Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

downloaded from KitabYurdu.org
* * * 
hərəkətini  izləyirdilər.  Pakizə  və  qızı  İlahə  də  açıq  eyvanın 
məhəccərinə  söykənib  ona  baxırdılar.  Qasımlı  eyvana  tərəf  çevrilib 
Pakizədən soruşdu: 
-
 
Mərhumun arvadı sizsiniz? 
-
 
Bəli, mənəm! - Pakizə cavab verdi. 
-
 
Siz  izahatınızda  yazmısız  ki,  ərinizi  vuran  adam  qaçanda  bu 
məftilə ilişdi, eləmi? 
-
 
Bəli, ilişdi, az qaldı yıxılsın! Çox bərk toqquşdu. 
-
Əlində tüfəng gördüz? 
-
Bəli! 
-
Tüfəngi necə tutmuşdu? Dik, yoxsa üfüqi? 
-
 
Yox, dik tutmamışdı. Elə-belə... Sağ əli ilə yanında tutmuşdu. 
-
 
Hansı əlamətə görə onu Namaza oxşatdız? 
-
 
O  cür  əyri  qaçış  ancaq  Namaz  əclafda  olar.  Yeriyəndə  ayaqları 
bir-birinə dolaşır. 
Qasımlı şlyapasını çıxanb  məftilin  altından keçdi və həyətin içinə 
doğru  getdi.  Burada  həmin  çəkmələrə  uyğun  izlərin  bəzisi  hələ 
qalmışdı. O 
bu izləri tutub köhnə çəpərin nisbətən alçaq yerindən adlayıb küçəyə 
çıxdı  və  hərlənib  küçə  qapısından  həyətə  girdi.  Pilləkənə  yaxınlaşıb 
mayor Cəfərlidən soruşdu: 
-
 
O kağız parçasını haradan tapmışdız? Xahiş edirəm, yerini dəqiq 
göstərin! - keçmiş polis işçisinin səsində soyuqluq hiss olunurdu. 
Cəfərli əyilib taxta pilləkənin altından kağızı tapdığı yeri barmağı 
ilə göstərdi. 
-
 
Baxın, buradan! Tüfəngdən çıxıb düşmüşdü. 
Qasımlı  bir  daha  pilləkəni,  eyvanı  gözdən  keçirtdi.  Beydullaya 
güllə  dəyərkən  onun  harada  olduğu  ilə  maraqlandı.  Gülləni  atarkən 
qatilin dayandığı yeri müəyyənləşdirib həmin yerdə 
dayandı  və  diqqətlə  Beydullamn  axırıncı  dəfə  çıxdığı  qapıya  baxdı. 
Sonra  cibindən  «Kent»  qutusunu  çıxarıb  bir  siqaret  yandırdı.  Üzünü 
Kazım müəllimə tutaraq: 
-
 
Yəqin ki, məktəbdə dərslər qurtarmış olar. Xahiş edirəm, məktəb 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
direktorunu, Qurbanı və Əlini məktəbə çağırın! - dedi. Mayor Cəfərli 
bayaqdan  özünü  arxayın  və  təkəbbürlü  aparır,  müstəqil  xəfiyyənin 
hərəkətlərini  yüngül  istehza  ilə  izləyirdi.  Onun  öz  işini  hələ  də 
qurtarmadığını görərək soruşdu: 
-
 
Cənab  polkovnik!  Mənim  gəldiyim  qənaətə  əlavə  etməli 
yeniliyiniz var? 
Qanbay Qasımlı qaşqabaqlı halda qısa cavab verdi: 
-
 
Hələ heç nə deyə bilmərəm! 
* * * 
Məktəbin  direktoru,  Qurban  və  Əli  məktəbin  həyətində  onlan 
gözləyirdilər. Həyətə girən kimi Qasımlı yavaşca Kazım müəllimdən 
soruşdu: 
-
O hündürboylu Əlidir? 
-
Bəli... Tanıyırsız? 
-
Xeyr, izahatları oxumuşam. 
Direktorun kabinetində Qasımlı birinci 
növbədə  dördüncü  sinif  şagirdi  Zəkiyev  Elçinin  sinif  dəftərlərini 
istədi. Direktor o saat iki dəftəri gətirib onun qarşısına qoydu. Qasımlı 
mayor  Cəfərlidən  pilləkənin  altından  tapılmış  əzik  kağız  parçasını 
aldı.  Elçinin  riyaziyyat  dəftərini  kənara  itələyərək,  ana  dili  dəftərini 
açdı  və  oradakı  yazılar  ilə  əzik  kağız  parçasında  olan  yazıları 
tutuşdurdu.  Yazıların  eyni  uşaq  tərəfindən  yazıldığı  şübhəsiz  idi. 
Təcrübəli  xəfiyyə  dəftəri  vərəqləyib  oradakı  imlaların  mətni  ilə 
maraqlandı.  Dəftərdə  cəmi  beş  imla  var  idi.  Nədənsə  ikinci  imlanın 
əvvəli  ilə  o  biri  səhifədəki  sonu  məna  etibarilə  uyuşmurdu.  Qasımlı 
bir də mətni oxuyub başa düşdü ki, dəftərdən ikinci səhifə tamamilə 
cırılıb. O, dəftərin vərəqlərini sayaraq buna bir daha əmin oldu. Başını 
qaldırıb kabinetdə oturanlara dedi: 
-
 
Pilləkənin altından tapılan kağız bu dəftərdən cırılıb! 
-
 
Əlbəttə,  mən  bu  dəftərə  baxan  kimi  dedim  ki,  bu  dəftərdəki 
yazılar  həmin  kağızdakı  yazılar  ilə  eynidir.  -  Cəfərli  lovğa-lovğa 
dilləndi. 
Qasımlı ona istehzalı bir nəzər saldı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
-
 
Siz, deyəsən, məni başa düşmədiniz, cənab mayor! Mən deyirəm 
ki,  həmin  vərəq  məhz  bu  dəftərdən  cırılıb.  Bu  dəftərdən!  Məgər  bu 
dəftərin Namaza bir dəxli var? 
-
 
Necə yəni dəxli var. Bu dəftər Namazın oğlununkudur.  - Cəfərli 
əsəbiləşdi. 
Qasımlı başını bulayıb üzünü direktora çevirdi: 
-
 
Sizdə uşaqlar yoxlama yazı dəftərini evə apanrlar? 
Direktor təəccübləndi: 
-
 
Yox, heç elə şey olar? 
-
 
Bəs  Səmayə  müəllimə  necə,  dəftərləri  evə  aparır?  Tutaq  ki, 
yoxlamaq üçün. 
-
 
Bəli, mən buna icazə vermişəm. 
Qanbay Qasımlı bir siqaret yandırıb davam
etdi: 
-
 
Mən  rayonda  sənədləri  oxuyanda  bir  protokolda  Səmayə 
müəllimənin  də  imzasına  rast  gəldim.  Onun  da  familiyası  Əlinki  ilə 
eynidir. Hər ikisi İbişovdurlar. Onlar necə qohumdurlar? 
-
 
Əli Səmayə müəllimənin əridir! - Direktor təəccüblə cavab verdi. 
-
 
Xahiş edirəm, Əlini içəri çağırın! 
Direktor çıxıb həyətdə gözləyən Əlini içəri 
dəvət  etdi.  Əli  otağa  girib  hamıya  salam  verdi  və  sakitcə  dayandı. 
Onun saçlan alnına tökülmüş
üz-gözünü  tük  basmışdı.  Yəqin  ki,  Beydulla  üçün  yas  saxlayırdı. 
Qasımlı onu başdan ayağa kimi süzdü. Özünə yaxın yerdə olan stulu 
göstərib  oturmağı  təklif  etdi.  Sonra  isə  birdən-birə  ona  yox,  mayor 
Cəfərliyə müraciətlə danışmağa başladı: 
- Cənab mayor! Siz ayaq izlərinə görə çəkmənin sağ tayında kəsik 
olduğunu  düz  müəyyənləşdirmisiz.  Ancaq  o  kəsiyin  çəkmədə  hansı 
səbəbdən  yarandığı  sizi  dərindən  maraqlandırmayıb.  Fərziyyə  irəli 
sürmüsüz ki, Namaz odun doğrayarkən çəkməni balta kəsib. Hansı ki, 
həmin  kəsiyin  palçığını  yuyub  ona  diqqətlə  baxmaq  kifayətdir  ki, 
həmin  yerin  bilərəkdən,  özü  də  bıçaqla  bir  neçə  dəfəyə  sürtülüb 
kəsildiyi məlum olsun. Bu belə! Kəsikdə müxtəlif palçıq qalıqları var. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə