Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

downloaded from KitabYurdu.org
öz müşahidələrimə həmişə inanmışam və yenə də öz fikrimin üstündə 
qəti dururdum. Belə olanda isə meydana bir sual çıxırdı. Maşında kim 
ola bilərdi ki, Tahirə onu görəndə özünü sevincək və həm də Zaurun 
dediyi  kimi,  sərbəst  aparsın,  kimlərinsə  görə  biləcəyindən  ehtiyat 
etməyərək  könüllü  surətdə  yad  maşına  minsin?  Bizim  bildiyimizə 
görə, qızın qohumları və tanışları arasında belə bir adam olmamalı idi. 
Məhəbbətlə bağlı bizə naməlum olan bir şəxs olsaydı, gündəlikdə bu 
barədə  kiçik  də  olsa  işarəyə  rast  gələrdik.  Axı  Tahirə  nisbətən  adi 
hadisəni  -  Zaurun  ona  yaxınlaşmasını  gündəlikdə  qeyd  etmişdi.  Bax 
belə  olan  surətdə,  məndə  qızın  qardaşına  qarşı  şübhələr  meydana 
gəlməyə başladı. 
-
 
Siz nə demək istəyirsiniz? - deyə dəhşətlə dilləndim. 
-
 
Qulaq  asm,  gecə  keçir,  yatmaq  lazımdır.  -  Qasımlı  təmkinlə 
siqaretini sümürüb davam etdi: 
-
 
Gündəlikdə axınncı gün - aprelin ıı-də Tahir haqqında yazılanlar 
şübhəmi daha da artırırdı. Tahir həmin gün axşam bacısına yaxınlaşıb 
onun  başını  sığallamışdı.  Həmin  anda  o  bilirdi  ki,  bacısı  səhər  evə 
qayıtmayacaq. O hesab edirdi ki, Tahirəni bir daha görməyəcək. Mən 
polis  bölməsində  Zauru  danışdırandan  sonra  sizdən  ayrıldım  və 
Tahirin  iş  yerinə  gedib  ehtiyatla  onun  haqqında  bəzi  məlumatlar 
öyrəndim. Tahir işdə bir ay imiş ki, özünü qəribə aparırmış. Gah işdən 
çıxacağından, gah özünün şəxsi restoranı olacağından danışırmış. Son 
vaxtlar isə tamamilə əsəbi olubmuş. Əlbəttə, bunu bacısı yoxa çıxmış 
bir  qardaş  üçün  təbii  də  saymaq  olardı.  Amma  mən  bir  şeyi  də 
öyrəndim:  Tahir  həmin  hadisə  baş  verən  gün  -  aprelin  12-  də  nahar 
fasiləsi  zamanı  ofisdən  çıxmış  və  qayıdarkən  işə  bir  saata  yaxın 
gecikmişdir. 
Bunun 
üçün 
də 
şöbə 
müdiri 
tərəfindən 
töhmətləndirilmişdir.  Tahirin  saat  13-dən  təxminən  15-ə  kimi  ofisdə 
olmaması  və  Tahirənin  də  məhz  həmən  zaman  fasiləsində,  saat  13. 
20-də  yoxa  çıxması  ağlıma  gələn  fikri  bir  qədər  də  möhkəmləndirdi. 
Eyni  zamanda  öyrəndim  ki,  Tahir  qonşuları  Ağaəhmədlə  tez-tez 
görüşür və Ağaəh- mədin işlədiyi «Şah xörəkləri» restoranına gedib-
gəlir. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Necə  ki,  sizə  demişdim,  Tahir  haqqında  bu  məlumatlan  toplayıb 
qayıdanda  həmin  çənəsi  çapıq  adamın  məni  izlədiyini  başa  düşdüm. 
Düzdür,  mən  sizə  onu  güdə  bilmədiyimi  demişdim.  Ancaq  əslində 
belə deyildi. Mən bir avtobus dayanacağında asanlıqla onun gözündən 
itdim  və  onun  gülünc  vəziyyətdə  ora-bura  vurnuxaraq  məni 
axtardığını gizlicə müşahidə etməyə başladım. O məni itirdiyinə əmin 
olandan sonra küçənin o biri tərəfinə keçib avtobusa mindi və bu dəfə 
mən  onu  izləməyə  başladım.  Həmin  adam  birbaş  «Şah  xörəkləri» 
restoranına getdi. Mən onun oradan çıxmağını gözlədim və çıxandan 
sonra  da  taksi  tutub  onu  güdməyə  başladım.  Çapıq  Tahirənin 
saxlandığı  bağ  evinə  getdi.  Mən  öyrəndim  ki,  həmin  bağ  evi  də, 
Ağaəhmədin  müdirlik  etdiyi  restoran  da  böyük  bir  idarənin  rəhbəri 
olan  Babaşova  məxsusdur.  Bu  və  Babaşov  haqqında  digər 
məlumatları toplamaqda dostum - mayor Namazov mənə kömək etdi. 
Namazovdan bir də xahiş etdim ki, adamları vasitəsilə öyrənsin, görək 
həmin bağda qız uşağı saxlamlırmı? 
Sonra o biri bədbəxt qızın - Aygünün ölümünü eşitdik. Mən onun 
ölüm  tarixi  ilə  Tahirənin  oğurlanmasının  eyni  vaxta  düşməsini 
biləndə, söz yox ki, Tahirə üçün narahat oldum. Eyni vaxtda onu da 
düşündüm  ki,  Aygündən  qat-  qat  gözəl  olan  Tahirəm  tezliklə 
öldürməyəcəklər. Ancaq hər halda tələsməyi qərara aldım. 
Bundan  sonra  hadisələr  bir-birini  sürətlə  əvəz  etməyə  başladı. 
Bəxtiyarın  rəisin  yanından  çıxıb  evə  getməsi,  lakin  bir  az  keçmiş 
sorağının  ATS-dən  gəlməsi,  ATS  işçisini  təhqir  etməsi  və  nəhayət 
Tahirin xəstəxanaya düşməsi. Bəxtiyar ATS-də tələb edirmiş ki, onun 
mənzilindən  yanm  saat  əvvəl  hara  zəng  olunduğunu,  yaxud  haradan 
onun  mənzilinə  zəng  edildiyini  desinlər.  Bu  tərəfdən  də  Tahirin 
müəmmalı  döyülməsi.  Mən  onsuz  da  ondan  şübhəli  idim  və  onun 
nağılına  inanmırdım.  Yarasına  baxandan  sonra  gördüm  ki,  başına 
linglə  yox,  nə  isə  dairəvi  və  naxışlı  bir  əşya  ilə  zərbə  vurulub.  Eyni 
zamanda  onu  boğmaq  da  istəmişdilər.  Düşünürdüm  ki,  Bəxtiyar 
mənzildən başqa yerə zəng vurulmasından danışıbsa, deməli danışan 
özü  olmayıb.  Çünki  özü  hara  zəng  etdiyini  bilməmiş  olmazdı.  Onda 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
deməli  mənzildən  danışan  Tahir  imiş.  Mən  Bəxtiyarın  polisdən  evə, 
evdən ATS-ə getdiyi yollan və buna sərf edilən vaxtı tutuşdurub belə 
qərara  gəldim:  Bəxtiyar  polis  bölməsindən  çıxıb  evə  gələndə  Tahir 
kiminləsə qızın oğurluğu barədə telefonda, özü də ucadan danışırmış. 
Yəqin  ki,  nəsə  tələb  edirmiş.  Mən  öyrəndim  ki,  Tahir  həmin  vaxt 
«Şah xörəkləri» restoranı ilə danışırmış. Burada iki variant ola bilərdi. 
Birincisi  odur  ki,  Tahir  həmin  vaxt  mənzilin  qapısını  ümumiyyətlə 
açıq  qoyubmuş,  ikinci  və  daha  inandıncı  odur  ki,  Tahir  qapını  örtüb 
və  daha  içəridən  qıfıllamayıb  və  nə  də  cəftəni  vurmayıb.  Onların 
qıfılında  əsas  dildən  başqa,  kiçik  dil  ki,  var,  bunun  vasitəsilə  qapını 
örtəndə  avtomatik  bağlanır.  Bu  zaman  qapını  çöldən  açarla  açmaq 
mümkündür. Beləliklə Bəxtiyar qapını öz açan ilə açıb mənzilə girib 
və  Tahirin  danışığını  eşidib.  Qızının  yoxa  çıxmasında  oğlunun  əli 
olduğunu başa düşüb və ona hücum edib. Atası Tahiri əlləri ilə boğa-
boğa kiminlə danışdığını, qızın harada olduğunu soruşub. Tahir cavab 
verməyib.  Bəxtiyar  stolun  üstündən  külqabını  götürüb  onun  başına 
vurub.  Sonra  Tahiri  bayılmış  vəziyyətdə  qoyub  ATS-ə  qaçıb. 
Yadınızdadırsa, mən onların mənzilində 
olanda külqabıya diqqətlə baxdım. Onun altında azacıq qan ləkəsi və 
bir neçə baş tükü var idi. 
Telefon  xəttinin  o  biri  başında  olan  Ağaəhməd  Bəxtiyarın  Tahirə 
hücumunu başa düşüb və tələsik onlara gəlib. Tahiri ayılmış, lakin pis 
vəziyyətdə  görüb  xəstəxanaya  apanb  və  şərtləşiblər  ki,  Tahir 
pilləkənlərdən yıxıldığını desin. 
Mən  yenə  deyirəm,  Zaurun  söhbətindən  sonra  onsuz  da  başa 
düşmüşdüm ki, Tahirin bu işdə əli var. Bu hadisədən sonra isə fikrim 
tamam  qətiləşdi.  Tahirəni  öz  qardaşının  əli  ilə  oğurlamışdılar!  - 
Qasımlı söhbətə ara verib: 
İstəyirsinizsə, hələ yatmayıbsa, qızın özünü danışdıraq, - dedi. 
Mən  razılaşdım.  Ev  sahibi  qonşu  otağın  qapısını  aralayıb  qızı 
çağırdı. Tahirə yatmamışdı. Durub yanımıza gəldi. Qasımlı ona stulda 
oturmağı təklif edib dedi: 
-
 
Tahirə, qızım, başına gələnləri qısaca bizə danışa bilərsənmi? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə