Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

downloaded from KitabYurdu.org
VII 
qurtardı. 
-
 
Bacınızın  yoxa  çıxması  haqqında  siz  nə  deyə  bilərsiniz?  - 
Qasımlı  bayaqdan  sakitcə  atasına  qulaq  asan  Tahirə  üz  tutdu.  Tahir 
təqribən  iyirmi  beş  yaşında  arıq  bir  oğlan  idi.  Nazik  qara  bığlan 
sifətinə yaraşıq verirdi. Danışdıqca  həyəcanlanır, çəkdiyi əzabı açıq-
aşkar büruzə verirdi: 
-
 
Mən həmin gün işdə idim. Xarici firmada kompüterdə işləyirəm. 
Anam saat 6-da mənə zəng vurub dedi ki, qız evdə yoxdur, bilmirsən 
haradadır?  Dedim  yox.  Dedi  tez  evə  gəl.  Mən  gəldim.  Sonra  atamı 
çağırmağa getdim. Atam gəlib polisə xəbər verdi. 
-
 
Sizin  deməyə  təzə  sözünüz  yoxdur  ki,  Leyla  xanım?  -  Qasımlı 
süfrəyə çay stəkanlarını düzən ev sahibəsindən soruşdu. 
-
 
Yox!  Allaha  yalvarıram  ki,  ürəyimə  qüvvət  versin,  ölməyim, 
qızın  ölüsündən,  dirisindən  xəbər  bilim.  -  Leyla  xanım  ağlamağa 
başladı. 
Qasımlı  ona  ürək-dirək  vermək  fikrindən  vaz  keçib  Bəxtiyara 
növbəti sualını verdi: 
-
 
Bakıda  qohumdan-qardaşdan  kiminiz  var?  Bu  işdə  sizə  yardım 
etmək istəyənlər varmı? 
-
 
Qohum-qardaş deyəndə ki, bir o qədər yaxınlarımız yoxdur. Mən 
özüm buralıyam. Bir bacım var, Yasamalda olur. Əri ticarətlə məşğul 
olur.  Rusiyadadır.  On  yaşında  bir  oğlanları  var.  Leyla  Gəncədəndir. 
Orada iki qardaşı var. İkisi də müəllimdir. Biri ali, biri orta məktəbdə. 
İkisinin  də  körpə  uşaqları  var.  Doğrusu  əlaqələrimiz  zəifdir.  Az-az 
gedib-gəlirik.  Onlar  da  hadisəni  biləndən  sonra  gəldilər.  Ürək-dirək 
verdilər.  Pul  təklif  elədilər.  Onların  əllərindən  nə  gələcək?  Bir  də 
üzbəüz  qonşumuz  Ağaəhməddi.  Tahirlə  arası  yaxşıdır.  O  da  hərdən 
əlindən gələni edir, təskinlik verir. Bir-iki dəfə baxıcı yanma gedəndə 
öz «Jiquli»si ilə apanb. 
-
 
Bina sakinlərindən kiminlə gediş-gəlişiniz var? Tahirə bibisigilə, 
ya qeyri yaxınların mənzilinə gedirdimi? 
-
 
Yox,  yox!  Heç  yerə!  Heç  kimlə  əlaqəsi  yox  idi.  Bir  sinif 
yoldaşları ilə ola bilərdi. Onlarla da ancaq məktəbdə. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
-
 
Yaxşı,  indi  icazə  verin  Tahirənin  şəxsi  əşyaları  ilə  tanış  olum. 
Əsasən məktəb ləvazimatlarını nəzərdə tuturam. 
-
 
Buyurun, buyurun! - Bəxtiyar bizi qonşu otağa dəvət etdi. 
Biz göstərilən otağa keçdik. Qasımlı Tahirənin kitab şkafındakı hər 
şeylə  dərindən  maraqlanmağa  başladı.  Kitabları,  şkafın  alt  qapalı 
siyirməsindəki  dəftərləri  və  şəkil  albomunu  səbirlə  vərəqləyirdi. 
Albomdakı  fotoların  əksəriyyəti  bayram  süfrələrində  çəkilmiş  ailə 
şəkilləri  idi.  Tahirənin  tək  və  sinif  yoldaşları  ilə  də  şəkilləri  var  idi. 
Albomu örtüb yerinə qoyandan sonra Qasımlı bir stulu yaxma çəkib 
əyləşdi və dəftərləri vərəqləməyə başladı. 
Dəftərlər çox idi və demək olar ki, hamısı eyni formalı dəftərlər idi. 
Biz  xəfiyyəyə  mane  olmamaq  üçün  ona  yaxınlaşmırdıq.  O,  bütün 
dəftərləri gözdən keçirib, onlardan birini kənara qoydu və digər xırda 
əşyalara nəzər yetirdi. Daha sonra ayağa qalxıb: 
-
 
Biz  getməliyik!  -  dedi.  Ancaq  qızınız  haqqında  daha  məlumatlı 
olmaq  üçün  qonşularla  da  danışmağım  pis  olmazdı.  Xahiş  edirəm, 
üzbəüz qonşunuzla bizi tanış edin və sonra mənzilinizə qayıdın. 
-
 
Yaxşı, nə deyirəm. 
Biz mənzildən çıxanda bizi yola salan Leyla xanım heç nə deməsə 
də Qasımlı deyəsən onun yalvaran baxışlarının mənasını başa düşdü. 
-
 
Arxayın olun, Leyla xanım, mən sizə söz vermişəm! 
Yazıq ananı qəhər boğduğu üçün heç nə deyə bilmədi. 
Bəxtiyar  mənzildən  çıxıb  qonşunun  qapısmdakı  düyməni  basdı. 
Qapını  qırx  yaşlannda,  hündür  boylu,  sağlam  bədənli,  qalın  bığları 
olan bir kişi açdı. Əvvəlcə Bəxtiyara, sonra bizə baxdı. Bəxtiyar: 
-
 
Ağaəhməd, bunlar qızla əlaqədar gəliblər
- dedi. 
-
 
Başa düşmədim... - Ağaəhməd təəccübləndi. 
-
 
Polisdəndirlər. Qonşu kimi səninlə danışmaq istəyirlər. Bəxtiyar 
bunu  deyib  daha  yanımızda  dayanmadı  və  öz  mənzilinə  keçdi. 
Ağaəhməd bizi evə dəvət etdi. Biz içəri keçdik. Stolun üstündəki iki 
boşqabda  xörəklər  yarımçıq  qalmışdı.  Qasımlı  tələsdiyini  söyləyib 
oturmaq istəmədi. Ağaəhmədin gənc arvadı o biri otaqdan gəlib salam 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
verdi və maraqla bizə baxmağa başladı. 
Qanbay Qasımlı salamı alıb mehribanlıqla Ağaəhmədə baxdı: 
-
 
Allah saxlasın, bu yaşda elə bircə körpə uşağınız var? 
-
 
Bəli,  yaşımıza  baxmayın,  doğurdan  da  birinci  övladımızdır. 
Nədən bildiniz? 
- Bunu bilməyə nə var ki? - Qasımlı əli ilə divanın üstünə tökülmüş 
çörək  qırıntılarını  göstərdi.  -  Ancaq  çətinliklə  və  belə  gec  tapılmış 
uşağı  yad  adamlar  içəri  girəndə  qonşu  otaqda  gizlədərlər.  -  Qasımlı 
güldü. Lakin tez də ciddiləşib əlavə etdi: - Bağışlayın, zarafat etdim. 
Bir  valideyn  kimi  qonşularınızın  halını  başa  düşməmiş  olmazsınız.
Mən Leyla xanıma söz vermişəm ki, qızını tapım. Bəxtiyar sizi yaxşı 
adam  hesab  edir.  Onu  uzaqlaşdırdım  ki,  açıq  danışa  biləsiniz.  Əgər 
onlara kömək etmək istəyirsinizsə, düzünü deyin, Tahirəni  hər hansı 
oğlanla görüşən görmüsünüzmü və ümumiyyətlə, onunla  maraqlanan 
olubmu? Tahirənin özü haqqında fikriniz nədir? 
Birinci Ağaəhmədin arvadı dilləndi: 
-
 
Yox,  yox,  qardaş,  nə  danışırsınız?  Heç  elə  şey  olar?  Mən  hələ 
indiyə qədər onun kimi utancaq, mərifətli qız görməmişəm. O ki hələ 
uşaqdı, onun nə vaxtıdı ki, oğlanla da görüşsün? 
Ağaəhməd arvadının sözünə qüvvət verdi: 
-
 
Dördüncü polis bölməsindən kapitan Mehdiyev də bizi bu barədə 
sorğu-sual  etmişdi.  Ona  da  dedim.  Həqiqətən,  Tahirə  kimi  qız  mən 
hələ görməmişəm. Qızım olsun, çox həyalı uşaqdır. O ki qaldı onunla 
maraqlanan, ya görüşən, vallah, nə görməmişəm, nə də eşitməmişəm. 
Sakitcə  məktəbə  gedib-gəlirdi.  Yazığın  başına  nə  faciə  gəldi,  Allah 
bilir, baş açmaq çətindir. 
Qasımlı fikrə getdi. Elə bil çıxılmaz vəziyyətə düşmüşdü və daha 
nə soruşacağını bilmirdi. Nəhayət dilləndi: 
-
 
Bağışlayın, sizi narahat etdim. Amma hər halda ola bilər ki, digər 
qonşular  nə  isə  bilib  qızın  valideynlərindən  gizlətsinlər,  elə  bir  şey 
olub eləsə mütləq xəbər verin. 
-
 
Arxayın olun! 
Biz  mənzildən  çıxıb  aşağı  düşdük  və  maşına  mindik.  Hava 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə