gedəndə, onda sənə deyəcəyəm.
Qovacaqlar səni, deyəcəklər biz gəlincik pusan oğlana qız vermərik!» «Verərlər,
başıma da dönərlər! Amma şəkini vur, o diringi qız üçün heç vaxt getmərəm!»
«Amandı, gəl get!
O diringi qızın dədəsinin gözünə güllə sıxsan da, mənə qız verməz!»
Paltarlarını dəyişib, qəsəbəyə düşdü. İlk rastlaşdığı uşaqlıq dostu Səfər oldu. Səfər
onun təklifini həvəssiz qəbul elədi, nə isə səndən gözüm su içmir, düşürsən polisə,
hamı ilişir, bircə sən sudan quru çıxırsan.
Oların adamı olarsan, yıxarsan evimi. Səfər düz deyirdi, ara-sıra əqrəbin göstərişi ilə
qara-qura alıb satır, sonra isə alış-veriş elədikləri adamları satırdı.
Hamını ilişdirir, bircə onu buraxırdılar, o da adını qoyurdu ki, pulumu verib
qurtardım.
Ona inanırdılar, kimin pulu var idisə, yaxasını qurtara bilirdi, amma şübhələnənlər də
var imiş. Səfərin qolundan yapışıb kababxanaya dartdı.
Çaya baxan pəncərənin qabağında oturmuşdular. Yeyib içirdilər, o özündə deyildi,
Əqrəbin tapşırığını unutmamışdı, amma bu gün iş vermək fikrində deyildi.
Qulaqlarında bayaq qonşu qızın oxuduğu mahnı səslənirdi. Yox, bəsdi, daha dovşan
olmayacaqdı. Elə bu gecə əqrəbə deyəcəkdi.
Dovşan axşam əqrəbə heç bir iş olmadığını deyəndə əqrəb qəzəbləndi. Necə yəni
olmadı, o kababxanadan bu gün dovşanlar iki iş gətiriblər.
Bəs sən hara baxırdın, olmaya qulaqlarını tutmuşdun? O isə nəhayət ürəyindəkiləri
dilinə gətirdi, daha dovşan olmaq istəmirəm, utanıram.
Qorxuram sonda dovşana oxşayam. Evlənmək istəyirəm. Sancmağa hazır vəziyyət
alan əqrəb isə nifrətlə deyirdi, evlən də.
Dovşan olduğunu hardan biləcəklər? Bizim elə dovşanlarımız var, böyük idarələrin
müdirləridi, rayonun sayılıb seçilən adamlarıdı. Onlar utanmırlar, sən utanırsan?
- Sabah çıxıb şəhərə getdim, onda nə olacaq?
- Hansı rayonun ərazisində yaşasan, ora xəbər verəcəyik, olacaqsan onların dovşanı.
Dovşan bir dərədən başqa dərəyə keçməklə adınımı dəyişir? Sən bizim
dovşanımızsan, ölənə qədər də dovşanımız olaraq qalacaqsan!
- Olmayacağam! – etiraz elədi.
Başından dəyən güclü yumruq zərbəsi onu arxadakı fıstıq ağacına çırpdı, yaxasından
yapışıb qarnına necə vururdusa, dovşan qıvrıldı, ağrılardan ikiqat oldu. Əqrəb bir
qədər də vurub əl saxladı, demək, bizim hesabımıza pul qazanırsan, qudurursan!
Neçə gündü buna görə iş gətirmirsən, xəyalın başqa yerlərdəymiş. Unutma, dovşan
qudura bilməz! Dovşan qiyam eləyə bilməz, yoxsa boğazı üzülər.
Əqrəb ona iki min manat pul verdi, mal almalıydı, köhnə tanışlarından biri İrandan
mal gətirmişdi. Malın alan yerdə polislər onları yaxalayıb polis şöbəsinə gətirəcək,
tanışını ilişdirəcək, həmişə olduğu kimi onu isə bir-iki gün saxlayıb, buraxacaqdılar.
Etiraz eləyə bilmədi, qayıdanda diksinə-diksinə yeriyir, özünü doğrudan da
qorxudulmuş dovşan kimi hiss eləyirdi. İş heç də düşündüyü kimi asan deyilmiş,
ömrünün sonuna kimi dovşan olaraq qalacaqdı. Hara getsə, harda yaşasa da.
Səhər tezdən evdən çıxanda qonşu qız çəpərin üstündən onu səslədi:
- Ay oğlan!
- Nə var? – ayaq saxladı.
- Ananı haçan göndərirsən?
- Eşitmədin atan nə dedi?
- Sən göndər, işin olmasın! – qız təkid eləyirdi.
- Ay qız, verməz!
- Göndərmə, bir daha bu çəpəri o tərəfə keçməyəcəyəm.
Bu qızın da işi-gücü yox idi, ancaq onu hədələməklə məşğuldu, çəpəri bu tərəfə
keçməyəcək, il uzunu keçmə, sən çəpəri keçmədinmi, dünya xaraba qalacaq.
Axtarıb Səfəri tapdı, Səfərin maşını var idi, onu yüz manata Bakıya aparmağa
razılaşdı. Bakıya niyə gedirsən, deyə yolda soruşanda, dovşan uzatmadan kefə
getdiyini dedi.
Kefə, qardaş, yeyib-içməyə, qızlarla kef çəkməyə. Onda Əmirin kafesinə gedərsən,
yaxşı qızlar olur orda, qiymətlər də ucuzdur. Bir söz demədən razılaşdı.
Onun tanışından mal almadığını, onları yaxalamaq üçün gedən polislərin əliboş
qayıtdıqlarını eşidən əqrəbin nə hala düşəcəyini təsəvvür elədikcə ləzzət alırdı.
Deyirdi, dovşan qiyam eləyə bilməz, amma buyur, dovşan qiyam eləmişdi. Boğazının
üzülüb üzülməyəcəyi sonranın işiydi, lap elə boğazını üzsəydilər də, daha dovşan
olmayacaqdı.
Səfər onu Əmirin kafesinə gətirdi, pulunu alıb çıxıb getdi. Düz deyirmiş, bura onun
istədiyi yer idi. Qəşəng qızlar var idi, qiymətlər də baha deyildi,
Əmir müştərilərinə kafeyə bitişik balaca otaqlarda gecələməyə yer də verirdi.
Xoşuna gələn qızları seçir, yeyib içir, sonra da onlar üçün ayrılan otağa çəkilirdilər.
Özündən razı qalmışdı, görürsən, qonşu qızın qarasınca deyinirdi, burda çəpəri
keçirlər, keçmərəm-filan deyib adamın zəhləsini tökmürlər.
Pulu bir həftəyə bəs elədi, yalnız cibində yol pulu qalandan sonra rayona qayıtdı.
Anası onu təşvişlə qarşıladı, a bala, hardasan, gündə evə azından on dəfə zəng
eləyirlər, iki-üç dəfə polisdən gəlib səni soruşublar.
Deyirəm, hara getdiyini bilmirəm, inanmırlar, cib telofonunu da evdə qoymuşdun,
yoxsa zəng eləyərdim.
- Ana, başqa soruşan olmadı? – qızararaq soruşdu.
- Oldu, oldu, - anası mənalı tərzdə başını yellədi.
- Kim?
- Kim olacaq, o diringi qız!
Anası onun qızarmağını başqa yerə yozdu, a bala, görürəm sənin əl-ayağını bir yerə
yığmayınca, quşun evə qonmayacaq. Ürəyimcə deyil, amma könül sevən göyçək
olar, gedərəm o qızı istəməyə.
İstədi desin, ana, getmə, o bizə qız verən deyil, amma sözünü dilinin ucundan
qaytardı. Qız demişdi, təki sən ananı göndər, atamı yola gətirərik, bəlkə elə yola
gətirə biləcəkdi.
Hədsiz yorğun idi, isti, yol onu əldən salmışdı.
Üz-gözünə soyuq su vurub evə keçdi, yatağına uzanan kimi də dərin yuxuya getdi.
Ayılıb artırmaya çıxanda gözlərinə inanmadı, qonşunun çəpərindən ta onların çöl
qapısına kimi balta, mişar, rəndə, çəkic səpələnmişdi. Ay ana, bu nədi, heyrətlə
soruşanda, qadın qıçlarına döydü.
A bala, getdim qızı istəməyə, neçə ilin qonşusuyuq, amma nədən bilim bu dəliymiş.
Sənin adını tutmağımı gördüm, ağzı köpükləndi, gözləri yerindən çıxdı.
Üstümə cumur, məni öldürmək istəyirdi. Güc-bəla qaçıb canımı qurtarmışam. O
gördüklərinin hamısını o atıb arxamca.
Dilxor oldu, ay ana, sənə dedim getmə, o bizə qız verən deyil, inanmırdın, başına
dönəcəkdi, qıçlarını qucaqlayacaqdı. Gördün də, başına dönmədi, qıçlarını
qucaqlamadı.
Həyətə düşüb qonşunun atdığı alətləri yığışdırdı, aparıb hamısını tövlənin banına
yığdı. Qonşu həyətində ucadan danışırdı. Bəzi oğraşlar elə bilir day mənim diləylərimi
yığıb gəzlətdimi, işi düzəldi, qızımı verəcəyəm.
Vermərəm! Heç itimin yeddi küçüyü olsa, birini də vermərəm! İndiyə qədər dinmirdi,
amma daha dözə bilmədi. «Bəzi oğraşlar elə bilir, day qızını vermədi, mən subay
qalacağam!
Qalmayacağam, nə çox başıma dönən! Heç biri özünü dəliliyə vurmayacaq, heç
birinin də ağzı köpüklənməyəcək, anamın arxasınca balta-çəkic atmayacaq!»
Yenə də qoşnunun ağzı köpüklənməyə başladı, nəsə deyirdi, amma nə dediyi məlum
Dostları ilə paylaş: |