downloaded from KitabYurdu.org
VII
yummuşdu.
Deyəsən, yenə başı bərk ağrıyırdı. Qasımlı nə qədər möhkəm adam
olsa da, yüzlərlə müdhiş cinayətlə tanış olmuş bu adamın indiki halını
da başa düşürdüm. O, həmişə qarşısına qoyduğu məqsədə, nəyin
bahasına olur olsun, nail olmağa adət etmişdi. İndi də Leyla xanıma
söz vermişdi ki, Tahirəni tapacaq. Əlbəttə, əslində bu o demək
idi ki, dirisini, ya da ölüsünü. Taleyin işinə heç kəs müdaxilə edə
bilməz.
Ürəyimə dammışdı ki, dənizdə tapılan Tahirənin meyitidir.
Doğrudur, Zaurun verdiyi izahat Tahirə haqqında rəyimi bir qədər
dəyişmişdi. Ancaq buna baxmayaraq, düşünürdüm ki, yazıq qız
əvvəlcədən kiminsə toruna düşüb, kiməsə inanıb, özünü bədbəxt edib.
Qara xallı oğlan xəyalımda iblis kimi canlanırdı. Elələri üçün Tahirə
kimi məsum qızların qəlbində məhəbbət hissi alovlandırmaq və onlan
yoldan çıxarmaq nə çətin iş idi ki?
Tahirənin gündəlikdə və inşa yazısında yazdıqlarını xatırladım.
Onun puç olmuş arzuları, odlu ürəyindəki ana, ata, qardaş məhəbbəti
içimdə acı bir gizilti yaratdı. Bir siqaret yandırıb gözlərimi kabinetin
bir küncünə qoyulmuş gül dibçəyinə zillədim. Nə qədər beləcə
oturmuşdum, bilmirəm. Dəhlizdə eşitdiyim səs- küy məni xəyaldan
ayırdı. Qasımlıya baxdım, gözləri yenə yumulu idi. Yatıb-yatmadığını
bilmək olmurdu. Dəhlizə çıxdım. Heç kəs yox idi. Səs-küy indi
Səmədovun kabinetindən gəlirdi.
- Balamı verin! - deyə nalə çəkən səsin Bəxtiyara məxsus olduğunu
başa düşəndə, özümdən asılı olmayaraq, etika qaydalarını da
gözləmədən rəisin kabinetinə girdim. Hirsini- hikkəsini boşalda
bilməyən Bəxtiyar indi stulda oturub başını əlləri ilə tutaraq ağlayırdı.
Səmədov
bədbəxt atanın qarşısında ayaq üstə durub onu sakitləşdirməyə
çalışırdı:
-
Bəsdir! Siz kişisiniz, axı! Özünüzü ələ alın! Hələ meyitin
şəxsiyyəti müəyyənləşdirilməyib. Səbriniz olsun!
-
Daha nə səbir? Daha nə səbir?! Televizorda xəbəri eşidən kimi
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
anası ölüm halına düşdü. Bu saat xəstəxanada Tahiri onun yanında
qoyub gəlmişəm. O da öldü, qaldı xəbərim yoxdur. Allahın mənimlə
nə düşmənçiliyi var, bilmirəm!
-
Yaxşı, durun gedin evə! Ölənin kimliyi məlum olan kimi sizə
xəbər verərəm. Gedin!
Daha içəridə qalmayıb, sakitcə dəhlizə çıxdım. Mehdiyevin
kabinetinə girib əvvəlki yerimdə oturdum. Qasımlının gözləri yenə
yumulu idi.
-
Leyla xanımı xəstəxanaya aparıblar! - dedim.
Onun dodaqları bir-birinə sıxıldı. Gözlərini açıb, yenə yumdu.
Daha danışmadım. Beləcə gözləməyə başladıq. Gecə saat on ikinin
yarısında qapı açıldı və kapitan Mehdiyev içəri girdi. Qasımlı
gözlərini açaraq durub oturdu. Sualedici baxışlarını kapitanın üzünə
dikdi. Mehdiyev öz yerinə keçib danışmağa başladı:
-
Meyit Quliyeva Aygün Nəsib qızınındır. Fevralın 7-də itkin
düşən qızm. Yaxşı ki, mən getdim. Şəxsiyyəti müəyyənləşdirmək
çətin olacaqdı. Aygünün ağzında bir dənə qızıl diş olduğunu bilirdim.
Ancaq onu da deyim ki, meyit şişib çox pis hala düşmüşdü. Deməli
qızın ölümündən 36-38 sutka keçib. Ona heç bir işgəncə vermədən
iynə ilə öldürüblər. Bakirəliyi əvvəlcədən pozulubmuş... Vəssalam!
Bu qədər.
Qanbay Qasımlı ayağa qalxıb otaqda gəzinməyə başladı və fikirli
halda dilləndi:
- Deməli, Tahirənin yoxa çıxması ilə bu qızın ölümü təxminən eyni
gündə olub. Eyni gündə...
Biz daha polis bölməsində qalmadıq. Qarışıq
fikirlər içərisində oranı tərk edib evə yollandıq.
* * *
Səhəri gün - həyatımda ən yaddaqalan və ən müdhiş günlərdən biri
olan mayın 20-də yuxudan çox gec ayıldım. Fədayə də, oğlum da
məktəbə getmişdilər. Fədayə məktəbdə ingilis dili müəllimi işləyirdi
və əksər vaxtlar dördüncü sinifdə oxuyan oğlum İlhamla məktəbə bir
gedib, bir gəlirdilər. Saat 12 idi. Əslində gecə yata bilməmişdim.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
Demək olar ki, səhərə yaxın gözümə yuxu gəlmişdi. Aygün adlı qızın
ölümü və neçə gündən bəri mənimlə Qasımlınm həyatına əməlli-başlı
daxil olmuş Tahirənin müəmmalı taleyi fikrimi qarışdırmışdı. Bu dəfə
üst dodağından bir qədər yuxanda qara xalı olan bir oğlan yuxuma
girmişdi. Oğlan nifrətlə üzümə baxaraq, ağzını açıb yumurdu. Amma
dediklərini eşidə bilmirdim. Qara xalı gözümün qarşısında getdikcə
böyüməyə başlayanda iki əlimlə oğlanın
boğazından tutub boğmağa başladım və bu vaxt oğlan sirli şəkildə
yoxa çıxdı. Deyəsən elə həmin vaxt yuxudan ayılmışdım.
Əl-üzümü yuyub çay qoydum və mətbəxdə Fədayənin stolun
üstündə hazır qoyub getdiyi səhər yeməyini yedim. Yalnız bundan
sonra paltarımı dəyişib mənzildən çıxdım və qonşumun zəngini
çaldım.
Qapını açan polkovnik məni içəri dəvət etdi. İş otağındakı divanda,
həmişəki yerimdə oturan kimi gördüyüm yuxunu ona danışdım.
Qasımlı gülümsəyib başını buladı:
- Əgər mən də sizin kimi romantik yuxupərəst olsaydım, onda
gərək bu gecə yuxuda uzun, arıq, qulaqları radiolakator kimi qabağa
çıxmış, çənəsində köhnə çapıq yeri olan bir mədəni oğlan görəydim.
Elə bir mədəni oğlan ki, bir dəqiqənin içində adamı öldürər və elə o
saat da meyitin üstündə əyləşib iştahayla günəbaxan tumu çırtlayar.
-
Necə də ideal bir insan surəti yaratdınız! - deyə zarafat etdim.
-
Yox, mən yaratmamışam bu surəti. Dünən mənə belə bir adam
rast gəldi və mənə elə gəlir ki, o bizim apardığımız işlə əlaqədardır.
-
Üst dodağında qara xal var idi? - tələsik soruşdum.
-
Yox, yox! Üst dodağı ilə donqar bumu arasındakı sahə tərtəmiz,
gül kimi idi. -
Qasımlının da elə bil zarafat etməyə həvəsi gəlmişdi.
-
Bəs niyə onu güdmədiniz?
Özüm də hiss etdim ki, onu tabeliyimdə olan işçi kimi məzəmmət
edirəm.
-
Mən onu necə güdəydim ki, o özü məni güdürdü.
-
Bu nə vaxt olub?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |