Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

downloaded from KitabYurdu.org
VII 
çıxa bildi. Onu yenə duyuq salan olmuşdu. 
Banda üzvləri həbs olunandan dörd gün sonra, axşam evə gələndə 
arvadımın  və  qızımın  öldürüldüyünü  gördüm.  -  Qasımlı  söhbətə  ara 
verib  bir siqaret  yandırdı. Onun özünü necə təmkinli  aparmağı  məni 
təəccübləndirirdi... 
-  Hər  ikisi  bıçaqla  öldürülmüşdü.  Mənzilin  döşəməsi  başdan-başa 
qan  içində  idi.  Qızımın  meyitinin  üstündə  bir  kağız  parçası  gördüm. 
Orada  yazılmışdı:  «Məşhur türk  xəfiyyəsinə hədiyyə». Məsələ  aydın 
idi. Bu ancaq Sergey Babayanm işi ola bilərdi. 
Əzizlərimi  dəfn  elədim  və  o  gündən  qərara  aldım  ki,  həyatımı 
onlann  intiqamını  almağa  həsr  edim.  Əvvəlcə  gözləyirdim  ki,  qatil 
özü məni də öldürməyə gələcək və onunla haqq-hesabı çürüdəcəyəm. 
Ancaq  əclaf  məndən  uzaq  gəzirdi  və  demək  olar  ki,  izsiz-soraqsız 
itmişdi.  Onda  mən  özüm  onu  axtarmağa  başladım.  Az  qala 
yalvarırdım  ki,  onu  tapana  qədər  mənə  heç  bir  tapşırıq  verməsinlər. 
Bandasım ləğv edərkən kimlərinsə onu duyuq saldığını bildiyim üçün, 
indi  təkbaşına  hərəkət  edirdim  və  planlarımı  da  heç  kəsə  açmırdım. 
Düzdür, Boris adlı bir zirək köməkçim var idi. Onda kapitan idi. İndi 
deyəsən mayor olub. Ona da yalnız lazımi tapşınqlar verirdim ki, işin 
əsil mahiyyətindən xəbəri olmurdu. Bəlkə də o vaxtlar məndə belə bir 
xarakter formalaşdı ki, iş sona çatana kimi düşündüklərimi heç kəsə, 
hətta ən inandığım adamlara da demirəm. 
-
 
Bu  işinizə  görə  əvvəllər  Sizdən  inciyirdim.  -  deyə  onun  sözünü 
kəsdim. - Ancaq sonra sizi başa düşdüm və buna alışdım. 
-
 
Gərək inciməyəsiz, işin xüsusiyyəti bunu tələb edir. 
-
 
Danışın, sonra necə oldu? 
-
 
İvanovka  adlı  bir  kənddə  Sergeyin  keçmiş  məşuqəsi  yaşayırdı. 
Adı  Mariya  olan  bu  qadın  da  erməni  idi.  Bandanı  ləğv  edərkən  ona 
toxunmamışdıq.  Ümumiyyətlə,  onun  varlığından  milisdə  məndən 
başqa  heç  kəsin  xəbəri  yox  idi.  Tutulanlar  da  istintaqda  onun  adını 
çəkməmişdilər.  Mariya  dəstənin  fəal  üzvlərindən  deyildi,  ancaq  hər 
halda dəstənin fəaliyyətindən xəbəri var idi və əsas üzvləri tanıyırdı. 
Onu  əsas  əməliyyatın  səhəri  günü  həbs  edəcəkdim,  ancaq  Sergey 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
aradan çıxdığı üçün onun həbsini sonraya saxlamışdım. Artıq ailəmin 
tələf olmasından iki ay keçmişdi. Sergey Babayan isə elə bil iynə olub 
dənizə düşmüşdü. Onu tapa bilmirdim ki, bilmirdim. 
-
 
Başqaları necə, onu fəal axtarırdılarmı? - özümü saxlaya bilməyib 
soruşdum. 
-
 
Necə deyim, gözdən pərdə asmaq üçün nəsə edirdilər. Əslində isə 
yox! -Təzədən bir siqaret yandırıb sözünə davam etdi. - Sergeyin son 
vaxtlar  Mariyadan  soyuduğu  barədə  məlumatım  olduğu  üçün 
gizlənməyə  onun  yanma  getməyəcəyini  bilirdim.  Onda  mən  belə  bir 
sonuncu varianta əl atmalı oldum. Həmişə müxbirlərin hay-küyündən, 
özümü  reklam  etdirməkdən  uzaq  qaçmağıma  baxmayaraq  mətbuat 
konfransı  təşkil  etdim.  Bunu  çoxdan  gözləyirmiş  kimi  xeyli  qəzet 
müxbiri  yığıldı.  Bandanı  necə  ələ  keçirməyim  barədə  müxbirlərin 
sualına  bilərəkdən  belə  bir  cavab  verdim  ki,  əslində  mən  o  bandanı 
heç cür ələ keçirə bilməzdim, əgər Sergeyin məşuqəsi olmuş Mariya 
adlı  bir  qadının  köməyi  olmasaydı.  Vəssalam.  Yağdırılan  suallara 
baxmayaraq,  Mariyanın  kimliyi  və  harada  yaşaması  haqqında  əlavə 
heç nə demədim. Düşündüyüm kimi, bu xəbər sensasiya doğurdu və 
mən  qoca  bir  saqqallı  kişi  qiyafəsində  İvanovkada  peyda  olub 
düşmənimi  gözləməyə  başladım.  Guya  həmin  kənddə  yaşayan 
türkəçarəçinin  yanına  sol  əlimin  işləməyən  barmaqlarını  müalicə 
etdirməyə  gəlmişdim.  Onun  yanında  doğrudan  da  sol  əlimin 
barmaqlarını  yarıbükülü  halda  saxlayırdım.  O  yazıq  da  masaj  və 
otların  köməyilə  əlimi  açmağa  cəhd  edirdi.  Sergeyin  bandasmda 
satqını  bağışlamırdılar.  Bilirdim  ki,  Sergey  qəzetləri  oxuyan  kimi 
uydurduğum  yalana  inanacaq  və  Mariyanı  cəzalandırmaq  qərarına 
gələcək.  Banda  başçısının  bu  uydurmaya  inanmağı  üçün  iki  şey 
kömək  edirdi.  Birincisi,  Sergey  Mariyanı  bir  məşuqə  kimi  atmışdı, 
ikincisi də biz Mariyanı həbs etməmişdik. 
Doğrudan  da  iki  həftə  sonra  qrimlənmiş  Babayan  kəndə  gəldi. 
Onun  heç  bir  qrimi  məni  aldada  bilməzdi.  Hələ  banda  tutulmamış 
mən  onu  çox  izləmiş,  dərindən  öyrənmişdim.  Sergey  Babayan  hava 
qaralanda  gəlmişdi  və  birbaş  Mariyanın  həyətinə  girdi.  Həyətdəki  it 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
onu  tanıdığı  üçün  hürmədi.  Birmərtəbəli  evdə  Mariya  tək  yaşayırdı. 
Evin üç tərəfə açılan pəncərələri var idi. Mariyanın həyəti ilə demək 
olar  ki,  üzbəüz,  küçənin  o  biri  tərəfində  türkəçarəçinin  həyətində 
dayanıb  düşünürdüm.  Əgər  o  qadına  bir  şey  eləməmiş  onun  başının 
üstünü  almaq  istəsəm,  bu  çox  çətin  olacaq.  Elə  bilməyin  ki,  ondan 
qorxurdum, qətiyyən yox! Ancaq mən tək idim və səs-küy salan kimi 
o,  pəncərədən  çıxıb  qaça  bilərdi.  Mən  isə  bunu  heç  cür  istəmirdim. 
Artıq səbir kasam dolmuşdu. Ona görə də gizlicə həyətə girib özümlə 
gəzdirdiyim zəhərli ət parçası ilə iti zəhərlədim. Sonra isə həyətin işıq 
düşməyən  yerində  dayanıb  gözümü  qapıya  zillədim  və  gözləməyə 
başladım.  Təxminən  yanm  saat  sonra  içəridən  çox  gur  musiqi  səsi 
eşidildi. İki dəqiqə sonra isə Babayan arxayın-arxayın qapıdan çıxdı. 
Gizləndiyim  yerdən işığa çıxıb özümü ona göstərdim. Aramızda 3-4 
metr  məsafə  var  idi.  Saqqalı  çıxartdığım  üçün  Sergey  məni  o  saat 
tanıdı.  Özünü  itirib  nə  edəcəyini  bilmədi.  Hiss  etdim  ki,  əllərimi 
yanıma  salmağıma  baxmayaraq,  silahını  çıxarmağa  cəsarət  etmir. 
Əclaf yəqin ki, vaxtilə atıcılıq üzrə ölkə çempionu olduğumu bilirdi. 
Bir neçə dəqiqə nifrətlə gözlərinin içinə baxdım. Əslində ona deyiləsi 
sözüm çox idi. Ancaq heç nə deyə bilmədim. Nifrətimin çoxluğu buna 
imkan vermədi. Sonradan özümü müdafiə etdiyimi sübut etmək üçün 
onun  silahını  çıxartmağını  istəyirdim  və  axır  ki,  o  bunu  etdi.  Əlimi 
plaşımın cibinə salıb tapançamı çıxartdım və o tətiyi çəkməyə macal 
tapmamış güllələrin altısını da sinəsinə boşaltdım. Sonra bu əleyhimə 
yönələn  bir  sübut  oldu  ki,  mən  onu  bilərəkdən  öldürmüşəm.  Ancaq 
məni nüfuzlu şəxslərdən müdafiə edənlər də oldu və mən istefa verib 
Bakıya qayıtmalı oldum. 
-
 
Bəs Mariya necə olmuşdu? - deyə sual verdim. 
-
 
Sergeyi  vurandan  sonra  evə  girdim  və  gördüm  ki,  Mariya 
başından aldığı güllə yarasından ölüb. 
-
 
Deməli o da sizin uydurmanızın güdazına getdi? - deyə soruşdum 
və  özlüyümdə  fikirləşdim  ki,  Qanbay  Qasımlı  həqiqətən,  düşməni 
üçün çox təhlükəli olan bir adamdır. 
Qasımlı əli ilə çənəsini ovuşdurub bir anlıq xəyala getdi və cavab 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə