Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

downloaded from KitabYurdu.org
* * * 
çıxarıb  bir  siqaret  yandırdım.  Qonşum  kreslosunda  yayxanaraq  başı 
ilə siqaretimə işarə etdi: 
-
 
Bax  görürsünüzmü?  Siz  həmişə  “Prezident”  çəkirdiniz,  indi  isə 
“Kent’ə keçmisiz. 
Güldüm. Ümumiyyətlə, qonşum xoşuma gəlmişdi. 
-
 
Bəli,  bu  gün  mənim  üçün  çox  dolaşıq  gün  olmuşdur.  Sizin 
yanınıza da məsləhət almağa gəlmişəm. 
-
 
Buyurun, əzizim! 
Mən  qardaşım  arvadının  telefon  zəngini,  rayona  getməyimi  və 
mayor  Yunusovla  söhbətimi  yerli-yataqlı  ona  danışdım.  Qanbay 
Qasımlı məni çox diqqətlə dinləyirdi. Axırda belə bir sual verdi: 
-
 
Qardaşınızı sonuncu dəfə nə vaxt görmüsüz? 
Mən Hikmətlə sonuncu görüşümüz haqqında məlumat verdim. 
-
 
Bəlkə əsgər yoldaşının yanma da pul üçün gedib? 
-
 
Ola bilər... - dedim. 
-
 
Yaxşı,  Nemət  müəllim,  səhər  sizin  maşınınızla  rayona  gedərik. 
Hər şey orada aydın 
olar.  Başağrılarım  axır  vaxtlar  çoxalıb.  Həm  də  bir  az  havamı 
dəyişərəm. 
Mənim qalxdığımı görüb o da durdu. 
- İndi isə sizə bir məsləhət verim. Axı siz mənim yanıma məsləhətə 
gəlmisiniz.  Məsləhət  almamış  getməyiniz  yaxşı  düşməz.  - 
Gülümsəyib  əlini  çiynimə  qoydu.  -  Sabah  məsələ  dəqiq  aydınlaşana 
kimi bu haqda fikirləşməyin. Guya heç nə olmamış kimi rahat yatın. 
Bir də ki, lap fikirləşsəniz də bir iş görə bilməyəcəksiniz. Beyninizdən 
hər şeyi silin və gedib yatın! 
Qonşuma  «Gecəniz  xeyrə  qalsın!»  -  deyib  mənzilimə  keçdim. 
Əvvəlcə  Hikmətin  evinə  zəng  edib  arvadını  işdən  agah  etdim  və 
bildirdim ki, sabah yenə rayona gedəcəyəm. Sonra soyunub
yatağıma  uzandım.  Lakin  nə  qədər  çalışsam  da  yazıq  Hikməti 
yadımdan çıxara bilmədim və çox 
gec yuxuya getdim. 
* * * 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Elə ona görə də səhər polkovnik Qasımlı arxa qapını açıb maşına 
əyləşən kimi məni məzəmmət etdi: 
- Axşamkı məsləhətimə əməl etməmisiniz, əzizim! Hiss olunur ki, 
o qədər də iradəli adam deyilsiniz. Getdik! 
Maşını  işə  saldım  və  biz  rayona  yola  düşdük.  Rayon  polis 
şöbəsinin  birinci  mərtəbəsində  növbətçi  polis  bizdən  nə  istədiyimizi 
soruşdu. Qasımlı dedi: 
-
 
Yunusova deyin ki, Bakıdan Qanbay müəllim gəlib. 
Növbətçi  daxili  telefonla  Yunusova  xəbər  verən  kimi  bölmə  rəisi 
pilləkənlərlə  cəld  aşağı  düşüb  bizi  qarşıladı  və  ikinci  mərtəbədə 
yerləşən  kabinetinə  apardı.  Mən  sonralar  bildim  ki,  polkovnik 
Qasımlmm Yunusova hansı bir işdəsə böyük köməyi dəyib. 
Kabinetdə  onlar  bir-birləri  ilə  qısaca  hal-  əhval  tutandan  sonra 
Qasımlının xahişi ilə mayor Yunusov əhvalatı qısaca danışdı: 
-
 
Bizə  hadisə  baş  verən  gün, yəni dünən səhər saat  9-da  məlumat 
verdilər. O saat  mənim başçılığımla əməliyyat qrupu yaradıldı. Mən, 
həkim,  müstəntiq  və  həmin  kəndin  sahə  müvəkkili  özümüzü  hadisə 
yerinə  çatdırdıq.  Öldürülənin  -  Ələddinin  30  yaşı  var.  Rəsmi  iş  yeri 
yoxdur. Öz həyətində təsərrüfatla məşğul olur. Arvadı ilə tək yaşayır. 
Uşaqları olmur. Hadisədən əvvəlki gün günorta Bakıdan əsgər yoldaşı 
Hikmət bunlara qonaq gəlir. Bir azdan öz həmkəndliləri Elmar adında 
şəxs  də  bunlara  gəlib  çıxır  və  yaxşı  bir  süfrə  açıb  yeyib-içirlər. 
Mərhumun  arvadı  Nilufərin  dediyinə  görə  Ələddin  və  Hikmət  spirtli 
içkini  daha  çox  qəbul  edirlər,  Elmar  isə  lap  az  içir.  Hikmət 
Ələddindən  bir  az  pul  istəyir  və  deyir  ki,  Moskvaya  gedəcəyəm, 
qayıdan  kimi  borcu  qaytararam.  Ələddin  and  içir  ki,  pulu  yoxdur. 
Hikmət bundan inciyir və mübahisə edirlər. Gecə təxminən saat 12-də 
Elmar  durub  evlərinə  gedir.  Hikmətin  yatağını  qonşu  otaqda  açırlar. 
Ələddin  ilə  arvadı  həmişəki  kimi,  həmin  qonaqlıq  süfrəsi  açılmış 
otaqda  yatırlar.  Ümumiyyətlə,  birmərtəbəli  olan  bu  evdə  iki  yanaşı 
kiçik otaq və onlann qarşısında hər iki otağın qapısı açılan dəhliz var. 
Dəhlizdən  çölə  açılan  qapı  içəri  tərəfdən  etibarlı  cəftə  ilə  bağlanır. 
Onu  bayırdan  açmaq  heç  cür  mümkün  deyil.  Mərhumun  arvadı 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
izahatında  göstərir  ki,  çölə  açılan  qapını  yatmazdan  qabaq  özü 
bağlayıb.  O,  həm  də  göstərir  ki,  səhər  saat  yeddidə  ayılanda  ərini 
ölmüş görüb. Bərk yatan olduğu üçün gecə heç nə eşitməyib. Onunla 
ərinin çarpayısı hərəsi otağın bir tərəfində, qarşı divarlara bitişik olub. 
Ələddin boğazından bir az aşağı, sinəsindən vurulan çox güclü bıçaq 
zərbəsindən  ölüb.  Bıçaq  sinədən  keçərək  onurğanı  da  parçalayıb  və 
ucu kürəkdən bayıra çıxıb. Zərbənin mətbəx bıçağı ilə bu qədər güclü 
olması bizi indi də bir qədər təəccübləndirir. Bu zərbədən Ələddin o 
saat ölüb. Sinəsindəki əsas yaradan dörd santimetr aşağı yenə kiçik bir 
yara aşkar etdik. Bu da həmin bıçaqla əmələ gəlib. Cəmi bir santimetr 
kəsik var. Bunu belə əsaslandırdıq ki, qatil bıçağı yaradan çıxarandan 
sonra hirslə onu mərhumun sinəsinə tullayıb. Bıçağın ucu əti deşib və 
aşaraq  yerə  düşüb.  Bıçaq  döşəmədə  tapılmışdı.  Cinayət  saat  dörd 
radələrində  olub.  -  Yunusov  bir  qədər  ara  verib  yenə  sözünə  davam 
etdi.  Bu  müddətdə  Qasımlı  sakitcə  onu  dinləyirdi.  -  Nilufər  ərinin 
öldüyünü görəndə haray salıb. Dəhlizə çıxanda görüb ki, qapı elə-belə 
örtülüb, yəni cəftəsi vurulmayıb. Qonşu otağın qapısını açıb və görüb 
ki, Hikmət yoxdur. 
Biz oraya çatanda bəzi adamları dindirdik. Ələddinin bloknotundan 
Hikmətin ünvanını öyrəndik və onu Bakıda - öz evində tutduq. Həmin 
gün  rayondan  gedən  kimi  Moskvaya  bilet  almışdı.  Yəqin  aradan 
çıxmaq  istəyib.  Bu  qədər...  Yunusov  ayağa  qalxıb  şkafdan  uzun  bir 
bıçaq götürdü və Qasımlınm qarşısına qoydu: 
-  Nilufər  təsdiq  edir  ki,  bu  bıçaq  onlarındır.  Dəhlizdəki  stolun 
üstündən götürülüb. 
Bu köhnə bir mətbəx bıçağı idi. Tiyəsinin uzunluğu iyirmi beş-otuz 
santimetr olardı, dəstəyi cızıqlarla dolu və kirli idi. 
Polkovnik Qasımlı soruşdu: 
-
 
Əl izi götürmüsünüz? 
-
 
Yox. - Yunusov cavab verdi. - Cani heç bir əl izi qoymayıb.
Qasımlı  bıçağı  diqqətlə  gözdən  keçirdi.  Sonra  cibindən  zərrəbin 
çıxarıb  bıçağın  dəstəyini  xeyli  müşahidə  etdi.  Mayor  Yunusov  gülə-
gülə bir siqaret yandırıb dedi: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə