Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
-
 
Hə, elə indi oradan gəlirəm. Dedilər ki, gəlib baxarıq. Ancaq heç 
onlardan  gözüm  su  içmir.  İnanmıram  ki,  televizorumu  tapalar.  Ona 
görə fikirləşdim ki, sizə məlumat versəm pis olmaz. Necə olmasa, bir 
blokda yaşayırıq. 
-
 
Bilirsiniz...  -  Qasımlı  çətinliklə  dilləndi:  -  Polisə  xəbər 
vermisinizsə  taparlar.  Mənim  axır  vaxtlar  işim  həddindən  artıq 
çoxdur. Həm də belə xırda oğurluq işləri ilə məşğul olmuram. Xahiş 
edirəm inciməyin! 
Xatəm əl çəkmədi: 
-
 
Cənab  polkovnik,  yalvanram  bu  işlə  məşğul  olun.  Sizin 
xəcalətinizdən çıxaram. Vicdanım haqqı, nə qədər istəsəniz verərəm. 
Qasımlı üz-gözünü turşutdu. Söhbət, deyəsən, onu açmadı: 
-
 
Televizoru nə üçün paltar şkafının üstünə qoyurdunuz? 
-
 
Doğrusu,  kiçik  televizor  işləmir,  xarab  olub.  Ona  görə  şkafın 
üstünə  qoymuşdum.  Təzəsini  almışam.  Bu  ondan  böyükdür.  Yəqin 
ona görə apara bilməyiblər. 
-
 
Səhv etmirəmsə, sizin uşağınız yoxdur. 
-
 
Bəli, yoxdur. 
-
Evin açarını yəqin ki, heç kəsə vermirsiniz, eləmi? 
-
Bəli. Buna ehtiyac yoxdur. İki nəfərik. Hərəmizin də öz açanmız 
var.
-
 
Mənzilinizə tez-tez gəlib-gedən var? 
-
 
Xeyr. Ancaq üzbəüz mənzildəki qonşular gəlirlər. Əjdərgil. 
-
 
Dünən axşam ad günündə olacağınızı kim bilirdi? 
-
 
Dostum  məni  ad  gününə  dəvət  edəndə  müdirim  Oqtay  müəllim 
də  yanımda  idi.  İkimizi  də  dəvət  elədi.  Başqa  heç  kəsə  ad  gününə 
gedəcəyimizi deməmişdim. 
-
Arvadınız necə? 
-
O da heç kəsə deməyib. 
-
Oqtay da ad gününə getmişdi? 
-
 
Yox.  Nəsə  bir  iş  çıxdı.  Ona  görə  də  mənə  dedi  ki,  gedə 
bilməyəcək. 
-
 
O sizin mənzilinizdə olubmu? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Bəli. Bir neçə dəfə. Ancaq o belə iş görməz. Qəti inanıram. 
-
 
Siz  polisə  arxayın  olun.  Taparlar.  Xırda  işdir.  -  Qasımlı  yenə 
saatına baxdı. 
-
 
Cənab  Qasımlı!  -  Xatəm  yenə  dil  tökməyə  başladı.  -  Məsələ 
əşyalann  qiymətində  deyil  axı.  Burada  mənlik  məsələsi  var.  Nəyə 
görə hansısa əclaf mənim evimə soxulub halal malımı oğurlasın? Hə? 
Televizor da, o biri əşyalar da mütləq tapılmalıdır. Danışırlar ki, hələ 
heç  kəs  sizi  azdıra  bilməyib.  Ona  görə  sizin  yanınıza  gəldim.  Xahiş 
edirəm! Xəcalətinizdən necə lazımdır çıxacağam. 
Qasımlı ayağa qalxıb məni göstərdi: 
-  Bağışlayın,  bizim  Nemət  müəllimlə  çox  vacib  getməli  yerimiz 
var. Təəssüf ki, bu işə vaxt ayıra bilməyəcəm. Hər halda, polis işçiləri 
özləri oğrunu tapar. 
Xatəm  ayağa  qalxaraq  acıqlı  halda  dodaqaltı  deyinə-deyinə  çıxıb 
getdi. Qasımlı onu yola salmadı. Nədənsə, kresloda oturub dərin fikrə 
getdi. 
Mənim  Xatəmdən  zəhləm  gedirdi.  Çünki,  cavan,  gözəl  arvadını 
həftələrlə  evdə  tək  qoyub  Rusiyanın  şəhərlərində  gəzirdi.  Arvadının 
dediyinə görə, Xatəmin pulunun çox olmasına baxmayaraq, ona ürəyi 
istəyən  şeyləri  almağa xəsislik  edirdi. Yadıma  Xatəmin qadını Nailə 
ilə 
bağlı bir əhvalat düşdü. Bunu mən heç kəsə danışmamışdım. 
Nailə ilə hərdən həyətdə və ya liftin qabağında rastlaşırdıq. Açığını 
deyim  ki,  ondan  çox  xoşum  gəlirdi.  Cəzbedici  bədən  quruluşu,  ətli 
dodaqları,  odlu-alovlu  qara  gözləri  var  idi.  Kosmetikadan  çox  az 
istifadə  edirdi.  Ümumiyyətlə,  Nailə  gözəl  idi  və  əgər  belə  demək 
mümkünsə,  onun  gözəlliyi  məsum  gözəllik  yox,  vəhşi  gözəllik  idi. 
Mən onun gözlərinin içinə baxmağa ehtiyat edirdim. Bir də ki, nəyə 
görə baxmalı idim? Onun əri var idi,  mənim də arvadım, uşağım. O 
məni görəndə salam verirdi, mən də salamını alırdım, vəssalam. 
Təxminən  bir  il  əvvəl,  yay  aylarının  hansmdasa  həyat  yoldaşımı 
uşaqla  birlikdə  rayona  -  atasıgilə  istirahətə  göndərmişdim.  Özüm 
redaksiyadakı vacib işlərlə əlaqədar məzuniyyət götürə bilməmişdim. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Evdə  tək  olurdum.  Bir  gün  axşam  qapının  zəngi  çalındı.  Qapını 
açanda  Nailənin  əynində  nazik  ev  xalatı,  qarşımda  dayandığını 
gördüm.  Altdan  mənim  qadınlarda  çox  xoşladığım  qara  kalqotka 
geymişdi.  Əllərini  qoynunda  çarpazlayaraq  utancaq-utancaq 
gülümsəyirdi. 
-
 
Gəlmək olar? 
-
 
Əlbəttə...  Buyurun...  -  deyə  onu  içəri  dəvət  etdim.  Otağa  aparıb 
əyləşmək üçün yer 
göstərdim. Sonra hərəmizə bir stəkan soyuq içki süzüb onunla üzbəüz 
stulda oturdum. 
-
 
Nə əcəb sizdən? 
-
 
Gəlmək olmaz? 
Nailənin  səsində  daxili  həyəcan  hiss  olunurdu.  Gözləri 
xumarlanırdı. Deyəsən içmişdi. Yəqin ki, cəsarətli olmaq üçün. 
-
 
Niyə  olmur?  Olar.  Amma...  -  özüm  də  bilmirdim  ki,  nə 
deyəcəkdim. 
-
 
Sizin  qəzet  gözəllik  müsabiqəsi  keçirir.  -  deyə  Nailə  duruxa-
duruxa dilləndi: - Mən də iştirak edə bilərəmmi orada? 
-
 
Əlbəttə... - dedim. - Sizin gözəlliyinizə heç bir şübhə ola bilməz. 
Gələrsiniz redaksiyaya, şəkillərinizi çəkdirərsiniz. Ancaq... Əriniz razı 
olarmı? 
-
 
Ərim  razıdır.  Mən  istəyirəm  ki,  şəkillərimi  siz  çəkəsiniz. 
Redaksiyaya gəlmək istəmirəm. 
Özümdən  asılı  olmayaraq  həyəcanlanmağa  başladım.  Fotoqraf 
olmasam  da  evdə  fotoaparatım  var  idi  və  yaxşı  şəkil  çəkə  bilirdim. 
Amma hər halda burada nə isə var idi. 
-
 
Nədir?  İstəmirsiniz?  -  şıltaqlıqla  soruşdu.  Gözlərimi  onun 
baxışlanndan yayındırmalı oldum. Baxışlarından ehtiras yağırdı. 
-
 
İstəyirəm. - dedim. 
-
 
Onda başlayaq! 
Onun fikrinin ciddi olduğunu bilib fotoaparatımı gətirdim. 
-
 
Necə çəkəcəyik? - deyə soruşdum. 
-
 
Xahiş edirəm, mən hansı formalarda istəyirəmsə, eləcə çəkin. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə