Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   ...   73

downloaded from KitabYurdu.org
Mikayıl  universitetin  ən  fəal  tələbələrindən  biri  idi.  Dərslərini  əla 
oxumaqla bərabər, fakültə komsomol komitəsinin işində də yaxından 
iştirak  edirdi.  Buna  görə  də  dördüncü  kursda  oxuyanda  onu  komitə 
katibi seçdilər. İndi onun işi həddindən artıq çoxalmış, demək olar ki, 
fakültənin bütün təşkilati işləri boynuna düşmüşdü. 
Fakültənin  birinci  kurs  tələbələri  arasında  Fəzayə  adlı  bir  qız  ilk 
baxışdan  onun  xoşuna  gəlmişdi.  Nisbətən  alçaq  boylu,  koppuş  ağ 
sifəti,  iri  ala  gözləri  olan  Fəzayə  uşağa  oxşayırdı.  Baxanda  heç 
deməzdin ki, universitet tələbəsidir. 
Buna  baxmayaraq,  həm  də  ciddi  təbiətli  qız  idi.  Qrup  nümayəndəsi 
olduğu  üçün  tez-tez  işlə  əlaqədar  komsomol  otağına  girəndə 
Mikayılın  məhəbbətlə  dolu  baxışlarını  öz  üzərində  hiss  edir,  ancaq 
özünü  o  yerə  qoymurdu.  Mikayıl  bir  neçə  dəfə  ürəyini  ona  açmaq 
istəmişdisə  də,  onun  ciddi  baxışlarından  çəkinib  fikrini  sonraya 
saxlamışdı. 
May  ayı  gəlmişdi.  Artıq  dərs  ilinin  axırları  idi.  Onda  Azərbaycan 
hələ Sovet İttifaqının tərkibində idi və mərkəzin göstərişinə görə guya 
Əfqanıstanda  vuruşda  yaralanmış  sovet  əsgərləri  üçün  tələbələrdən 
məcburi qan almırdı. Bu, xüsusilə birinci kurs tələbələrinə aid idi ki, 
250  qram  qan  verməkdən  imtina  edən  tələbə  universitetdən 
qovulmaqla hədələnirdi. 
Bu  iş  üçün  cədvəl  tərtib  edilmişdi  və  həmin  gün  hansı  fakültənin 
qan  vermək  növbəsi  olurdusa,  fakültə  dekanı  və  ya  partiya  təşkilat 
katibi  komsomol  fəallarının  müşayiəti  ilə  dərsin  gedişində  qəflətən 
auditoriyalara  daxil  olur,  dərsi  saxlayaraq  tələbələri  dəhlizə 
çıxarırdılar.  Sonra  onları  mühasirəyə  alıb  ikinci  mərtəbədə  yerləşən 
tibb  məntəqəsinin  qarşısına  aparırdılar.  Məntəqə  yerləşən  otağın 
qarşısında dəhlizin hər iki tərəfi stollarla tutulurdu. Yalnız bir tərəfdə 
dar  keçid  olurdu  ki,  bu  keçidin  də  ağzında  komsomol  büro  üzvləri 
keşik  çəkirdilər.  Tələbələr  qaçmağa  çalışırdılarsa  da  bəziləri 
məktəbdən  azad  edilməyin  qorxusundan,  bəziləri  də  imkan 
olmadığından qaça bilmirdilər. 
Nəhayət,  bir  gün  növbə  Fəzayəgilin  qrupuna  çatdı.  Dekan  yalnız 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
11 
son  anda  Mikayılı  xəbərdar  edib  komsomol  fəallarını  da  özü  ilə 
götürməyi  tapşırdı  və  auditoriyaya  girib  dərsi  saxladı.  Komsomol 
fəallan qrupun tələbələrini hər tərəfdən əhatə edərək onları aparıb tibb 
məntəqəsinin qarşısında qurulmuş «Həbs düşərgəsinə» doluşdurdular. 
Hava isti olduğu üçün məntəqədən boğuq qan iyi gəlirdi. Əksəriyyəti 
qız  olan  tələbələr  qorxudan  nə  edəcəklərini  bilmir,  ora-bura 
boylanırdılar. Dar keçiddə uzun bir oğlan keşik çəkirdi. Dekan və
partkom isə bir qədər aralıda dayanıb söhbət edirdilər. 
Həmişə  hansısa  bir  qrupu  qan  verməyə  gətirəndə  komsomol 
fəallarından  biri  qrupun  siyahısını  əlinə  alır,  növbə  ilə  tələbələri 
səsləyib  məntəqəyə  salırdı.  Məntəqədə  onlardan  250  qram  əvəzinə 
300  qram  qan  götürüb  buraxırdılar.  Mikayıl  bu  dəfə  siyahını  özü 
götürdü  və  Fəzayəni  buradan  necə  xilas  etməyi  düşünməyə  başladı. 
Gözaltı  ona  baxıb  gördü  ki,  Fəzayənin  üzünə  əməlli-başlı  ölüm 
qorxusu  çöküb.  Yazıq  qızın  ürəyi  elə  çırpmırdı  ki,  az  qalırdı 
sinəsindən çıxsın. 
Bir az fikirləşib, nəhayət çarə tapdı. Məntəqəyə girib qan götürən 
qadın həkimə dedi ki, bir tələbə içəri girəndə sizə işarə edəcəm, ondan 
qan götürməyin, qoyun bir qədər otaqda qalsın, sonra buraxarıq gedər. 
Yoldaşlarına deyərəm ki, onda qan azlığı var. Həkim razılaşdı. Nəyinə 
lazım idi kim qan verdi, vermədi? Bu işdə əsas məsuliyyət komsomol 
katibinin üzərinə düşürdü. Sonra Mikayıl çıxıb üzlərinin rəngi qaçmış 
tələbələrə də baxdı. İmkanı olsaydı bunların hamısını buraxardı. Heç 
olmasa, Fəzayənin xatirinə. Ancaq bu iş ona baha başa gələ bilərdi. 
Artıq  bir-iki  qız  girib  qan  vermiş,  onların  məntəqədən  necə 
zəifləmiş  çıxdıqlarını  və  hətta  birinin  ürəyinin  getdiyini  görən 
Fəzayənin qorxusu daha da şiddətlənmişdi. Onun adı  siyahıda 19-cu 
idi.  Mikayıl  onu  bir  qədər  tez  buraxmaq  üçün  adını  növbədən  kənar 
çağırdı: 
-
 
Həmidova Fəzayə! Keçin içəri! 
Bayaqdan ürəyi partlamaq dərəcəsinə çatan
Fəzayə gözlənilmədən dilləndi: 
-
 
Mən qan vermək istəmirəm. Qorxuram. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Keçin  məntəqəyə,  bəlkə  heç  həkim  özü  məsləhət  bilməyəcək 
sizdən qan götürməyi? 
-
Yox! Keçmirəm! 
-
Sizə deyirəm, keçin içəri! 
-
Keçmirəm! 
-
 
Gəlin girin otağa, xəstəliyiniz varsa, həkimə deyin! 
-
 
Keçmirəm. Mən qan versəm, ölərəm. - Fəzayə ağlamsındı.
Mikayıl bilmirdi bu işə hirslənsin yoxsa gülsün. Bircə bu tərs qızı 
məntəqəyə sala bilsəydi? 
-
 
Ay qız gəl gir içəri! 
-
 
Nə  istəyirsiz  məndən?  -  Fəzayə  birdən  çığırdı.  Qorxudan  səsi 
titrəyir, bədəni əsim-əsim əsirdi. - Siz vəhşisiz nədir? Mən niyə görə 
məcbur qan verməliyəm? Mənim nə qanım var ki, sizə də verim? 
Mikayıl həqiqətən əsəbiləşməyə başladı. Ancaq tez də vəziyyətdən 
çıxış  yolu  tapdı.  Dekanla  partkom  çıxıb  getmişdilər.  Dəhlizdə 
görünmürdülər. Özünü hirslənmiş kimi göstərdi: 
-
 
Çıxın gedin burdan! Sizinlə sonra danışarıq. Tez olun! 
Fəzayə  duruxub  dayandı.  Axı  məktəbdən  qovula  bilərdi?  Həm  də 
yoldaşlarını  qoyub  getmək  istəmirdi.  Mikayıl  ona  yanaşıb  qolundan 
tutdu: 
- Çıxın dedim! Sizin qanınız sovet hökumətinə lazım deyil! 
Hətta qızı bir balaca itələdi də. Dar keçiddə dayanan uzun oğlan o 
saat  kənara  çəkildi.  Fəzayə  keçiddən  çıxıb  dəhlizi  sürətlə  keçdi  və 
döngədə  yox  oldu.  Mikayıl  dərindən  nəfəs  aldı.  Fəzayəni  qan 
verməkdən  xilas  etmişdi.  Deyəsən  qrup  yoldaşları  da  heç  nədən 
şübhələnmədilər.  Onlar  Mikayılı  doğrudan  da  əsəbiləşmiş  hesab 
etdilər.  Mikayıl  siyahını  başqasına  verib  komsomol  otağına  getmək 
bəhanəsi  ilə  qızın  ardınca  yollandı.  Yazıq  qız  yəqin  ki,  indi 
məktəbdən  qovulacağını  düşünürdü.  Fəzayəyə  universitetin 
qabağındakı səkidə çatdı. Onunla yanaşı addımlayaraq: 
-
 
Sizinlə kobud rəftar etdiyimə görə inciməyin. - dedi. - Mən sizin 
adınızı  oxudum  ki,  məntəqəyə  keçəsiniz.  Sizi  buraxmaq  haqqında 
əvvəlcədən həkimə demişdim. Ancaq siz içəri keçmədiz. Ona görə də 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə