Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

downloaded from KitabYurdu.org
VII 
yarandı. Hiss edirdim ki, bacardığı qədər çalışır ki, ağlamasın. Ancaq 
deyəsən  özünü  ələ  almağı  bacaran  qadın  imiş.  Mənim  gözlədiyimi 
görüb danışmağa başladı: 
-  Heç  elə  bil  mənim  o  adda  qızım  olmayıbmış.  Elə  bil  bu  on  altı 
ildə  gördüklərim  xəyal  imiş.  Atası  həmin  gündən  işə  getmir,  nə  də 
evdə  dayana  bilmir.  Havalı  kimi  küçələri  gəzib  qızı  axtarır.  Gündə 
neçə dəfə polisə gedib-gəlir. Qardaşı yazıq bacısı itən gündən elə bil 
lal olub. Evdə heç nə danışmır. Onun dərd çəkməyi ürəyimi daha da 
parçalayır. Atası da, mən də 
çalışırıq onun yanında qızdan söhbət salmayaq. Axşamlar yerinə girib 
yuxuya gedəndən sonra çarpayısının yanında oturub üzündən öpürəm, 
saçlarını  tumarlayıram.  Tahirənin  də  qoxusunu  ondan  almaq 
istəyirəm. Necə eləyim? Əlimdən heç nə gəlmir.  Gəlib işdə otursam 
da qız bir dəqiqə yadımdan çıxmır... 
Leyla  xanım  danışıqlarına  ara  versə  də  mən  dillənməyib  onun 
yenidən  danışacağını  gözlədim.  O,  gözlərini  döşəməyə  zilləyib  bir 
qədər susduqdan sonra dərindən ah çəkib başını qaldırdı: 
-  Bilirsiniz  necə  yaxşı  uşaq  idi?  Ağıllı,  işgüzar.  Tez-tez  deyirdi: 
«Ana  sənə  qurban  olum,  necəsən?»,  «Ana  qurban  olum,  sən  dincəl, 
filan  işi  mən  görərəm.»-  yenə  ah  çəkdi.  -  Yazıq  balamın  başına  nə 
faciə  gəldi,  bilmirəm.  Hər  dəqiqə  səsi  qulağıma  gəlir  ki,  ana,  məni 
niyə axtarmırsan? Axı necə axtarım? Harada axtarım? 
-
 
Ümidinizi  kəsməyin,  -  dedim.  -  Mən  səhər  polis  idarəsində 
oldum. Onlar axtarışı davam etdirirlər. 
-
 
Daha ümidimi demək olar ki, kəsmişəm. Tapsaydılar indiyə kimi 
tapardılar. Düz otuz altı gün keçib uşağın itməyindən. 
Hiss  etdim  ki,  Leyla  xanım  bu  sözləri  çox  böyük  əzabla  dedi. 
Həmin vaxt onun halına nə qədər acıdığımı dillə deyə bilmirəm. Bir 
qədər fikirləşib nəhayət qəti qərara gəldim: 
-
 
Mən sizə bir nəfərin ünvanını verə bilərəm. Yaxşı olar ki, axtarış 
üçün ona da müraciət edəsiniz. 
-
 
O kimdir ki? - tələsik soruşdu. 
-
 
Məşhur  xəfiyyədir,  -  dedim.  -  Rəsmi  olaraq  işləməsə  də  çətinə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
düşənlərə kömək əlini uzadır. Ancaq onu da deyim ki, sabah axşam o 
xaricə uçmalıdır. Bilmirəm, sizə razılıq verəcək ya yox. 
-
 
Hər  halda,  xahiş  edirəm,  onun  ünvanını  verin!  Mən  bir  övladı 
kimi onun ayaqlarına düşüb yalvarmağa da hazıram. 
Mən  bloknotumdan  vərəq  cırıb  Qanbay  Qasımlımn  ünvanını 
yazdım. 
-
 
O  siz  fikirləşən  kimi  yaşlı  deyil.  Cəmi  qırx  bir  yaşı  var.  Ancaq 
buna  baxmayaraq  təcrübəli  və  bilikli  adamdır.  Buyurun,  bu  da  onun 
ünvanı. 
Leyla xanım ünvanı məndən alan kimi getmək üçün hazırlaşmağa 
başladı.  Mən  onun  bu  hərəkətini  başa  düşdüyüm  üçün  incimədim. 
Sağollaşıb kabinetdən çıxdım və redaksiyaya yollandım. Redaksiyada 
iş  vaxtımın  sonunu  gözləməyə  səbrim  çatmadı.  İşdən  bir  qədər  tez
çıxdım.  Evə  qayıdanda  bir  bəhanə  ilə  üzbəüz  qonşumun  yanma 
getdim. Qanbay Qasımlı məni görüb gülümsündü: 
-
 
Axır  ki,  məni  yola  gətirdiniz,  Nemət  müəllim!  Mən  itmiş  qızın 
axtarışı ilə məşğul olmağa razılıq verdim. Səfərimi isə mayın 26-na 
keçirtdirmişəm. Gedin hazırlaşın, polis idarəsinə gedəcəyik. 
-
 
Sizə  hər  cür  kömək  etməyə  hazıram!  -  deyə  sevincək  cavab 
verdim. 
-
 
Onda vaxt itirməyək! 
Biz mənim maşınımla hadisə baş vermiş 
rayonun dördüncü polis bölməsinə yollandıq. 
* * * 
Bölmə  rəisi  ayağa  qalxıb  bizimlə  hörmətlə  görüşdü  və  əyləşməyi 
təklif  etdi.  Məşhur  xəfiyyə  rəisin  sağ  tərəfində  -  göstərilən  stulda 
oturan kimi vaxtı uzatmadan sözə başladı: 
-
 
İtkin  düşən  Nəsirova  Tahirə  Bəxtiyar  qızının  anası  onun 
axtarışında iştirak  etməyimi  məndən xahiş  edib. İcazə  versəniz,  mən
sizə  qeyri-rəsmi  kömək  edəcəyəm.  Adımı  heç  yerdə  hallandırmaq 
lazım deyil. İşi kimə tapşıransınız? 
-
 
Əməliyyat müvəkkili kapitan Mehdiyevə! 
-  Səmədov  düyməni  basıb  Mehdiyevi  yanma  çağırdı.  Kapitan  otağa 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
girən  kimi  rəis  onu  bizimlə  tanış  etdi:  -  Qanbay  müəllim  təcrübəli 
cinayət  -  axtarışı  ekspertidir.  Müstəqil  adamdır.  Nəsirova  Tahirənin 
axtarışında bizə kömək etmək istəyir. Ona lazım olan imkanı yaradın! 
-
 
Oldu, rəis! 
Səmədov  kapitana  da  oturmağa  yer  göstərib  üzünü  Qanbay 
Qasımlıya tutdu: 
-
 
Bakıda  yəqin  ki,  bilirsiniz,  bu  cür  qız  uşaqlarının  yoxa  çıxması 
hadisəsi təsadüfü deyil. Bizim bölmənin ərazisində, mənim rəisliyim 
dövründə  bu  ikinci  hadisədir.  Bu  il  fevralın  yeddisində  doqquzuncu 
sinifdə  oxuyan  Quliyeva  Aygün  Nəsib  qızı  da  yoxa  çıxıb.  O  da 
məktəbdən evə qayıtmamışdı. 
Rəis stolun siyirməsindən bir qız şəkli çıxarıb Qasımlmm qarşısına 
qoydu. 
- Biz məktəbdə çoxlarını dindirdik. Məlum oldu ki, itməmişdən bir 
həftə əvvəl gənc bir oğlan onun arxasınca düşürmüş. Yoxa çıxandan 
bir  gün  əvvəl  Aygünün  rəfiqələri  hətta  onu  Aygünlə  söhbət  edən  də 
görüblər.  Onlar  Aygündən  oğlanın  kimliyini  soruşublarmış. 
Dediklərinə görə, oğlan institut tələbəsi imiş. Hansı institutun olmağı 
deyilməyib.  Ancaq  oğlanın  əlamətlərini  də  demişdilər.  Orta  boylu, 
qarasaç, yaraşıqlı bir 
oğlan  imiş.  Üst  dodağından  azacıq  yuxanda,  sağ  tərəfdə  kiçik  xal 
varmış. Vəssalam. Axtarışlarımız heç bir nəticə verməyib. Qız hələ də 
tapılmayıb. 
-
 
Siz bu iki hadisə arasında əlaqə görürsünüz? - Qasımlı soruşdu. 
-
 
Demək  olar  ki,  yox!  Qızlar  ayrı-ayn  məktəblərdə  oxuyurdular. 
Aygünü dediyim oğlanla görüblər. Tahirəni isə bir dəfə də olsun elə 
bir  oğlanla  görən  olmayıb.  Onun  heç  oğlan  dostu  da  yoxdur. 
Ümumiyyətlə,  Tahirə  ciddi  ailənin  qızıdır.  Haqqında  deyilənlərdən, 
çox tərbiyəli qızdır. Şəklinə baxmaq istəyirsiz? 
-
 
Xeyr!  Anasından  almışam.  Siz  mənə  daha  nə  məlumat  verə 
bilərsiniz? 
-
 
Təəssüf ki, heç bir şübhəli şeyə rast gəlməmişik. Tahirə « Durna 
qatan»  kafesinin  qabağında  rəfiqəsindən  ayrılıb.  Kafedən  evə  qədər 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə