Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
çəkirlər.  Qız  özü  indi  sağdırsa,  yəqin  ki,  bu  evlərin  hansmdasa 
gizlədilib.  Son  vaxtlar  gənc  qızların  oğurlanıb  xarici  ölkələrə  böyük 
məbləğə satılmaları haqqında da eşitmişdim. Hadisədən bir ay keçib. 
Kim bilir, Tahirə indi haradadır? 
Jurnalistlik  işimlə  bağlı  müxtəlif  insanların  qəribə  taleləri  ilə 
tanışlığım olsa da, heç vaxt bədbəxt hadisələrə biganə qala bilmirdim. 
Tahirənin  surəti  beynimə  həkk  olunmuşdu  və  hiss  edirdim  ki,  onu 
yadımdan çıxarmaq o qədər də asan olmayacaq. 
Gecə narahat yatdığıma görə Tahirəni yuxuda gördüm. Gördüm ki, 
dərsdən  çıxıb  səki  ilə  evlərinə  doğru  addımlayır.  Tahirənin  yanında 
qara  rəngli  bir  maşın  dayanır.  Maşından  iki  nəfər  üz-gözündən 
vəhşilik yağan kişi düşüb qızın qollanndan yapışır və onu maşına tərəf 
sürüyürlər. Tahirənin ciddi müqavimət göstərməsinə baxmayaraq onu 
maşına  salırlar  və  maşın  yola  düşür.  Bu  zaman  qızın  tükürpərdici 
qışqırığı maşından bütün şəhərə yayılır və həmin anda şəhərin bütün 
küçələrində  maşınlar  dayanır.  Adamlar  ayaq  saxlayıb  dəhşətlə  ətrafa 
boylanırlar. 
Yuxunun  bu  yerində  ayıldım.  Qərara  gəldim  ki,  səhər  hadisəni 
dərindən öyrənib, bu barədə 
işlədiyim qəzetdə geniş məlumat dərc etdirim. 
* * * 
Səhər  4-cü  polis  bölməsinə  gedib  rəisə  özümü  təqdim  etdim  və 
xahiş  etdim  ki,  hadisə  haqqında  öz  fikrini  bildirsin.  Polkovnik-
leytenant Səmədov xahişimi yerə salmadı. 
-
 
Siz  yəqin  ki,  axşam  televizorla  verilən  elanı  eşitmisiniz.  Hadisə 
isə bir ay bundan əvvəl olub. Elə həmin gün-aprelin 12-də qızın atası
bizə  məlumat  verib.  İşi  kapitan  Mehdiyevə  tapşırmışıq.  Zirək 
oğlandır. Ancaq təəssüf ki, qızın izinə düşə bilməmişik. Elə bil yağlı 
tikə  olub  göyə  çəkilib.  Atası  elan  verməyimizə  razı  olmurdu.  Qızını 
dilə-dişə  salmaq  istəmirdi.  Axırda  çarəsiz  qalıb  televizorla  elan 
verdirdik  və  şəklini  çoxaldıb  əməkdaşlanmıza  payladıq.  Görək  nə 
çıxacaq? 
-
 
Xahiş edirəm, hadisənin necə baş verməsi haqqında bildiklərinizi 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
danışın. 
-
 
Qız həmin gün saat 13.10-da dərsdən çıxıb. Rəfiqəsi ilə « Durna 
qatarı» kafesinin yanma kimi gəliblər. Orada rəfiqəsinin yolu ayrılır. 
Tahirənin  isə  ondan  sonra  evə  qədər  təqribən  150  metr  yolu  qalır. 
Tahirə  də,  rəfiqəsi  də  məktəbə  piyada  gedib-gəlirlər.  Çünki  məktəb 
evlərindən çox da uzaq deyil. Bizim qənaətimizə görə qız həmin 150 
metr  yolda  yoxa  çıxıb.  Bina  sakinlərinin  heç  biri  onu  evə  qayıdan 
görməyib.  Yeri  gəlmişkən,  onu  da  deyim  ki,  həmin  vaxt  qızgilin 
mənzillərində  heç  kəs  olmayıb.  Atası  Bəxtiyar  Nəsirov  bənnadır,  o 
gün  də  Keşlədə  bir  evdə  işləyirmiş.  Anası  Leyla  xanım  həkimdir. 
Qardaşı Tahir isə xarici ticarət firmasında işləyir. Onlar da həmin vaxt 
işdə olublar. Birinci evə qayıdan Leyla xanım qızın evdə olmadığını 
görüb  narahat  olur  və  oğlunu  evə  çağınr.  Sonra  isə  ərinə  xəbər 
göndərir. Özləri bir-iki yerə zəng vurub xəbər tuta bilmirlər və qızın 
atası  bizə  müraciət  edir.  Baxın,  hadisə  haqqında  bildiklərimiz 
bunlardır. - Səmədov danışığına bir qədər ara verib, əlavə etdi: - Onu 
da  deyim  ki,  hadisədən  ötən  bir  ay  beş  gün  müddətində  əlimizdən 
gələni  etmişik.  Tahirənin  müəllimləri,  sinif  yoldaşları  hamısı 
dindirilib. Rəfiqəsindən ayrılandan sonra keçdiyi yolda olan mağaza, 
köşk və digər obyektlərin işçiləri dönə-dönə yoxlanılıb və danışdırılıb. 
Amma heç bir nəticə olmayıb. 
Rəisə  verməyə  başqa  sualım  yox  idi.  Onunla  sağollaşıb  ayrılmaq 
istəyəndə  gözüm  stolun  üstündəki  qara  cildli  kitaba  sataşdı.  Bu, 
qonşum,  kriminalistika  doktoru  Qanbay  Qasımlının  məhkəmə 
ekspertizasına aid kitabı idi. Kitaba işarə edib: 
-
 
Müəllifi tanıyırsız? - deyə soruşdum. 
-
 
Şəxsən  yox!  Amma  haqqında  eşitmişəm.  İstefada  olan 
polkovnikdir.  Rusiyada  cinayət-  axtarış  işində  işləyib.  İndi  Bakıda, 
deyəsən, elmi işlə məşğuldur. 
-
 
Qonşumdur!  -  dedim.  O  heç  də  hər  işə  baş  qoşmur.  Ancaq  bu 
məsələ onu maraqlandıra bilsə, sizə kömək etməyə razı olar. 
-
 
Nə  deyirəm,  -  Səmədov  əllərini  yana  açdı.  -  Belə  işlərdə  hamı 
əlindən gələn köməyi etməlidir.
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Rəisin  yanından  çıxıb  redaksiyaya  getdim.  Tahirənin  rəisdən 
aldığım  şəklini  və  yazdığım  qısa  məlumatı  müvafiq  şöbəyə  verib 
tələsik  evə  qayıtdım.  Öz  mənzilimə  girməmiş  qonşumla  görüşdüm. 
Nədənsə,  çox  istəyirdim  ki,  o  bu  işlə  məşğul  olsun.  Ancaq  ağzımı 
açan kimi Qanbay Qasımlı bildirdi ki, mayın 19-da, yəni sabah axşam 
xaricə  uçmalıdır.  Artıq  bilet  də  hazırdır.  Tam  açıq  deməsə  də 
izahatından  belə  başa  düşdüm  ki,  o  bu  səfərə  hansısa  böyük  rütbəli 
şəxsin gizli tapşırığı ilə gedir. 
Qasımlıdan  əlimi  üzüb  öz  mənzilimə  keçdim.  Tahirənin  fikrini 
birdəfəlik  beynimdən  çıxarmaq  istədimsə  də  alınmadı.  Nahar  vaxtı 
həyat yoldaşımla söhbətdə özümdən asılı olmayaraq 
itkin qızdan söhbət saldım. Fədayə axşamkı elanı eşitməmişdi. 
-
 
Bəlkə qız özü kiməsə qoşulub qaçıb? - dedi. 
-
 
Heç inanmıram, - dedim. - Şəklindən çox ağıllı qıza oxşayır. 
-
 
Nə  bilim  vallah!  -  Fədayə  canıyananlıq  elədi.  -  Yazıq  onun 
anasının halına. Təsəvvür edirəm indi o nə çəkir. 
Ağlıma gəldi ki, nahardan sonra gedib qızın anası ilə də görüşüm. 
Kimlərinsə  itkin  düşməsi,  hətta  öldürülməsi  hadisələrini  çox  eşitsəm 
də heç vaxt bu cür hissiyyata qapılmamışdım. Ona görə də bir qızın 
itməsinin ürəyimi beləcə təlatümə gətirməsinin səbəbini özüm də başa 
düşə  bilmirdim.  Yəqin  ki,  insan  eşitdiyi,  gördüyü  hadisəni  heç  də 
həmişə tam reallığı ilə dərk  edə bilmirmiş. Bəlkə Tahirənin şəklində 
gördüyüm  qüssəli  gözlər  idi  bu  işə  qeyri-adi  münasibətimin  səbəbi? 
Deyə  bilmərəm.  Ancaq  yoxa  çıxmış  qızın  və  onun  valideynlərinin 
keçirdiyi əzabları duymağa başlamışdım. 
Həkim  Leyla  Nəsirovam  işlədiyi  poliklinikada,  öz  kabinetində 
tapdım.  Leyla  xanım  ilk  baxışda  mənə  yaxşı  təsir  bağışladı.  İlahi, 
Tahirənin gözləri anasının gözlərinə necə də oxşayırdı. Ancaq Leyla 
xanımın  canlı  gözlərində  kədər  daha  dərin  kök  salmışdı.  Nə  qədər 
kədərli  olsa  da,  məni  mehribanlıqla  qarşıladı.  Deyəsən  məni  xəstə 
hesab etmişdi. 
Mən  müxbir  olduğumu  və  Tahirənin  yoxa  çıxması  ilə 
maraqlandığımı bildirdim. Leyla xanım o saat tutuldu. Bir qədər sükut 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə