Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

downloaded from KitabYurdu.org
* * * 
-
 
Hə,  lap  yaxşı,  traktorçular  qonaqpərvər  olarlar.  -  Qasımlı 
gülümsədi. - Gedək, bizə bir az çaydan-çörəkdən ver. Burada oturmaq 
yaxşı düşməz. 
-
 
Baş üstə! - Elmar sevincək dilləndi. - Yığışın gedək! 
Ələddinin  dayısı  yasxanaya  keçib  çay  içməyi  təklif  etsə  də 
razılaşmadıq. Başsağlığı verib həyətdən çıxdıq. Maşına minib Elmarın 
bələdçiliyi  ilə  onun  kəndin  girəcəyində  olan  evinə  yollandıq. 
Maşından düşən kimi Elmar bizi həyətə dəvət etdi və ucadan arvadını 
səslədi: 
-
 
Ay qız, Zibeydə! Tez ol çay hazırla! 
Cavab gəlmədi. 
-
 
Zibeydə! 
-
 
Eşitdim! - evdən səs gəldi. Səsdəki narazılıq aşkar hiss olunurdu. 
Şəxsən  mən  bura  gəlməyimizə  peşman  oldum.  Həm  də  axı  kəndə 
gəlməmiş nahar etmişdik. Qasımlmm isə elə bil heç nə vecinə deyildi. 
Yunusovla həyəti gəzir, hər yerə baş soxur, ucadan kənd həyatından, 
bağdan- bostandan danışırdı. 
Mən  imkan  tapıb  hadisə  haqqında  Qasımlımn  fikrini  soruşa 
bilmirdim.  Narahat  halda  evin  qabağında,  Elmarın  yanında 
dayanmışdım.  Elmar  kök  bir  toyuğu  kəsmək  üçün  əlində  tutmuşdu. 
Arvadının  bıçağı  gətirməyini  gözləyirdi.  Dörd-beş  yaşlı  oğlu  da 
yanımızda dayanmışdı. Ayağını yerə vurub hey zarıyırdı: 
-
 
Ata, kəsmə də, niyə kəsirsən? Yazıqdı axı... 
-
 
Az  danış!  -  Elmar  ona  acıqlandı.  -  Görmürsən  əmilər  üçün 
kəsirəm? Yaxşı əmilər bizə qonaq gəliblər axı! 
-
 
Kəsmə, nə olar ! - uşaq yenə zarıdı. 
Bu zaman Qasımlımn amiranə səsi eşidildi: 
-
 
Kəsmə! Lazım deyil! 
Onlar bizə tərəf gəlirdilər. Qasımlınm əlində iki metr uzunluğunda 
bir dəmir ling var idi. O, bizə çatanda lingi Elmara göstərib soruşdu: 
-
 
Elmar, bu nədir? 
-
 
Heç...  Elə-belə  dəmirdir.  Nə  bilim  haradan  gətirib  atmışam 
həyətə. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
Lingin  bir  ucuna  bilək  yoğunluğunda,  uzunluğu  bir  qarışdan  bir 
qədər az, döyülüb bir az yastılanmış boru qaynaq edilmişdi. Onun bir 
böyründə yivli deşik açılıb bolt bağlanmışdı. Boltun başında əllə rahat 
burulmaq üçün ikiçıxıntılı başlıq var idi. 
Qasımlı  lingin  bir  ucunu  yerə  dirəyib  ona  söykəndi  və  istehza  ilə 
dedi: 
-
 
Əzizim,  mənimlə  zarafat etməyi  məsləhət görmürəm.  De görüm 
Ələddini nə üçün öldürmüsən? 
Mən  də,  Yunusov  da  təəccübdən  quruyub  gah  Qasımlıya,  gah  da 
Elmara  baxdıq.  Elmarın  rəngi  ağappaq  ağarmışdı.  Birdən  toyuq 
əlindən  çıxıb  həyətin  aşağısına  tərəf  götürüldü.  Uşaq  onun  dalınca 
qaçıb qışqırmağa başladı: 
-
 
Ay can! Qaçdı! Qaçdı! 
Qəflətən Elmar çevrilib qaçmaq istədi. Ancaq iki addım atmamış, 
Yunusov  onun  çiynindən  yapışdı.  Özünə  tərəf  çevirib  çənəsinə 
yumruqla necə vurdusa, Elmar yerə sərələndi. Mayor onun üst-başını 
axtarıb sonra ayağa qaldırdı. Birdən mən yana çevriləndə gördüm ki,
Elmarın  arvadı  əlində  bıçaq,  dayanıb  matdım-  matdım  bizə  baxır. 
Həyətin  aşağısından  isə  uşağın  qışqırtısı  gəlirdi.  Toyuğu  ora-bura 
qovurdu. 
- Qaç! Səni tutacaqlar, qaç! 
Qasımlı  cəld  həyətdən  çıxıb  əlindəki  dəmiri  maşına  qoydu. 
«Getdik!»  -  deyib  qabaqda  əyləşdi.  Yunusov  Elman  gətirib  arxada 
otuzdurdu  və  özü də  onun  yanında  əyləşib  qapını  çırpdı.  Matoru  işə 
salıb  yola  düşəndə,  maşının  açıq  pəncərəsindən  gözüm  Elmann 
arvadına sataşdı. Arıq, qarabuğdayı, əynində köhnə-kürüş paltar olan 
Zibeydə darvazanın ağzında lal- dinməz durub arxamızca baxırdı.
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
...  Yavaş-yavaş  qaranlıq  düşürdü.  Maşını  böyük  sürətlə  Bakıya 
doğru  sürürdüm.  Yanımda  oturan  Hikmət  danışmasa  da  yenicə 
azadlığa çıxmış insanın nə hisslər keçirə biləcəyini bilirdim. Qasımlı 
onun  günahsız  olduğunu  sübuta  yetirmişdi.  Söz  yox  ki,  hələ  istintaq 
davam  edəcəkdi.  Lakin  artıq  cinayətkarın  kim  olduğu  məlum  idi. 
Kənddən rayon mərkəzinə gələnə kimi Elmarla heç nə danışmasaq da, 
əslində  o,  etdiyi  cinayəti  boynuna  almışdı.  Bununla  belə,  mənə  çox 
şey qaranlıq görünürdü. Beynimdə suallar bir-birini əvəz edirdi ki, bu 
sualların  da  cavabı  maşının  arxa  oturacağında  oturub  mürgüləyən 
Qanbay Qasımlıda idi. 
Elman  maşından  düşürüb  polis  şöbəsinə  aparanda  mən  maşından 
düşməmişdim. Yalnız maşında yarım saat gözləyəndən sonra Qasımlı 
şöbədən  Hikmətlə  birlikdə  çıxıb  yanıma  gəlmişdi.  O  qədər 
sevinmişdim  ki,  bunu  sözlə  ifadə  etmək  mümkün  deyildi.  Hər  şey 
yadımdan  çıxmışdı.  Ancaq  indi,  maşınımız  rayonu  tamamilə  arxada 
qoyub  Bakıya  doğru  şütüyəndə  beynimdəki  qaranlıq  suallara  cavab 
almaq məqsədilə polkovnikə müraciət etdim: 
-  Cənab  Qasımlı,  yəqin  ki,  sizə  hadisənin  bütün  gedişi  məlumdur. 
Xahiş edirəm, bu məsələni bizə də aydınlaşdırın. 
Qanbay  Qasımlı  mənim  marağımdan  keçə  bilməyərək,  təmkinlə 
danışmağa başladı: 
-  Hələ  siz  Bakıda  mənə  ilk  məlumatları  verəndə  məndə  Hikmətin 
xeyrinə bəzi fikirlər yaranmışdı. Onun Moskvaya, özü də iki gün son-
raya bilet almasını Yunusov Hikmətin əleyhinə olan fakt kimi qəbul 
edirdi. Ancaq mən xeyrinə olan fakt kimi qəbul etdim. Hikmət axmaq 
deyil  və  cinayəti  o  törətsəydi,  bilməli  idi  ki,  birinci  növbədə  ondan 
şübhələnəcəklər.  Belə  olanda  heç  Moskvaya  uçmaq  da  mümkün 
olmayacaq.  Nə  isə...  Polis  idarəsində  Hikmətlə  söhbət  edəndən  və 
diqqətlə  gözlərinə  baxandan  sonra  mən  inandım  ki,  o,  cinayətkar 
deyil. 
Onda bəzi başqa şeylər məni düşündürürdü. Hələ Hikmətlə söhbət 
etməmişdən beynimdə digər variantları da araşdırırdım. Məsələn:
Yunusov və digər əməliyyat qrupu üzvləri əsas ona istinad edirlərmiş 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə