Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
Ağasəmədə  demişdi  ki,  getmə,  Mikayılgil  yatmaq  istəyirlər. 
Ağasəməd  də  həyətə  girəndə  görüb  ki,  evin  işıqları  sönüb  və  onun 
çağırışma  cavab  verən  olmayıb.  Baxın,  bu  faktlara  görə  mən 
Təranədən  şübhələnirdim.  Ancaq  mən  onu  dərindən  öyrənəndən  və 
bir daha prokurorluqda danışdırandan sonra inandım ki, o cinayətkar 
ola bilməz. Sonra şübhələrim Oqtaya qarşı yönəldi. Ancaq onu deyim 
ki,  bu  şübhələr  də  özünü  doğrultmadı.  -  Nadir  müəllim  dərindən  ah 
çəkib  davam  etdi:  -  Doğrusunu  deyim  ki,  mən  ömrümdə  bu  cür 
dolaşıq  işə  rast  gəlməmişəm.  Hazırkı  fikrimi  soruşsanız  deyərəm  ki, 
gecə  saat  ıı-dən  12-nin  yansına  kimi  həmin  evə  gələn  adamı 
axtarmalıyıq. Çünki, mən Aqşinlə bu barədə ciddi söhbət etmişəm. O, 
hadisənin  baş  vermə  müddətini  heç  cür  on  ikinin  yansından  o  yana 
keçirməyə  razı  olmur.  Saat  ıı-ə  qədər  isə  Mikayılgil  sağ  olublar. 
Çünki Təranə ıı-də oradan çıxıb. 
-
 
Bəs  indi  kimdən  şübhələnirsiz?  -  rəisin  sualına  azacıq  istehza 
qatılmışdı. 
Nadir müəllim özünü o yerə qoymadı: 
-
 
Mən bu barədə bir daha xeyli düşünmüşəm. İstintaq protokolları 
yadınızdadırsa  Kamil  demişdi  ki,  Namiq  darvazadan  çıxıb 
Mikayılgilin küçəsi tərəfə bir addım atdı. Lakin mənim gəldiyimi hiss 
edib geri 
döndü  və  darvazanın  qabağında  dayandı.  Namiq  də,  ailəsi  də  onun 
həyətdə,  evdən  aralı  olan  hamama  getdiyi  və  oradan  çıxdığı  vaxtı 
dəqiq göstərmirlər. Belə də ola bilər ki, Namiq heç hamama girməz, 
birbaş Mikayılgilə gedər. Hər halda bunu dəqiq araşdırmağa imkanım 
olmayıb. 
Əlizadə əlini çənəsinə söykəyib bir az fikrə daldı. Sonra əməliyyat 
işi üzrə müavinə söz verdi: 
-
 
Sən danış, görək! 
Mayor Nuriyev oturduğu yerdə danışmağa başladı. 
-
 
Mən  o  gün  də  sizə  dedim.  Ağasəməd  cinayətkar  deyil.  O 
Mikayılgilə  cinayət  məqsədilə  gəlmiş  olsaydı  da,  Təranəni  görəndən 
sonra  fikrini  dəyişərdi.  O  nə  qədər  axmaq  olsa  da  fikirləşərdi  ki, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Təranə onu gördüyünü gizlətməyəcək. Bu belə! Sonra, Mikayıl şəxsən 
Ağasəmədə  xüsusi  hörmət  qoyub  onun  üçün  süfrəyə  təzə  külqabı 
gətirməzdi. Gətirsəydi də Ağasəməd heç olmasa bir siqaret çəkərdi. 
-
 
Bu  barədə  sizinlə  şərikəm,  -  Nadir  müəllim  Nuriyevin  sözünü 
kəsdi. 
-
 
Bəli!  -  Mayor  Nuriyev  sözünə  davam  etdi:  -  Ağasəmədə  görə 
Fəzayə keçib o biri otaqda oturmazdı. 
-
 
Bəlkə onların söhbətinə mane olmaq istəməyib?  - Seyidov əsəbi 
halda dilləndi. 
-
 
Təyyar müəllim, icazə verin sözümü deyim. - Əməliyyat işi üzrə 
müavin azacıq fasilə verib yenə danışmağa başladı: - Mənim fikrimcə, 
bu  cinayəti  törədən  Vaqifdir.  Onun  özünü  aparmağından  və 
danışıqlarından  hiss  edirəm  ki,  bu  işdən  xəbəri  var.  Lap  buna  sizi 
əmin  edə  bilərəm.  Bundan  başqa  Vaqifin  əleyhinə  dəlillər  çoxdur. 
Məsələn,  o,  saat  on  birdə  başlanan  «xəbərlər»  proqramına  baxdığını 
deyir,  ancaq  həmin  verilişdən  heç  nəyi  xatırlaya  bilmir.  Kənddə 
yeganə adamdır ki, ölüm hadisəsi baş verən vaxt evdə olduğunu sübut 
edən  şahidi  yoxdur.  Hadisədən  bir  həftə  əvvəl  Mikayılla  deyişib, 
ancaq boynuna almır. Kifayətdir, yoxsa yenə sayım? 
Deyəsən  heç  kəs  rəis  müavininə  etiraz  etmək  fikrində  deyildi. 
Onsuz  da  hamımız  başımızı  itirmişdik.  Bir  də  ki,  kimdənsə 
şübhələnməklə  iş  bitmir  axı!  Gərək  şübhələndiyin  adamı  ciddi  fakt 
qarşısında qoyasan ki, o da çarəsiz qalıb etdiyi cinayəti boynuna ala. 
Yoxsa Vaqif o gecə evdə olduğuna şahid göstərə bilmirsə bu o demək 
deyildir ki, o, Mikayılgildə olub. 
Polkovnik Əlizadə başı ilə mənə işarə etdi: 
-
 
Sən dur görək nə deyirsən, Mehman! 
Ayağa qalxdım. 
-
 
Mən  də  Ağasəmədin  qatil  olmağına  inana  bilmirəm.  Mənim 
fikrimcə  Ağasəməd  o  gecə  Mikayılgilin  həyətindən  çıxandan  sonra 
kimsə  naməlum  bir  adam  oraya  gəlib.  Saat  on  birlə  on  iki  arasında. 
Düzdür, mən də hiss etmişəm ki, elə bil Vaqif nəsə bilir. Bunu Təyyar 
müəllim də başa düşmüşdü. Ancaq bu hələ o demək deyil ki, cinayəti 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Vaqif özü törədib! Ola bilər ki, Vaqif o gecə şübhəli adama rast gəlib, 
ancaq hansı səbəbə görəsə onu satmaq istəmir. 
Rəis acıqlı halda əlini yellədi. 
-
 
Vaqif şübhəli adama harada və necə rast gələ bilərdi? - Bu sualın 
cavabı məndə əvvəldən hazır idi: 
-
 
Bəlkə həmin adam qonşu kənddən gəlib? Axı Gülabaddan meşə 
ilə piyada gələn adam Vaqifin evinin yanından keçməlidir?! 
-
 
Bəsdir,  qurtarın  bu  «bəlkə»lərlə!  -  Əlizadə  əlini  stola  vurdu.  - 
Boynunuza alm ki, bu işdən baş çıxara bilmədiniz. Hər halda bu bir 
həqiqətdir ki, sentyabrın 14-də Qaradumanlı kəndində iki insanı qətlə 
yetiriblər. Öldürən özü də yəqin təsdiq eləyirsiz ki, adamdır. Nə iblis, 
nə  də  ruh  deyil.  Həm  də  o  adam  Mikayılgilin  tanıdığı  adamlar 
dairəsindədir.  Bununla  belə  biz  həmin  adamı  tapa  bilməmişik.  Daha 
gecdir.  Vaqifin  adamları  yuxarılara  yol  tapıblar.  Nazirlikdən  mənə 
dedilər  ki,  bu  işi  açmaq  üçün  buraya  xüsusi  ekspert  göndərirlər.  - 
qolundakı saata baxdı. - İndi saat on birin yarısıdır. Günortadan sonra, 
təxminən  saat  3-də  həmin  şəxs  burada  olacaq.  O  gələn  kimi  sizi 
çağıracağam. Gedə bilərsiniz. 
Kabinetdən  çıxdıq.  Dəhlizdə  Nadir  müəllimin  mayor  Seyidova 
dediyi sözləri eşitdim: 
-
 
Şeytan  da  gəlsə  bu  işdən  baş  aça  bilməyəcək.  Onda  ki,  ola 
hansısa xüsusi ekspert. 
-
 
İyirmi gündür rahatlığım yoxdur. - Seyidov dilləndi. - Bircə bu iş 
dəqiq sübut olunsaydı. Mən bilərdim neylərdim o əclafa. 
Şöbənin bufetinə gedib çay sifariş verdim və oturub çay içə-içə hər 
şeyi bir daha götür-qoy etməyə başladım. 
Deməli, hadisə baş verən gecə saat doqquzdan on birə beş dəqiqə 
qalmışa  kimi  Təranə  mərhumların  yanında  olub.  Söhbət  edib 
televizorda  konsertə  baxıblar  və  Təranə  çıxıb  öz  evlərinə  gedib. 
Həmin vaxt Ağasəməd həyətə girib. Evin işıqlarının söndürüldüyünü 
görəndə  Mikayılgili  narahat  etmək  istəməyib  və  geri  qayıdıb.  Tibb 
eksperti  hadisənin  baş  vermə  müddəti  kimi  on  bir  radələrindən 
uzaqlaşmağın  qəti  əleyhinədirsə  deməli,  həmin  vaxt  təzədən  oraya 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə