Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

downloaded from KitabYurdu.org
VII 
olan yüzmetrlik bir məsafədə yoxa çıxıb. 
Bu yol boyu onu görə bilən bütün adamlarla söhbət aparmışıq. Görən 
olmayıb. 
-
 
Bəlkə  rəfiqəsi  nəsə  bilir?  Bəlkə  sizə  yalan  danışıb?  -  deyə  mən 
soruşdum. 
-
 
Yox!  Tahirə  ilə  rəfiqəsi  həmişə  həmin  yerdə  aynlıblar.  Buna 
şahidlər  var.  Həm  də,  rəfiqəsi  öz  evlərinə  rahat  getmək  üçün  məhz 
həmin yerdə Tahirədən aynlmalıdır. 
Qasımlı ayağa qalxdı: 
-
 
Mən  Leyla  xanıma  söz  verdiyim  üçün  qızın  axtarışı  ilə  məşğul 
olacağam.  Təəssüf  ki,  vaxtım  azdır.  Bizə  icazə  verin,  Mehdiyevin 
kabinetinə gedib onun topladığı izahatlarla tanış olaq. 
Kapitan  Mehdiyevin  otağına  keçdik.  Kapitan  qonşumun  qarşısına 
bir qovluq qoydu. Qasımlı  cibindən  «Kent» siqaret qutusunu çıxarıb 
bir  siqaret  yandırdı  və  qovluğu  açdı.  Sənədləri  bir-  bir  gözdən 
keçirməyə başladı. 
Mən  və  kapitan  Mehdiyev  sakit  oturub  danışmırdıq.  Müəmmalı 
işlərdən baş çıxarmağın ustası olan xəfiyyə bütün diqqətini izahatlara 
verib,  sanki  bizim  otaqda  olduğumuzu  da  unutmuşdu.  Görəsən,  bu 
cansız kağızlar sirli şəkildə yoxa çıxmış bədbəxt qız haqqında bir şey 
deyə  bilərdimi?  Qasımlı  bir  sənədi  oxuyandan  sonra  mənalı  tərzdə 
mənim  qarşıma  qoydu  və  özü  digər  kağızları  oxumağa  başladı. 
Qarşıma  qoyulan  sənəd  Tahirənin  sinif  rəhbəri  Solmaz  müəllimənin 
izahatı idi. İzahatda yazılmışdı: «Mən altı il Nəsirova Tahirənin sinif 
rəhbəri olmuşam. Tahirə təkcə sinifdə yox, bütün məktəbdə seçilən ən 
ağıllı, tərbiyəli şagirdlərdən biri idi. Dərs əlaçısı, ictimaiyyətçi şagird 
idi. Utancaq olmaqla yanaşı, qürurlu və möhkəm təbiətli qız idi. Onu 
yoldan  çıxarmaq  mümkün  ola  bilməzdi.  Verilən  suala  cavab  olaraq 
bildirirəm  ki,  onun  oğlan  dostu  yox  idi  və  məktəbdən  kənarda  da 
hansısa  oğlanla  tanışlığına  inanmıram.  Anası  Leyla  xanım  təmiz 
qadındır  və  qızma  qarşı  da  çox  tələbkar  idi.  Onun  qızı  şübhəli 
adamlara  qoşula  bilməzdi.  Tahirənin  əsas  rəfiqəsi  və  evə  gedərkən 
yolun çox hissəsində onunla yol yoldaşı olan Zibeydə də təmiz ailənin 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
uşağıdır və ondan da heç bir narazılığım yoxdur ». 
İzahatı oxuyub Qasımlıya qaytardım. O bu dəfə qarşıma Tahirənin 
yazdığı  «Mənim  arzum»  mövzusunda  inşa  yazısını  qoyub 
Mehdiyevdən soruşdu: 
-
 
Sənədləri siz toplamısız? 
-
 
Bəli! - kapitan cavab verdi. 
-
 
Yaxşıdır!  Baxın,  bu  inşa  qızın  daxili  psixologiyasını  daha  çox 
açır  və  mənim  üçün  başqalarının  onun  haqqında  yazdıqları 
xasiyyətnamələrdən daha qiymətlidir. 
Kapitan  dinmədi.  Mən  inşanı  oxuduqca  Tahirəyə  valeh  olurdum. 
Necə  isti  ürəyi,  təmiz  hissləri  var  imiş.  Ən  böyük  arzusu  anası  kimi 
həkim olmaq imiş bədbəxtin. Yazıda Tahirənin insanlara məhəbbəti o 
qədər qabarıq əksini tapmışdı ki, istər-istəməz düşünməli oldum: Əgər 
Tahirə sağdırsa, görəsən insanlara məhəbbəti azalmayıb ki? Axı onu 
oğurlayıb  valideynlərindən,  qardaşından  ayrı  salanlar  da  insanlardır. 
Amma yox! Onlar insan deyillər. Lap yəqin ki, insan deyillər! Yalnız 
xarici görünüşdən insana bənzəyən iblisdirlər! 
Təcrübəli ekspert bütün izahatlarla tanış oldu. Mehdiyev Tahirənin 
müəllimləri,  sinif  yoldaşları  ilə  yanaşı,  yaşadığı  binanın  sakinləri  və 
ailə üzvlərindən də izahatlar alıb qovluğa doldurmuşdu. 
Biz  kabinetdən  çıxanda  Qasımlı  kapitan  Mehdiyevdən  telefon 
nömrələrini aldı. Mehdiyev bildirdi ki, bu gecə növbətçidir və yerində 
olacaq. 
Maşına minən kimi: 
-
 
Hara gedəcəyik? - deyə soruşdum. 
-
 
Sür  Tahirəgilin  məktəblərinə.  Sonra  isə  evlərinə  gedib  atası  ilə 
görüşərik. 
-
 
Bilirsiniz  saat  neçədir?  Axşama  az  qalıb.  Məktəbdə  kim  var  ki, 
indi? 
-
 
Məktəb ki yerindədir! - Qasımlı gülümsədi. Mən bir söz deməyib 
mühərriki  işə  saldım.  Maşın  məktəbin  qarşısında  dayananda 
polkovnik maşından düşüb: 
-  Siz  məni  Tahirəgilin  evinin  qabağında  gözləyin.  Mən  piyada 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
gələcəm, - dedi və evin 
ünvanı yazılmış kağızı mənə verdi. 
* * * 
Ev  uzaqda  deyildi.  Maşını  sürüb  düz  blokun  qarşısında  saxladım. 
Düşüb  gəzinə-gəzinə  Qasımlım  gözləməyə  başladım.  Qasımlı  iyirmi 
dəqiqəyə gəlib çıxdı. Biz dördüncü mərtəbəyə qalxıb 43-cü mənzilin 
zəngini  çaldıq.  Qapını  Tahirənin  atası  açdı.  Bu  orta  boylu,  sadə 
görkəmli  bir  kişi  idi.  Bəxtiyar  bizi  tanımadı.  Mən  özümüzü  təqdim 
edəndən sonra bizi şübhəli nəzərlə süzüb sənəd istədi və göstərdiyim 
vəsiqəni  görəndən  sonra  bizi  içəri  dəvət  etdi.  Leyla  xanım  və  oğlu 
Tahir də evdə idilər. Bədbəxt ana bizi mehribanlıqla qarşılayaraq tez 
çay  hazırlamağa  başladı.  Biz  stol  arxasında  oturanda  üzücü  sükut 
yarandı  və  nəhayət  bu  sükutu  Qasımlı  pozaraq  Bəxtiyara  müraciət 
etdi: 
-
 
Söz yox ki, sizin izahatlarınızı oxumuşam. Leyla xanımla söhbət 
etmişəm. Ancaq yenə ehtiyac duydum ki, sizin hər üçünüzü dinləyim. 
Hadisə haqqında nə bilirsiniz? Nə kimi yeni fikirləriniz var? 
Bəxtiyar  Nəsirov  başını  aşağı  dikib  bir  qədər  susdu.  Sonra 
qəhərlənib əllərini yana açdı və sözə başladı: 
-
 
Nə  bilim?  Elə  iş  orasındadır  ki,  heç  nə  ağlımıza  gəlmir,  heç 
kimdən, heç nədən şübhəmiz də yoxdur. Beş addımlıq yolda qız hara 
qeyb  olub,  ağlıma  gətirə  bilmirəm.  Mən  bir  dəfə  ona  nəsihət 
vermişəm  ki,  məktəbə  gedəndə  başını  aşağı  sal  get,  başını  aşağı  sal 
qayıt, heç bir yoldaşına qoşulub heç yana getmə! O da həmişə sözümə 
əməl edib. Bu on ildə tək bir dəfə - üç il əvvəl bir sinif yoldaşının  - 
qız xeylağının ad gününə getməyə icazə vermişəm. Onda da anası ilə 
gedib. Vəssalam. - Bəxtiyar bir az ara verib yenə danışmağa başladı: - 
Nə bilim? Bənna adamam. Həmişə halal çörəyimi yemişəm. Heç kəsə 
pisliyim dəyməyib. Düşmənim də yoxdur. 
Bu nə işdi Allah başıma gətirdi bilmirəm. Aydan çoxdu işə çıxmıram, 
hər gün ora-bura qaçıram. Neçə baxıcının, falçının yanma getmişəm. 
Çoxu  deyib  ki,  uşaq  sağdı,  ancaq  əlçatmaz  yerdədi.  Nə  bilim? 
Əlimdən  nə  gəlir?  -  Bəxtiyar  yenə  əllərini  çarəsiz  yana  açıb  sözünü 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə