiteti bitirən kimi Qaradumanlıya gəlin gətirdilər və Eybalı kişi 
onlar üçün dəbdəbəli bir toy elədi. 
Kənd  məktəbində  dərs  deməyə  başlayan  Fəzayə  də  Mikayıl 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
müəllim kimi tezliklə hamının hörmətini qazandı. 
Uşaqlar onlara pərəstişlə baxırdılar.  Kənd sakinləri də  bu xoşbəxt 
ailəyə qibtə edirdilər. 
Bircə  dərdləri  var  idi  ki,  evlənmələrindən  on  ildən  çox  keçmələrinə 
baxmayaraq, uşaqlan olmurdu. 
Təranə  çox  istəyirdi  ki,  oğlanlarından  birini  həmişəlik  qardaşına 
bağışlasın. Ancaq əri Oqtay buna qəti narazılığını bildirmişdi. Təranə 
də bu işdən əlini üzəndən sonra ümidini ancaq Allaha bağlamışdı: 
- Dünyada Allahdan dilədiyim təkcə odur ki, sizə də bir övlad payı 
versin. 
Ancaq... Dünyanın işlərini bilmək olmur. Heç bilmək olmur...
Kəndə  girən  kimi  maşını  birbaş  Mikayılın  evinin  qabağına 
sürdürdük. İri darvazanın ağzına xeyli adam yığılmışdı. Hamısının da 
gözlərindən  qorxuqanşıq  kədər  oxunurdu.  Bizi  İcra  nümayəndəsi 
İslam  müəllim  qarşılayıb  evə  apardı.  Mikayılın  qardaşı  Tofiq  də 
bizimlə evə çıxdı. 
Hadisədən sonra evdə heç nəyə toxunulmamışdı. 
Mikayılla  Fəzayənin  meyitləri  yıxıldıqları  vəziyyətdə  döşəmədə 
sərilib qalmışdı. İslam müəllim izahat verdi: 
Səhər  tezdən  Tofiq  bura  gələrək  vəziyyəti  belə  görüb  və 
qonşuluqda  yaşayan  müavinim  Rüstəmə  xəbər  verib.  Rüstəm  elə 
Tofiqin özünü Gülabada mənim dalımca yollayıb. Mən də eşidən kimi 
rayona  zəng  vurub  özümü  buraya  yetirdim.  Heç  kəsi  evə 
buraxmamışıq. Hətta bacısını da. Anasının deyəsən hələ xəbəri yoxdu. 
Ancaq  qızın  valideynlərinə  xəbər  vermək  üçün  Bakıya  adam 
göndərilib. 
-
 
Kim eləyib bu işi? - Seyidov soruşdu. 
-
 
Bilinməyir. Çox ağlabatmaz işdir. 
Qanlı hadisənin baş verdiyi bu ev 
ikimərtəbəli  idi.  İkinci  mərtəbədəki  otaqlar  hazır  deyildi.  Heç  qapı 
pəncərə  də  salınmamışdı.  Birinci  mərtəbədəki  üç  otaqdan  birincisini 
dəhliz adlandırmaq olardı. Çünki o biri iki otağın qapılan bura açılırdı. 
Qapıları açıq qalmış həmin iki otağın biri qonaq otağı idi ki, iri paltar 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
15 
şkafı da bu otağa qoyulmuşdu. O biri otaq isə yataq otağı kimi istifadə 
olunurdu. Dəhliz adlandırdığım birinci otaqda bir küncdə odun sobası 
qurulmuşdu.  Dəhlizin  o  biri  başında  kiçik  stol  qoyulmuşdu  ki,  onun 
da  üstündə  ucuz  bir  televizor  var  idi.  Ümumiyyətlə,  otaqlar  sadə  və 
təmirsiz  idilər.  Dəhlizdə  -  yataq  otağının  qapısı  ilə  üzbəüz  divara 
bitişik  iri  yemək  stolu  qoyulmuşdu.  Yemək  stolunun  üstündəki  iki 
boşqabda  qayğanaq  yeyilmişdi.  Stolun  baş  tərəfinə  qoyulmuş 
boşqabda  xörəyin  yarısı  yeyilməmiş  qalmışdı.  İçindəki  xörək  tam 
yeyilmiş  boşqabın  yanında  bir  çəngəl,  bir  araq  stəkanı,  ortada 
yarımçıq araq şüşəsi və çörək qabı var idi. Bu saydıqlarımdan başqa 
stolun üstündə bir qutu «Şirvan» siqareti, kibrit qutusu və təzə büllur 
külqabı var idi ki, külqabıya da ancaq bir siqaret kötüyü atılmışdı. 
Mikayılın  meyiti  həmin  bu  yemək  stolunun  yanında  düşüb 
qalmışdı.  Ağzı  üstə  yıxıldığı  üçün  sifəti  görünmürdü.  Sol  çiynindən 
bir qədər aşağı, ürək nahiyəsində bıçaq zərbəsinin yeri aydın bilinirdi. 
Meyitin  ətrafında  döşəmədə  xeyli  qan  quruyub  qalmışdı.  Fəzayənin 
cansız  cəsədi  isə  qonaq  otağında  -paltar  şkafının  yanında  idi.  O, 
kürəyi  üstə  yıxılmışdı.  Geniş  açılmış  gözləri  dəhşət  ifadə  edirdi. 
Burada  da  otağın  döşəməsi  qanla  suvanmışdı.  Paltar  şkafının  qapısı 
taybatay  açıq  qalmışdı.  Şkafın  sol  hissəsində  səliqə  ilə  müxtəlif 
paltarlar  asılmış,  siyirmələrdən  ibarət  sağ  hissəsində  də  heç  nə 
qarışdırılmamışdı. 
Yalnız  yuxarıdakı  siyirmələrdən  biri  çəkilmişdi.  Həmin  siyirmədə 
pasportlar, diplomlar və ailə üzvlərinin digər sənədləri var idi. 
Dinib-danışmadan  yataq  otağına  keçdik.  İkinəfərlik  taxtın 
üstündəki  qoşa  yataq  yeri  səliqə  ilə  hamarlanıb,  üstünə  iri  adyal 
salınmışdı.  Otaqda  bundan  başqa  qab-qacaq  şkafı,  kiçik  stol  və  bir 
stul var idi ki, stolun üstündə bir boşqabda da qayğanaq yeyilmişdi. 
Yenə  birinci  otağa  qayıtdıq.  Aqşin  Dadaşov  meyitləri  müayinə 
etməyə  başladı.  Seyidov  isə  külqabıdakı  yeganə  siqaret  kötüyünə 
ehtiyatla baxaraq yerinə qoydu. 
-
 
«Şirvan»  siqaretidir.  -  dedi  və  icra  nümayəndəsinə  baxdı.  - 
Mikayıl nə çəkirdi? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə