Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

downloaded from KitabYurdu.org
* * * 
Əli qanlı-qanlı Qasımlıya baxaraq: 
-
 
Sübutunuz yoxdur! - deyə çımxırdı. 
-
 
Dediklərim sizə bəs etmədisə, Bakıya qayıtmağımı daha bir saat 
təxirə  salaraq,  sizin  üçün  yeni  sübutlar  tapa  bilərəm.  Ancaq  buna  o 
qədər  ehtiyac  duymuram.  Dəqiq  bilirəm  ki,  mayor  Cəfərli  sizə  hər 
şeyi  sübut  edəcək.  İndi  isə  xahiş  edirəm,  saçınızı  yana  daramaq 
əvəzinə uşaq kimi alnınıza tökməyin. Saçınızı alnınızdan yığışdırın. 
Əli sağ əlini başına aparıb saçını sığallasa da alnını açmadı.
- Alnınızı göstərin! - Qasımlı təkid etdi. 
Əlinin tərpənmək istəmədiyini görən kapitan Həsənov cəld qalxıb 
onun  alnındakı  tükləri  yuxarı  yığışdırdı.  Əlinin  alnında,  bir  qədər 
yuxarı hissədə üzü qaysaq bağlamış nazik üfüqi xətt formasında yara 
var  idi.  Otaqdakılar  qalxıb  yaraya  maraqla  baxdılar.  Qasımlı  istehza 
ilə dilləndi: 
-
 
Bu  yaranın  Beydullanın  həyətindəki  məftillə  toqquşan  zaman 
yarandığını inkar etməyəcəksiz ki? İnkar etsəniz mən bunun harada və 
necə yaranması ilə dərindən maraqlanmalı olacam. 
Əli xeyli susandan sonra nəhayət danışmaq qəranna gəldi: 
-
 
Mənim sizə heç bir sözüm yoxdur. Beydullanı mən öldürmüşəm. 
Təkcə ona görə yox ki, uduzduğum pullar özümə qalsın, həm də ona 
görə ki, mən oğurluq üstündə tutulanda məni görüb satan o olmuşdu. 
Beydullanı  mənim  öldürməyimi  bilən  olmayacaqdı.  Namaz  da 
gərəksiz  bir  adamdı,  mənim  əvəzimə  türmədə  yatacaqdı.  O  istər 
türmədə yatsın, istər də kənddə gəzsin, heç kəsə lazım deyil. Bu sirri 
siz  açdınız.  Mən  sizin  kim  olduğunuzu  bilmirəm.  Ancaq  hər 
kimsinizsə,  nə  vaxtsa  əlimə  düşsəniz,  sizi  Beydullanm  gününə 
salacağam. 
Bayaqdan  hirsini  tökməyə  adam  axtaran  mayor  Cəfərli  ayağa 
qalxıb Əlini kapitan Həsənova göstərərək: 
-
 
Bu köpək oğlunu apar bas maşına! - deyə bağırdı. 
Kapitan Həsənov cəld ayağa qalxıb Əlinin qolundan yapışdı. Onlar 
qapıdan  çıxanda  Qasımlı  onlan  dayandırdı.  Üzünü  əvvəlcə  Əliyə 
tutaraq: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
-
 
Əli, birincisi Namaz sənin nəzərində gərəksiz olsa da, arvadı və 
oğlu üçün gərəklidir. 
Özü  də  günahsızdır.  O  ki  qaldı  məni  hədələməyinə,  sənə  məsləhət 
görürəm  ki,  Namazın  axmaq  hərəkətindən  nəticə  çıxarasan.  Sən 
cəzanı çəkib qurtarandan sonra kimsə məni öldürər və Cəfərli kimilər 
indiki hədəni yadına salıb o saat səni həbs edərlər. 
Sonra Qasımlı mayor Cəfərliyə də öz sözünü dedi: 
-  Siz  isə,  Səkinəyə  qarşı  təhqirlərə  yol  verməkdə  və  Namazı 
qorxudaraq  cinayəti  boynuna  qoymaqda  düz  iş  görməmisiz.  Mən  bu 
barədə  Bakıda  lazımı  adamlarla  görüşəndə  danışacam  və  yəqin  ki, 
onlar mənim sözümə laqeyd yanaşmayacaqlar. 
Mayor Cəfərli hirslə əlini yellədi. Qasımlıdan və direktordan başqa 
hamı  otaqdan  çıxdı.  Polkovnik  bir  qədər  direktorun  kabinetində 
oturdu.  Başında  yenə  güclü  ağrılar  başlamışdı.  Həmişə  cibində 
gəzdirdiyi dərmanlar isə qurtarmışdı. Məktəb direktorundan xahiş etdi 
ki, onun üçün baş ağrısı dərmanı tapsın və həyətə çıxdı. Direktor tez 
dərman  tapıb  gətirdi.  Qasımlım  evlərinə  qonaq  aparmaq  üçün  nə 
qədər xahiş etsə də o razılaşmadı: 
- Çox sağ olun! Qala bilmərəm. Axşama 
kimi Bakıda olmalıyam. 
* * * 
Səkinə  sevincindən  az  qala  uçmaq  istəyirdi.  Kazım  müəllimdən 
Namazın bəraət qazandığını və əsil qatilin tutulub aparıldığını eşidən 
bir qadın qaça-qaça gəlib ona xəbər vermişdi. Kazım müəllim demişdi 
ki,  Namazı  elə  bu  axşam  buraxacaqlar.  Səkinə  başını  itirib  evin 
qabağında  ora-bura  gedib-gəlirdi.  Bir  az  kənd  məhsullarından  pay 
düzəldib  məktəbə  -  Qasımlınm  yanma  gedərək  ona  təşəkkür  etmək 
istədi.  Evə  qaçıb  bir  banka  mürəbbə  və  iki  təndir  çörəyi  götürdü. 
Onlan torbaya qoyub həyətə düşdü. Həyətdə oynayan oğluna: 
-  Həyətdən  çıxma,  mən  bu  saat  qayıdıram!  -  dedi  və  birdən  gözü 
qarşıdakı təpəyə qalxan yolla sürətlə kənddən uzaqlaşan ağ QAZ-24-ə 
sataşdı. 
Torbanı  qucağında  tutmuş  Səkinənin  içində  acı  bir  qəhər  baş 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
qaldırdı və qeyri-ixtiyari olaraq 
onun gözləri doldu. Noyabr 2000
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
ŞƏHVƏTİN CİNAYƏTİ 
İyul  ayı  idi.  Bakıda  havalar  yaman  istiləşmişdi.  Həyat  yoldaşım 
oğlumuzu  da  götürüb  kəndə  -  atasıgilə  getmişdi.  Evdə  tək  oturub 
əməkdaşı  olduğum  qəzet  üçün  məqalə  yazırdım.  Bu  zaman  telefon 
zəng  çaldı.  Danışan  Hikmətin  həyat  yoldaşı  idi.  Ağlaya-ağlaya  dedi 
ki, Hikməti tutdular. Əvvəlcə heç nə dərk edə bilmədim. 
-
 
Necə yəni tutdular? Harada? Nə üçün? 
-
 
Elə indicə apardılar... Evdən... 
Onun sonrakı  sözlərindən belə başa  düşdüm ki, Hikmət dünən A. 
rayonunun  kəndlərindən  birinə  əsgərlik  yoldaşına  qonaq  gedib  və 
gecəni  də  orada  qalıbmış.  Bu  gün  isə  günorta  evə  gəlib  çıxıb  və 
gələndən  iki  saat  keçməmiş  həmin  rayonun  polis  işçiləri  gəlib  onu 
aparıblar. 
İdman  müəllimi  işləyən  Hikmət  kiçik  qardaşımdır.  Biz  cəmi  iki 
qardaşıq. Axır günlər işim çox olduğu üçün onunla görüşə bilmirdim. 
Axınncı  görüşümüzdə  mənə  demişdi  ki,  bu  günlərdə,  məzuniyyətə 
çıxan kimi Moskvaya gedəcək. Guya orada tanışlan var və bir-iki ay 
onların köməyilə alver edəcək. Yol pulu hazır idi. Məndən əlavə pul 
istəmişdi.  İstədiyi  qədərə imkanım  çatmasa da bir az  vermişdim. Bu 
görüş  üç  gün  bundan  qabaq  olmuşdu.  Ondan  sonra  Hikməti 
görməmişdim. 
Qardaşımın  arvadına  ürək-dirək  verib  dəstəyi  yerinə  qoydum  və 
tələsik hazırlaşıb öz şəxsi Volqamda rayona yola düşdüm. 
Rayon polis şöbəsi cinayət axtarış bölməsinin rəisi mayor Yunusov 
Hikmətin qardaşı və nüfuzlu bir qəzetin müxbiri olduğumu bilib məni 
qəbul  etdi.  Tanış  olduq.  Onun  ilk  baxışdan  məndə  yaxşı  təəssürat 
yaratmasına  baxmayaraq,  söylədiyi  soyuq  və  dəhşətli  ittiham  mənə 
hər şeyi unutdurdu: 
-
 
Mənim  üçün  ağır  olsa  da,  deməliyəm  ki,  qardaşınız  adam 
öldürüb. 
-
 
Nə danışırsınız?! - özümdən asılı olmayaraq yerimdən atıldım. 
-
 
Əyləşin,  əyləşin...  -  Mayor  əli  ilə  stulu  göstərib  izahat  verməyə 
başladı: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə