Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

downloaded from KitabYurdu.org
VII 
öyrənmişəm. Onun hər dalınca düşən təsadüfü oğlanın şirin dilinə iki-
üç gün ərzində uymağı və hətta yolunu dəyişib onunla harasa getməyi 
mümkün deyil. Gündəlikdən görünür ki, Zaur qıza aym 5-də və 10-da 
yanaşıb.  Özü  də  Zaur  həyasız  gəncə  oxşamır.  Fikir  verirsinizmi,  5- 
dən  10-dək  arada  qıza  yaxınlaşmağa  cəsarət  etməyib.  Həmin  günlər 
və bir də 11-də o qıza yaxınlaşsaydı, bu barədə gündəlikdə bir qeydə 
rast gələrdik. Zaur Tahirəyə iki dəfə yaxınlaşıb və heç birində Tahirə 
ona  bir  kəlmə  söz  deməyib.  Deməyibsə  və  aprelin  11-də  Zaurun 
haqqında nəsə bir kəlmə yazmayıbsa, deməli, qız Zaura bir o qədər də 
ciddi fikir verməyib. Bu işin ikinci başı da var. Qız Zaura bir kəlmə 
də söz deməyibsə, deməli, Zaur yenə onun arxasınca düşməyə davam 
edəcəkdi.  Lakin  aprelin  ıı-də  qıza  yaxınlaşmayan  Zaur  12-də 
yaxınlaşıb  ciddi  bir  üstünlük  əldə  edə  bilməzdi.  Tahirənin  xarakteri 
bunu deməyə əsas verir. 
-
 
Ümumiyyətlə, bu iş barədə siz nə fikirdəsiniz? - deyə soruşdum. 
Ancaq heç inanmırdım ki, o mənə qəti bir söz deyə. 
-
 
Bu iş dolaşıq işdir. İzahatlar və həm də gündəlikdən, görünür, ki, 
Tahirənin  bizə  məlum  olmayan  gizli  bir  dostu  və  ya  tanışı  yoxdur. 
Olsaydı, gündəlikdə bu barədə kiçik də olsa, bir işarəyə rast gələrdik. 
Mən Bəxtiyara qohumlar barədə sual verdim. Onların arasında da, elə 
bir  adam  yoxdur  ki,  Tahirə  kimi  ciddi,  valideynləri  qarşısında 
məsuliyyətini dərk edən bir qızı evlərinə beş-on addım qalmış yoldan 
eləyib xoşluqla harasa apara bilsin. Zaur isə Tahirənin həyatında təzə 
adam  olub  və  o  da  bu  tezliklə  qızın  üzərində  güclü  təsirə  malik  ola 
bilməzdi. Qalır kimlərinsə qıza hücum edib zorakılıqla onu qaçırması, 
buna da inana bilmirəm. Çünki həmin yol kənannda obyektlər çoxdur 
və  səkidə  də  həmişə  gediş-gəliş  olur.  Zorakılıq  olsaydı  bunu  çoxlan 
görüb bilərdi. 
-  Zaurun  qızın  oğurlanması  ilə  əlaqədar  olmadığına  inanırsınızsa, 
onda o sabah sizin nəyinizə lazımdır? 
Qanbay Qasımlı əllərini yana açdı: 
-  Axı  izah  etdim?!  Mən  inanıram  ki,  Zaur  aprelin  12-də  də  qızın 
dalınca  düşüb.  Bəlkə  də  bu  belə  deyil.  Ancaq  hər  halda  mənim 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
ümidim  Zauradır.  Sabah  kapitan  Mehdiyevin  kabinetində  hər  şey 
aydın olar. Mənimlə getmək istəsəniz sabah işə getməyin. 
Qonşumun  söhbətindən  elə  bir  şey  anlamasam  da  sabahkı  görüşü 
gözləməyi qərara 
aldım. 
* * * 
Səhəri  gün,  mayın  19-u,  gündüz  saat  12-də  Qanbay  Qasımlı 
mənzilimə  zəng  vurub  bildirdi  ki,  dördüncü  polis  bölməsində 
Mehdiyev  bizi  gözləyir.  Geyinib  tələsik  mənzildən  çıxdım.  Qonşum 
məni blok qapısının ağzında gözləyirdi. 
Əynində  tünd  boz  rəngli  kostyum,  başında  da  həmin  rəngdə  nazik 
şlyapa var idi. Biz maşına minib özümüzü polis bölməsinə çatdırdıq. 
Mehdiyevin  kabinetində,  divar  boyu  düzülmüş  stullarda  iki  oğlan 
oturmuşdu.  Onlardan  birinin  boyu  normadan  xeyli  qısa,  burnu  əyri 
idi. Sırtıq görkəmi adamda heç də xoş duyğular oyatmırdı. O biri isə 
normal boylu, sarışın, nisbətən yaraşıqlı bir gənc idi. Hər ikisi nə üçün 
çağırıldıqlarını  bilmədikləri  üçün  bizə  təəccüblə  baxırdılar.  Mən 
onlara xüsusi fikir verdim: heç birinin üst dodağından yuxarıda qara 
xalı yox idi. 
Qasımlı balacaboy oğlana: 
-
 
Çıxın,  bayırda  gözləyin!  -  dedi  və  əyləşib  nəzərlərini  o  birinin 
sifətinə tuşladı: 
-
 
Xahiş edirəm özünüzü təqdim edin! 
-
 
Cabbarov  Zaur.  Universitetdə,  kimya  fakültəsinin  dördüncü 
kursunda oxuyuram. 
-
 
Hansı  rayondansan  Zaur?  -  polkovnik  ona  «sən»  deyə  müraciət 
etməyə başladı. 
-
 
Göyçaydan. 
-
 
Zaur,  -  Qasımlı  çox  sakit  və  arxayın  danışırdı.  -  Görürəm  pis 
oğlana  oxşamırsan.  İlk  sözündən  düzgün  danışmağa  başlasan,  sənin 
haqqında  müsbət  fikrim  özünü  doğruldacaq.  De  görüm,  -  əlini 
pencəyin  yaxasına  salıb  cibindən  Tahirənin  şəklini  çıxartdı  -  aprelin 
5-də və 10-da tanışlıq məqsədilə bu qıza yaxmlaşmısanmı? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Zaur  şəkli  görən  kimi  tutuldu.  Bir-iki  dəfə  udqunub,  nəhayət, 
dilləndi: 
-
 
Tarixi dəqiq bilmirəm, amma yaxınlaşmışam. Nə olsun ki? 
-
 
Heç nə! Xahiş edirəm, suallara düzgün cavab ver. Aprelin ıo-da 
özünü təqdim edib adını demisən və onun adını soruşmusan. O sənə 
cavab  verməyib.  Bəs  sonra,  səhəri,  ya  o  biri  gün  yenə  onun  dalınca 
düşmüsənmi? 
-
 
Bəli,  mən  onunla  yaxşı  mənada  tanış  olmaq  istəyirdim.  Bir-iki 
həftə əvvəl səkidə təsadüfən rastlaşmışdım və doğrusu ondan xoşum 
gəlirdi. Ancaq sonra gördüm ki, mən istəyən qız deyil və əl çəkdim. 
-
 
Başa düşmədim. Bir az açıq danış! - Qasımlı diqqətini toplayaraq 
Zaura  tərəf  əyildi.  Mən  və  kapitan  Mehdiyev  söhbətə  qarışmadan 
sakitcə qulaq asırdıq. 
-
 
Mən  o  qıza  yaxınlaşıb  adımı  dediyim  günün  səhəri  də  onların 
dalınca  düşmüşdüm.  Ancaq  yaxınlaşmağa  cəsarət  eləmədim.  O  biri 
gün,  yəni  sizin  dediyiniz  tarixə  görə  aprelin  12-si  yenə  qızla 
danışmağı qət etmişdim. Qız rəfiqəsindən həmişəki yerdə ayrılandan 
sonra  on-  on  beş  metr  getmişdi  ki,  səkinin  kənannda  dayanmış  bir 
xarici  markalı  maşından  onu  çağırdılar.  Onu  necə  səslədiklərini 
eşitmədim.  Ancaq  səsləyən  adam  maşının  arxa  qapısını  açmışdı. 
Maşının şüşələri qara rəngdə olduğu üçün nə sürücünü, nə də arxada 
oturan  oğlanı  görə  bilmirdim.  Qız  onu  səsləyənə  baxıb  sevincək 
gülümsədi.  Sonra  arxada  oturan  oğlan  ona  nə  dedisə,  qız  dedi  ki, 
gedim paltanmı dəyişim, çantamı evə qoyum. Oğlanın dediyini yenə 
başa  düşmədim  və  həmin  vaxt  maşının  yanından  keçdim.  Arxaya 
çevriləndə gördüm ki, qız maşına mindi və maşın yerindən götürüldü. 
-
 
Sən nə bildin ki, onu səsləyən oğlan idi? 
-
 
Birincisi  onun  səsini  eşitdim,  ancaq  başa  düşmədim.  İkincisi  də 
ki,  onun  qıza  tərəf  uzanan  sağ  əlini  də  gördüm.  Maşının  yanından 
keçəndə  onun  sifətini  görmək  istəsəm  də  alınmadı.  O,  qızı  maşına 
oturtmaq üçün o biri tərəfə çəkilmişdi. 
-
 
Oğlanın əlində xüsusi bir əlaməti yox idi ki? 
-
 
Yox, adi əl idi. Oğlan, deyəsən qolsuz köynək geyinmişdi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə