Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

downloaded from KitabYurdu.org
* * * 
-
 
Axı... 
Əlaqə  kəsildi.  Muxtar  əlində  telefonun  dəstəyi  ayaq  üstə  quruyub 
qalmışdı.  Başına  qəfil  ağrı  sıçramışdı.  Beyni  coşmuş  dəniz  kimi 
uğuldayırdı. Düşünmək qabiliyyətini tamamilə itirmişdi. 
-
 
Nə olub? - Səlimə təəccüblə soruşdu. Muxtar key kimi Səlimənin 
üzünə baxırdı... 
-
 
Nə olub? Səninlə deyiləm? Kim idi danışan? 
-
 
Qızı... Xədicəni... oğurlayıblar. 
Səlimənin sifəti kağız kimi ağardı. Dizləri 
üstə  döşəməyə  düşdü.  Muxtar  özünə  gələrək  onu  sürüyüb  divana 
uzatdı. Üz-gözünə su çilədi. Səlimənin ayılması uzun çəkdi. 
Yalnız  bir  saatdan  sonra  onlar  ayıq  başla  məsələni  müzakirə 
etməyə  başladılar.  Söhbətdə  Muxtarın  kiçik  qardaşı  -  Muxtarın  öz 
mağazasında işləyən Rəsul da iştirak edirdi. Onu Muxtar çağırmışdı. 
-
 
Gərək  polisə  xəbər  verim.  -  Muxtar  stulda  oturub  başını  əlləri 
arasına alaraq dilləndi. 
-
 
Sən  nə  danışırsan?  -  Səlimə  elə  bil  od  götürdü.  Balamı  güdaza 
vermək istəyirsən? 
-
 
Elə edərik ki, polisə xəbər verməyimizi bilməzlər. 
-
 
Hə, elədir. Kamilə bildirmək pis olmaz. - Rəsul böyük qardaşının 
fikri ilə şərik oldu. 
Kamil  Yunusov  Muxtargilin  qohumu  idi.  Rayon  polis  şöbəsində 
Cinayət Axtarış 
Bölməsinin rəisi işləyirdi. 
-
 
Yox!  -  Səlimə  qəti  etiraz  etdi.  -  Nə  bilirsən  ki,  oradan  sirr 
çıxmayacaq?  Biz  balamızı  gözümüz  görə-görə  öldürtdürə  bilmərik. 
Qızıllarımı, ev-eşiyi, maşını ver, qızı qurtar! 
-
 
Axı Səlimə,  -  Muxtar sanki yalvarırdı:  -  Onlar ev-eşik, qızıl, nə 
də  ki,  maşın  istəyirlər.  Onlar  pul  istəyirlər.  Mən  təzədən  onlarla 
harada  danışıb  şərtləşə  bilərəm?  Vaxt  çox  azdır.  Hələ  pulumuz  da 
yoxdur. Özün bilirsən ki, borcumuz var. 
-
 
Yenə borc al! - Səlimə də yalvanşa keçdi. 
-
 
Alacam. Çarəm nədir ki?.. Axtarıb pul tapmalıyam. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Evə  ölüm  sükutu  çökdü.  Fikirləşməkdən  az  qalırdı  ki,  Muxtarın 
başı  partlasın.  İmkanı  olsaydı  bu  saat  bütün  rayonu  ələk-vələk  edib 
Xədicəni  tapardı.  Qızı  oğurlayanları  tikə-tikə  etsəydi,  yenə  ürəyi 
soyumazdı.  Ancaq  özü  də  başa  düşürdü  ki,  əlindən  heç  nə 
gəlməyəcək. Acizliyini başa düşmək ona bir az da artıq əzab verirdi. 
Birdən əlini stola çırpıb: 
-  Alçaqlar!  Əclaflar!  -  deyə  bağırdı  və  sonra  uşaq  kimi  hönkürüb 
ağlamağa  başladı.  Rəsul  ikinci  dəfə  ürəyi  gedən  Səliməni  ayıltmaq 
üçün su gətirməyə çıxdı... 
... O məşum telefon zəngi günorta saat birdə olmuşdu. Artıq saat üç 
idi.  Belə  vəziyyətlərdə  elə  bil  zaman  da  öz  sürətini  artırır.  Muxtar 
saata baxanda elə bildi ki, bu dəqiqə əqrəblər sürətlə fırlanıb deyilən 
vaxtı göstərəcək  və hardasa naməlum  bir  yerdə, naməlum adamların 
çirkin,  qanla  suvanmış  əlləri  onun  körpə  Xədicəsini  parçalayacaq. 
Qəti  qərara  gəlib  ayağa  qalxdı.  Telefona  yaxınlaşıb  hansısa  nömrəni 
yığdı və danışmağa başladı: 
-  Kamil,  salam!  Muxtardı  danışan.  Səninlə  təcili  görüşmək 
istəyirəm... Yox, idarədə yox! Sən 
get evinə, mən də ora gələcəm... Hə, vacib iş var. 
* * * 
Muxtarla  Kamil  Yunusov  stol  arxasında  üzbəüz  oturmuşdular. 
Yunusovun  arvadı  hər  ikisi  üçün  çay  süzmüşdü.  Amma  heç  birinin 
yadına çay içmək düşmürdü. Hər ikisi dərin fikrə 
getmişdi. Nəhayət, sükutu birinci olaraq mayor Yunusov pozdu: 
-
 
Vəziyyət  çox  pisdir.  İşin  tərsliyindən,  rəisimiz  də  rayonda 
yoxdur.  Bir  də  ki,  lap  olsa  da,  indi  bu  saat  neyləyə  bilərik?  Üç  il 
bundan  əvvəl  Qurdbaşı  kəndinin  yaxınlığında,  asfaltın  kənarında 
yeddi  yaşlı  oğlan  uşağının  meyiti  tapılmışdı.  Yəqin  ki,  sən  də 
eşidərdin. 
-
 
Hə, eşitmişdim. - Muxtar yerində narahatlıqla qurcuxdu. 
-
 
Yazıq  uşağın başını əzib, sonra da  meyiti gətirib  yolun qırağına 
atmışdılar ki, tapılsın. Uşağın atası uşağın oğurlanmış olduğunu bizə 
meyit  tapılandan  sonra  dedi.  Naməlum  şəxslər  uşağı  oğurlayıb 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
telefonla  ondan  da  pul  istəyiblərmiş.  Pulu  qoymaq  üçün  həmin 
Baharlıya gedən yoldakı çinarın altını nişan vermişdilər. Sənə deyilən 
sözlər  ona  da  deyilibmiş.  Ona  da  iyirmi  dörd  saat  vaxt  verilmişdi. 
Amma  ondan  otuz  min  dollar  istəmişdilər.  İndi  əclaflar  azğınlaşıb 
qiyməti qaldırıblar. Çoxlu qoyunu olan bu kişi üzdən varlı görünsə də 
o qədər nağd pulu yox imiş. Borc-filan bir təhər iyirmi min düzəldir 
və  pulun  qalanını  axtaranda  deyilən  vaxt  gəlib  çatır.  Kişi  topladığı 
pulu  götürüb  özünü  tək  çinarın  yanma  çatdırır.  Dayanıb  gözləyir  ki, 
uşaq  oğruları  gələndə  onlara  yalvar-yaxar  eləsin  ki,  iyirmi  mini  alıb 
uşağı  qaytarsınlar,  pulun  qalanını  sonra  verər.  Deyilən  vaxt  tamam 
olanda da, ondan sonra da çinarın yanına heç kəs gəlmir. Kişi bədbəxt 
gecəni  də  orada  keçirir.  Səhər  tezdən  ona  xəbər  gətirirlər  ki,  qoyun 
otaranlar uşağın meyitini tapıblar. Biz bütün rayonu ələk-vələk elədik. 
Bütün şübhəli adamları yoxladıq. Amma qatilləri tapa bilmədik. 
-
 
Onlar uşağı niyə öldürüblər ki? - Muxtar kədərlə soruşdu. 
-
 
Ona görə ki, kişi şərti pozub. Pulu həmin yerə qoymaqdansa özü 
həmin yerdə dayanıb. 
Belə  çıxır  ki,  qatillər  onu  görüb  və  başa  düşüblər  ki,  kişi  pul 
gətirməyib və minnətə gəlib. 
-
 
Ondan sonra daha belə hadisə olmayıb ki? 
-
 
Ölüm hadisəsi yox, uşaq oğurluğu isə yəqin ki, olub. Ola bilər ki, 
tələb  olunan  pullar  ödənilib  və  oğrular  uşağı  buraxıblar.  Hər  halda 
bizim  belə  şeylərdən  xəbərimiz  olmayıb.  Yəqin  ki,  uşağın  ölümü 
çoxlarına dərs olub və heç kəs qorxudan bizə məlumat verməyib. 
Muxtar dərindən ah çəkib: 
- Kamil, mən lap başımı itirmişəm, - dedi: 
- Əlbəttə, lap faizlə də olsa pul tapacam. Sonra mağzanı, maşını, hətta 
evi  də  sataram.  Mən  əslində  sənin  yanma  məsləhətə  gəlmişəm. 
Buraya gəlməyimi də heç kəs bilməsin. 
Yunusov  ayağa  qalxıb  əsəbi  halda  otaqda  gəzişməyə  başladı.  Bir 
qədər o baş-bu başa  gedib-  gələndən sonra telefon aparatı qoyulmuş 
kiçik stolun qabağında dayandı. Dəstəyi əlinə götürüb 
fikrə getdi. Nəhayət, kodla Bakını alıb danışmağa başladı: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə