Emitent hesabati



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix31.10.2018
ölçüsü0,75 Mb.
#77129
növüQaydalar
1   2   3   4   5   6   7   8

39 

"Cəlilabad"filialına müdir vəzifəsinə 

namizədin təyin edilməsi 

30.01.2015 

Leyhinə - 4 

Əleyhinə - 0 

40 

"Şəmkir" filialına müdir vəzifəsinə 



namizədin təyin edilməsi 

13.03.2015 

Leyhinə - 4 

Əleyhinə - 0 



 

6.8.2. Müşahidə Şurasının və ya Təftiş Komitəsinın (banklar üçün Audit Komitəsinin) və 

ya İdarə Heyətinin üzvləri, onlar barədə məlumat;  

 

Müşahidə Şurasının tərkibi haqqında məlumat: 

Mehdiyev Elmir Maqbed oğlu; Müşahidə Şurasının sədri;  

Göyüşov Urfan Rövşən oğlu; Müşahidə Şurasının üzvü;  

Ələkbərov Şaiq Oqtay oğlu; Müşahidə Şurasının üzvü;  

 

Emitentin İdarə Heyəri haqqında məlumat: 

İdarə Heyətinin sədri: Həsənov Elmir Əlimərdan oğlu  

İdarə Heyəti sədrinin 1-ci müavini: Cəlilov Rəsul Marajidinoviç 

İdarə Heyəti sədrinin müavini: Qasımlı Etibar Qasım oğlu 

İdarə Heyəti sədrinin müavini: İsmayılov Rasim Miskin oğlu;  

Maliyyə Departamentinin direktoru - Sidneva Qalina Dmitriyevna;  

Kredit Departamentinin direktoru - İsmayılov Samir Abas Qulu oğlu;  

Kreditlərə Nəzarət Departamentinin direktoru - Allahverdiyev Şakir Nəsib oğlu;  



 

Emitentin Audit Komitəsi haqqında məlumat: 

Audit Komitəsinin sədri: Vəliyev Vüqar Nəriman oğlu; 

Audit Komitəsinin üzvü: Məmmədzadə Veis Bəhram oğlu; 

Audit Komitəsinin üzvü: Hüseynov Qabil Hüseyn oğlu;

 

 

6.9. Emitent üzərində Nəzarət haqqında məlumat.  

 

6.9.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda 

tutduğu yeri haqqında məlumat;  

Daxil deyildir. 

 

6.9.2.  Emitentin  səsli  səhmlərinin  10%  (on  faiz)  və  ya  artıq  faizinə  sahib  olan 

səhmdarlar  və  həmin  səhmdarların  sahib  olduqları  səhmlərin  sayı  və  ümumi  səhm 

sayına qarşı faiz nisbəti;  

 

Soyadı adı ata adı  

 

Miqdarı 


(ədəd)  

Sahib olduğu 

səhmlərin 

dəyəri (AZN) 

Nizamnamə 

kapitalındakı 

payı (%) 

Mehdiyev Elmir Maqbed oğlu 

143846 

28 769 200 



      63.50% 

Vəliyeva Vəfa Əhməd qızı 

27297 

5 459 400 



      12.05% 

Mehdiyev Maqbed Rəhim oğlu 

29675 

5 935 000 



      13.10% 

Mehdiyeva Fəridə  

25711 

5 142 200 



      11.35% 

 



6.9.3. Emitentə birbaşa və ya dolayısıyla nəzarət edən və ya edə bilən şəxslər haqqında 

məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətinin göstərilməsi; 

Məlumat 6.9.2 bəndində qeyd olunmuşdur.  



 

7. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar 

  

7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin 

və ya digər ödənişlərin məbləği;   

 

Ödənilmiş dividendlərin 2014 ildə - 80 min.manat 



 

Buraxılmış Borc Qiymətli kağızları üzrə faiz xərcləri (AZM) 

2012-ci il: 448 min manat (AZN); 

2013-ci il: 1 023 min manat (AZN); 

2014-ci il: 1 831 min manat, (AZN) 

 

7.2.  Emitentin  maliyyə  vəziyyətinin  və  fəaliyyətinin  nəticələrinin  təhlili,  maliyyə 

hesabatları,  son  3  (üç)  maliyyə  ili  ərzində  hər  bir  il  üzrə  konsolidə  olunmuş  şəkildə 

Emitentin  maliyyə  vəziyyəti,  maliyyə  vəziyyətində  dəyişikliklər  və  fəaliyyətinin 

konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri: 

  

7.2.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;   

a) Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri



 

 

2014 



2013 

2012 


Qısamüddətli Borc  

103 341 


102 571 

80 840 


Uzunmüddətli Borc 

242 779 


169 769 

153 532 


Əlavə Kapital 

5 421 


4 803 

4 601 


 

b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul 

vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnə 

biləcək təsiredici amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu 

aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər barədə 

məlumat; Son üç maliyyə ili ərzində bölüşdürülməmiş mənfəətin həcmi aşağıdakı kimidir: 

 

 

 



2014 

2013 


 2012 

Bölüşdürülməmiş 

Mənfəət 

5 421 


4 803 

4 601 


 

c) Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları 



üzrə  Emitentin  maliyyə  xərclərinə  dair  öhdəliklərinin  təsviri  və  həmin  öhdəlikləri 

yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.  

Bankın  maliyyə  resurslarını  səhmdarlar  tərəfindən  kapitala  qoyuluş,  fəaliyyətin  nəticəsində 

əldə olunmuş mənfəət, borc öhdəlikli qiymətli kağızların emissiyasi və diğər formada daxili və 

xarici  bazarlardan  cəlb  edilmiş  əmanət  və  kreditlər  təşkil  edir.  Bankın  maliyyə  resursları 




fəaliyyət nəticəsində əldə olunmuş mənfəət, daxili və xarici mənbələrdən cəlb olunan əmanət 

və kredit vəsaitləri hesabına formalaşmışdır. 

 

Öhdəliklər 

2014 

2013 

2012 

Banklara,  dövlətə  və  digər  maliyyə 

qurumlarına ödəniləcək vəsaitlər 

164 803 


120 105 

164 803 


Müştəri hesabları 

181 317 


152 235 

181 317 


Buraxılmış borc qiymətlı kağızları 

21 078 


10 747 

21 078 


Təxirə salınmış verqı öhdəlikləri 

419 


311 

419 


Carı gəlir vergisi öhdəlikləri 

259 


286 

259 


Digər öhdəliklər 

2 729 


3 307 

2 729 


Cəmi öhdəliklər 

370 605 

286 991 

370 605 

 

Şirkət öhdəliklərini kredit portfelinin toplanması nəticəsində ödəyir.  



 

7.2.2. Fəaliyyətinin nəticələri: 

 

 

a)

 

Mütəmadi  fəaliyyətdən  gələn  gəlirlərə  mühüm  təsirə  malik  amillərin  təsviri  və 

bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi: 

2014–cü   il ərzində bankin əldə etdiyi gəlirlərin ümumi strukturuna baxıldığında  faiz 

üzrə  əldə  olunmuş  gəlirlər  qeyri  faiz  gəlirlərinin  həcmindən  4.41  dəfə  çoxdur.  Eyni 

zamanda  bankın  aktivlərinin  68.26%-i  kreditlərdə  və  22.91%  digər  likvid  aktivlərdə 

saxlanması  risklərin  diversifikasiya  olunmasının  göstəricisidir.    Bununla  bərabər 

kreditlərin  sektorlar  üzrə  bölgüsü  hərhansi  sektorda  yaranabiləcək  problemlerin 

ümumi faiz gəlirlərinə təsirini minimuma endirməyə hesablanmışdır.  

   


 b)  Emitentin  xalis  və  ya  ümumi  gəlirlərinin  artması  zamanı  bu  artımların  satılan 

məhsulların  və  göstərilən  xidmətlərin  qiymətindən,  onların  həcmində  və  ya 

məbləğində  olan  artımlardan  və  ya  yeni  məhsul  və  xidmətlərin  təqdim 

edilməsindən  nə  dərəcədə  asılı  olduğu  barədə  məlumat:  Bankın  gəlirlərindəki 

artım  əsasən  xidmətlərin  həcmində  və  məbləğində  həmçinin  xidmətlərin  maya 

dəyərindəki dəyişıkliklərlə bağlıdır. Bu faktorlara nisbətdə yeni məhsul və xidmətlərin 

ümumi gəlirlərin artımına təsiri nisbətən azdır. 

 

ç)  İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri: 

Yüksək  inflasiyanın  mövcud  olduğu  illərə  nəzər  salsaq,  emitentin  aktivlərin  və 

gəlirlərin həcmində artım müşahidə olunmuşdur.  

 

8. Emitentin idarə edilməsi haqqında məlumat  



 

8.1.  Emitentin  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri\Baş  Direktor  haqqında 

məlumat: 

 

8.1.1.  Emitentin  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri\Baş  Direktoru 

vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;  

 


Mehdiyev  Elmir  Maqbed  oğlu;  Müşahidə  Şurasının  sədri;  Emitentin  nizamnamə  kapitalında 

payı: 143846 ədəd səhm  63,50%.



 

Göyüşov Urfan Rövşən oğlu; Müşahidə Şurasının üzvü; Emitentin nizamnamə kapitalında payı: 

yoxdur 

Ələkbərov  Şaiq  Oqtay  oğlu; 



Müşahidə  Şurasının  üzvü; 

Emitentin  nizamnamə  kapitalında  payı: 

yoxdur. 

 

Emitentin 



İdarə Heyəti 

haqqında məlumat:

 

İdarə Heyətinin sədri: Həsənov Elmir Əlimərdan oğlu; Emitentin nizamnamə kapitalında payı: 

Yoxdu  

İdarə  Heyəti  sədrinin  birinci  müavini:  Cəlilov  Rəsul  Marajidinoviç;.  Emitentin  nizamnamə 



kapitalında payı: Yoxdur 

İdarə Heyəti sədrinin müavini: Qasımlı Etibar Qasım oğlu;  Emitentin nizamnamə kapitalında 

payı: Yoxdur 

İdarə  Heyəti  sədrinin  müavini:  İsmayılov  Rasim  Miskin  oğlu;;  Emitentin  nizamnamə 

kapitalında payı: Yoxdur. 

Maliyyə  Departamentinin  direktoru  -  Sidneva  Qalina  Dmitriyevna.Emitentin  nizamnamə 

kapitalında payı: Yoxdur 

Kredit  Departamentinin  direktoru-  İsmayılov  Samir  Abas  Qulu  oğlu;  Emitentin  nizamnamə 

kapitalında payı: Yoxdur. 

Kreditlərə  Nəzarət  Departamentinin  direktoru  -  Allahverdiyev  Şakir  Nəsib  oğlu;  Emitentin 

nizamnamə kapitalında payı: Yoxdur. 

 

8.1.2.  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri/Baş  Direktor  arasında  olan 

qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;  

Müşahidə Şurasının, İdarə Heyətinin üzvləri arasında qohumluq əlaqələri mövcud deyildir. 



 

8.1.3.  Yuxarıdakı  bənddə  göstərilmiş  şəxslərdən  hər  birinin  son  5  (beş)  ildə  iş 

təcrübəsinin,  o  cümlədən,  son  5  (beş)  ildə  əsas  fəaliyyətinin  təsviri,  bu  fəaliyyətin 

həyata  keçirildiyi  şirkətin  adı,  əsas  fəaliyyəti  və  bu  şirkətin  Emitentin  ana  şirkəti, 

törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;  

Göstərilən şəxslərin son 5 (beş) ildə əsas fəaliyyətin həyata keçirilməsində dəyişiklik olmayıb.  



 

8.1.4.  Bu  Əlavənin  8.1.1.  bəndində  göstərilmiş  şəxslərin  digər  şirkətlərdə  tutduğu 

mühüm vəzifələr haqqında məlumat; Yoxdur  

 

8.1.5.  Emitentin  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvlərinin\Baş  Direktorun 

bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş 

vermiş aşağıdakı hadisələrin təsviri:  

a) Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və 

iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi; 

Mövcud deyil 



 

b) Bu şəxsin qəsdən törədlmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən 

törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;  

Mövcud deyil 



 


c) Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda 

göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan 

edilməsinə dair qərar:  

Mövcud deyil 



 

(i)  Qiymətli  Kağızlara  dair  investisiya,  anderrayter,  zaminlik,  broker,  diler,  sığorta, 

bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə 

Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq; Yoxdur 

  



(ii) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.  

Mövcud deyil 



 

8.2.  Emitent  Hesabatında  aşağıdakılar  daxil  olmaqla  rəhbərliyin  mükafatlandırılması 

haqqında məlumat verilməlidir:  

 

8.2.1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş 

Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə 

Emitent  və  ya  onun  Aidiyyatı  şəxsləri  tərəfindən  birgə  mükafatlandırılması  haqqında 

məlumat.  Bu  cür  məlumat  əməkhaqqı,  bonuslar,  əməkhaqqı  və  ya  bonus  hesab 

edilməyən  digər  illik  mükafatları  və  ya  uzunmüddətli  mükafatlandırmaları  əks 

etdirməlidir.  

Müşahidə  Şurasının  və  Audit  Komitəsinin  üzvləri  istisna  olmaqla,  mükafatlandırma  ümumi 

bank üzrə rübün nəticələrinə görə İdarə Heyətinin qərarı ilə aparılıb.  

 

 



8.2.2. Emitentin və ya onun Aidiyyatı şəxləsinin Müşahidə Şurasının və İdarə Heyətinin 

üzvlərinə\Baş  Direktora  hər-hansı  təminatın  və  digər  imtiyazların  ödənilməsi  üçün 

sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;  

Mövcud deyil 



 

8.3.  Son  3  (üç)  maliyyə  ili  ərzində  Emitentin  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin 

üzvlərinin\Baş  Direktorun  onların  digər  fəaliyyəti  ilə  əlaqədar  Emitentin  hər  hansı 

əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar 

haqqında  məlumat  verilməlidir.  Bu  məlumatda  şəxslərin  adı,  Emitentdə  tutduğu 

vəzifəsi,  onların  əməliyyatda  olan  maraqlarının  xüsusiyyəti,  bu  cür  əməliyyatların 

məbləği  və  lazım  gəldikdə  həmin  şəxslərin  bu  əməliyyatlarda  maraqlarının  məbləği 

göstərilməlidir.  

Mövcud deyil 



 

8.4.  Emitent  son  5  (beş)  ildə  dövlət  qeydiyyatına  alındıqda,  Emitent  Hesabatında 

təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.  

Mövcud deyil 



 

9. Qiymətli Kağızın təklifi  

 

9.1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent Hesabatında aşağıdakı 

məlumat verilməlidir:  

 


9.1.1. Təklif olunan Qiymətli Kağızın miqdarı:  

Hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan 25 000 (iyirmi beş min) ədəd adi 

səhmlər sənədsiz adlı.  

 

9.1.2. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən 



sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə 

və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi; 

 

Səhmdarların ümumi yığıncağının 25 may 2015-ci il tarixli, 40/1№-li qərarı (protokol № 1).  



 

 9.1.3. Təklif olunan qiymət, təklifin müddəti və qiymətin ödənilmə qaydası;  

 

Səhmlərin nominal dəyəri 200 manat təşkil edir.  



Səhmlərin  emissiyası  haqqında  qərar  qəbul  edilən  zaman  Emitentin  səhmdarlarına 

nizamnamə  kapitalında  paylarına  mütənasib  miqdarda  yerləşdirilir.  Bu  barədə  hər  bir 

səhmdara Emitent tərəfindən rəsmi bildiriş göndəriləcək.  

Səhmlərin yerləşdirilməsinin başlanma tarixi: 

Səhmlərin  yerləşdirilməsi  səhm  buraxılışı  dövlət  qeydiyyatına  alındıqdan  sonra, 

Emissiya  prospektində  olan  məlumatların  açıqlanması  başlandığı  tarixdən  etibarən  15  (on 

beş)  təqvim  günü  bitdikdən  dərhal  sonra  başlayacaq.  Emissiya  prospektində  olan 

məlumatların  açıqlanması  tarixi,  bu  barədə  məlumatın  “BFB”  QSC-nın  İnternet  şəbəkəsində 

olan rəsmi səhifəsində (www.bse.az) dərc olunduğu tarix hesab olunur.  

Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi: 

Səhmlərin  yerləşdirilməsinin  başa  çatma  tarixi  səhmlərin  yerləşdirmənin  başlandığı 

gündən etibarən 1 (bir) il sonra

Səhmlərin  alqı-satqısı  üzrə  əqdlər  “BFB”  QSC-nın  ticarət  meydançasında,  “Bakı  Fond 

Birjasında  qiymətli  kağızlarla  ticarətin  Qaydaları”na  müvafiq  olaraq  “BFB”  QSC-nın 

ticarət  sistemi  vasitəsilə  səhmlərin  alqısı  barədə  “BFB”  QSC-nın  üzvləri  tərəfindən 

verilmiş sifarişlərin icrası yolu ilə bağlanır.  

Səhmlərin dəyəri nağdsız və/və ya nağd qaydada manatla ödənilir. 

 

9.1.4.  Qiymətli  Kağız  Emitent  tərəfindən  təklif  edildikdə,  Qiymətli  Kağızın  satışından 



əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və 

hər  bir  məqsəd  üçün  istifadə  olunacaq  təxmini  məbləğ.  Gəlirin  və  ya  onun  mühüm 

hissəsinin  istifadəsi  üçün  Emitentin  heç  bir  xüsusi  planı  olmadıqda,  bu  barədə 

məlumat. 

 

Səhmlərin  yerləşdirilməsindən  əldə  ediləcək  vəsaitlər  Bankın  inkişaf  strategiyasına 



uyğun  olaraq,  maliyyə  sabitliyi  və  dayanıqlığı  potensialının  daha  da  gücləndirilməsi,  habelə 

Bankın  maliyyə  vasitəçiliyi  və  iqtisadiyyatı  dəstəkləmək  imkanlarının  daha  da 

genişləndirilməsi  və  effektivliyinin  yüksəldilməsi  məqsədi  ilə  nizamnamə  kapitalının 

artırılmasına yönəldilir. 



 

 

 



İdarə heyətinin Sədri                                                                                         E.Ə.Həsənov 

 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə