Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

downloaded from KitabYurdu.org
Qasımlı bunu deyib tez palatadan çıxdı. Mən də onun dalınca getdim. 
Biz  maşına  minəndə  Mehdiyev  və  baş  leytenant  xəstəxanadan 
çıxdılar.  Kapitanın  əlində  Bəxtiyann  mənzilinin  açarı  var  idi. 
Maşınlarımız bir də Tahirəgilin blokunun qabağında dayandı. Tələsik 
yuxarı çıxdıq. 
Kapitan  Mehdiyev  zəngin  düyməsini  bir  neçə  dəfə  basdı.  Qapını 
açan  olmadı.  Ağaəhməd  mənzilindən  çıxıb  bizimlə  salamlaşdı  və 
yanımızda dayandı. 
-
 
Evdə yoxdur? 
-
 
Bilmirik! - mən cavab verdim. 
-
 
Mehdiyev açarı cibindən çıxarıb polkovnikə baxdı: 
-
 
Açıram! 
-
 
Aç!  Bir  az  tez  ol!  -  Qasımlı  hökm  etdi.  Mehdiyev  açarı  qıfıla 
salıb burdu. Qıfılın dili 
şaqqıltı  ilə  hərəkət  etdi.  Kapitan  qapını  itələdi.  Ancaq  qapı  yenə 
açılmadı. 
-
 
İçəridən bağlanıb! - deyə Mehdiyev bizə baxdı. 
-
 
Qapını  kəsmək  üçün  alət  gətizdirin!  -  Qasımlı  məsləhət  gördü. 
Onun səsi azacıq titrəyirdi. 
Baş leytenant Mehdiyevin tapşırığı ilə usta dalınca getdi. 
-
 
Bu  nə  deməkdir?  -  Ağaəhməd  qapıya  yaxınlaşıb  bir  də  zəngi 
basdı və - Bəxtiyar, qapını niyə açmırsan, Bəxtiyar! - deyə qışqırdı. 
Biz susub danışmırdıq. Dəqiqələr çox ağır keçib gedirdi. Mehdiyev 
Ağaəhmədin mənzilinə keçib bölməyə zəng vurdu və geri qayıtdı: 
-
 
Dedim,  qoy  əməliyyat  qrupu  göndərsinlər.  Burada  nəsə 
xoşagəlməz iş baş verib. Bəlkə də bədbəxt oğlunun ürəyi partlayıb? 
-
 
Partlayar  da,  onun  yerində  kim  olsa,  ürəyi  partlayar.  -  deyə 
dilləndim. 
Axır ki, baş leytenant gəlib çıxdı. Özü ilə iki nəfər usta gətirmişdi 
ki, onlann da əlində kəsici aləti var idi. Tək bir dəfə mənzildə olmuş 
Qasımlı 
qapının cəftəsinin yerini dəqiq yadda saxlamışdı. Əlini cəftə olan yerə 
qoyub: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
- Buradan kəsin! - dedi. 
Qapı  açılan  kimi  içəri  girdik.  Bəxtiyarın  mənzilindəki  hər  iki 
balkon  dəmir  çərçivəli  şüşəbəndlə  tutulmuşdu.  Yazıq  Bəxtiyar 
balkonların  birində  şüşəbəndin  açılıb-örtülə  bilən  pəncərəsi  altında 
kürəyi üstə yerə sərilmişdi. Pəncərənin cəftələri bağlanmışdı. Otaqlar 
demək  olar  ki,  başdan  başa  qan  içində  idi.  Bəxtiyarın  qarın 
nahiyəsində  bıçaq  yarası  aydın  bilinirdi.  Uzun,  qanlı  bir  fin  bıçağı 
balkonda  yox,  otaqların  birində  döşəmənin  üstünə  düşüb  qalmışdı. 
Mehdiyev vəziyyəti görən kimi ucadan: 
-
 
Hamıdan  xahiş  edirəm,  mənzildən  çıxsın!  Bu  saat  əməliyyat 
qrupu gələcək, - dedi və baş leytenanta əmr elədi: 
-
 
Rəisə zəng vur, vəziyyəti bildir! 
Qasımlı halını pozmadan dilləndi: 
-
 
Biz  bu  saat  çıxıb  gedəcəyik!  Mənə  imkan  verin,  bir  qədər 
müşahidə aparım. 
-
 
Buyurun! Ancaq məsələ aydındır: Bəxtiyar özünü öldürüb, -deyə 
kapitan izah etdi: - gördüyünüz kimi qapı və pəncərələr içəridən bağlı 
idi. 
-
 
Aydındır!  İntihar  olmağına  sözüm  yoxdur.  Məni  başqa  şey 
maraqlandınr. - Rusiya Baş Cinayət Axtarış idarəsinin sabiq əməkdaşı 
bunu  deyib  Tahirənin  otağına  girdi.  O  hara  getsə,  mən  də  onun 
arxasınca düşürdüm. Qasımlı şkafın alt siyirməsini çəkdi və Tahirənin 
albomunu  çıxarıb  vərəqləməyə  başladı.  Sonra  albomu  yerinə  qoyub 
tələsik  ayağa  qalxdı  və  əvvəlki  otağa  qayıtdı.  Telefon  aparatına 
diqqətlə  baxandan  sonra  dəstəkdə  və  dəstəyin  qoyulduğu  yastıqdakı 
düymələrdə  güclə  bilinən  qan  ləkələrini  mənə  göstərdi.  Öz-özünə 
danışırmış kimi astadan dilləndi: 
-
 
Telefonla  harasa  zəng  etmək  istəyib,  bəs  görəsən  niyə  zəng 
etməyib? 
-
 
Nədən bilirsiz etməyib? 
Dinmədi.  Mən  təəccüblə  çiyinlərimi  çəkdim.  O,  sonra  otağı  və 
balkonu  gəzib  hər  şeyə  diqqətlə  baxmağa  başladı.  Meyit  uzanan 
balkonun 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
pəncərəsini  gözdən  keçirtdi.  Dizini  yerə  atıb  bıçağa  baxdı.  Çünki 
Mehdiyev  heç  nəyə  əl  vurmamağı  tapşırmışdı.  Telefon  olan  otaqda 
stolun üstündəki büllur külqabını yaylığı ilə götürüb altına elə baxdı 
ki, elə bil onun hansı firma tərəfindən hazırlandığını bilmək istəyirdi. 
Nəhayət,  bir  qədər  qapını  və  qapının  cəftəsini  gözdən  keçirib 
mənzildən  çıxdı.  Ağaəhməd  və  qapını  açan  ustalar  burada 
dayanmışdılar. Qasımlı bir siqaret yandırıb başını qaldıraraq divarlara 
və bir daha mənzilin qapısına göz gəzdirdi. 
-  Belə-belə  işlər...  -  deyə  dodaqaltı  mızıldandı  və  əlavə  etdi:  - 
Özünü öldürüb. 
Ağaəhməd təəssüflə başını yırğaladı: 
-
 
Səhər  həyətdə  soruşdum  ki,  təzə  xəbər  varmı?  Dedi  ki,  heç  nə, 
daha mənim özümü öldürməkdən başqa çarəm yoxdur. Mən bədbəxt 
oğlu  nə  biləydim  ki,  bu  onun  ciddi  sözüdür.  Yoxsa,  axır  nəsə 
eləyərdim ki, buna imkan verməyim. 
Qanbay  Qasımlı  bir  qədər  fikrə  getdi,  sonra  birdən  məndən  saatı 
soruşdu. 
-
 
Doqquza iyirmi dəqiqə qalıb, - dedim. Daha axşamdır! 
-
 
Nemət müəllim, siz evə gedin, mənim bir başqa yerdə vacib işim 
var.  Gecə  saat  12-yə  çəkər.  12-də  yenə  xəstəxanaya  getməliyəm. 
Tahirin yanma. 
-
 
Nə üçün? - deyə tez soruşdum. 
Bayaq o işarə etdi ki, mənə deməyə nə isə gizli sözü var. Dedim ki, 
gecə gələcəyəm. 
Mən etiraz etmədim. Biz aşağı düşdük.Qasımlı bir daha: 
-Gedin evə! - deyib binanın tinini buruldu və gözümdən itdi. 
Mən maşına minib evə yollandım. 
* * * 
Mənzilimə  girən  kimi  Fədayəyə  çay  qoymağı  tapşırıb  divanda 
uzandım və bir siqaret yandırıb xahiş etdim ki, məni narahat etməsin. 
Aləm  beynimdə  bir-birinə  qarışmışdı.  Fikrimi  bir  yerə  toplaya 
bilmirdim. Bugünkü hadisələr elə sürətlə bir birini əvəz etmişdi ki, bu 
hadisələrin yaratdığı təəssürat beynimi əməlli- başlı yormuşdu. Ayrı-
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə