Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

downloaded from KitabYurdu.org
* * * 
- Nemət müəllim, sizin qardaşınız dünən gecə kənddə əsgər yoldaşı 
Ələddin  Kazımovun  evində  qonaq  olub.  Axşam  onlar  yeyib-içiblər. 
Süfrədə spirtli içki də olub. Ələddinlə qardaşınızın mübahisəsi düşüb. 
Orada olan başqa bir qonaq mübahisəni yatırıb və sonra o çıxıb gedib. 
Hikmət  və  ev  sakinləri  yatmaq  üçün  yataqlarına  giriblər.  Gecə 
qardaşınız  durub,  mətbəx  bıçağı  ilə  ev  sahibini  yatdığı  yerdəcə 
öldürüb.  Bu  gün  biz  onu  Bakıda  -  öz  evində  yaxalayanda  cibindən 
təyyarə  bileti  tapdıq.  Bilet  bu  gün  alınıb.  Sabah  yox,  birisi  gün 
Moskvaya uçacaqmış. Doğrudur, qardaşınız etdiyi cinayəti hələlik ki, 
boynuna almır. Deyir ki, səhər saat yeddiyə işləmiş tək yatdığı qonşu 
otaqdan durub 
dəhlizə keçib, dəhlizdən bayıra açılan qapının cəftəsini öz əli ilə açıb 
və çıxıb gedib. Heç kəslə sağollaşmaq istəmədən. Ekspertiza göstərir 
ki,  mərhum  saat  dörd  radələrində  öldürülüb.  Evə  kənar  şəxs  girə 
bilməzdi.  Digər  tərəfdən,  evdə  Ələddin,  onun  həyat  yoldaşı  və  sizin 
qardaşınızdan  başqa  heç  kəs  olmayıb.  Görür-  sünüzmü?  -  mayor 
Yunusov  əllərini  geniş  şəkildə  yanlara  açdı.  -  Bütün  faktlar 
qardaşınızın əleyhinədir. 
Otaq  başıma  fırlandı.  Nə  deyəcəyimi,  nə  edəcəyimi  bilmirdim. 
Nəhayət, özümü ələ almağa bütün daxili qüvvəmi sərf edib mayordan 
xahiş etdim: 
- İcazə verin, onunla görüşüm. 
O, başını yırğaladı. 
-  Yox!  Bağışlayın,  indi  mümkün  deyil.  Hələ  istintaq  gedir.  Xahiş 
edirəm, gedin! İş günüm qurtarır. Həm də, gedəsi yerim var. 
Polis  şöbəsindən  çıxdım.  Haraya  gedəcəyimi  bilmədən  şöbənin 
qabağında  boş  boşuna  gəzməyə  başladım.  Heç  özümü  belə  zəif 
bilməzdim: tez-tez gözlərim dolurdu. Gah qollanna qandal vurulmuş 
qardaşım,  gah  da  onun  arvadı  ilə  üç  yaşlı  qızı  gözlərim  qarşısına 
gəlirdi.  Balaya  qayıdanda  onlara  nəsə  deməli  idim.  Ancaq  nə 
deyəcəkdim?  Heç  cür  inana  bilmirdim  ki,  Hikmət  cinayət  törətmiş 
olsun. Doğrudur, o uşaqlıqdan bir qədər ərköyün, dəlisov böyümüşdü. 
Xoşagəlməz  sözə,  təhqirə  dözən  adam  deyildi.  Axı,  eyni  zamanda, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
ağlı normal inkişaf etmiş, ürəyi yumşaq, səmimi bir adam idi Hikmət. 
Onun hər hansı bir insanın həyatına son qoymaq üçün əli qalxmazdı. 
Amma nə bilmək olar? Həyatda o qədər məntiqsiz, ağlasığmaz olaylar 
baş  verir  ki...  Bir  qədər  əvvəl  şöbədə  bölmə  rəisinin  dediyi  qorxunc 
cümlə  bütün  fikirlərimi  qarışdırır,  elə  hey  beynimdə  taqqıldayırdı:  « 
Bütün  faktlar  qardaşınızın  əleyhinədir!»,  «Bütün  faktlar  qardaşınızın 
əleyhinədir!» Faktlar... faktlar... faktlar... 
Bəlkə  də  iki  saata  yaxın  idi  ki,  səkidə  o  baş-  bu  başa  gedib-
gəlirdim.  Havanın  qaralmağa  başlaması  məni  ayıltdı.  Həm  də  polis 
şöbəsinə girməmiş təzə aldığım siqaret qutusu boşalmışdı. 
Siqaret  almaq  lazım  idi.  Yaxınlıqdakı  köşkün  önündə  dayananda 
gözüm  vitrindəki  müxtəlif  adlı  siqaret  qutularının  arasındakı  “Kent” 
siqaretinə sataşdı. 
Yadıma  qapıbir  qonşumuz  polkovnik  Qasımlı  düşdü.  Qapısının 
ağzındakı zibil qutusunu tez-tez boş “Kent” qutulan ilə dolu görərdim. 
Həmişə  “Prezident”  çəkməyimə  baxmayaraq,  necə  oldusa,  “Kent” 
istədim.  Qutunu alan kimi  açıb bir siqaret  yandırdım.  Birdən ağlıma 
gəldi ki, bəlkə qaraqabaq qonşum mənə bir məsləhət verə bilər. Daha 
orada qalmaq istəmədim. Maşına minib sürətlə Bakıya yola düşdüm. 
Qonşum  bir  ilə  yaxın  idi  ki,  bizimlə  üzbəüz  mənzilə  köçmüşdü. 
Bina  sakinlərindən  heç  kəslə  əlaqə  saxlamadığı  üçün  onun  haqqında 
çox  az  şey  bilirdik.  Yaşı  qırx,  qırx  iki  olardı.  Normal  boylu,  anq, 
demək olar ki, yaraşıqlı bir kişi idi. Nüfuzedici gözləri, bir qədər sərt 
sifəti var idi. 
Üzü həmişə tərtəmiz qırxılmış, üst-başı səliqəli olardı. Ən isti günləri 
çıxmaqla,  əksər  vaxt  əynində  qara  plaş,  başında  qara  şlyapa  olurdu. 
Həyətdə  və  ya  pilləkəndə  bina  sakinləri  ilə  qarşılaşanda  başını 
yelləyər  və  ya  sadəcə  “Salam!”  deyib  keçərdi.  Uşaqların  üzünə 
baxanda gülümsəyər, amma dayanıb heç kəsi söhbətə tutmazdı. 
Onu həmişə  mülki geyimdə görsək də, polis polkovniki olduğunu 
eşitmişdik.  Bəziləri  deyirdi  ki,  polis  sistemindən  çıxıb,  elmi  işlə 
məşğuldur, bəziləri isə deyirdi ki, yox, nazirlikdə işləyir. 
Tək  yaşamağını da  müxtəlif cür əsaslandırırdılar. Ailəsinin faciəli 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
surətdə  həlak  olduğunu  deyənlər  də  vardı,  indiyəcən  evlənmədiyini 
deyənlər  də.  Hər  halda  onun  polkovnik  Qanbay  Qasımlı  olduğunu 
dəqiq  bilirdik  ki,  bunu  da  ona  məktub  gətirmiş  poçtalyondan 
öyrənmişdik. 
Bakıya gecədən keçmiş çatdım. Öz mənzilimə girməmiş qonşumu 
görməyə tələsdim və mənzilin zəngini çaldım. Qapı tez açıldı.
Qasımlı  zərrə  qədər  də  təəccüblənmədən  (bəlkə  də  bu  mənə  belə 
gəldi) məni içəri dəvət etdi: 
-
 
Buyurun, Nemət müəllim! 
Mən  içəri  keçdim.  Qasımlının  məni  dəvət  etdiyi  otaq  sadə  və 
səliqəli görkəmə malik idi. İki kreslo, sadə divan, çay stolu, kitablarla 
dolu kitab şkafı və yazı stolundan başqa otaqda demək olar ki, heç nə 
yox  idi.  Yazı  stolunun  üstü  kağız-  kuğuzla  dolu  idi.  Qasımlı  mənə 
divanda yer göstərib o saat da fincana qəhvə süzdü. 
-
 
Mənim  kasıb  mənzilimə  xoş  gəlmisiniz.  O  saat  görünür  ki,  pis 
hadisə  üz  verib.  Ailənizə  kənddə  bir  şey  olmayıb  ki,  ya  bəlkə 
qardaşınıza? 
Çay  stolunun  arxasında  oturub  gözünü  mənə  zillədi  və  mən 
gəlməmişdən süzdüyü qəhvəsini qurtum-qurtum içməyə başladı. Mən 
özümü bacardığım qədər tox tuturdum. Rayondan Bakıya gələnə kimi 
həyəcanım  ötüb  keçmişdi.  Ona  görə  də  onun  nəsə  hiss  etməsi, 
indiyəcən  yaxından  tanış  olmadığımıza  baxmayaraq,  ailəm  və 
qardaşım haqqında məlumatlı olması məni heyrətə saldı: 
-
 
Nədən bildiniz, qonşu? 
Gülümsündü: 
-
 
Siz bu gün günortadan sonra tələsik evdən çıxıb maşınla hara isə 
getmisiz.  Gecə  vaxtı  qayıdıb  öz  mənzilinizə  girməmiş  (pilləkənlə 
çıxanda ayaq səsləriniz burada eşidilirdi) qonşunuzun-hələ indiyəcən 
mənzilində  olmadığınız  və  axtarış  polisi  olmuş  qonşunuzun  zəngini 
çalırsınızsa,  bu  nə  deməkdir?  -  birdən  dayanıb  fincanı  stolun  üstünə 
qoydu və bir siqaret alışdırdı. - Siz Allah sözlərimdən inciməyin. Bir 
daha xoş gəlmisiniz. Sizi eşidirəm. 
Mən  təşəkkür  edərək  cibimdən  rayonda  aldığım  siqaret  qutusunu 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə