Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

downloaded from KitabYurdu.org
* * * 
-
 
Cənab  polkovnik,  bu  işdə  ciddi  faktlar  var.  Faktların  da  hamısı 
Namazın əleyhinədir. Həm də ki, Namaz cinayəti boynuna alıb. 
-
 
Hər  halda,  yoxlamaq  istərdim.  -  Qasımlı  cibindən  siqaret 
qutusunu çıxarıb, bir siqaret yandırdı. 
-
 
Hadisə yerinə gedəcəksiniz? 
-
 
Bəli, hökmən! 
Rəis zəngi basıb mayor Cəfərlini yanma çağırdı. Mayor Cəfərli bir 
azdan qoltuğunda qalın qovluq kabinetə girdi. Salam verib laqeydliklə 
qonağa baxdı və yenə də üzünü rəisinə tutdu. 
Rəis göstəriş verdi: 
-
 
Namaz  Zəkiyevin  cinayət  işi  ilə  əlaqədar  bütün  sənədlərlə 
Qanbay  müəllimi  tanış  edin.  Bakıdan  gəlib.  Lazım  gəlsə  müstəntiq 
Əlizadə  ilə  də  görüşdürün.  Sonra  isə  polkovniki  özünüzlə  kəndə 
aparın, imkan verin hadisə yeri ilə istədiyi 
kimi tanış olsun. Nəzərə alm ki, o bizim sahədə çox böyük adamdır. 
-
 
Baş üstə! 
Əməliyyat  işi  üzrə  rəis  müavini  qalın  qovluğu  Bakıdan  gəlmiş 
qonağın  qarşısına  qoydu.  Qasımlı  bütün  verilmiş  izahatları,  tərtib 
edilmiş protokolları və digər sənədləri diqqətlə oxudu. Sonra qovluğu 
kənara itələyib rəisə dedi: 
-
 
Xahiş edirəm, deyin Namazı gətirsinlər, onu görüm. 
Rəis Namazın gətirilməsi barədə göstəriş verdi. 
Bir  azdan  növbətçi  polis  işçisi  Namazı  kabinetə  gətirdi,  özü  isə 
rəisin  işarəsi  ilə  otaqdan  çıxdı.  Namaz  dayanıb  qorxa-qorxa 
otaqdakılara  baxırdı.  Polkovnik  Qasımlı  diqqətlə  Namazı  gözdən 
keçirib  bəzi  işgəncə  əlamətləri  sezdi  və  üz-  gözünü  turşutdu.  Rəis 
bunu başa düşüb əyri-əyri müavininə baxdı. Cəfərli çiyinlərini çəkdi. 
-
 
Beydullanı  sən  öldürmüsən?  -  Qasımlı  mülayimliklə  soruşdu. 
Namaz  altdan-altdan  Cəfərliyə  baxdı.  Mayor  Cəfərli  ayaq  üstə 
dayanmışdı  və  gözlərini  Namazın  ağzına  zilləmişdi.  Namaz  nəhayət 
dilləndi: 
-
 
Bəli... 
-
 
Bəs  tüfəngi  kimdən  almışdın?  Axı  sənin  tüfəngin  olmayıb.  Elə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
deyilmi? 
Namaz dinmədi. 
-
 
Qəribə adamsan. - Qasımlı onu məzəmmət elədi. - İnsan həyatına 
qəsd  etmək  kimi  böyük  cinayəti  boynuna  almısan.  Tüfəngi  isə, 
haradan  ələ  keçirdiyini  demək  istəmirsən.  Bəlkə  kimisə  satmaq 
istəmirsən? 
Namaz  nə  qədər  avam  olsa  da,  bu  yad  adamın  otaqdakı  digər  iki 
nəfər üzərindəki nüfuzunu hiss eləmişdi. Qasımlmm mehriban rəftarı 
onu  cəsarətləndirdi  və  dəryada  batan  adam  yapışmağa  saman  çöpü 
axtardığı  kimi  Namaz  da  bu  kiçik,  bəlkə  də  sonuncu  imkandan 
istifadə etmək istədi: 
-  O  bir  balamın  canı  üçün-özünü  saxlaya  bilməyib  qəhərləndi  - 
Mənim heç nədən xəbərim yoxdur. 
Cəfərlinin  gözündə  sanki  şimşək  çaxdı.  Qanbay  Qasımlı  bunu  o 
saat hiss etdi. Lakin 
mayora əhəmiyyət verməyib üzünü rəisə tutdu: 
-
 
Mən başqa otaqda, Namazla təklikdə danışmaq istəyirəm. 
Rəislə müavini bir-birlərinə baxdılar. Qasımlı birdən fikrini dəyişib 
ayağa qalxdı: 
-
 
Heç nə lazım deyil, icazə verin, kəndə gedək! 
-
 
Buyurun, buyurun! - rəis də yerindən durdu və müstəqil xəfiyyəni 
qapıya  kimi  ötürdü,  sonra  isə  yerinə  qayıdıb  stolun  üstündəki 
düyməni  basaraq  növbətçini  çağırdı  və  Namazı  müvəqqəti  saxlama 
kamerasına qaytarmağı əmr etdi. 
Qasımlı pillələri düşə-düşə Cəfərliyə dedi: 
-
 
Çəkmələr  burdadırsa,  onları  da  götürün!  Bir  də  pilləkənin 
altından tapdığınız kağızı. 
Mayor  Cəfərli  təcili  kapitan  Həsənovu  da  tapdırdı.  Qasımlının 
dediyi  şeyləri  gətirib  polis  idarəsinə  məxsus  UAZ  markalı  maşına 
qoydu. Bakıdan gələn qonağa bildirdi ki, kəndin yolu narahat olduğu 
üçün UAZ-la getmək məsləhətdir Qasımlı Nemətin  maşınına yanaşıb 
Səkinədən  xahiş  etdi  ki,  düşüb  polis  maşınına  əyləşsin.  Lakin  onun 
hələ  uzaqdan  Cəfərliyə  qorxa-qorxa  baxdığını  görüb  geri  çevrildi  və 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
mayora: 
-
 
Siz qabaqda gedin, biz də gəlirik! - dedi. 
* * * 
Qabaqda  polis  əməkdaşlarını  aparan  UAZ,  arxada  isə  Qasımlının 
sürdüyü QAZ-24 kəndə 
daxil  olanda  günortadan  keçmişdi.  Kəndin  girəcəyində  ikinci  ev 
Namazın evi idi. Bura çatanda Səkinə maşını saxlatdırıb dedi: 
-
 
Mən ora gedə bilmərəm. 
Qasımlı  özü  də  Səkinə  ilə  birlikdə  maşından  düşüb  həyətə  girdi. 
Ətrafa diqqətlə göz gəzdirib: 
-
 
Polis işçiləri çəkmələri haradan götürüblər? - deyə soruşdu.
Səkinə  kiçik  birmərtəbəli  evin  böyründəki  anbar  rolu  oynayan 
daxmanı göstərdi: 
-
 
Çəkmələr  burada  olurdu.  Namaz  ancaq  yer  çox  palçıq  olanda 
onları geyirdi. Qalan vaxtlarda çıxarıb buraya qoyurdu. 
Qanbay  Qasımlı  həyətdən  çıxıb  maşına  mindi  və  UAZ-ın  izi  ilə 
Beydullanm  evinin  yanma  sürdü.  Uzun  yasxana  küçədə,  həyət 
qapısının  qarşısında  qurulmuşdu.  Yasxanada  molladan  və  kənar 
yerdən  gəlmiş  iki  qonaqdan  başqa  heç  kəs  yox  idi.  Mərhumun  yas 
mərasiminin  üçgünlüyü  dünən  olmuşdu.  İndi  isə  sakitlik  idi.  Hər  iki 
maşındakılar  yasxananın  qapısı  ağzında  yerə  düşdülər.  Kazım 
müəllim xəbər tutub tələsik gəldi və onlarla görüşdü. 
Qasımlı  mayor  Cəfərlidən  Namazın  çəkmələrini  alıb  həyətə  girdi. 
O  birilər  də  onun  arxasınca  gəldilər.  Caninin  izləri  yasa  gəlib-
gedənlərin ayaqlan altında tapdanıb itmişdi. Yalnız Cəfərlinin üstünə 
vedrə  çevirib  Kazım  müəllimə  tapşırdığı  ləpir  salamat  qalmışdı. 
Təcrübəli  ekspert  ləpiri  diqqətlə  tədqiq  etdi  və  əlindəki  çəkmələri 
onunla  tutuşdurdu.  Sonra  çəkmənin  sağ  tayındakı  kəsiyi  gözdən 
keçirtdi.  Kəsikdəki  qurumuş  nazik  palçıq  qatını  cibindən  çıxartdığı 
kiçik  cib  bıçağı  ilə  qaşıya-qaşıya  zərrəbinlə  müşahidə  etdi.  Sonra 
çəkmə  tayını  yerə  tullayıb  qabağa  yeridi  və  paltar  asılmağa  xidmət 
eləyən  mis  məftilin  qarşısında  dayandı.  O  yaman  qaşqabaqlı 
görünürdü.  Həyətdəkilər  onun  işinə  qarışmayaraq  diqqətlə  hər 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə