Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
özüm on birə on beş dəqiqə qalmış Oqtaygildən çıxıb evimə getdim. 
Təranənin qayıtmasını görmədim. 
-
 
Oqtay səni ötürdü? 
-
 
Evin qapısından ötürdü. Sonra qapını örtüb evə girdi. 
Bafadarın  dindirilməsi  bununla  bitdi.  O  çıxıb  gedən  kimi 
Ağasəməd gəldi. 
Ağasəməd  olduqca  arıq,  səliqəsiz  görkəmli  bir  adam  idi.  Adama 
baxanda  tez-tez  balaca  gözlərini  qırpırdı.  İlk  baxışdan  çox  əfəl  təsiri 
bağışlasa  da  əslində  çox  işləməkdən  və  açıq  havada  çox  qalmaqdan 
bədəni bərkimiş, rəngi qaralmışdı. Özü də araq tapandan-tapana bərk 
içən idi. Bir ara kolxozun mallarını otanrmış. İndi isə deyəsən fəhləlik 
edirdi.  Qohum-əqrəba  həmişə  çətin,  zir-zibilli  işlərə  onu  çağırırdı. 
İndi də harada nə iş görmüşdüsə, üstü-başı tozlu idi. Köynəyinin bir 
tərəfi şalvardan çıxıb sallanmışdı. 
Mayor Seyidov iti baxışlarla onu başdan- ayağa süzüb çımxırdı: 
Bu  üst-baş  nədi  ə?  Bizə  hörmət  qoymursan,  heç  olmasa  ağsaqqal 
müəllimə hörmət elə. Çıx bayıra, özünü qaydaya sal, sonra gəl! 
Ağasəməd  dinməz-söyləməz  otaqdan  çıxdı.  Beş  dəqiqə  sonra 
özünü düzəldib qayıdanda Nadir müəllim istintaqa başladı. 
-
Adın, familiyan! 
-
Səlimov Ağasəməd. 
-
Neçə yaşın var? 
-
Qırx... 
Elə  yazıq-yazıq  danışırdı  ki,  deyirdin  bundan  sakit  adam  yer 
üzündə  yoxdur.  Ancaq  eşitmişdim  ki,  məndən  əvvəlki  sahə 
müvəkkilinin 
dövründə bir-iki dəfə qoyun-keçi oğurluğu üstə ilişib, ancaq birtəhər 
qurtarıbmış. 
-
Nə işlə məşğul olursan? 
-
Fəhlə babayam. Əlimdən başqa iş gəlmir. 
-
Uşaqdan - zaddan nəyin var? 
-
 
Üç  uşağım  var.  Böyük  oğlum  əsgərlikdədi.  Kiçiyimin  on  yaşı 
var. Ortancıl qızdır. Səkkizinci sinifdə oxuyur. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Əmin oğlanlan sənə əl tutmur? 
-
 
Nə əl tutacaqlar? Hərə özünü güclə dolandırır. 
-
 
Niyə? Nəcməddin axınncı dəfə gələndə sənə pul vermədi? 
-
 
Yox, balamın canı üçün. 
-
 
Bəs Mikayıl üçün nə qədər gətirmişdi? 
-
 
Bilmirəm, vallah! 
-
 
Bilmirsən? Elə şey olmaz! Yaxşı fikirləş. 
Ağasəməd guya bir az fikirləşdi. 
-
 
Balamın canı üçün bilmirəm. Mən hardan bilim? 
Mayor  Seyidov  əsəbi  halda  çənəsini  ovuşdurub  nəsə  demək 
istəyirdi ki, baş müstəntiq növbəti sualını verdi: 
-
 
Sentyabrın 14-ü axşamı Mikayılgilə getmisən? 
-
 
Bəli, getdim. Ancaq yatmışdılar. 
-
 
Necə yəni yatmışdılar? Əməlli danış görüm. 
-
 
Uşaqlar yatmışdı.  Biz də yatmağa hazırlaşırdıq. Bayırda da bərk 
leysan tökürdü. 
Gördüm  ki,  siqaretim  qurtarıb.  Yadıma  düşdü  ki,  günorta  Mikayıl 
küçədə Tofiqə dedi ki, səhər gəl məni evdən götür. Şəhərə gedəcəm. 
Dedim, Mikayıla pul verim, səhər mənə siqaret alsın. 
-
 
Məgər  pulu  səhər  verə  bilməzdin?  -  Təhməzov  onun  sözünü 
kəsdi. 
-
 
Səhər maşın kənddən tez çıxır axı. Mən bir az gec dururam. 
-
 
Yaxşı! Danış! 
-
 
Mehman  müəllim  bilir,  bizim  ev  kəndə  girəndə  sağda  ikinci 
evdir.  Elə  məktəbə  gələn  küçəyə  yaxmam.  Tini  dönən  kimi  də 
Mikayılın evidir. Yüyürüb tini buruldum. 
-
Niyə yüyürürdün? 
-
Yağışa görə... 
-
Hə, sonra? 
-
 
Bu vaxt Təranə ilə üz-üzə gəldim. Mikayılgildən gedirdi. Başdan-
ayağa su içində olduğu üçün hələ zarafat da elədim, dedim, əmi qızı 
bu nədi islanmış cücəyə dönmüsən, başına yaylıq örtə bilmirsən? Dedi 
hara  gedirsən,  dedim  ki,  Mikayılgilə.  Dedi  nə  var  bu  gecə  vaxtı, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
yatırlar. Dedim zərər yoxdu, söz deyib qayıdıram. Sonra ondan ayrılıb 
Mikayılgilin həyətinə girdim. 
-
 
Darvaza bağlanmamışdı? 
-
 
Yox. Yəqin yadlarından çıxmışdı. Həm də mal-qara yox həyətdə. 
-
 
Bəlkə  Tofiqə  görə  açıq  qoyublar,  axı  səhər  tezdən  Tofiq  ora 
gəlməli idi? - mən fikrimi bildirdim. 
-
 
Sonra? - Təhməzov özünə yaraşmayan səbirsizliklə soruşdu. 
-
 
Evin  işığı  yanmırdı.  Bir-iki  ağız  Mikayılı  səslədim.  Cavab 
vermədilər.  Dedim  ya  yağışa  görə  eşitmirlər,  ya  da  yataqlarına 
girdiklərinə  görə  cavab  vermirlər.  Daha  orada  dayanmayıb  evimə 
qayıtdım. 
-
 
Elə bu? Başqa sözün yoxdur? - Mayor Seyidov açıq-aşkar istehza 
ilə soruşdu. 
-
 
Başqa nə sözüm olacaq? Nə olubsa, dedim. 
-
 
Çıx bayırda gözlə! 
Mən  yazdığım  protokolu  Ağasəmədə  göstərib  qol  çəkdirdim. 
Ağasəməd dəhlizə çıxdı. Mirağa müəllim də qalxıb: 
-
 
Gedim, tapşınm, çay gətirsinlər! - dedi və otaqdan çıxdı.
Seyidov qapıya baxıb dalğın halda dilləndi: 
-
 
Mənim  bu  Ağasəməddən  gözüm  su  içmir.  Şöbəyə  aparmaq 
lazımdır. Sözə bax! Çağırdım cavab verən olmadı. Pul məsələsini də 
Paşa bundan eşitmişdi. Ancaq gördünüz, boynuna almadı. 
-
 
Bilirsiz,  -  dedim.  -  Ola  bilər  ki,  Mikayılgil  yorğun  olublar. 
Təranəni yola salan kimi işığı söndürüb yerlərinə giriblər. Ağasəməd 
çağıranda səsini tanıyıb dinməyiblər. Fikirləşiblər ki, o da bir-iki saat 
oturub onları bezikdirəcək. Ağasəmədin o evdə hörməti olmayıb. Axı 
Təranə də deyib ki, getmə, yatmaq istəyirlər. Ya da, 
Ağasəməd özü deyən kimi - yağışın səsindən eşitməyiblər. 
Mayor Seyidov təəccüblə mənə baxdı: 
-
 
Mehman,  yerlərinə  giriblər  sözünü  necə  işlədirsən?  Özün 
görmədin ki, Mikayılgilin yataqları yığılmış şəkildə idi? Sonra da ki, 
Ağasəməd  evə  girməyibsə,  bəs  necə  olub?  Onları  kim  öldürüb? 
Təranə? Ya bəlkə Ağasəməddən sonra da kimsə gəlib ora? Mən bayaq 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə