Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

downloaded from KitabYurdu.org
bıçağı  onun qarnına  vurub.  Bıçağı özü  çıxarmayıb  və  ikinci  zərbəyə 
də ehtiyac görməyib. Onun əlində yəqin ki, əlcək olub və düşünüb ki, 
Bəxtiyar  bıçağı  özü  çıxarsa  əl  izləri  bıçaqda  qalar.  Beləliklə  istintaq 
Bəxtiyarın  intihar  etməsi  qəranna  gələr.  İkinci  zərbəni  həm  də  ona 
görə vurmayıb ki, intihar edən şəxsin birinci qüvvətli zərbədən sonra 
özünə  ikinci  zərbə  vurması  o  qədər  də  ağlabatan  sayılmazdı. 
Beləliklə,  Ağaəhməd  Bəxtiyarı  öz  öhdəsinə  buraxır  ki,  qanaxma 
nəticəsində  ölsün.  Telefon  məftilini  otağa  girməmiş  kəsibmiş.  Açan 
Bəxtiyann  cibindən  çıxanb,  və  yəqin  onu  hədələyib  ki,  səs-  küy 
salmasın.  Çıxıb  qapını  açarla  bağlayıb  və  söz  yox  ki,  burada  böyük 
səhvə  yol  verib.  Bəxtiyar  isə  onun  qayıdacağından  qorxub  birinci 
növbədə  qapının  cəftəsini  keçirib  və  özü  də  bilmədən  burada 
Ağaəhmədin  xeyrinə  hərəkət  edib.  Əsas  dəlillərdən  biri  qapı 
cəftəsindəki  qanlı  əl  izidir  ki,  bu  da  diqqəti  çox  az  cəlb  edirdi. 
Əməliyyat  qrupu  bunu  və  digər  detalları  görüb,  ya  yox,  bilmirəm, 
məni  maraqlandıran  Tahirənin  tapılması  idi  ki,  o  da  tapıldı.  Qalan 
şeyləri  qoy  istintaq  həll  etsin.  Söz  yox  ki,  lazım  bilsələr,  istintaqa 
köməyim dəyə bilər. 
-  Axı  bəs  Tahiri  nə  üçün  öldürdülər?  -  bayaqkı  cavabsız  qalmış 
sualımı təkrar etməli oldum. - O sizə nə deyəcəkdi? 
Qanbay  Qasımlı  fincamndakı  soyumuş  qəhvəsindən  bir  qurtum 
içdi. Tələsmədən bir siqaret götürüb yandırdı. 
-
 
Hər  şey  mənə  aydın  olandan  sonra,  birdən-birə  məndə  Tahirə 
qarşı dəhşətli nifrət oyandı. Məndə çox az hallarda insana qarşı nifrət 
oyanır.  Əksər  vaxtlar  ən  qatı  cinayətkara  da  nifrət  etmirəm.  Əksinə 
onlara  yazığım  gəlir.  İndi  də  Ağaəhmədə  yox,  məhz  Tahirə  nifrətim 
oyandı. 
Elə həmin anda da onu öldürmək qərarına gəldim. Ağaəhməd eşitsin 
deyə  ucadan  sizə  bildirdim  ki,  gecə  saat  12-də  xəstəxanada  Tahirin 
yanında olacağam. Guya o mənə nə isə deyəcəkdir. Mən bilirdim ki, 
Ağaəhməd bunu təcili öz şefinə çatdıracaq və Tahir saat 12-yə qədər 
aradan götürüləcək. 
-
 
Deməli belə çıxır ki, Tahirin ölümünə siz bais olmusuz? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Bəli...  Bunu  ancaq  sizə  deyirəm  və  inanıram  ki,  siz  də  bu  sirri 
özünüzdə  saxlayacaqsınız.  Bir  də  lap  saxlamasaz  da,  heç  kəs  bunu 
mənə sübut edə bilməz. - Qasımlı gülümsədi. 
-
 
Bəxtiyargildən  saat  doqquzun  yarısında  çıxandan  sonra  siz  hara 
getdiniz? 
Tahirə  görə  Qanbay  Qasımlım  ittiham  etmək  fikrində  deyildim. 
Tahir  sağ  qalsaydı,  yəqin  ki,  gündə  on  dəfə  ölüb  diriləcəkdi.  İstər 
həbsxanada, istərsə də azadlıqda... 
-
 
Sizdən ayrılan kimi birbaş xəstəxanaya  - Tahirin yanma getdim. 
Mənə demək olar ki, artıq hər şey məlum olsa da Tahirənin saxlandığı 
yeri  dəqiq  bilmək  istəyirdim.  Bu  işdə  qətiyyən  riskə  yol  vermək 
olmazdı. Hər hansı düşünülməmiş addım qızın aradan götürülməsinə 
səbəb  olardı.  Xəstəxanaya  gedəndə  yolda  cib  telefonum  zəng  çaldı. 
Bu  dünəndən,  daha  doğrusu  srağagündən  gözlədiyim  zəng  idi. 
Namazov xəbər verdi ki, onun adamlan öyrənib, bağda həqiqətən bir 
qız  uşağı  saxlanılır.  Ancaq  qızın  kimliyi  məlum  deyil.  Xəstəxanada 
hər şeyi Tahirə izah etdim. 
Bildirdim  ki,  atası  da  onun  ucbatından  öldürülüb.  Başa  saldım  ki, 
mənə kömək edib bacısının yerini desə, mən də ona kömək edərəm. O 
da  məni  başa  düşüb  hər  şeyi  danışdı.  Ağaəhmədin  onu  yoldan 
çıxarmasını,  ilk  dəfə  Aygünü  Babaşov  üçün  oğurlamaqda  kömək 
etməyi  ona  tapşırdığını  danışdı.  Aygün  məsələsindən  sonra  Tahir 
onlann yanında gözükölgəli olubmuş. Nəhayət, Tahirədən xoşu gələn 
Ağaəhməd  onun  haqqında  Babaşova  danışır  və  onu  da  bağ  evinə 
aparmağa şefinə söz verir. Yavaş-yavaş Tahiri bu işə hazırlayır. Söz 
verir  ki,  bu  işi  təşkil  etsə,  Babaşov  restoranı  ona  tapşıracaq.  Həm  də 
eyhamla  başa  salıb  ki,  bacısını  verməsə,  Aygünə  görə  onu 
ilişdirəcəklər. Bu alçaq da inanıb. Nə isə... Tahir bacısının Babaşovun 
həmin bağ evində olduğunu bildirdi. 
-
 
Siz Tahirə nə cür kömək etməyi boynunuza götürmüşdünüz? 
-
 
Əslində mən həmin köməyi etdim!  - o bir anlıq susub söhbətini 
yekunlaşdırdı. - Xəstəxanadan çıxıb şəhər polis idarəsində
Namazovla görüşdüm. Ona əvvəlcədən işin mahiyyətini açmamışdım. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
İndi  məsələni  danışıb  kömək  etməsini  xahiş  etdim.  Biz  əməliyyatı 
uğurla  həyata  keçirdik.  Qalanı  da  sizə  məlumdur.  Bircə  Babaşovun 
çənəsi  çapıq  əlaltısım,  yəni  Fəzaili  tuta  bilməmişdik  ki,  onu  da  siz 
vaxtında gətirdiniz. 
-
 
O məni gətirdi! - deyə düzəliş verdim. 
-
 
Nə fərqi  var ki?  -  gülmək istədisə  də  bacarmadı.  -  O,  Babaşova 
zəng  vuranda  Babaşov  artıq  polisin  nəzarəti  altında  idi.  Mənim 
xahişimlə  onu  məcbur  etdilər  ki,  səni  bağ  evinə  gətirmək  əmrini 
versin. 
Deyəsən  Qasımlmm  yenə  başağrısı  başlamışdı.  Divana 
baxmağından başa düşdüm ki, uzanıb dincəlmək istəyir. Ayağa qalxıb 
mənzilimə  getdim.  Səhərin  açılmağına  az  qalmışdı.  Bu  gün  bazar 
günü idi. Doyunca yatacaqdım. Ayrılanda soruşdum: 
-
 
Bəs Ağaəhməd? 
-
 
Həbs olunub! - dedi. 
-
 
Yuxudan  çox  gec  ayıldım.  Qanbay  Qasımlı  artıq  Tahirəni  də 
götürüb getmişdi. Qayıdanda məlum oldu ki, qızı xəstəxanada anasına 
təhvil  verib.  Eşitdim  ki,  Leyla  xanım  ərinin  və  oğlunun  ölümünü 
mətanətlə  qarşılayıb.  Düzdür  yenə  halı  pisləşibmiş,  ancaq  həkimlər 
vaxtında  tədbir  görüb  onu  özünə  gətiriblər.  Leyla  xanım  həmin  gün 
xəstəxanadan çıxıb qızı ilə evinə gedib. 
Bazar  ertəsi  günündən  istintaq  başlandı.  İstintaqda  iki-üç  gün 
Qasımlı  da  iştirak  etdi.  Ancaq  mayın  26-da  xaricə  uçduğu  üçün 
məhkəmədə iştirak edə bilmədi. 
Məhkəmədə  Ağaəhməd  hər  şeyi  boynuna  aldı.  Fəzail  ilə  birlikdə 
Aygünü  öldürüb  öz  maşınında  dəniz  qırağına  aparmasını,  boynuna 
ağır  dəmir  bağlayıb  dənizə  atmasını,  Bəxtiyan  öldürməsini  və 
Tahirənin  oğurlanması  planını  hazırlamasını.  Aşkar  oldu  ki, 
Ağaəhməd telefonla Babaşova Tahirin gecə saat 12-də Qasımlıya hər 
şeyi  danışacağını  bildirib.  Babaşov  Tahiri  təcili  aradan  götürmək 
barədə  Fəzailə  göstəriş  verib  və  Fəzail  xəstəxanaya  gələrək  bu 
göstərişi yerinə yetirib. 
Məhkəmədə Zaur da iştirak edirdi. Tahirənin başına gələnlərin onu 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə