Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

downloaded from KitabYurdu.org
VII 
verdi: 
-
 
Bizdə bir misal var. Pis adam öləndə deyərlər ki, itin biri azaldı. 
Həmin  axşam  isə  o  həyətdə  üç  it  birdən  azaldı.  Əslində  mən 
zəhərləyib öldürdüyüm itin ölümünə daha çox acıyırdım. 
O,  söhbəti  kəsib  ofisiantı  çağırdı.  Qəlyanaltının  pulunu  ödəyib 
gümrah halda ayağa qalxdı. Elə bil danışıb ürəyini boşaltmış və
yüngülləşmişdi. 
* * * 
Biz  oradan  çıxıb  birbaş  itmiş  qızın  axtarışını  aparan  4-cü  polis 
bölməsinə getdik.  Mehdiyevin otağı bağlı idi. Rəisin kabinetində isə 
şikayətçi var idi. Ona görə də qəbul otağında xeyli gözləməli olduq. 
Kabinetə girəndə Səmədov nədənsə bizi soyuq qarşıladı. 
- Nə kimi yenilik var? - deyə oturan kimi Qasımlı sual verdi.
Bölmə  rəisi  əvvəl  dinmədi.  Elə  bil  Qasımlıya  hesabat  verməyi 
özünə sığışdırmırdı. Nəhayət əsəbi halda danışmağa başladı: 
-
 
Başqa  işlərimiz  tökülüb  qalıb.  Bu  iş  mənim  başımı  tamamilə 
xarab  eləyəcək  deyəsən.  O  Bəxtiyardır  -  nədir,  itən  qızın  atasını 
deyirəm, günorta gəlmişdi yenə. Qanımı qaraltdı tamam. Deyirəm, get 
otur  xarabanda,  bir  xəbər  olan  kimi  bildirəcəm.  Gedəndən  bir  saat 
keçməmiş şikayət gəlir ki, gedib ATS-də bir işçini təhqir edib, üstəlik 
əl  də  qaldırıb.  Adam  göndərdim  ki,  gətirib  salsın  aşağı.  Gəlib 
məlumat  verdi  ki,  qapısı  bağlıdır.  Zəngin  səsinə  də  qapını  açan 
yoxdur. Hansı ki, həyətdə bir nəfər deyib ki, Bəxtiyar bir az əvvəl evə 
çıxdı. Lap axmaq adam imiş demə bu!.. 
-
 
Bəxtiyar sizin yanınızdan nə vaxt çıxıb? - Qasımlı onun söhbətini 
kəsdi. 
-
 
Saat 2-də. Yox 3-ə on beş dəqiqə işləmiş olardı. 
-
 
ATS-ə nə vaxt gedibmiş? İşçini nə üçün təhqir edib? 
-
 
Başı  xarabdı  də!  Tələb  eləyirmiş  ki,  tez  olun  deyin,  indicə 
mənzilimdən hara ilə danışıblar? 
-
 
Mənzilimdən, ya mənzilimə? 
-
 
Hər  ikisi!  Ümumiyyətlə,  mən  heç  nə  bilmirəm.  -  Rəis  bir  qədər 
acıqlı dilləndi. - İdarəmizdən zəng eləyib bu qızın işilə əlaqədar məni 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
danladılar. İşin irəli getmədiyi üçün və həm də əməkdaşlarımız dura-
dura  qeyri-rəsmi  şəxsləri,  yəni  sizi  işə  cəlb  etdiyim  üçün.  Xahiş 
edirəm daha bu işə qanşmayasız. Özümüzün 
əməliyyat  qrupumuz  var.  Mehdiyevin  rəhbərliyi  ilə  işləyir.  Sizə 
ehtiyacımız yoxdur! 
Mən  yaman  pərt  oldum.  Qasımlı  danışmaq  istəyirdi  ki,  bir  polis 
leytenantı kabinetə girdi. 
-
 
Rəis,  xəstəxanadan  zəng  vurdular.  Nəsirov  Tahir  Bəxtiyar  oğlu 
adlı biri başından xəsarət alaraq ora gətirilib. 
-
 
Nə vaxt? 
-
 
Yaralını  oraya  16.20-də  gətiriblər.  Təxminən  saat  yanm  bundan 
əvvəl.  Ayılanda  deyibmiş  ki,  pilləkəndən  yıxılmışam.  Baş  həkim 
orada yox imiş. İndi gəlib və baxan kimi şübhələnib bizə zəng vurub. 
-
 
Gərək şübhələnməmiş bizə bildirəydilər!  - Rəis hirslə dilləndi.  - 
Mehdiyev hələ Bəxtiyargilə getməyib ki? 
-
 
Xeyr! Hələ buradadır. Aşağıda, növbətçi otağında. 
-
 
Mənim  adımdan  de  ki,  əvvəlcə  xəstəxanaya  getsin,  sonra  isə 
Bəxtiyarın dalınca! Özü ilə adam da götürsün! 
-
 
Baş üstə, rəis! - leytenant çıxdı. 
Qasımlı və onun ardınca mən də ayağa 
qalxdıq.  Keçmiş  polis  xəfiyyəsi  kabinetdən  çıxanda  çevrilib 
Səmədova baxdı: 
-
 
İdarədən kim danlayıb sizi? 
-
 
Bunun əhəmiyyəti yoxdur... - rəis dodaqaltı mızıldandı. 
Qasımlı  tutuldu.  Ancaq  bu  çox  çəkmədi.  Başını  mənalı  tərzdə 
yelləyib kabinetdən çıxdı. 
Həyətə  düşdük.  Həyətdə  Mehdiyev  və  bir  baş  leytenant 
radiolaşdırılmış polis maşınına minirdilər. Mehdiyev bizi görüb: 
-
 
Xəstəxanaya gedirsiz? - deyə soruşdu. 
-
 
Hə! Siz gedin, gəlirik! - Qasımlı mənim maşınıma oturdu. Maşını 
onların arxasınca sürməyə başladım. 
Tahir başı sarıqlı halda çarpayıda uzanmışdı. Palatada ondan başqa 
xəstə yox idi. Biz onun başına yığışmışdıq. Həkim də yanımızda idi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Tahirin  halı  o  qədər  pis  deyildi.  Danışa  bilirdi.  Qasımlı  stul  çəkib 
onun çarpayısının yanında oturdu. 
-
 
Tahir,  niyə  gizlədirsən?  Sən  pilləkəndən  yıxılmamısan.  -  Əli  ilə 
onun boynundakı solğun göy ləkələri göstərdi. - Səni döyüblər. Hətta 
boğmaq da istəyiblər. Bu kimin işidir? 
Tahir ağır-ağır danışmağa başladı: 
-
 
Boynuma  almağı  özümə  sığışdırmadım.  Evə  gələndə  şam 
ağaclarının  arasında  iki  nəfər  qabağımı  kəsdi.  Məni  cığırdan  kənara, 
xəlvətə  çəkmək  istədilər.  Dedilər  ki,  sənə  sözümüz  var.  Mən  razı 
olmadım.  Yaxamdan  yapışdılar.  Birini  vurdum.  O  biri  dəmir  linglə 
məni  vurdu.  Yıxıldım.  Deyəsən  məni  ölmüş  bilib  qaçdılar.  Bir  təhər 
özümü  evə  çatdırdım.  Blokun  ağzında  qonşumuz  Ağaəhmədə  rast 
gəldim.  Məni  maşına  qoyub  bura  gətirdi.  Maşında  huşumu 
itirmişəmmiş. Burada ayıldım... 
-
 
Həmin adamları tamdınmı? 
-
 
Yox... Tanımadım. Birinci dəfə idi görürdüm. 
-
 
Bəs bilmədin səndən nə istəyirlər? 
-
 
Yox, bilmədim... 
-
 
Xahiş edirəm, yarasını açın! - Qasımlı həkimə baxdı. Həkim bir 
söz  deməyib  sarğını  açdı.  Polkovnik  Tahirə  doğru  əyilib  yaranı 
gözdən  keçirtdi.  Əlini  yaralının  boğazında  gəzdirdi.  Birdən  ona  nə 
oldusa, stuldan dik qalxdı. Rəngi bircə anda dəyişmişdi. 
-
 
Bağlayın! 
-
 
Nə oldu? - Mehdiyev cəld soruşdu. 
-
 
Heç  bir  şey!  -  Qanbay  Qasımlı  pəncərəyə  tərəf  gedib  həyətə 
baxdı və yenə təkrar etdi: - Heç bir şey! İndi siz nə etmək istəyirsiniz? 
-
 
Həmin  iki  nəfərin  əlamətlərini  soruşub  öyrənəcəyəm.  Sonra  rəis 
tapşınb ki, Bəxtiyarın dalınca gedim. 
-
 
Əlamətləri  sonra  öyrənərsiz,  gedək,  mən  də  sizinlə  gedirəm. 
Bəxtiyargilə  getmək  mənə  də  lazımdır.  Rəis  deyirdi  qapını  açan 
yoxdu, hə? Tahirin açarı buradadırsa, onu da alın, gedək!
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə