Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

downloaded from KitabYurdu.org
* * * 
-
 
Deyəsən əl izi axtarırsınız? 
-
 
Yox! -Qasımlı bıçağı ona qaytardı. - Meyiti sahiblərinə vermisiz? 
-
 
Bəli, dünən axşam. - Mayor saatına baxdı. - Saat ikidir. İndiyəcən 
dəfn edərlər. 
-
 
Elmardan izahat almısız? 
Almışıq.  Elmar  Manafov  Ələddingildən  çıxıb  gedənə  kimi  nə 
olubsa izahatında göstərib. Onun izahatı Nilufərinki ilə düz gəlir. Bir 
kiçik  məqamdan  başqa:  Elmar  göstərir  ki,  Hikmətlə  Ələddinin 
mübahisəsi  ciddiləşirmiş.  Mübahisəni  o  yatınb.  Münasibətlər 
soyuduğu  üçün  də  bir  az  tez  durub  gedib.  Nilufər  isə  bildirir  ki, 
inciklik  olub,  amma  o  ciddi  mübahisə  eşitməyib.  Nilufər  həmişə 
onlann  yanında  olmayıb,  bir  neçə  dəfə  dəhlizə  çıxıbmış.  Qaz  peçi 
dəhlizdədir. Xörəyi və çayı dəhlizdə hazırlayırmış. 
Qasımlı  izahatlan  mayordan  aldı  və  sürətlə  gözdən  keçirdi.  Sonra 
qovluğu  bölmə  rəisinə  tərəf  itələdi.  Mayor  Yunusov  qovluğu  stolun 
siyirməsinə qoyub dedi: 
-  Bilirsiniz,  Qanbay  müəllim,  mən  də,  müstəntiq  də  bu  məsələdə 
hərtərəfli  baş  sındırmışıq.  Bizim  prokurorluğun  müstəntiqi  də  çox 
zirək  oğlandır.  Biz  burada  elə  bir  şübhəli  şey  görmürük.  Qapı  bağlı 
olub.  Pəncərələr  də.  Evə  heç  yandan  girmək  mümkün  deyil.  Evdə 
Ələddindən başqa iki nəfər olub. Hikmət və mərhumun arvadı. Bıçaq 
ki  elə  zərbə  ilə  vurulub,  Nilufər  yox,  heç  adi  kişilər  də  küt  mətbəx 
bıçağı  ilə  elə  dəhşətli  zərbə  vura  bilməzlər.  Hikmət  isə  idmançıdır. 
Ağırlıq qaldırmaqla məşğul olur. 
Bütün faktlar da onun əleyhinədir. Bu gün də olmasa, sabah hökmən 
etdiyi cinayəti boynuna alacaq. 
Polkovnik Qasımlı ani olaraq mənə baxıb cibindən siqaret çıxartdı. 
Yandırıb dərin bir qullab vurdu və bir qədər fikrə getdi. Mən quruyub 
yerimdə  qalmışdım.  Nə  edəcəyimi  bilmirdim.  Polkovnikə  zəhmət 
verib  bura  gətirdiyim  üçün  mənəvi  əzab  çəkirdim.  Yaranmış  sükutu 
Qasımlı pozdu: 
- Mümkündürsə, Hikməti gətizdirin. Onunla tanış olmaq istəyirəm.
Gödək  boylu,  bədəni  sanki  qranitdən  yonulmuş  bölmə  rəisi  cəld 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
telefonun  dəstəyini  götürüb  Hikməti  gətirməyi  əmr  etdi.  Bir  dəqiqə 
keçməmiş Hikmət bir polis işçisi ilə içəri daxil oldu. Hikməti görəndə 
əvvəlcə ayağa qalxmaq istədim. Lakin özümü ələ alıb onunla başımı 
tərpətməklə  salamlaşdım.  Hikmət  məni  görüb  qəhərləndi.  Keçib 
Yunusovun  göstərdiyi  stulda  Qasımlı  ilə  üzbəüz  oturdu.  Polis  işçisi 
Yunusovun  işarəsilə  çıxdı.  Qasımlı  Hikmətin  sifətini,  enli  sinəsini, 
əzələli  qollarını  və  dizinin  üstünə  qoyduğu  əllərini  cəld  və  diqqətlə 
gözdən keçirib soruşdu: 
- Həmin gecə Ələddinlə mübahisəniz nə üstündə düşdü? 
Biz mübahisə etməmişik. - Hikmət cavab verdi. Səsi dəyişilmişdi. 
Üzünü  tük  basmış,  elə  bil  bir  gecədə  qocalmışdı.  -  Ondan  pul 
istəyəndə  vermədi,  mən  də  incidim.  Dedim  ki,  sən  yaxşı  yoldaş 
olsaydın mənə yox deməzdin. O da bu sözümdən bir az dilxor oldu. 
Amma heç nə demədi. Beş-on dəqiqə sonra kəndçiləri durdu ki, mən 
gedirəm... 
-
 
Elman kim ötürdü? - Qasımlı Hikmətin sözünü kəsdi. 
-
 
Heç  kim.  Eləcə  dedi  ki,  mən  gedirəm  və  sağollaşıb  çıxıb  getdi. 
Elmar onlara məhrəm adamdır. Gündə gəlib-gedəndir. 
-
 
Elmar gedəndə Nilufər otaqda idi, ya dəhlizdə? 
-
 
Otaqda. Çarpayıda oturub söhbətimizə qulaq asırdı. 
-
 
Yaxşı,  davam  edin!  -  Qasımlı  qollarını  sinəsində  çarpazlaşdırıb 
diqqətini topladı. 
-
 
Hə...  Mən  də  dedim  ki,  yatmaq  istəyirəm.  Soruşdum  ki,  sabah 
rayon mərkəzinə necə tez getmək olar? Ələddin dedi ki, gərək səhər 
saat  altının  yarısında  duraq.  Sərnişin  daşıyan  maşınlar  yeddinin 
yarısında  kənddən  çıxırlar.  Sən  də  səhər  yeməyini  yeyib  sonra 
çıxarsan. 
-
 
Bəs nəyə görə səhər Ələddini oyatmaq istəmədiniz? 
-
 
Doğrusu, ondan incimişdim. Qərara gəlmişdim ki, onunla əlaqəni 
kəsim.  Bir  də  mən  ayılandan  sonra  gözlədim  ki,  o  məni  vaxtında 
səsləyəcək.  Havanın  işıqlandığını  görəndə  isə  yerimdən  qalxdım  və 
dəhlizdə gördüm ki, saat yeddiyə iyirmi dəqiqə işləyib. Fikirləşdim ki, 
maşınlara gecikməyim və evdən çıxdım. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
-
 
İzahatınızda yazmısız ki, taqqıltı səsinə ayılmısız. 
-
 
Mən  onsuz  da  yad  yerdə  narahat  yatıram.  Bir  çıqqıltı  olsa 
oyanıram. Mənə elə gəldi ki, taqqıltı səsinə ayıldım. Nəsə elə bil ki, 
necə  deyim...  -  Hikmət  bir  az  fikrə  getdi.  -  Elə  bil  ki,  dəmir  dəmirə 
dəydi.  Yox...  Elə  deyildi.  Amma  bərk  taqqıltı  idi.  Bəlkə  də  onda 
yarıoyaq  olmuşam.  Onda  hələ  hava  işıqlanmamışdı.  Sonra  gözüm 
yuxuya gedib, ya yox? Onu da deyə bilmərəm. 
Polkovnik  Qasımlı  ayağa  qalxıb  başı  ilə  mənə  də  qalxmağı  işarə 
etdi və Yunusova dedi: 
-
 
Mayor, sizdən xahiş edirəm, mənimlə həmin kəndə gedək. Yəqin 
ki,  sizi  işdən  ayırıram.  Amma  mənim  xətrimə  dözün.  Biz  Nemət 
müəllimlə sizi aşağıda gözləyirik. 
Yunusov çiyinlərini çəkdi: 
-
 
deyirəm ki, gedək. Özümüzlə kimi götürək? 
-
 
Heç kimi! Maşın da lazım deyil. Bizim maşınla gedərik. 
Mən Hikmətə baxıb başımla sağollaşdım və biz otaqdan çıxıb aşağı 
düşdük.  Maşının  yanında  mayoru  gözləməyə  başladıq.  Qanbay 
Qasımlı maşına söykənib qollarını sinəsinə çarpazladı və fikirli-fikirli 
dilləndi: 
-  Qardaşından  xoşum  gəldi.  Yaxşı  oğlana  oxşayır...  -  bir  qədər 
susub əlavə etdi: - Amma bundan başqa onun xeyrinə bir söz deyə
bilmərəm. 
* * * 
Yunusov  gəldi.  Onun  təklifi  ilə  əvvəlcə  yeməkxanaların  birində 
tələsik nahar etdik. Sonra maşına minib cinayət törədilən kəndə yola 
düşdük. Maşın mənzərəli meşə yollanndan keçib gedirdi. Başqa vaxt 
bu  mənzərələr  məndə  çox  xoş  əhval  yarada  bilərdi.  İndi  isə  təbiət 
mənzərələrindən  ləzzət  alan  halda  deyildim.  Kənddə  baş  vermiş 
dəhşətli  cinayət,  doğma  qardaşımın  köməksiz  vəziyyətdə  qalması 
bütün fikirlərimi alt-üst etmişdi. 
Mən Hikmətə demək olar ki, özüm qədər inanırdım. Lakin əgər bu 
cinayəti  Hikmət  etməyibsə,  onda  bu  nə  deməkdir?  Məhkəmə 
həkiminin dediyindən hadisə gecə saat 4-də olub. Hikmət isə deyir ki, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə