Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

downloaded from KitabYurdu.org
* * * 
məmnunluqla  gülümsəyib  kresloda  əyləşdi,  əllərini  sinəsində 
çarpazlaşdırıb yerini rahatladı və Səkinəyə: 
- Buyurun, indi sizi dinləyirəm! - dedi. 
Səkinə  bu  mehriban  adama  baxdıqca  onda  əsil  kişilərə  xas  olan 
cəhətlər görürdü və bu onun sıxıntısını xeyli azaldırdı. O, Qasımlmm 
mayor Cəfərlidən nə qədər fərqli bir adam olduğunu anlayaraq özünü 
tamamilə  ələ  aldı.  Qumar  dəsgahının  gedişi  və  xoşagəlməz  sonluğu 
haqqında  həmin  axşam  Namazın  evdə  danışdıqlarından  tutmuş,  bu 
mənzilə gəlib çıxana qədər öz başına gələnlərin hamısını yerli-yataqlı 
ona çatdırdı. 
Danışıq  müddətində  Qanbay  Qasımlı  heç  yerindən  dəbərmədi  də. 
Nüfuzedici baxışlarını 
Səkinəyə  zilləyib  bütün  diqqəti  ilə  ona  qulaq  asırdı.  Qadın  danışıb 
qurtarandan  sonra  kiçik  bir  sükut  yarandı.  Yaranmış  sükutu  nəhayət 
Qasımlınm təmkinli səsi pozdu: 
-
 
Deməli əriniz and içdi ki, Beydullanı öldürəcək? 
-
 
Bəli. 
-
 
Yəqin o, bir o qədər də çox pul uduzmamışdı? 
-
 
Orası elədir. O birilərə baxanda onun uduzduğu heç nə idi. Bizim 
o qədər pulumuz haradadır ki? 
-
 
Namaz  danışmadı  ki,  Beydulla  udduğu  pulların  hamısını  nağd 
alıb, yoxsa yox? 
-
 
Namazdan alıb, o birilərinki isə nisyə olub. 
-
 
Namaz  uduzduğuna,  ya  döyüldüyünə  görə  evdə  Beydullanm 
arxasınca nə danışırdı? 
-
 
Söyürdü,  deyirdi  ki,  gedib  onu  öldürəcəm.  Ancaq  mən  onu 
sakitləşdirdim. Yerinə girib yatdı. Saat ıo-da. 
-
 
Namazın tüfəngi var? 
-
 
Xeyr, yoxdur! 
-
 
Mən  rəsmi  surətdə  belə  işlərlə  məşğul  deyiləm.  Ancaq  sizin 
xatirinizə  sabah  səhər  tezdən  sizinlə  rayona  gedəcəm.  Artıq  hava 
qaralıb. Gecəni də burada qalarsız. - Qasımlı ayağa qalxıb televizoru 
yandırdı. - İndi isə siz televizora baxın, mən bu saat qayıdıram. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
O,  pencəyini  geyinib  şlyapasını  başına  qoydu  və  evdən  çıxdı. 
Səkinəni yenə də narahatlıq bürüdü. Televizora baxmaq heç yadına da 
düşmürdü. Birdən-birə Elçin üçün danxdı. Kənddən çıxanda qonşuya 
yalvarmışdı  ki,  Elçini  gözdən  qoymasın,  məktəbə  də  buraxmasın, 
uşağa düşmənçiliklə nəsə edərlər. Bu yandan da Namazın dərdi. İndi 
görəsən Namaz nə edir? 
Onu yenə incidirlərmi? Səkinə fikirləşəndə ki, yad kişinin mənzilində 
qalacaq, daha da narahat olurdu. O, polkovnik Qasımlıdan utanırdı və 
fikirləşirdi  ki,  üst-başım  da  tozludur,  yol  gəlmişəm,  qadın  olmayan 
evdə necə yata bilərəm? Birdən ayağa qalxıb Nemətə dedi: 
-
 
Qardaş, mən gedim, səhər tezdən gələrəm. 
Nemət Sabirli özünü itirdi: 
-
Necə yəni gedim? Hara gedəcəksiniz? 
-
Qardaşımgilə. Burada olurlar. 
-
Gözləyin, Qanbay müəllim gəlsin. 
-
Yox, sonra gec olar. 
-
Onda sizi maşınla apararam. 
-
 
Yox,  yox,  qardaşımgil  yaxında  olur.  Evlərini  tanıyıram.  Siz 
narahat  olmayın.  -  Səkinə  bunu  deyib  qapıya  getdi.  -  Səhər  tezdən 
blokun ağzında olacam. 
Nemət onu saxlaya bilmədi. O çıxandan beş- on dəqiqə keçmiş ev 
sahibi  əlində  ərzaq  dolu  torba  içəri  girdi.  Elə  qapıdaca  Səkinənin 
ayaqqabısını görməyib soruşdu: 
-
 
Qız necə oldu? 
-
 
Qardaşıgilə getdi. Dedi ki, səhər tezdən gələcək. 
-
 
Nə qardaş, canım? - Qasımlı məzəmmətlə Nemətə baxdı. - Onun 
burada  qardaşı-filanı  yoxdur.  Burda  gecələməyə  utandığı  üçün  sizi 
aldadıb.  -  Qasımlı  tez  sellofan  torbanı  stolun  üstünə  qoyub  geri 
qayıtdı. - Gedək mənimlə! 
Nemət  təəccüblə  çiynini  çəkib  onun  dalınca  düşdü.  Çoxbilmiş 
xəfiyyə  blokun  qarşısındakı  kiçik  parkda  sağa-sola  göz  gəzdirib  sıx 
bəzək  kollarının  arxasına  keçdi.  Bədbəxt  qadın  xəlvət  bir  skamyada 
oturub  soyuqdan  büzüşmüşdü.  O,  sonuncu  ümidgahı  hesab  etdiyi 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
adamı görüb diksindi və ayağa qalxdı. Qasımlı başını buladı: 
-
 
Əgər  belə  etsəniz,  Səkinə  xanım,  sizinlə  rayona  getməli 
olmayacam.  Gedək!  Nemət  müəllim  gəlib  mənim  mənzilimdə  yatar. 
Siz isə, onun arvadı ilə, zənnimcə, darıxmazsınız. O, çox mehriban və 
sadə qadındır. 
Səkinə  gecəni  Nemətgildə  qaldı.  Ev  sahibəsi  Fədayə  xanım 
həqiqətən səmimi insan idi. 
Qonağı  sıxılmağa  və  darıxmağa  qoymadı.  Səhər  durub  onun  üçün 
yemək hazırladı.  Səkinə səhər yeməyini təzəcə  yeyib qurtarmışdı ki, 
Nemət Sabirli içəri girib dedi: 
-  Sabahınız  xeyir,  Səkinə  xanım!  Cənab  Qasımlı  sizi  aşağıda, 
maşının yanında gözləyir. Təəssüf ki, mənim redaksiyada vacib işim 
olduğu  üçün  sizinlə  gedə  bilməyəcəm.  Ona  görə  də  maşının  açarını 
ona verdim. Sizə müvəffəqiyyət arzu edirəm. 
Səkinə  ev  sahibi  ilə  onun  xanımına  ürəkdən  təşəkkür  edib  həyətə 
düşdü  və  Qasımlınm  onun  üçün  açdığı  arxa  qapıdan  maşına  mindi. 
Qasımlı da sükanın arxasında oturub maşını işə saldı. Onlar Səkinənin 
ürəyini qoyub gəldiyi rayona yola düşdülər və rayon mərkəzinə çatana 
kimi, 
yol boyu, bir kəlmə də olsun danışmadılar. 
* * * 
Rayon  polis  idarəsinin  qarşısında  Qasımlı  maşından  düşüb 
Səkinəyə maşında gözləməyi tapşırdı və idarəyə girdi. İdarə rəisi onun 
haqqında  eşitmişdi.  Ancaq  üzdən  tanımırdı.  Məşhur  xəfiyyənin 
gəldiyini  eşitdikdə  onu  tez  qəbul  etdi,  ayağa  qalxıb  mehribanlıqla 
görüşdü. 
-
 
Xoş gəlmisiz, Qanbay müəllim, sizdən nə əcəb? Xeyirdirmi?
Qasımlı rəislə eyni mehribanlıqla görüşüb: 
-
 
Həmişə  olduğu  kimi  mənim  gəlişim  kimin  üçünsə  xeyir,  kimin 
üçünsə faciədir, - dedi və güldü. 
Rəis  ona  oturmaq  üçün  yer  göstərib,  telefonla  bufetdən  çay 
gətirilməsini  tapşırdı.  Xəfiyyə  gəlişinin  məqsədini  qısaca  başa  saldı. 
Rəis fikrə getdi. Lakin tez də fikrindən ayrılıb dedi: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə