downloaded from KitabYurdu.org
VII
Səkkizin yarısında telefon zəng çaldı.
Ev sahibi dəstəyi götürdü. Dodaqlarının kilidlənməsindən başa
düşdüm ki, nə isə faciə baş verib. Qasımlı:
- Bu saat gəlirəm! - deyib dəstəyi yerinə qoydu və üzünü mənə
çevirdi: - Dənizdən cavan qız meyiti tapılıb!
Dəhşətdən quruyub yerimdə qaldım. Nəsə demək istədimsə də
bacarmadım. Elə bil harada olduğumu da unutmuşdum. Yalnız
Qasımlının pencəyini geyinib şlyapasını başına qoyandan sonra
qarşımda durduğunu görüb ayağa qalxdım və:
-
Mən də sizinlə gedirəm! - dedim.
* * *
Kapitan Mehdiyev də bölmə rəisinin kabinetində idi.
Hadisə barədə
Səmədov özü bizə məlumat verdi:
-
Yarım saat əvvəl Şıxov çimərliyində dənizdən qız meyiti tapılıb.
Meyitə ağır dəmir parçası bağlayıb suya atıblarmış. Qızın şəxsiyyəti
hələ müəyyənləşməyib. Bizə rayon polis idarəsindən bildirdilər.
Meyit tapılan rayonun polis idarəsi meyiti ekspertizaya göndərib. Bir
azdan televizorda da elan veriləcək. Biz ərazimizdə itkin düşmüş hər
iki qızın şəkli ilə əməkdaşımız Fərəcovu ora göndərdik. Ancaq
dediklərinə görə meyit tanınmaz haldadır.
Qasımlı başını əlləri arasına aldı. Otaqda xeyli müddət sükut hökm
sürdü. Birdən o ayağa qalxıb cibindən bir həb çıxardı. Rəis stolunun
üstündəki qrafindən stəkana su süzüb ona verdi. Qasımlı həbi qəbul
edib qapıya tərəf getdi.
-
İcazə verin, biz Mehdiyevin kabinetində bir qədər dincələk.
Xahiş edirəm, meyitin şəxsiyyəti müəyyənləşən kimi bizə xəbər verin.
Polkovnik-leytenant Səmədov:
-
Arxayın olun! - dedi. - Siz keçin dincəlin, mən bu saat kapitan
Mehdiyevi də oraya göndərəcəyəm.
Mehdiyevin kabinetinə keçdik. Qasımlı ayaqqabısını da
çıxarmadan meşin üzlü divanda uzandı. Mən isə stol arxasında
stulların birində oturdum. Kapitan hazırlaşıb kabinetdən çıxdı. Otaqda
ikimiz qaldıq. Mən və Qanbay Qasımlı. O da divanda uzanıb gözlərini
downloaded from KitabYurdu.org