2.1.1. Qiymətli Kağızın növü, forması, miqdarı, nominal dəyəri, tədavül müddəti və illik
faiz dərəcəsi (olduqda);
Adi səhmlər sənədsiz adlı (AZ1001005466) –25000 ədəd, nominalı 200 (iki yüz) AZN.
2.1.2. Qiymətli Kağızla əlaqəli hüquqların təsviri, xüsusilə:
a) Qiymətli Kağız səhmlər olduqda, səsvermə hüquqlarının və Emitentin ləğv edilməsi
və ya səhmlərin geri alınması hallarında qalıqdan pay əldə etmək hüququnun təsviri;
- Emitentin idarə edilməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Emitentin
nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra
orqanlarına seçmək və seçilmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, Emitentin fəaliyyətinə dair məlumatlar almaq,
ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Emitentin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
- Emitentin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb
etmək;
- Emitentin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun
protokolunun surətini tələb etmək;
- Emitentin fəaliyyətinin təftiş komissiyası (müfəttiş) tərəfindən yoxlanılmasını tələb etmək;
- Emitentin xalis mənfəətindən dividend almaq;
- Emitentin fəaliyyətinə xitam verildikdə, onun kreditorlarının tələbləri yerinə yetirildikdən,
hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri
ödənildikdən sonra Emitentin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Azərbaycan Respublikasının qanunvericiliyində və Emitentin nizamnaməsində nəzərdə
tutulmuş digər hüquqlardan istifadə etmək.
b) Qiymətli Kağız konversiya borcu istiqrazlar və ya digər konversiya oluna bilən
Qiymətli Kağız olduqda, onun sahibinin malik olduğu Qiymətli Kağızı dəyişdirə biləcəyi
şərtlər, tarixlər və dəyişdirilə bilən Qiymətli Kağıza aid hüquqlar;
Bu cür qiymətli kağızlar mövcud deyil.
c) Dividendlərin və ya faizlərin alınması şərtləri (ödənişin üsulu və tarixləri);
Devidendlərin ödənilməsi Səhmdarların Ümumi Yığıncağının qərarı ilə ilin yekunlarına görə,
mənfəətin bir hissəsinin ildə bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur.
ç) Qiymətli Kağızın alınmasına dair üstünlük hüquqlarının mövcudluğu və həmin
hüquqların istifadəsi qaydaları;
Bank tərəfindən emisya olunmuş Qiymətli Kağızın yerləşdirilməsində Səhmdarlara və
investırlara üstünlük hüququ verilmir.
d) Qiymətli Kağızın Emitent tərəfindən geri alınması nəzərdə tutulduqda, bu cür geri
alınmanın şərtləri və qaydaları;
Mövcud deyil
3. Emitent haqqında məlumat
3.1. Emitentin tam adı, qısaldılmış adı, hüquqi ünvanı və hüquqi ünvandan fərqlidirsə,
əsas inzibati bölmənin yerləşdiyi ünvan. Bütün filialların, nümayəndəliklərin və digər
əsas inzibati bölmələrin ünvanları və telefon nömrələri;
Emitentin adı: "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti
Emitentin qısaldılmış adı: “Muğanbank” ASC
Emitentin hüquqi ünvanı: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küçəsi,21B
Telefon: (+99412) 5643511
№
Filial və
nümayəndəlik,
yaradılma
tarixi, İcazənin
№-si
Ünvan
Telefon
1.
Abşeron
Xırdalan şəhəri,
M.Hüseynzadə küçəsi, 1
Məmmədli Yaşar
Zabiddin oğlu
29/17
2.
Azadlıq
Nərimanov rayonu, Mustafa
Kamal Atatürk prospekti 8A
Rəcəbov Hikmət Şamil
oğlu
29/18
3.
Binəqədi
Bakı şəhəri, Binəqədi ray.,
S.S. Axundov küç., 2 və 4
saylı yaşayış binaların yanı
Məmmədov Kənan
Bahadur oğlu
29/13
4.
Biləsuvar
Biləsuvar şəhəri, H.Əliyev
küçəsi 42A
Nağıyev Güloğlan İsa
oğlu
29/28
5.
Bakıxanov
Bakı şəh., Bakıxanov qəs.,
N.İsmayılov pr. 5
Şahvələdov Ceyhun
Valeh oğlu
29/19
6.
Dostluq
Bakı şəhəri, Ağa Nematulla
küç., 51
Ələkbərov Samir
Oqtay oğlu
29/7
7.
Gəncə
Gəncə şəhəri, Gəncə küçəsi
26
Mehdiyev Elnur Mehdi
oğlu
29/8
8.
Xəzər
Bakı şəhəri, Nərimanov ray.,
Atatürk prospekti 31
Hüseynli Elman Talıb
oğlu
29/22
9.
İsmayıllı
İsmayıllı şəhəri,
M.F.Axundov küçəsi, 21
Məmmədov Elvin Kavı
oğlu
29/15
10. Invest
Bakı şəhəri, Yasamal
rayonu, Ə.Cəmil küç., 51
Qəmbərov Emil Əziz
oğlu
29/27
11. Qərb
Bakı şəhəri, Səbail rayonu,
Nizami küçəsi 96
Qəribov Ramil Azər
oğlu
29/11
12. Quba
Quba şəhəri, H.Əliyev
prospekti 227
Əliyev Elşad Əmirşah
oğlu
29/16
13. Masallı
Masallı şəh., H.Əliyev
prospekti (DSMF-nin
yanında)
Ağayev Turan Aydın
oğlu
29/30