downloaded from KitabYurdu.org
mən buna əmin idim.
Daha sonra mən telefon aparatına diqqət yetirdim. Telefonun
dəstəyində qurumuş qan izləri nəzərə çarpırdı. Belə ləkələrə telefon
dəstəyinin yatağındakı düymələrin birində də rast gəlmək olurdu. Ona
görə də ağlıma gəldi ki, Bəxtiyar harasa zəng etmək istəyib, ancaq
etməyib. Çünki telefon işləmirmiş. Buna mən mənzildən çıxandan
sonra divara göz gəzdirəndə bir daha əmin oldum. Mənzilə gələn
telefon xətti kəsilib sonra birləşdirilmişdi. Deməli Bəxtiyar yaralı
vəziyyətdə, tələsik telefonun dəstəyini götürübmüş, dəstəkdə siqnal
səsi eşitmədiyi üçün düymələri bir neçə dəfə döyəcləmiş, sonra
dəstəyi yerinə qoymuşdu. O harasa zəng etmiş olsaydı, nömrə yığan
hərləcdə də qan izlərinə rast gələrdim. Bəxtiyar qanlı bıçağın atılıb
qaldığı otaqda vurulmuşdu. Qanı axa-axa qapıya qədər gəlib onun
cəftəsini keçirmişdi. Cəftədə də qan ləkələri bilinirdi. Deməli,
Bəxtiyar qapını vurulandan sonra bağlamışdı. Nə üçün? Məni əsas
düşündürən bu oldu. O otaqlarda qanı axa- axa gəzmiş, telefona əl
atmış, nəhayət, balkonun pəncərəsini açmağa çalışmışdı. Hətta
pəncərənin iki cəftəsindən birini açmışdı. Bunu da pəncərədəki qanlı
əl izi sübut edirdi. İkinci cəftəni açmağa taqəti qalmamış, yıxılıb
ölmüşdü. O pəncərəni niyə açırdı? Əlbəttə, köməyə adam çağırmaq
üçün. Telefonun dəstəyinə də ona görə əl atmışdı. Burada
belə bir sual
ortaya çıxır: Bəxtiyar intihar etmişsə və ya kimsə onu vurmuşsa, əgər
o köməyə kimisə çağırmağı qərara alırsa, niyə qonşunu çağırmır?
Əksinə, qapını içəridən bağlayır? Deməli, onun qorxduğu məhz elə
qonşusu imiş. Bayırda, telefon məftilinin kəsilib sonradan
birləşdirilməsi də bu fikri doğruldur. Məftilə heç kəsin əli çata
bilməzdi. Mütləq ayaq altına nəsə qoymaq lazım idi. Bunu isə kənar
adamın etdiyinə inanmaq çətindir.
Nəhayət, məsələ belə olub: Ağaəhməd Tahiri xəstəxanaya
qoyandan sonra evə qayıdıb. O düşünüb ki, Bəxtiyar bu işi belə
qoymayacaq və axır ki, Tahirin telefonda Ağaəhmədlə danışdığını
öyrənəcək. Qapının zəngini çalıb və Bəxtiyar qapını açıb. Otaqda
Ağaəhməd onunla nə söhbət edib bilmirəm, ancaq qəfil zərbə ilə
downloaded from KitabYurdu.org