Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

downloaded from KitabYurdu.org
* * * 
səhər yeddiyə iyirmi dəqiqə işləmiş evdən çıxmışam. Qapı-pəncərələr 
də içəridən bağlı olub. Yəni doğrudanmı Hikmət yalan danışır? Bu ola 
bilərmi?  Niyə  də  olmasın,  suda  batan  saman  çöpündən  yapışar  - 
deyərlər. 
Zərbənin  küt  mətbəx  bıçağının  vasitəsi  ilə  bu  dərəcədə  qüvvətli 
olması onun vəhşi ehtirasla vurulmasına dəlalət edirdi ki, bu da məni 
dəhşətə  gətirirdi.  Bıçaq  sümüyü  parçalayıb  Ələddinin  kürəyindən 
çıxıbmış.  Bəs  gecə  yarı  Hikmətin  eşitdiyi  taqqıltı  səsi  nə  imiş? 
Qaranlıq  fikirlər  məni  rahat  buraxmırdı.  Heç  bir  qəti  qərara  gələ 
bilmirdim.  Yeganə  ümidim  yenə  də  xəfiyyə  qonşumun  qeyri-adi 
bacarığına  qalmışdı.  Belə  müəmmalı  məsələdən  ancaq  o  baş  çıxara 
bilərdi. 
Ələddinin  evinin  qabağında  maşından  düşəndə  həyətdə  bir  neçə 
kişinin  dayanıb  söhbət  etdiyini  gördük.  Evin  qabağında  yasxana 
qurulmuşdu.  Məlum  oldu  ki,  dəfn  mərasimi  qurtarıb  və  camaat 
evlərinə dağılışıb. Həyətdəkilərlə ağızucu salamlaşdıq. «Allah rəhmət 
eləsin» - dedik. Yunusov kişilərin ikisi ilə bizi tanış etdi: 
-  Bu  kişi  Ələddinin  dayısıdır,  -  sonra  orta  boylu  kürən  kişini 
göstərib dedi: - Bu da Elmar Manafovdur. 
Amma bizim kimliyimiz barədə onlara heç nə demədi. Evdən həzin 
ağlaşma  səsi  gəlirdi.  Pilləkəndə  düzülən  ayaqqabılar  evdə  on-on  beş 
nəfər qadının olduğunu göstərirdi. Qasımlı mayor Yunusovdan xahiş 
etdi ki, evdə Nilufərdən başqa heç kim qalmasın, hamı həyətə çıxsın. 
Yunusovun  tapşırığından  sonra  Ələddinin  dayısı  evə  girib  qadınları 
həyətə çıxartdı. Biz evə girdik. Ələddinin dayısı və Elmar da bizimlə 
idi. 
Qanbay Qasımlı otaqlan bir-bir gəzdi. Pəncərələri, qapını diqqətlə 
yoxladı.  Çarpayıların  yerinin  hadisədən  sonra  dəyişdirilmədiyini 
soruşub  öyrəndi.  Ələddinin  yatdığı  çarpayının  baş  tərəfinin  üstündə, 
tavanda tüstü borusu çıxmaq üçün diametri təxminən on beş santimetr
olan dairəvi deşik var idi. Tavana başdan-başa taxta faner vurulmuş, 
həmin  fanerlərin  birindən  kəsilib  açılmış  bu  dairənin  kənarına  isə 
borunun istiliyindən alışmamaq üçün nazik dəmir təbəqə vurulmuşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Deşiyə yuxarıdan iri cındır parçası tıxanmışdı. Qasımlı deşiyi Nilufərə 
göstərib soruşdu: 
-
 
Sobanı nə vaxt çıxarmısınız? 
-
 
Aprel  ayının  axırlarında.  Hər  il  yaz  girəndə  çıxarırıq.  Yenə 
payızda  gətirib  qururuq,  -  ağlamaqdan  gözləri  qızanb  şişmiş,  başdan 
ayağa qara geyinmiş Nilufər cavab verdi. Ona gözəl demək olardı. İri, 
ala  gözləri,  yaraşıqlı  dodaqları,  mütənasib  bədəni  var  idi.  Əllərini 
qoynuna 
qoymuşdu.  Danışığına  ara  verəndə  başını  aşağı  dikib  dərdli-dərdli 
yırğalayırdı. 
Qasımlı diqqətlə onu süzüb xəbər aldı: 
-
 
Bəs mərhum əvvəl harada yatırdı? 
-
 
Burada. - Nilufər öz çarpayısının yanını göstərdi. 
-
 
Qatilin istifadə etdiyi bıçağı haraya qoyurdunuz? 
Nilufər dəhlizə çıxıb qaz peçinin yanma qoyulmuş stolu göstərdi. 
-
 
Bu stolun üstündə olurdu. 
Stolun üstündə kiçik mətbəx şkafı 
qoyulmuşdu. Şkafın içi, üstü, stolun üstü qab- qacaqla dolu idi. 
-
 
O bıçağı axırıncı dəfə nə vaxt görmüsünüz? 
-
 
O gün günorta işlətmişdim, sonra lazım olmayıb. 
-
 
Axşam yerində idimi? 
-
 
Fikir verməmişdim. 
Biz yenə əsas otağa qayıtdıq. Qasımlı sorğu- sualı davam etdirdi: 
-
 
Evinizə kimlər tez-tez gəlirlər? 
-
 
Bizim evə demək olar ki, heç kəs gedib- gəlmir. Rəhmətlik bir az 
adamayovuşmaz idi. 
-
 
Son bir-iki ayda sizə kənardan qonaq gəlib gecələyən olub? 
-
 
İyunun  əvvəllərində  həmin  bu  Hikmət  gəlmişdi.  Amma  gecə 
qalmadı. Dedi ki, Bakıda 
vacib işim var. Rəhmətlik maşın tapıb onu yola saldı. 
Qasımlı üzünü Elmara tutdu: 
-
 
Siz o vaxt onu görmüşdünüz? 
-
 
Bəli.  Gündüz  o  gələndə  mən  burada  idim.  Amma  çox 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
dayanmadım.  Evimizə  getdim.  Axşama  yaxın  rəhmətlik  Ələddin 
Hikməti  bizim  evin  yanma  qədər  ötürdü.  Bizim  ev  kəndin 
girəcəyindədir. Onda bildim ki, Hikmət çıxıb getdi. 
Polkovnik əlini arxasına qoyub otaqda o baş- bu başa getdi. Birdən 
çevrilib Nilufərin üzünə baxdı: 
-
 
Gecələr bu otaqda işıq yanırmı? 
-  Bəli,  yanır.  -  Nilufər  cavab  verdi  və  pəncərənin  pərdəsini  çəkib 
gecə  lampasını  göstərdi.  -  Axşam  yatanda  bunu  stolun  üstünə 
qoyuruq. 
Qasımlı həyətə çıxdı. Biz də onun ardınca getdik. Nilufər isə evdə 
qaldı. Qasımlı evin ətrafına hərləndi. Evin pəncərələrinə, damma göz 
gəzdirdi.  Evin  damı  sadə  formaya  malik  idi.  Qarşı-qarşıya  olan  iki 
uzun  tərəfə  şifer  döşənmişdi.  Bu  tərəflər  maili  formada  idi.  O  biri 
qarşı  tərəflər  üçbucaq  formasında  idilər  və  onlara  şaquli  taxtalar 
vurulmuşdu.  Bu  tərəflərin  birində  talvara  açılan  kiçik  qapı  var  idi. 
Qasımlı  həyətdə  iri  ağaca  söykənmiş  nərdivanı  Elmara  göstərib  onu 
gətirməyi  xahiş  etdi.  Elmar  nərdivanı  gətirib  evə  söykədi.  Qasımlı 
nərdivanla  çıxıb  talvarın  qapısına  keçirilən  sadə  cəftəni  qaldırdı  və 
qapını açıb nərdivanın üstündə duraraq talvarı gözdən keçirdi. Sonra 
üzünü bizə çevirərək cib fənəri istədi. Elmar tez evə girərək əlində cib 
fənəri  geri  qayıtdı.  Qasımlı  fənəri  alıb  talvara  girdi.  Biz  həyətdə 
dayanmışdıq.  Bölmə  rəisi  bir  kənarda  Ələddinin  dayısı  ilə  söhbət 
edirdi. Ələddinin dayısı ucaboy, enlikürək, sağlam bir kişi idi. Qalın 
bığları var idi. Üzünü tük basmışdı. Sonra bildim ki, Ələddinin atası 
olmadığı üçün yas mərasiminə o ağsaqqallıq edirmiş. 
Bir azdan Qasımlı nərdivanla aşağı düşdü. Fənəri Elmara verib su 
istədi. Elmar yenə evə girib bir qrafində su gətirdi. Qasımlı əllərini
yudu. Cib dəsmalı ilə əllərini quruladı və Elmardan soruşdu: 
-
 
Siz Ələddinin nəyisiniz? 
-
 
Mən?  Heç  nəyi...  Kəndçisiyəm  də...  Həm  də  dostu  idim 
rəhmətliyin. 
-
 
Nə işləyirsiniz? 
-
 
Traktorçuyam. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə