Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
kimsə  gəlib.  Bu  şəxsin  kimliyi  və  necəliyi  haqqında  demək  olar  ki, 
bizim heç bir təsəvvürümüz yoxdur və qatil hadisə yerində heç bir iz 
də qoymayıb. Bəs o adam kim ola bilər? Axı nə üçün biz heç cür onun 
izinə düşə bilmirik? 
Üçə on dəqiqə qalmış şöbə rəisi mayor Seyidovla məni kabinetinə 
çağırdı.  İkimiz  də  tələsik  onun  yanma  getdik.  Otaqda  rəisdən  başqa 
bir nəfər də var idi. Həmin adam stolun arxasında oturub qoşalaşmış 
əllərini  çənəsinə  dayaq  vermişdi.  Biz  içəri  girəndə  hər  ikimizi  ani 
nəzərlərlə süzüb diqqətini mənim üzümdə cəmlədi. 
Əyninə  nazik,  qara  plaş  geyib,  başına  həmin  rəngdə  şlyapa 
qoymuş,  anq,  azacıq  donqar  burnu  təmiz  qırxılmış  sifətinə  yaraşıq 
verən,  gözünün  üstünə  enmiş  nazik  sərt  qaşları,  adamın  yeddi 
qatından keçən  iti baxışları olan bu  adamı  tanımaya bilərdimmi? Bu 
haqqında sizə danışdığım polkovnik Qanbay Qasımlı idi. 
-
 
Xoş gəlmisiniz, Qanbay müəllim! - deyə onunla görüşdüm.
Qanbay Qasımlı zəndlə üzümə baxıb: 
-
 
Akademiyanı keçən il bitirmisiz? - deyə soruşdu. 
-
 
Bəli, - dedim. - Bizə bir neçə mühazirə oxumuşunuz. Mən həmişə 
arxada otururdum. 
-
 
Yadıma  düşdü,  -  Qasımlı  mehribanlıqla  başını  tərpətdi.  Sonra 
ciddiləşib  üzünü  rəisə  tutdu:  -  Axşam  mütləq  Bakıda  olmalıyam. 
Vacib işim var. Məndən qeyri-rəsmi olaraq xahiş ediblər ki, sizdə baş 
vermiş  cinayət  hadisəsini  araşdınb  həkim  Vaqif  Fərəcovun 
günahsızlığını  sübut  edim.  Əlbəttə,  əgər  doğrudan  da  günahsızdırsa. 
Odur  ki,  xahiş  edirəm,  məni  topladığınız  bütün  materiallarla  tanış 
edin! 
Rəisin  qanı  bir  az  qara  idi.  Deyəsən  Qasımlınm  bu  işə 
qarışdırılması  onu  o  qədər  də  açmırdı.  Ancaq  başqa  çarəsi  yox  idi. 
Yuxandan belə məsləhət görmüşdülər. Bir az da düşünüb dilləndi: 
-  Materiallarla  sizi  tanış  edəcəyik.  Ancaq  siz  tələsirsinizsə, 
bilməlisiz ki, bu işin açılması çox uzun vaxt tələb edə bilər. Bəlkə heç 
özünüzü  yormağa  dəyməz?  Biz  hər  şeyi  dərindən  araşdırmışıq  və 
şübhəli şəxslərin istintaqı hələ davam edir. İnanınq ki, zəhmətimiz öz 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
nəticəsini verəcək. 
Bakıdan  gələn  qonaq  dinmədi.  Yaranmış  xoşagəlməz  sükutun 
mənasını başa düşən rəis Təyyar müəllimə baxdı: - Verin protokolları, 
tanış olsun! - dedi. 
Mayor  Seyidov  qalın  kağız  qovluğu  Qanbay  Qasımlının  qarşısına 
qoydu. 
-
 
Hamısı budur? - Qasımlı soruşdu. 
-
 
Bəli! - Seyidov cavab verdi. 
-
 
Mən  hadisə  yerinə  də  baş  çəkmək  istəyirəm.  -  Qasımlı  qovluğu 
götürüb  dedi:  -  İcazə  verin  sənədlərlə  yolda  tanış  olum.  Mənimlə  bu 
baş  leytenant  getsə  kifayətdir:  -  deyə-mənə  baxdı.  -  Başqa  heç  kəsə 
ehtiyac yoxdur. Kəndə mənim gəldiyim maşınla gedərik. 
-
 
Necə istəyirsiz, elə də olsun! - rəis razılaşdı. 
Qaraqabaq  xəfiyyə  ayağa  qalxıb  kabinetdən  çıxdı.  Mən  də  rəisin 
göstərişi  ilə  onun  arxasınca  gedib  həyətə  düşdüm.  O,  ağ  rəngli 
Volqada gəlmişdi. Qapını açıb məni sükan arxasına dəvət etdi: 
-
 
Siz sürün! 
-
 
Maşın özünüzündür? - deyə sükan arxasında oturub soruşdum. 
-
 
Yox,  qonşumundur!  -  dedi.  -  Maşına  qulluq  etməkdən  zəhləm 
gedir. 
Qasımlı arxada əyləşib qovluğu yanma qoydu və biz Qaradumanlı 
kəndinə  yola  düşdük.  O,  yol  boyu  qovluqdakı  istintaq  protokollarını 
bir-bir  diqqətlə  oxuyurdu.  Ona  görə  də  dinib-  danışmırdıq.  Düzünü 
deyim  ki,  onun  kimi  adamın  mənimlə  yol-yoldaşı  olmasından  qürur 
hissi  duyurdum.  Akademiyada  bir  müəllimin  Qasımlı  haqqında 
danışdıqları yadıma düşdü. O deyirdi ki, cinayətkarların ən təhlükəli 
düşməni  olan  Qasımlı  Rusiyanın  vilayətlərində  istər  milis  işçiləri, 
istərsə  də  cinayətkar  qruplar  arasında  «qara  xəfiyyə»  adı  ilə 
tanınırmış.  Onun  iştirak  etdiyi  bütün  əməliyyatlar  müvəffəqiyyətlə 
nəticələnirmiş.  Müəllimimiz  deyirdi  ki,  Qanbay  Qasımlımn  ailəsi 
intiqam  qurbanı  olub  tələf  olandan  sonra  istefaya  çıxıb  vətəninə 
qayıdanda,  onun  ölkədən  uzaqlaşması  cinayətkar  mühitin  əsl 
bayramına  çevrilib.  İndi  həmin  bu  adam  iyirmi  gündən  bəri  baş  aça 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
bilmədiyimiz  qaranlıq  cinayət  işini  araşdırmaq  üçün  mənimlə  Qara-
dumanlı  kəndinə  gedirdi.  Görəsən  «qara  xəfiyyə»  o  qaranlıq,  yağışlı 
gecənin sirrini aça biləcəkdimi? 
Artıq yolu yarıdan keçmişdik. Maşınımız meşənin içindən salınmış 
narahat yolla irəliləyirdi. Qasımlı materiallarla işini qurtardı. Qovluğu 
bağlayıb bir siqaret yandırdı və dilləndi: 
-
 
Sahə müvəkkili Mehman Cəfərov sizsiz? 
-
 
Bəli, - dedim. 
-
 
Mehman  müəllim,  indi  hadisə  barədə  bildiklərinizi  və 
gördüyünüz işləri danışın. 
Hadisə baş verən gündən nə olmuşdusa, sizə danışdığım kimi ona 
da danışdım. Qasımlı mənə diqqətlə qulaq assa da heç nə demədi. 
Kəndə girəndə xahiş etdi ki, hadisə ilə bağlı danışdırılan adamlann 
evlərini  göstərim.  Maşını  asta-asta  sürməklə  əsas  küçə  ilə  gedib  sıra 
ilə  Ağasəmədin,  Namiqin,  Oqtaym,  nəhayət,  Kamilgilin  evlərini 
göstərdim. Sonra  maşını döndərib  geri qayıtdım  və  məktəb küçəsinə 
döndüm. Burada da maşını irəli sürüb sonuncu evin  - Vaqifin evinin 
yanından  döndərdim  və  geri  qayıdaraq  sağdan  Vaqifin,  Rüstəmin, 
Feyzi  kişinin,  solda  Paşanın  və  yenə  sağda  Mikayılın  evini 
tanıtdırdım. Maşını da elə buradaca - hadisə baş verən evin qarşısında 
saxladım. Sahibsiz qalmış həyətin darvazası qıfıllı idi. 
Qasımlı  düşüb  darvazadan  küçənin  tininə  qədər  yola  nəzər  saldı  və 
çevrilib soruşdu: 
-
 
Təranə Ağasəməd ilə harada rastlaşıb? 
Mən Mikayılın darvazasından əsas küçəyə 
tərəf dörd-beş metr addımlayıb durduğum yeri göstərdim. 
-
 
Təxminən burada! 
Bu  vaxt  Rüstəmlə  Kamil  Rüstəmgilin  həyət  qapısından  çıxıb 
yanımıza  gəldilər  və  bizimlə  görüşdülər.  Qasımlmı  onlara  çox  qısa 
təqdim etdim. 
-
 
Bakıdan gəlib... 
Rüstəm darvazanı açaraq dedi: 
-
 
Kamillə çay içirdik. Uşaq dedi ki, buraya maşın gəldi. Ona görə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə