Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

downloaded from KitabYurdu.org
* * * 
-
 
Cənab Qasımlı? Hər vaxtınız xeyir! Mayor Yunusovdur danışan. 
Sizə  yenə  işim  düşüb.  Vacib  bir  məsələ  var.  Uşaq  oğurlanıb.  Bəli... 
Bəli,  -  susub  dinlədi.  -  Bəli,  əgər  imkanınız  varsa.  Xeyr,  evimizdə 
gözləyəcəm.  Çox  sağ  olun,  təşəkkür  edirəm!  -  Yunusov  sonra  ev 
ünvanını  deyib  dəstəyi  yerinə  qoydu  və  saata  baxdı:  -  Gecəyə  kimi 
burada  olar. Sən get, pulları axtarmaqla  məşğul ol, amma bu barədə 
heç  kimə  bir  kəlmə  də  söz  demə.  Axşam  səni  gözləyirəm.  Yenə  də 
maşmsız gəl. Çalış, görən olmasın. 
-
 
Kiminlə danışırdın? - Muxtar getmək üçün ayağa qalxıb soruşdu.
-  Yaxın  adamdır.  Bir  vaxt  Rusiyada  ən  güclü  detektiv  idi.  Bir  az 
var ki, Azərbaycana qayıdıb, hələlik heç yerdə işləmir. Qırx yaşı var, 
di gəl ki, polkovnikdir. - Yunusov bir qədər ara verib yenə dilləndi: - 
Bir  də  deyirəm,  çətin  məsələdir.  Hər  halda,  sən  pul  axtar.  Axşam 
gözləyəcəm. 
Muxtar  mayor  Yunusovun  evindən  çıxıb  borc  pul  verə  biləcək 
tanışlarına baş çəkməyə 
getdi. 
* * * 
Jurnalist  Nemət  Sabirli  redaksiyada  idi.  Qonşusu,  keçmiş  cinayət 
axtarış  polisi  polkovnik  Qasımlı  redaksiyaya  zəng  vurub  Nemətdən 
xahiş  etdi  ki,  bütün  işlərini  atıb  tez  evə  gəlsin.  Nemət  düşünmədən 
kağızlarını  yığışdırıb  stolun  siyirtməsinə  qoydu  və  maşınına  minib 
evə  sürdü.  İki  ay  əvvəl  Qanbay  Qasımlı  rayonda  baş  vermiş  bir 
cinayəti aydınlaşdıraraq Nemətin şübhə hədəfi olan qardaşını təmizə 
çıxarmışdı.  Ondan  sonra  Nemətlə  polkovnikin  arasında  dostluq 
münasibətləri yaranmışdı. 
Qasımlı Nemətə çağırışının məqsədini izah
etdi: 
-  Dostumuz  Yunusov  zəng  eləmişdi.  Rayonda  uşaq  oğurlanıb. 
İstəyirəm  sənin  maşınınla  gedək.  Əlbəttə,  Yunusovun  xatirinə  yox, 
uşağın xatirinə. 
Nemət  polkovnik  Qasımlınm  dərin  zəkasına,  fövqəladə 
diqqətliliyinə  və  güclü  iradəsinə  pərəstiş  edirdi.  Tez-tez  dəhşətli 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
başağnlarmdan əzab çəkən bu adam bir dəfə də olsun şikayət etməzdi 
və öz halını büruzə verməməyə çalışardı. Nemət Sabirli polkovnikin 
araşdırdığı hər hansı işə böyük maraq göstərirdi. Düzdür, bir jurnalist 
kimi  Qasımlıdan  qəzetə  heç  nə  yazmayacaqdı.  Çünki  Qasımlı  bunu 
qətiyyən  xoşlamırdı  və  bu  barədə  Nemətə  qəti  şəkildə  bildirmişdi. 
Amma hər halda iş başında Qasımlınm yanında olmaq özü də maraqlı 
idi. 
Qasımlınm  Yunusov  haqqındakı  «  dostumuz  »  sözünü  yüngül 
istehza  ilə  deməsi  Nemətin  nəzərindən  qaçmadı.  Yunusov  Nemətin 
qardaşının  günahsız  yerə  ilişdiyi  cinayət  işini  aça  bilməyərək  kələfi 
dolaşdırmışdı. Polkovnik Qasımlı cinayətkarı aşkar edəndən sonra isə 
qəzetlər  onun  gördüyü  işi  Yunusovun  adına  bağlamışdılar.  Lakin 
Qasımlı bundan inciməmişdi. O, bir dəfə Nemətə demişdi: «Mənə baş 
sındırmaq  üçün  dolaşıq  məsələlərdən,  ədalətə  xidmət  etməkdən 
duyduğum  məmnunluqdan  və  normal  yaşamaq  üçün  lazım  olan 
minimum məbləğdə puldan başqa heç nə lazım deyil». 
Qanbay  Qasımlmm  ailəsi-uşağı  olmasa  da  uşaqları  çox  sevirdi. 
Onun  rayonda  baş  verən  hadisəyə  heç  də  laqeyd  yanaşmadığını  hiss 
edən Nemət Sabirli: 
-
 
Nə vaxt getmək lazımdır? - deyə soruşdu. 
-
 
Elə bu saat! 
Qasımlı  plaşını  geyinib,  şlyapasını  başına  qoydu.  Nemət  öz 
mənzilinə  keçib  əlində  portfel  oradan  çıxanda  Qasımlı  artıq  pillələri 
düşdü. Onlar Nemətin ağ rəngli, təzə «QAZ - 24» 
markalı maşınına minib yola düşdülər. 
* * * 
Qasımlı  və  Nemət  mayor  Yunusovun  evinə  girəndə  hava  artıq 
qaralmışdı. Muxtar da burada idi. O, bir neçə nəfərdən yüksək faizlə 
pul  ala  bilmişdi.  Beləliklə  də  lazım  olan  məbləği  toplayaraq  evə 
qoymuşdu. İndi isə yanm saatdan çox idi ki, mayorun evində oturub 
Bakıdan  gələn  qonağı  gözləyirdi.  Yunusov  gələnləri  çox 
mehribanlıqla qarşıladı və onlan Muxtarla tanış etdi. Muxtar polisdən 
çox elmi işçiyə oxşayan Qasımlı və əynində idman gödəkcəsi geymiş 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
sadə 
görkəmli Nemət Sabirli ilə ikiəlli görüşüb, sonra yerində əyləşdi. 
Möhkəm  bədənli,  boksçuya  oxşayan  Yunusov  qonaqlara  o  saat 
yemək  təklif  etdi.  Lakin  Qasımlı  imtina  edərək  qəhvə  istədi  və 
qəhvəsini  içdiyi  müddətdə  hadisənin  məlum  olan  bütün  tərəflərini 
soruşub öyrəndi. Sonra üzünü Muxtara tutub soruşdu: 
-
 
Telefonda  eşitdiyiniz  sözlərin  hamısını  dediniz,  yoxsa  nəyisə 
unutmuşunuz? 
-
 
Xeyr!  Mən  o  sözləri  heç  vaxt  unuda  bilmərəm.  -  Muxtar  cavab 
verdi. 
Bu dəfə Qasımlı Yunusova sual verdi: 
-
 
Rayonda belə hadisə olub, nə vaxtsa? 
-
 
Olub!  -  mayor  üç  il  bundan  əvvəl  Qurdbaşı  kəndində  baş  verən 
və ölümlə nəticələnən uşaq oğurluğunu olduğu kimi danışdı. 
-
 
Deməli,  onda  da  pulu  Baharlı  yolundakı  çinann  altına  qoymağı 
tələb etmişdilər? 
-
 
Bəli, elədir. 
-
 
Həmin çinar Qurdbaşıya yaxındır? 
-
 
Xeyr,  Baharlı  kəndi  ilə  Qurdbaşı  rayon  mərkəzinin  əks 
tərəflərində yerləşir. 
-
 
Baharlı kəndi buradan neçə kilometr aralıdır? 
-
On kilometr olar... 
-
Bəs çinar ağacı? 
-
Dörd-beş kilometr. 
Qasımlı saatına baxıb: 
-
 
Saat  on  birdir.  İxtiyarımızda  hələ  on  dörd  saat  var.  Söhbətimizi 
sonra  davam  etdirərik,  -  dedi  və  ayağa  qalxıb  Muxtara  üz  tutdu:  - 
Bizimlə gedək, həmin çinar ağacına baxmaq istəyirəm. 
O birilər də ayağa qalxdılar. Yunusov soruşdu: 
-
 
Mən də sizinlə gedimmi? 
-
 
Yox, ehtiyac  yoxdur. Nemət,  Muxtar və  mən gedəcəyik. Siz isə 
bizi evdə gözləyin. Gəlib sizinlə axşam yeməyini yeyərik. 
Onlar  Nemətin  maşınına  minib  yola  düşdülər.  Muxtar  bələdçilik 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə