Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
Namiq maşından düşüb: 
-
 
Sağ olun, işiniz avand olsun! - dedi və qapını örtdü. 
Bu  dəfə  heyrətlə  laqeyd  görkəmli  Qasımlıya  baxdım.  Qaraqabaq 
xəfiyyə nəyə görəsə gülümsəyib: 
-
 
Sürün! - dedi. 
Mühərriki  işə  salıb  maşını  hərəkətə  gətirdim  və  bir  qədər  sürüb 
ondan soruşdum: 
-
 
Bəs Namiqi şöbəyə aparmırdıq? 
-
 
Yox... Niyə ki? - Qasımlı çiynini çəkdi. - O xahiş etdi ki, şəhərə 
gedirsinizsə  məni  də  meşə  yolunun  başına  qədər  aparın.  Mən  də 
razılaşdım. 
-
 
Hə...  -  dərindən  nəfəs  aldım.  -  Yaxşı,  bəs  sizin  bu  iş  barədə 
fikriniz nədir? Qatil tapılacaq, yoxsa yox.? 
-
 
Elə hesab edin ki, qatil tapılıb. 
-
 
Kimdir qatil? - özümdən asılı olmayaraq maşını saxladım və geri 
çevrildim. 
-
 
Sürün,  mənim  vaxtım  azdır.  Qatili  isə  soruşursunuzsa  deyərəm. 
Qatil Kamildir! 
-
 
Nə danışırsınız? - maşını işə salıb soruşdum. 
-
 
Bəli.  Mən  protokollan  oxudum.  Namiq  demişdi  ki,  mən 
darvazamızın  qabağında  dayanıb  siqaret  çəkəndə  Kamili  şübhəli 
şəkildə  Mikayılgil  tərəfə  gedən  gördüm.  Sonra  Rüstəm  istintaq 
zamanı bildirib ki, Kamil evə girəndə dedi ki: «Saat hələ on olmayıb, 
nə tez yatmısmız?» Bax bu cümlə özü məni şübhələndirmişdi. Kamil 
Rüstəmgilə on birin yansında daxil olub. Daha doğrusu on birə iyirmi 
yeddi  dəqiqə  işləmiş.  Mən  bayaq  Namiqlə  söhbət  edəndə  soruşdum 
ki,  həmin  gecə  darvazanın  ağzında  siqaret  çəkəndən  nə  qədər  sonra 
yağış yağdı. Cavabından belə çıxdı ki, azı otuz-qırx dəqiqə sonra. O, 
siqareti  çəkib  qurtarandan  sonra  dəyişik  paltarlarını  evdən  götürüb 
hamama gedib, təxminən yanm saat yuyunub. 
Hamamdan çıxandan sonra evdə oturub çay içib. Yalnız bundan sonra 
yağış yağmağa başlayıb. 
Belə çıxır ki, Kamil Namiqgildən Rüstəmin evinə qədər olan üç-dörd 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
dəqiqəlik yolu azı yanm saata gedib. 
-
 
Dayanın,  Qanbay  müəllim.  -  dedim.  -  Sizin  fikrinizcə  bu  ölüm 
hadisəsi nə vaxt baş verib? 
Bu  vaxt  artıq  asfalta  çatmaq  üzrə  idik.  Qasımlı  sualıma  cavab 
verməyib: 
-
 
O arxamızca gələn maşın, sizcə hara gedir? - deyə soruşdu.
Arxamızca gələn Tofiqin UAZ-ı idi. 
-
 
Mikayılın  qardaşıdır,  -  dedim.  -  Rayon  mərkəzinə  gedir,  yəqin 
ki... 
-
 
Xahiş  edirəm,  onu  saxlayın!  Siz  onunla  rayon  mərkəzinə 
gedərsiz. Mən isə artıq vaxt itirməmək üçün buradan birbaş Bakıya. 
Bakıya  getmək  üçün  asfalta  çıxıb  sola  dönmək  lazım  idi.  Rayon 
mərkəzinə  getmək  üçün  isə  sağa  dönüb  on-on  iki  kilometr  maşın 
sürməliydik.  Tofiqin  maşınını  saxladıb  ona  gözləməyi  tapşırdım  və 
yenə Volqaya qayıdıb sualımı təkrar etdim: 
-
 
Hadisə saat neçədə olub? 
-
 
Saat  on  birə  iyirmi  dəqiqə  işləmiş.  Feyzi  kişinin  qışqırıq  səsi 
eşitdiyi vaxt. Yağışın yağmağa başlamasından və Kamilin Rüstəmgilə 
girməsindən  yeddi  dəqiqə  əvvəl.  Sizin  tibb  ekspertiniz  vaxtı  düz 
göstərib. 
-
 
Mən  başa  düşə  bilmirəm  -  dedim.  -  Axı  həmin  vaxt  Təranə 
qardaşıgildə olub! 
Qanbay Qasımlı başını buladı: 
-
 
Təranə ümumiyyətlə, o gecə qardaşıgildə olmayıb! 
-
 
Olmayıb? - heyrətlə onun sözünü təkrar etdim. 
-
 
Bəli əzizim, olmayıb. Mən gərək elə birinci bundan başlayaydım. 
Mən  də  sizin  kimi  Kamildən  bir  o  qədər  şübhələnməz  və  Namiqi 
sorğu- suala tutmazdım. Əlbəttə, əgər Təranədən şübhələnməsəydim. 
Məsələ burasındadır ki, mən 
hələ protokollarla tanış olanda bir şey diqqətimi cəlb etdi. Kənddə isə 
fikrim bir qədər də dəqiqləşdi. Ağasəmədin izahatında göstərilir ki, o 
Təranəni tamamilə islanmış, özü də başıaçıq vəziyyətdə görüb. O saat 
mənim  üçün  bir  neçə  sual  meydana  çıxdı.  Mikayılgildə  evdən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
darvazaya  qədər  yolun  üstü  örtülüdür.  Ağasəməd  isə  Təranəni 
darvazanın  dörd-beş  addımlığında  görüb.  Necə  olmuşdur  ki,  Təranə 
kiçik  bir  məsafədə  möhkəm  islanıb?!  Ağasəməd  demiş,  islanmış 
cücəyə  dönüb?.  Təranə  nəyə  görə  qardaşıgildən  çıxanda  başına 
örtməyə  bir  şey  istəməyib  və  onlar  da  bunu  təklif  etməyiblər?  Bax 
onda ağlıma gəldi ki, Ağasəməd Təranəni görəndə 
qardaşıgildən yox, başqa evdən, tamamilə yad bir evdən gəlirmiş. 
-
 
Kimin evindən? - deyə soruşdum. Ancaq daha özüm də nəsə başa 
düşmüşdüm. 
-
 
Əlbəttə, Vaqifin! Düşündüm ki, Təranə o gecə qonaq olduğu yeri 
belə  cidd-cəhdlə  gizlədirsə,  bu  ancaq  Vaqifin  evi  ola  bilər.  Axı  o 
küçədə  tək  yaşayan  yalnız  Vaqifdir.  Artıq  mən  bunun  dəqiqliyini 
yoxlamışam. Deyəsən siz bunu hiss etmədiniz. 
-Nəyi? 
-
 
Mən  Təranədən  soruşdum  ki,  müğənninin  paltarı  hansı  rəngdə 
idi? O, paltarın rəngini yerli- yataqlı təsvir etdi. 
-
 
Nə olsun ki? 
-
 
Necə yəni nə olsun, axı siz Mikayılın evində neçə dəfə olmusuz, 
məgər onun televizoru rənglidir? 
-
 
Yox...  -  deyə  xəcalətlə  dilləndim.  -  O  kənddə  rəngli  televizor 
ancaq Vaqifdədir. 
-
 
Bəli. - Qasımlı əllərini yana açdı - mənə elə gəlir ki, daha sizə hər 
şey aydındır. Təranə Vaqiflə gizlin sevişirmiş. O, ərinin qorxusundan 
açıb  deyə  bilməzdi  ki,  həmin  gecə  saat  doqquzdan  on  birə  kimi  tək 
yaşayan yad bir kişinin yanında olub?! 
-
 
Hər şey aydındır, - dedim. - Ancaq şöbədə Ağasəmədlə Vaqifdən 
yaman şübhələnirdilər. 
Qasımlı fikirli halda başını yellədi. 
-
 
Siz  hamınız  şübhələnmisiniz  ki,  Vaqif  guya  nəsə  bilir,  ancaq 
gizlədir. Bunu hesabatlarınızda göstərmisiniz. Bəli, Vaqif çox güman 
ki, Kamilin qatil olmağını başa düşüb. Kəndə yayılıb ki, Təranə filan 
saatda qardaşıgildə olub və Kamil də bununla əlaqədar bəraət qazanıb 
polis  şöbəsindən  buraxılıb.  Axı  kim  bilməsə  də  Vaqif  bilirdi  ki, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə