Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
Biz  otağa  girib  qəhvə  içə-içə  filmin  qalanma  tamaşa  etməyə 
başladıq. Filmin hansı amndasa, yadımdan çıxıb, maraqlı bir yerində 
mən  Qasımlımn  üzünə  baxdım  və  gördüm  ki,  onun  gözləri 
yumuludur. Mənim ona baxdığımı ani olaraq hiss edib gözlərini açdı. 
-
 
Yuxunuz gəlir? - deyə soruşdum. 
-
 
Yox! Qətiyyən! 
Qasımlı ayıq halda cavab verdi və birdən gözlənilmədən soruşdu: 
-
 
Necə  bilirsiniz?  Yeddinci  mərtəbədəki  oğurluq  məsələsi  ilə 
məşğul olummu? 
-
 
Nəyinizə  lazımdır?  -  dedim  -  Başınızı  ağrıtmağa  dəyməz. 
Oğurlanan  əşyaların  qiyməti  elə  böyük  deyil.  Qoy  polis  axtarış 
aparsın. 
-
 
Polis  onlan  tapa  bilməyəcək.  Çünki  onlar  da  sizin  kimi 
fikirləşəcək. 
-
 
Başa düşmədim... - maraqla onun üzünə baxdım. 
-
 
Burada  başa  düşməməli  bir  şey  yoxdur.  Polis  də  sizin  kimi,  elə 
hesab edəcək ki, bu xırda oğurluqdur. - Qasımlı birdən əlini yellədi. - 
Ümumiyyətlə, yaxşısı budur filmə baxaq. 
Mən  daha  danışmadım.  Sakitcə,  filmin  sonuna  baxdıq.  Film 
qurtaran  kimi  Qasımlı  yenə  qəhvə  dəmlədi  və  biz  qəhvə  içməyə 
başladıq. Bir azdan qapının zəngi çalındı. Qasımlı qalxıb qapıya getdi. 
Qapının ağzında eşidilən həyəcanlı  səsin sahibini tanıdım: Əjdər idi. 
Yeddinci  mərtəbədə  Xatəmlə  üzbəüz,  32-ci  mənzildə  olurdu.  Əjdər 
pis  xəbər  gətirmişdi.  Xatəmi  öz  mənzilində  öldürmüşdülər.  Onlara 
yaxınlaşdım. 
Qasımlı: 
-
 
Polisə xəbər vermisiz? - deyə soruşdu. 
-
 
Bəli,  arvadı  polisə  zəng  elədi.  Mən  isə  fikirləşdim  ki,  siz  də 
bilsəniz yaxşı olar. Onun qonağı var idi. Biz ondan şübhələnirik.
Qasımlı mənə baxıb: 
-
 
Əslində,  orada  mənlik  iş  yoxdur,  amma  istəyirsinizsə,  gəlin 
birlikdə yuxarı çıxıb vəziyyətlə tanış olaq, - dedi. 
Mən  razılaşdım  və  biz  yeddinci  mərtəbəyə  qalxdıq.  Xatəmin 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
mənzilinə  girəndə  gördük  ki,  Nailə  divanda  oturub  ağlayır.  Rəngi 
kağız kimi ağarmışdı. Bütün bədəni titrəyirdi. Əjdərin arvadı və hansı 
institutdasa  oxuyan  qızı  Səhilə  də  orada  idilər.  Əjdərin  arvadı 
Nailənin  yanında  oturub  onu  qucaqlamışdı.  Əlindəki  dəsmalla 
Nailənin  göz  yaşlarını  qurulayır,  onu  ovutmaq  istəyirdi.  Səhilə  bir 
kənarda heykəl kimi quruyub qalmışdı. 
Əjdər  bizi  balkona  apardı.  Bu  balkon  bayaq  bizim  şahmat 
oynadığımız  balkonun  üstündə  idi.  Amma  ondan  dörd  mərtəbə
yuxarıda.  Balkona  tək  bir  stul  qoyulmuşdu.  Xatəm  həmin  stulda, 
arxası  balkonun  qapısına  tərəf,  oturub  ayaqlarını  balkonun  dəmir 
məhəccərinə keçirmişdi. Başı sol çiyninin üstünə düşmüşdü. Onu küt 
alətlə öldürmüşdülər. Peysərində böyük şiş əmələ gəlmişdi. 
Gözləri qorxunc şəkildə böyümüş və qan çanağına dönmüşdü. Sol 
əli  havadan  asılı  qalmışdı.  Qasımlı  əlini  onun  boynuna  toxundurdu. 
Ətrafa  göz  gəzdirib,  küncdəki  alət  yeşiyinin  üstündən  mismar 
çıxarmaq  üçün  dəmir  borudan  düzəlmiş  aləti  götürdü  və  ona  işıqda 
diqqətlə baxıb: 
-
 
Bununla vurublar! - dedi və sonra otağa keçərək soruşdu: 
-
 
Hadisə necə olub? 
Əjdər danışmağa başladı. O danışdıqca əlləri qoynunda duran qızı 
da başı ilə təsdiq edirdi. 
- Biz evdə «Arşın mal alan» kinosuna baxırdıq. Kino başlayandan 
beş  dəqiqə  sonra  Nailə  bacı  bizə  gəldi.  Dedi  ki,  Xatəmin  müdiri 
bizdədir,  Xatəmlə  söhbət  edirlər.  Oturub  bizimlə  kinoya  baxmağa 
başladı. Filmin ortalarında bir dəfə durub mənzillərinə getdi və bir-iki 
dəqiqədən  sonra  qayıtdı.  Dedi  ki,  bu  Oqtay  həyasız  hələ  çıxıb 
getməyib.  Oturub  söhbət  edirlər.  Sonra  kino  qurtardı.  Nailə  bacı 
evlərinə getdi. Bizdən çıxandan yanm dəqiqə keçməmiş qışqırıb geri 
qayıtdı və qapımızı döydü. Qapını açanda bizə heç nə deyə bilmədi, 
ancaq əli ilə 
qapılarını göstərdi. Gəlib gördüm ki, yazıq Xatəm çoxdan keçinib. 
Qanbay Qasımlı otağa göz gəzdirdi. Stolun üstündə iki stəkan var 
idi.  Bunlarda  çay  içilmişdi.  Bundan  başqa  süfrəyə  qənd  və  zoğal 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
mürəbbəsi də qoyulmuşdu. Qasımlı Nailədən soruşdu: 
-
 
Onlar nədən söhbət edirdilər? 
-
 
Bilmirəm.  Bir  az  dünənki  oğurluqdan  eşitdim.  -  Nailə  zarıya-
zarıya cavab verdi. 
-
 
Nə eşitdiniz? 
-
 
Heç, elə adda-budda eşidirdim. Xatəm oğurluğu danışırdı. Oqtay 
da,  deyəsən,  dedi  ki,  boş  şeydir.  Mən  o  gələn  kimi  çaylarını  verib 
qonşuya getdim. Yanlarında dayanmadım. 
-
 
Siz arada mənzilə baş çəkəndə nə vaxt idi? Məsələn, filmdə hansı 
kadrlar gedirdi? 
-
 
Yadımda deyil. -  Nailə başını buladı. Bayaqdan sakitcə dayanıb 
Qasımlıya 
pərəstişlə baxan Səhilə: 
-
 
Mənim  dəqiq  yadımdadı  -  dedi.  -  Süleyman  bəy  Soltan  bəyin 
evinə  gəldi.  Elçiliyə.  Onda  Nailə  durdu.  Mən  dedim  ki,  getmə  indi 
maraqlı səhnə olacaq. Dedi ki, bu saat qayıdıram. 
-
 
Hə, elədir. - Nailə təsdiq etdi. 
-
 
Siz  həmin  vaxt  mənzilinizə  girəndə  Oqtay  burada  idi?  -  deyə 
Qasımlı yenə Nailədən soruşdu. 
-
 
Bəli,  burada  idi.  Nəsə  mübahisə  edirdilər.  Xatəm  hirsli-hirsli 
danışırdı. 
-
 
Nə danışırdı? 
-
 
Bilmədim. Dedim yəqin işdən danışırlar. Mane olmaq istəmədim. 
O saat geri qayıtdım... 
Bu  vaxt  əməliyyat  qrupu  gəlib  çıxdı.  Aralarında  iki  nəfər  mülki 
geyimli adam da var idi. Özünü gələnlərin başçısı kimi aparan kapitan 
diqqətlə  meyitə  baxandan  sonra  evdəkiləri  sorğu-  suala  tutdu.  Əjdər 
və  Nailə  bizə  danışdıqlarını  təzə  gələnlərə  də  danışdılar.  Qasımlı  ilə 
mənim  kimliyimizi  soruşanda  dedim  ki,  blok  sakinləriyik.  Kapitan 
vaxt itirmədən Nailədən Oqtaym ünvanını öyrəndi. İki mülki geyimli 
şəxs və bir polis işçisi meyitin yanında qaldılar. Kapitan və digər iki 
polis isə tələsik çıxıb getdilər. 
Qasımlı mənə: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə