Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

downloaded from KitabYurdu.org
necə hiddətləndirdiyi açıq- aşkar görünürdü. 
Məhkəmə  Babaşova  ömürlük,  Ağaəhmədlə  Fəzailin  isə  hər  birinə 
on beş il həbs cəzası kəsdi. 
Qasımlınm Bakıda olmamasından təəssüflənən Leyla xanım qiyabi 
olaraq  minnətdarlığını  bildirməkdən  yorulmurdu.  Bəxtiyardan  söz 
düşəndə gözünün yaşını saxlaya bilməyən Leyla xanım  Tahirin adını 
belə çəkmək istəmirdi. 
Bir qədər sonra  eşitdim ki,  Leyla xanım ərinin qırxım  verən  kimi 
evi satıb Tahirə ilə birlikdə Gəncəyə köçüb. 
Bir  də  il  yanm  sonra  qəflətən  Zaur  redaksiyaya  mənim  yanıma 
gəldi  və  mənimlə  Qanbay  Qasımlım  öz  toyuna  dəvət  etdi.  Onun 
Tahirə ilə evləndiyini eşidəndə çox sevindim. 
Zaur təyinatını Gəncəyə alıb orada yaşamağı qərara alıbmış. 
Həmin vaxt Qasımlı yenə Bakıda deyildi. Onu vacib işlə əlaqədar 
Qazaxıstana  dəvət  etmişdilər.  Mən  Zaurun  toyunu  təbrik  edərək 
Qasımlınm  adından  üzrxahlıq  etdim  və  özümün  mütləq  toya 
gələcəyimi  bildirib  Tahirənin  işləri  ilə  maraqlandım.  Onun  qəbula 
hazırlaşa  bilmədiyini  və  instituta  daxil  olmaq  fikrindən  birdəfəlik 
daşındığını eşidəndə bu xəbər məni çox ağrıtdı. 
Dekabr, 2000 
hekayələr
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
UŞAQ OĞRULARI 
Muxtar Fərəcli həyatından razı idi. Səlimə adlı gözəl, ağıllı və mədəni 
həyat yoldaşı, on iki yaşlı Valeh adlı oğlu və on yaşlı Xədicə adlı qızı 
var  idi.  Rayon  mərkəzində  yaşayırdı  və  rayonun  hörmət  olunan 
adamlanndan  biri  idi.  İkimərtəbəli  evindən  bir  qədər  aralı,  şəhərin 
mərkəzində  böyük  bir  mağaza  açmışdı.  O  bu  işə  var-dövlətini 
qoymaqla, əlavə borca düşsə də, gələcəyinə böyük ümidlər bəsləyirdi. 
Qazancda irəli getdikcə fərəhlənir, uçmağa qanadı olmurdu. Hər gün 
beynində  yeni  planlar  qurur,  imkanlarını  artırmağı,  böyük 
xeyriyyəçilik işləri ilə məşğul olmağı arzu edirdi. 
Onun  bugünkü  səhəri  də  fərəhlə  açılmışdı.  Yuxudan  tez  durmuş, 
üzünü qırxaraq yuyunmuş, səhər yeməyini yemişdi. İndi öz otağında 
təzə paltarını geyinirdi. Eyvandan qızının səsi gəldi: 
-
 
Ana, mən getdim məktəbə! 
-
 
Get, qızım, amma yolda özünü maşından gözlə! 
-
 
Yaxşı, ana, sağ ol! Ata, sən də sağ ol! 
-
 
Yaxşı yol, anam! - Muxtar ucadan cavab verdi. 
Xədicə  birinci,  qardaşı  isə  ikinci  növbədə  oxuyurdular.  Muxtar 
uşaqlarının ikisini də sevməyinə baxmayaraq, nədənsə Xədicəni daha 
çox  istəyirdi.  Rəhmətlik  anasının  adını  daşıdığı  üçün  Muxtar  ona 
anam  deyirdi.  Səlimə  uşaq  həkimi  idi.  Ancaq  Xədicə  doğulandan 
işləmirdi.  Evdə  oturub  uşaqlarının  tərbiyəsi  və  digər  qayğıları  ilə 
məşğul  olurdu.  Maddi  cəhətdən  də  onun  işləməyinə  ehtiyac  yox  idi. 
Ərinin qazancı ailənin tələbatını ödəməyə kifayət edirdi. 
Muxtar Səlimə ilə sağollaşıb həyətə düşdü. 
-  Valehi  də  oyat,  durub  dərslərinə  baxsın.  Yatmaqdan  bir  şey 
çıxmaz! - deyib qırmızı rəngli “Jiquli”sini işə saldı və həyətdən çıxdı. 
Bu gün mağazanın işləri ilə əlaqədar bəzi yerlərə baş 
çəkməli idi. 
* * * 
Xədicə çantasını əlində yelləyə-yelləyə nisbətən dar və xəlvəti bir 
küçə  ilə  addımlayırdı.  Birdən  yanında  göy  rəngli  bir  «Qaz-24» 
dayandı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Sükanın arxasında qalın bığlı, çopur, üzündə çapıq yeri olan bir kişi 
idi. Yanında qırmızı qalstuklu bir cavan oğlan, arxada isə üz-gözünü 
abırsızcasma  boyamış  arıq  bir  qadın  oturmuşdu.  Qadın  arxa  qapını 
açıb yalançı mehribanlıqla Xədicəni səslədi: 
-
 
Xədicə, gəl otur, səni maşınla aparaq. Xədicə tanımadığı qadına 
baxıb, başını 
buladı. 
-
 
Yox! Sağ olun, özüm gedəcəm. Məktəbə az qalıb.
Qadın əl çəkmədi: 
-
 
Mən  sənin  xalanam  e...  Mamanın  dostuyam.  Səlimə  mənim 
bacımdır.  Gəl  otur,  qoy  yoldaşların  desinlər  ki,  Xədicə  xalasının 
maşınında gəlib. Bunlar da papanın dostlarıdır, 
-  o,  maşındakı  kişiləri  göstərdi.  Kişilər  də  Xədicəyə  baxıb  dişlərini 
ağardırdılar. 
Xədicənin  dodaqlan  qaçdı.  Keçib  arxada,  qadının  yanında  oturdu. 
Qadın  qapını  örtən  kimi  maşın  yerindən  tərpəndi.  Xədicə  oxuyan 
məktəbin yerləşdiyi kvartal arxada qalanda, Xədicə qadının qolundan 
yapışdı. 
- Məktəbi keçdik xala! Məktəbimiz odey ordadı! 
Qadın  cəld  çantasından  kiçik  bir  şüşə  qab  çıxartdı.  Yaylığını 
qabdakı  maye  ilə  isladıb  qızın  sifətinə  basdı.  Xədicə  o  saat  yuxuya 
getdi.  Qadın  uşağı  kobudluqla  maşının  arxa  oturacağına  uzadıb:  - 
Saxlayın, mən düşüm! - dedi. 
Maşın  şəhərin  çıxacağmdakı  dayanacaqda  dayandı.  Sükanın 
arxasında oturan kişi arxaya çevrilib həyasızlıqla hırıldadı: 
-
 
Buyurun  düşün,  Ellada  xanım!  Kürən  ərciyəzinizə  deyin,  keçən 
dəfəki kimi araq şüşəsinin içinə girməsin. Bir azdan zəng eləyəcəm. 
Ellada adlandırılan qadın: 
-
 
Get  tullanmağının  dalınca!  -  deyib  qapını  hirslə  çırpdı  və  bir 
qədər  şəhərdən  uzaqlaşmaqda  olan  maşının  dalınca  baxdı. 
Dayanacaqda  başqa  adam  yox  idi.  Dayanıb  geriyə  qayıtmaq  üçün 
maşın gözləməyə başladı.
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Günortaya yaxın Muxtarın evində telefon zəng çaldı. Xətdə xırıltılı 
kişi səsi eşidildi: 
-
 
Alo! Muxtarın evidir? 
-
 
Bəli.  Muxtar  evdə  yoxdur.  Bir  azdan  naliara  gələcək.  Kimdi 
soruşan? 
-
 
Heç... 
Dəstəyi asdılar. 
Səlimə  Xədicənin  gecikməyindən  narahat  olmağa  başlamışdı. 
Uşağın  dərsdən  qayıtmaq  vaxtı  idi.  Valeh  artıq  ikinci  növbəyə 
getməyə hazırlaşırdı. 
-
 
Ana qurban, bir az tez get, yolda Xədicəni görsən tələsdir, tez evə 
gəlsin. 
-
 
Bu saat, ana! 
Valeh evdən çıxandan on dəqiqə keçməmiş Muxtar içəri girdi. 
-
 
Salam! Yeməyə nə var? 
-
 
Əl-üzünü  yu,  bu  saat  yemək  gətirirəm.  Muxtar  əl-üzünü  yuyub 
qurulanırdı ki, 
telefon səsləndi. Dəsmalı yerindən asıb dəstəyi götürdü. 
-
 
Bəli! 
-
 
Muxtardır? 
Muxtar bu xırıltılı səsin sahibini tanıya bilmədi. 
-
 
Bəli, bəli, eşidirəm. Kimdi danışan? 
-
 
Kimliyimi bilməsən də olar. Onu bilsən kifayətdir ki, qızın bizim 
əlimizdədir. Əgər onu sağ-salamat geri almaq istəyirsənsə, sözlərimə 
qulaq as... 
-
 
Sən kimsən?! 
-
 
Qulaq  as!  Baharlı  kəndinə  gedən  yolun  solunda  bir  çinar  ağacı 
var. Ağacın dibindəki kolluğa yetmiş min dollar pul qoymalısan. Sənə 
iyirmi dörd saat vaxt verirəm. Polisə-filana xəbər verməyi heç ağlına 
gətirmə.  Deyilən  vaxta  qədər  həmin  ərazi  nəzarətdə  olacaq.  Bircə 
şübhəli şey görsək, yaxud pul vaxtında yerində olmasa, özündən küs. 
Qızını  diri  görməyəcəksən.  Sonra  əgər  meyitini  almaq  istəsən,  onu 
ayrı danışarıq. O ucuz başa gələcək. İyirmi min dollara. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə