Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Kəndin  həkimi.  Mikayılgildən  iki  ev  o  yana  tək  olur.  Kirayədə 
qalır. 
-
 
Nəyə görə deyirsən ki, o öldürə bilər? 
-
 
Bu  hadisədən  bir  həftə  əvvəl  klubun  qabağında  onların 
mübahisəsinin  üstünə  çıxdım.  Ancaq  təkcə  Mikayılın  bir  sözünü 
eşitdim.  Vaqifə  dedi  ki,  -  «Başına  oyun  açaram»  sonra  məni  görüb 
söhbətlərini kəsdilər. 
-
Daha kim var idi orada? 
-
Heç kim... 
-
Ayın neçəsində olub bu söhbət? 
-
 
Sentyabrın 6-sı, 7-si olardı... 
-
 
Sənin fikrincə, nəyə görə Mikayıl elə söz deyirdi? 
-
 
Bilmirəm, vallah! 
Seyidov mənə baxdı. 
-
 
Bunu  apar  aşağı.  Sonra  da  maşın  götür  get  həmin  Vaqifi  təcili 
gətir  bura!  -  biz  çıxmaq  istəyəndə  Ağasəmədi  saxladı.  -  Ora-bura 
azdırma işi, səndən əl çəkən yoxdu. Get fikirləş! 
Ağasəmədi kameraya salıb şöbənin maşını ilə kəndə getdim. Vaqifi 
evindən  götürüb  polis  şöbəsinə  gətirdim.  Mayor  Seyidov  bizi 
gözləyirdi.  Həkimi  onun  kabinetinə  çıxartdım.  Nadir  müəllim  də 
kabinetdə  idi.  O,  ucaboylu,  yaraşıqlı  görkəmi  olan  Vaqifi  başdan 
ayağa süzüb ona oturmağa yer göstərdi. 
-
 
Əyləş! 
-
 
Mənim  nə  günahım  var?  -  Vaqif  yolda  dəfələrlə  mənə  verdiyi 
sualı Təhməzova da verdi. 
-
Otur, bilərsən, əvvəl özünü təqdim elə. 
-
Fərəcov Vaqif Fikrət oğlu. 
-
Neçə yaşın var? 
-
İyirmi dörd. 
-
Buralısan? 
-
 
Bəli.  Bakıda  institutu  bu  il  bitirmişəm.  Müvəqqəti  kəndə 
göndərdilər. 
-
 
Nə vaxtdan işləyirsən orada? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Altı ay olar... 
-
 
Mikayılla münasibətin necə idi? 
-
 
Pis olmayıb. Bacısı məntəqədə mənimlə işləyir. Özü ilə də qonşu 
kimi idik. 
-
 
Sentyabrın  6-7-də  klubun  qabağında  Mikayılla  nə  üstündə 
mübahisə etmisiz? 
-
Biz mübahisə etməmişik. 
-
Axı eşidən olub! 
-
Yəqin səhv eşidiblər. 
Təhməzov bizə baxıb başını yellədi və yenə üzünü Vaqifə tutdu: 
-
 
Nəzərinə çatdınm ki, suallara düzgün cavab verməsən, vəziyyətin 
pisləşəcək. De görüm, sentyabrın 14-ü gecəsi harada idin? 
-
 
Evdə. 
-
 
Hansı evdə? 
-
 
Əlbəttə, öz evimdə. Yəni kirayədə qaldığım evdə. 
-
 
Nə işlə məşğul idin? 
-
 
Heç nəylə. Təzə rəngli televizor almışam. Oturub ona baxırdım. 
-
 
O gecə hansı verilişlərə baxdın? 
-
 
Konsert oldu... Sonra xəbərlər proqramı başladı. 
-
 
Konsert nə vaxt qurtardı? 
-
 
On birdə. Ya on birə beş dəqiqə qalmış. 
-
 
Bizi  əsas  ondan  sonrakı  verilişlər  maraqlandırır.  Sonra  nəyə 
baxdın? 
-
Xəbərlərə... 
-
Nə xəbər yadında qaldı onda? 
-
Nə bilim...- fikrə getdi. 
-
 
Bəs sonra nəyə baxdın? 
-
 
Sonra yatdım. 
-
 
Bəs  nə  ilə  sübut  edə  bilərsən  ki,  saat  on  birdən  sonra  evdə 
olmusan? 
-
 
Bilmirəm necə sübut edim... Axı mən tək yaşayıram? 
Hiss  olunurdu  ki,  Vaqif  daxili  həyəcanını  güclə  boğur.  Tez-tez 
udqunurdu.  Fikirləşdim  ki,  biz  nəyə  görə  indiyə  kimi  ondan 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
şübhələnməmişdik? Axı o yeganə adam idi ki, kənddə tək yaşayırdı. 
Paşanın,  Namiqin,  Ağasəmədin  hadisə  baş  verən  radələrdə  evdə 
olmalarını  təsdiq  edənlər  var  idi.  Düzdür,  onlar  həmin  şəxslərin  ailə 
üzvləri  idilər.  Ancaq  hər  halda,  öz  sözlərinin  üstündə  qətiyyətlə 
dururdular. Vaqifin isə həmin vaxt evdə olduğuna şahidlik edə biləcək 
adam  yox  idi.  Fikirləşdim  ki,  Ağasəməd  Mikayılgilin  həyətindən 
çıxandan  sonra  Vaqifin  oraya  gəlməsi  və  o  qanlı  hadisəni  törətməsi 
necə də ağlabatandır! 
-
 
Siqaret çəkirsən? - Təhməzov soruşdu. 
-
 
Yox! Ömrümdə çəkməmişəm. 
-
 
Deməyəcəksən, Mikayılla nə üstündə mübahisə etmisiz? 
-
 
Axı  mən  onunla  mübahisə  etməmişəm?  !  Mayor  Seyidov 
barmağı ilə Vaqifi hədələyib 
acıqlı halda dilləndi: 
-
 
Ə  bura  bax,  özünü  uşaq  kimi  aparma!  Bizim  vaxtımız  yoxdur 
səhərə kimi səninlə çənə döyək. De görüm sənin bu işdən xəbərin var, 
yoxsa yox? 
-
 
Mən adam öldürməmişəm... - Vaqif dili ilə qurumuş dodaqlarını 
islatdı. 
-
 
Bəs kim öldürüb onlan? 
Vaqif başını aşağı salıb handan-hana dilləndi: 
-
 
Bilmirəm... 
Əsəbiləşmiş bölmə rəisi üzünü mənə çevirdi: 
-
 
Daha  gecdi.  Protokolu  tamamla,  ver  qol  çəksin.  Özünü  də  apar 
sal aşağı. Bircə gecə orada qalsa, səhər bildiklərini danışacaq. 
Vaqif protokola qol çəkib Seyidova baxdı: 
-
 
Məni buraxın gedim evimizə. Səhər gələrəm. 
-
 
Hansı evinizə ? - Təyyar müəllim istehza ilə sual verdi. 
-
 
Atamın evinə. Burada şəhərdədir. Səhər nə vaxt desəniz gələrəm. 
-
 
Yox, olmaz! 
Vaqifi  kameraya  salıb  evimizə  getdik.  Necə  xəbər  tutmuşdularsa, 
Vaqifin  atası  və  yaxın  qohumlan  səhər  polis  şöbəsinə  bizdən  də  tez 
gəlmişdilər. Şöbənin qabağında gözləyirdilər. Təyyar müəllim Vaqifin 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə