downloaded from KitabYurdu.org
ayrı epizodlar pərakəndə halda gözümün qarşısında canlanırdı. Leyla
xanımın göz yaşları içində Qasımlıya yalvarması, keçmiş xəfiyyənin
kədərli hekayəti, Bəxtiyarın ruhi sarsıntı içində polisə gəlməsi, ATS
işçisinə əl qaldırması, nəhayət keçirdiyi iztirablara dözməyib özünə
qəsd etməsi, Səmədovun bizimlə soyuq davranışı, Tahirin naməlum
adamlar tərəfindən döyülməsi... Görəsən, o iki nəfər kim olub?
Tahirdən nə istəyirlərmiş? Tahir gecə saat 12-də Qasımlıya nə
deyəcək? Bəlkə o, həmin iki nəfəri tanıyıb və bizim yanımızda demək
istəmədi?...
Bu suallara cavab tapmaq üçün qonşumu gözləməkdən başqa
çarəm qalmamışdı.
Televizoru qoşub qabağında oturdumsa da, başımı qarışdıra
bilmədim. Bəxtiyarın meyiti gəlib gözlərimin qarşısında dayanırdı.
Bədbəxt oğlunun səbri çatmamışdı ki, yaşayıb, heç olmasa qızının
öldü-qaldısmdan bir xəbər bilsin.
Saat ıı olmuşdu. İlham oturub televizora baxırdı. Fədayə isə,
deyəsən, o biri otaqda nəsə yazırdı. Bu vaxt telefon zəng çaldı.
Mehdiyevin səsini bir az gec tanıdım. Yavaşdan danışırdı. Elə bil
kimdənsə gizlin zəng eləmişdi.
-
Nemət müəllim?!
-
Hə, mənəm kapitan, xeyir ola?..
-
Bilmirsiniz Qanbay müəllim haradadır? Mənzilinə zəng vururam,
cavab verən yoxdur.
-
Yox, bilmirəm. Elə mən də onu gözləyirəm.
-
Onun cib
telefonunun nömrəsini necə, bilmirsiniz ki?
-
Yox! - dedim. - Təzə nömrəsini bilmirəm.
Qanbay müəllim cib telefonunun nömrəsini
dəyişmişdi. Doğrudan da onun yeni nömrəsini bilmirdim.
-
Nə olub ki? - deyə narahatlıqla soruşdum.
-
Bilirsiniz?... - Mehdiyev səsini bir az da alçaltdı. - İndicə
xəstəxanadan növbətçi həkim zəng etmişdi. On dəqiqə bundan əvvəl
Tahiri palatasında öldürüblər!..
-
Necə?! Nə üçün? - Az qaldı dəstək əlimdən düşsün.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
adam onu vuracaqdı. 02-yə zəng vurmağı qərara aldım.
-
Növbətçi serjant Qurbanov eşidir!
-
Bizim binanın qarşısında
şübhəli bir adam
var..
-
O nə edir ki?
-
Hələlik heç nə, amma...
-
Onda, yerinizə girib yatın!
Əlaqə kəsildi. Mən də dəstəyi yerinə qoydum. Özümü gülünc
vəziyyətə saldığım üçün qanım qaraldı. Mən o kütbeyin və laqeyd
seıjanta necə başa salacaqdım ki, olduqca lazımlı bir insanın həyatı
üçün narahatam.
Mehdiyev də daha zəng eləmirdi. Görəsən Qasımlım tapmayıb ki?
Bəlkə də Mehdiyev indi yatıb. Yox, Tahirin ölümü ilə əlaqədar,
yerində olmalıdır. Bəlkə Qasımlı da oradadır. Ehtiyatla balkona çıxıb
həyətə boylandım. Heç kəs görünmürdü. Bina sakinləri də yuxuda
idilər. Qərara gəldim ki, maşına minib birbaş 4-cü polis bölməsinə
sürüm. Qanbay müəllim orada olmasa da, hər halda Mehdiyevi tapa
bilərəm. Qərarımı qətiləşdirdim. Fədayə də, İlham balam da çoxdan
yatmışdılar. Mənzildən çıxıb aşağı düşdüm və ehtiyatla blokun
qarşısında saxladığım maşına minib mühərriki işə saldım. Bu vaxt bir
nəfər elə bil yerdən çıxıb maşınımın qapısını açdı.
Əlindəki tapançanı başıma dirəyib, o biri əli ilə dal qapının düyməsini
qaldırdı və açaraq arxada oturdu.
-
Sür! Başqa
fikirlərə düşsən, inan ki, təpəni dağıdacağam!
-
Siz kimsiz? Məndən nə istəyirsiz?
-
Dedim ki, sür. Yolda danışarıq!
-
Hara sürüm? - deyə taleyimlə barışmış halda soruşdum.
O, cavab vermək əvəzinə, bir əli ilə tapançanı kürəyimə dirəyib, o
biri əli ilə cib telefonunu çıxartdı və kiməsə zəng vurdu. Zəng
vurduğu adam çox gec cavab verdi.
-
Şef, mənəm, - sərnişinim dilləndi, - Qasımlım hələ tapmamışam.
Ancaq dostunu tapmışam. O, maşını ilə harasa getmək istəyirdi.
Neyləyim?
downloaded from KitabYurdu.org