Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

downloaded from KitabYurdu.org
VII 
-
 
Dünən  Mehdiyevin  kabinetində  Zaurla  söhbət  edib  sizdən 
ayrılandan  sonra.  Gecə  də  sizinlə  evə  qayıdandan  bir  qədər  ötmüş 
pəncərədən baxıb onu həyətdə gördüm. Qoltuğunda uzun, bükülü bir 
şey  var  idi  və  bu  snayper  də  ola  bilərdi  ki,  onunla  istənilən  adamı 
ağaclann arasından balkonda, ya elə otağın 
içində vurub öldürmək olardı. Mən belə bir silahlı qoruyucum olduğu 
üçün  işıqlan  söndürüb  çox  rahat  yatdım.  Sizin  kimi  yuxuda  xallı 
oğlanlarla dartışmaq isə heç ağlıma da gəlmədi. 
Məni həyəcan bürüdü. Deməli Qanbay Qasımlımn izinə düşüblər. 
Görəsən  onlar  kimlərdir?  Qanbay  müəllimi  nə  üçün  öldürmək 
istəyirlər?  Axı  o  hələ  axtarışda  elə  bir  irəliləyiş  etməyib  ki,  kimin 
üçünsə qorxu törətsin?.. Qonşumun səsi məni düşüncələrimdən ayırdı: 
- Nemət müəllim, deyirəm, gəlin gedək xəstəxanada Leyla xanıma 
baş  çəkək.  Leyla  xanım  yaxşı  insandır.  Və  həm  də  həddindən  artıq 
bədbəxt bir anadır. 
-
 
Elədir! - dedim. - Gedək. O, həqiqətən bədbəxtdir. 
-
 
Yox,  siz  heç  təsəvvür  də  edə  bilməzsiniz  ki,  o  necə  bədbəxtdir. 
Hətta özü də... 
Mübahisə  etmək  istəmədim.  Qasımlı  stolun  siyirməsindən 
tapançasını götürüb arxadan şalvarına keçirtdi və pencəyini geyinib: 
-
 
Getdik! - dedi. 
Maşına  minib  yola  düşdük.  Xəstəxana  Tahirəgilin  evlərinə  yaxın 
idi.  Yolüstü  bir  az  meyvə  alıb  xəstəxanaya  girdik.  Palatada  cəmi  iki 
nəfər qadın yatırdı və kənar şəxs yox idi. Leyla xanım bizi görən kimi 
qızardı və yatağında dikəlmək istədi. Mən: 
-
 
Uzanın,  uzanın!  Xahiş  edirəm,  narahat  olmayın!  -  dedim  və 
əlimdəki sellofan torbanı onun çarpayısı yanındakı kiçik şkafın üstünə 
qoydum. 
-
 
Necəsiniz? - deyə Qasımlı qayğıkeşliklə soruşdu. 
Leyla xanım utancaq cavab verdi: 
-
 
Sağ  olun!  İndi  bir  az  yaxşıyam.  Qan  təzyiqim  qalxmışdı.  İndi 
normaya düşüb. Tahirədən nə xəbər var? 
-
 
Darıxmayın, tapılacaq! Axı mən sizə söz vermişəm?! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
-
 
O bədbəxt qızı niyə öldürüblər? 
-
 
Hələ ki, məlum deyil... 
-
 
Yalvanram  sizə,  elə  bilin  ki,  öz  doğma  qızınızı  axtarırsınız...  - 
Leyla xanımın gözləri doldu. 
Qanbay  Qasımlım  heç  belə  tutulan  görməmişdim.  Baxışlarını 
xəstədən yayındıra bilsə də, mən ani olaraq onun gözlərini gördüm və 
gördüyüm kədərqanşıq dəli nifrət məni 
diksindirdi. 
* * * 
Keçmiş  xəfiyyə  daha  palatada  qalmaq  istəmədi  və  biz  Leyla 
xanıma tez ayağa qalxmasını arzu edib çıxdıq. Maşına oturan kimi: 
-
 
Polisə  baş  çəkəcəyik?  -  deyə  soruşdum.  Qasımlı,  deyəsən  çox 
fikirli olduğu üçün 
sözümü eşitmədi. Odur ki, təkrar etməli oldum. 
-
 
Hara gedəcəyik? 
-
 
Gedək, bir sakit yerdə oturaq, nəsə içmək istəyirəm, - dedi. 
Bu  təklif  mənim  də  ürəyimdən  oldu.  Maşını  işə  salıb  bir  az 
getdikdən sonra “Şah xörəkləri” restoranının qabağında saxladım. 
-
 
Yox, burada istəmirəm, gedək! - Qasımlı cəld dilləndi. 
-
 
Niyə axı? Nahar da edərik... 
-
 
Yox, sakit yerə gedək! 
-
 
Nə deyirəm, - Maşını kiçik bir qəlyanaltının yanma sürdük.
Qasımlı konyak və soyuq yeməklər sifariş verdi. Konyak gətirilən 
kimi ondan stəkana süzüb başına çəkdi və siqaret yandırdı. 
-
 
Niyə  belə  fikirlisiz?  -  deyə  konyakdan  hər  ikimizin  stəkanına 
süzüb soruşdum. 
-
 
Heç! Elə bir şey yoxdur. Moskvadakı günlərimi xatırladım.  - O, 
konyakla  dolu  stəkanını  qaldırıb  mənimkinə  toxundurdu.  -  Sizin 
şərəfinizə! - İçib soyutma toyuq ətindən götürdük. 
-
 
Bayaq  xəstəxanada  deyəndə  ki  «elə  bilin,  öz  qızınızı 
axtarırsınız»,  siz  yaman  pis  oldunuz.  Mən  o  saat  hiss  elədim.  Axı 
nəyə görə? 
-
 
Ona görə ki... - Qasımlı boş stəkanı əlinə götürüb  diqqətlə onun 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
içinə  baxdı.  Elə  bil  orada  nə  isə  axtarırdı.  -  Ona  görə  ki,  mənim  də 
qızımın adı Tahirə idi... 
-
 
Necə? Sizin qızınız olub? Bəs indi o haradadır? 
-
 
O indi yoxdur!.. 
-
 
Necə  yəni,  yoxdur?  Qanbay  müəllim,  çox  xahiş  edirəm,  öz 
həyatınızı məndən gizlətməyin. Görün nə vaxtdır, biz yoldaşlıq edirik, 
ancaq hələ də mən sizi yaxşı tanımıram. 
-
 
Deyirsiniz, tərcümeyi-halımı sizə danışım? 
-
 
Danışanda nə olar ki? 
-
 
Yaxşı,  nə  deyirəm.  Mən  öz  dərdlərim  haqqında  kiməsə 
danışmağın  qəti  əleyhinəyəm.  Xüsusilə  onda  ki,  bu  dərdlər  başqası 
üçün maraqlı deyil. Ancaq siz özünüz məcbur edirsiniz. 
-
 
Xahiş edirəm, danışın! 
-  Onda  qısa  danışacağam.  -  Qasımlı  ondan  çoxdan  gözlədiyim 
söhbətə  belə  başladı.  -  Bakıda  doğulmuşam.  Əsgərliyə  gedəndə 
Moskvaya  düşdüm.  Daxili  qoşunlara.  Əsgərliyi  bitirəndə  məni  Ali 
Milis  məktəbinə  göndərdilər.  Məktəbi  bitirən  kimi  işlə  təmin  etdilər 
və  Moskvada  qaldım.  Bakıda  məni  gözləyən  yox  idi.  Hələ  on  iki 
yaşım  olanda  mənzilimizdə  qaz  partlamışdı  və  valideynlərim  həlak 
olmuşdular.  Həmin  vaxt  evdə  olmadığım  üçün  sağ  qalmışdım. 
Bacıdan,  qardaşdan  da  heç  nəyim  yox  idi.  Hə...  Moskvada  Baş 
Cinayət Axtarış İdarəsində işləyirdim. Podpolkovnik rütbəsində idim. 
Təkbaşına  neçə  cinayət  işi  açmışdım.  Artıq  məni  çoxlan  tanıyırdı. 
Əslən  tatar  türklərindən  olan  bir  qızla  evləndim.  Bir  qızımız  oldu. 
Adını  Tahirə  qoydum...  Həmin  vaxtlar  Rusiyanın  bir  neçə  şəhərində 
fəaliyyət  göstərən  bir  banda  var  idi.  Heç  cür  izinə  düşə  bilmirdilər. 
Sonra  elə  oldu  ki,  işi  mənə  tapşırdılar.  Fəaliyyətə  başladım.  İş 
əsnasında  hiss  edirdim  ki,  bandanı  və  onun  başçısı  Sergey  Babayan 
adlı  ermənini  milisdə  himayə  edən  və  lazım  gələndə  duyuq  salanlar 
var. Mənim planımla əməliyyat hazırlandı və adamöldürmə, oğurluq, 
qarət,  zorlama  və  daha  nələrlə  məşğul  olan  quldur  dəstəsinin  bütün 
üzvləri  eyni  gündə  ələ  keçdi.  Yeri  gəlmişkən  deyim  ki,  mənə 
polkovnik rütbəsini də onda verdilər. Ancaq bandanın başçısı aradan 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə