Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
Rəis  artıq  söhbətə  yer  vermədən  Vaqifin  izahatını  Təranəyə 
göstərdi və oxumağı tapşırdı. Təranə izahatı oxuyan kimi: 
Ay Allah, rüsvay oldum! - deyib əlləri ilə üzünü tutdu və ağlamağa 
başladı. 
Polkovnik Əlizadə ona acıqlandı: 
-  Bəsdir,  qurtar  görək!  Özünü  artistliyə  qoyma,  həyasızın  biri 
həyasız! Bir aya yaxındır ki, bu boyda polis şöbəsini ələ salırsan sən! 
- səsinin tonunu aşağı salıb barmağı ilə stolu taqqıldatdı. 
- Səni həbs edəcəm. Ancaq hər şeyi olduğu kimi boynuna alıb yazsan 
bəlkə sənə rəhmim gəldi. 
Təranə hər şeyi olduğu kimi yazıb, hətta Ağasəmədin tutulmağını 
bilərəkdən  istədiyini  boynuna  alandan  sonra  rəis  onu  buraxmağı 
tapşırdı.  Mən  bilirdim  ki,  daha  bu  sirr  gizli  qalmayacaq.  Bizdə  də, 
belə  bir  iş  tutmuş,  yəni  ərinə  xəyanət  etmiş,  özü  də  bu  cür  yaraşıqlı 
qadını tanıdılar, qurtardı... 
Həmin  gün  Kamil  də  danışdırıldı.  Namiqin,  Fəridənin,  Rüstəmin 
izahatlan bir fakt kimi onun qarşısına qoyuldu. Kamil evdən çıxandan 
Rüstəmgilə girənə qədər keçmiş yanm saatdan çox  müddətdə harada 
olduğunu  izah  edə  bilmədi  və  çarəsiz  qalıb  cinayətini  boynuna  aldı. 
Onun yazmış olduğu izahatı olduğu kimi sizə çatdırıram: 
« Klubun yanında bir neçə adamın yanında Paşadan eşitmişdim ki, 
Nəcməddin Mikayıl üçün on min ABŞ dolları məbləğində pul gətirib. 
Mən  mühasiblikdən  çıxandan  sonra  dolana  bilmirdim.  Fəhləliklə 
çörək  qazanmaq  isə  mənim  bacardığım  iş  deyildi.  Bir  dəfə  Bakıda 
alverlə məşğul olmaq istəmişdimsə də alınmamışdı. Bununla əlaqədar 
borca  da  düşmüşdüm.  Fikirləşdim  ki,  Mikayılgildəki  pullar  mənim 
olsa, 
borclarımı  verər,  həm  də  Bakıya  köçüb  layiqli  bir  iş  tapardım. 
Nəhayət,  necə  oldusa,  Mikayıl  və  arvadını  öldürüb  pulları  götürmək 
ağlıma  gəldi.  Sentyabrın  14-də  saat  ona  iyirmi  dəqiqə  qalmış  bıçaq 
götürüb oraya getdim. Mikayılgil məni bir az təəccüblə də olsa, yaxşı 
qarşıladılar.  Axı  mən  heç  vaxt  onların  evində  olmamışdım?!  Fəzayə 
tez  qayğanaq  bişirib  süfrə  açdı.  Mikayıl  süfrəyə  bir  bütöv  araq  da 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
qoydu.  Sonra  Fəzayə  o  biri  otağa  keçib  orada  oturdu.  Bir  az  yemək 
yeyib siqaret yandırdıq. Fikirləşdim ki, daha vaxtdır. İçdiyim iki yüz 
qram  araq  da  məni  cəsarətləndirmişdi.  Siqareti  söndürüb  yavaşca 
bıçağı  cibimdən  çıxartdım.  Ayağa  qalxıb  oturduğu  yerdə  Mikayılın 
kürəyinə bir bıçaq zərbəsi vurdum. 
Fəzayə  olan otağın qapısını açanda  onunla üz-üzə gəldim.  Vəziyyəti 
görən  Fəzayə  elə  dəhşətlə  qışqırdı  ki,  əvvəlcə  özümü  itirdim.  Sonra 
onun  ağzını  tutub  hədələdim  ki,  səsini  çıxartsa  öldürəcəm.  Pulları 
tələb  edəndə  Fəzayə  əli  ilə  qonşu  otağı  göstərdi.  Onu  tutub  həmin 
otağa apardım. Fəzayə şkafı açıb pulları çıxartdı. Ancaq bu pullar rus 
pulu idi. Başa düşdüm ki, aldanmışam. Ancaq daha gec idi. Fəzayənin 
saçından tutub başını əydim və bıçaqla kürəyinə iki zərbə vurdum. O 
kürəyi  üstə  yerə  yıxıldı.  Qanlı  bıçağı  onun  paltarına  silib  cibimə 
qoydum. Bu vaxt yağış asta-asta yağmağa başladı. Otağa girib xörək 
yediyim  çəngəli,  araq  stəkanımı  və  çəkdiyim  siqaretin  kötüyünü 
götürdüm və onları da cibimə qoydum. Fikirləşdim ki, onlarda əl izi 
qala bilər. Sonra işığı söndürüb qapını örtdüm və Rüstəmgilə getdim. 
Dedim  qoy  sonra  Rüstəm  şahid  olsun  ki,  mən  onlarda  olmuşam. 
Evdən  çıxanda  da  bu  cür  plan  qurmuşdum.  Bu  tərəfdən  də  Namiq 
məni  küçədə  görmüşdü.  İçəri  girəndə  Rüstəmə  dedim  ki,  saat  ıo 
olmayıb, nə tez yatırsız? Belə dedim ki, qoy Rüstəm sonradan mənim 
oraya saat ıo-dan tez gəldiyimi xatırlasın. Ancaq bu alınmadı. Rüstəm 
divar saatına baxdı. Saat on birə iyirmi  yeddi dəqiqə işləmişdi.  Mən 
onlarda  oturub  gecə  saat  ikiyə  işləmiş  çıxıb  evimizə  getdim.  Sonra 
eşitdim  ki,  Təranə  guya  o  gecə  saat  doqquzdan  on  birə  kimi 
qardaşıgildə olub. Əvvəlcə bunu başa düşmədim. Sonra hər şey mənə 
aydın  oldu.  Bildim  ki,  Təranə  o  gecə  qardaşıgildə  yox,  Vaqifin 
yanında  olub.  Fəridə  mənə  demişdi  ki  Ağasəmədin  arvadı  Həbibə 
Təranənin  Vaqiflə  gizli  münasibətdə  olduğunu  deyir.  Onda  buna 
inanmamışdım.  İndi  başa  düşəndə  isə  sevindim  ki,  mən  şübhədən 
birdəfəlik  uzaq  olacağam.  Təranə  ağlına  da  gətirmirdi  ki,  onun  o 
gecəki sirrini mən bilirəm. 
Namiq məni küçədə gördüyünü xəbər verdiyi üçün ondan intiqam 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
almaq istədim. İstintaqda dedim ki, mən Namiqi görəndə o Mikayılgil 
tərəfə gedirdi. Məni görüb geri qayıtdı. Bunu mən yalan demişdim. 
Mən  çox  böyük  cinayət  etdiyimi  dərk  edirəm  və  etdiyim  hərəkət 
üçün peşmançılığımı bildirirəm ». 
O gün Ağasəməd və Vaqif evlərinə buraxıldılar. 
Məhkəmə  Kamili  ən  ağır  cəzaya  layiq  gördü.  Vaqif  işdən  çıxıb 
Bakıya getdi. Təranəni isə əri boşadı. İndi o, Mikayılgilin boş qalmış 
evində tək yaşayır. Oqtay uşaqlan ona vermədi. 
Onu  da  deyim  ki,  məni  də  oradan  çıxarıb  başqa  kəndlərə  sahə 
müvəkkili  göndərdilər.  Ancaq  üstündən  neçə  ay  keçməsinə 
baxmayaraq, o günləri unuda bilmirəm. Həmişə gecələr yağış yağanda 
Qaradumanlı kəndində baş vermiş həmin qanlı cinayəti xatırlayıram. 
Axı o dəhşətli gecədə də yağış yağırdı?! 
May - 2001 
İTMİŞ QIZIN AXTARIŞI 
May  ayının  17-si  idi.  Axşam  öz  mənzilimdə  oturub  televizora 
baxırdım.  «Xəbərlər»  proqramında  on  altı  yaşlı  bir  məktəbli  qızın 
itkin düşməsi barədə elan verdilər. Qız təxminən bir ay əvvəl  - aprel 
ayının  12-də  məktəbdən  evə  qayıdarkən  yoxa  çıxıbmış.  Televizorda 
qızın şəklini də göstərdilər. Onu görənlərdən xahiş olunurdu ki, rayon 
polis  idarəsinin  4-cü  polis  bölməsinə  məlumat  versinlər.  Polis 
bölməsinin  telefon  nömrəsi  bir  neçə  dəfə  təkrar  olundu.  Onuncu 
sinifdə oxuyan bu qız  - Nəsirova Tahirə Bəxtiyar qızı olduqca gözəl 
bir qız idi. İfadəli baxışlanndan təmizlik, qürur və kədər oxunurdu.
Bəlkə  də  qızın  baxışlarında  oxuduğum  kədər  mənim  hislərimin 
məhsulu idi. Amma hər halda, mənə elə gəlirdi ki, Tahirə ona baxan 
insanlara «Məni axtarın, tapın, xilas edin!» deyirdi. 
Bir siqaret yandırıb balkona çıxdım. Bakının gündüzündən heç də 
az gözəl olmayan gecəsinə baxanda, bu dəfə şəhər mənə çox qəmli və 
müdhiş göründü. Fikirləşdim ki, gur işıqları sayrışan bu evlərə sakit-
sakit baxırıq, amma xəbərimiz yoxdur ki, bu evlərdə nə hadisələr baş 
verir.  Bax,  Tahirə  adlı  o  gözəl  qız  da  bu  evlərin  hansmdasa 
yaşayırmış. Onun da yəqin atası, anası var. Onlar indi Allah bilir, nə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə