“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

36 



 

 

31  dekabr  2008  və  2007-ci  il  tarixlərinə  nominal  və  ya  müqavilə  məbləğləri  aşağıdakı  kimi 



olmuşdur: 

 

 



 

31 dekabr  

2008-ci il 

Nominal məbləğ   

31 dekabr  

2007-ci il 

Nominal məbləğ 

 

   



 

ġərti öhdəliklər və kredit öhdəlikləri 

   


 

Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər 

121,547   

384,380 


Verilmiş zəmanətlər və oxşar öhdəliklər 

-   


511,585 

 

   

 

Cəmi Ģərti öhdəliklər və kredit öhdəlikləri   

121,547   

895,965 

 

 



Müştərilərə  ayrılan  kredit  xətləri  çərçivəsində  kreditlərin  verilməsi  barədə  qərar  Bank  tərəfindən 

fərdi  qaydada  təsdiqlənir  və  borcalanın  maliyyə  vəziyyətindən,  kredit  ödəmə  qabiliyyətindən  və 

digər amillərdən asılı olur. 31 dekabr 2008 və 2007-ci il tarixlərinə istifadə olunmamış kredit xətləri 

müvafiq olaraq 121,547 manat və 384,380 manat təşkil etmişdir.  

 

Kapital qoyuluşu üzrə öhdəliklər - Bankın 31 dekabr 2008-ci il tarixinə kapital qoyuluşları üzrə heç 

bir mühüm öhdəlikləri olmamışdır.  



 

Məhkəmə işləri - Vaxtaşırı və işin normal gedişi zamanı, müştərilər və partnyorlar tərəfindən Banka 

qarşı  iddialar  qaldırılır.  Rəhbərlik  bu  fikirdədir  ki,  nəzərə  alınmamış  heç  bir  mühüm  zərər 

yaranmayacaq  və  bu  səbəbdən  də  maliyyə  hesabatlarında  bunun  üçün  heç  bir  əlavə  ehtiyat 

yaradılmamışdır.   

 

Vergilər  -  Azərbaycan  Respublikasının  sahibkarlıq  və  xüsusən  də,  vergi  qanunvericiliyində 

maddələrin müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə, vergi qanunvericiliyi rəhbərlik və 

vergi orqanları tərəfindən fərqli şəkildə şərh olunduğundan, vergi orqanları tərəfindən əməliyyatların 

aparılması tələb oluna bilər və nəticədə Bank  əlavə vergi, penyalar və faiz ödəmək məcburiyyətində 

qala bilər. Bankın rəhbərliyi hesab edir ki, Bank artıq bütün vergi ödəmələrini yerinə yetirib  və bu 

səbəbdən  də  maliyyə  hesabatlarında  hər  hansı  potensial  öhdəliklər  üzrə  heç  bir  ehtiyat  nəzərdə 

tutulmamışdır. Vergi orqanları vergi ödəyicisinin fəaliyyətini yalnız son 3 təqvim ili üzrə yoxlamaq 

hüququna malikdir. 



 

Əməliyyat  mühiti  -  Bank  əsas  biznes  fəaliyyətini  Azərbaycan  Respublikasında  aparır.  Biznes 

mühitinə  təsir  edən  qaydalar  və  qanunlar  sürətli  dəyişikliklərə  məruz  qalır  və  siyasətdə  və  biznes 

mühitində  baş  verən  mənfi  dəyişikliklər  Bankın  aktivlərini  və  əməliyyatlarını  mənfi  təsirə  məruz 

qoya bilər.  



 

Qlobal maliyyə bazarlarında son zamankı dəyişikliklər və bunun  Azərbaycana təsiri Son aylarda 

dünyada bir sıra böyük ölkələrin kapital və kredit bazarlarında dəyişikliklər müşahidə olunur. Dünya 

üzrə  bir  sıra  iri  maliyyə  təşkilatları  ya  müflisləşmiş,  ya  digər  maliyyə  təşkilatlarının  sahibliyinə 

keçmiş,  ya  da  hökumət  tərəfindən  maliyyələşdirilmişdir.  Azərbaycan  hökuməti  tərəfindən 

iqtisadiyyatın  stabilləşdirilməsi  istiqamətində  həyata  keçirilən  tədbirlərə  baxmayaraq,  dünyanın  və 

Azərbaycanın  kapital  və  kredit  bazarlarında  mövcud  olan  dəyişikliklər  nəticəsində  bu  maliyyə 

hesabatlarının  buraxılması  tarixinə  Bank  və  onun  kontragentləri  üçün  daim  kredit  imkanlarının 

olacağı  ətrafında  iqtisadi  qeyri-müəyyənliklər  mövcuddur.  Həmçinin  yaxın  gələcəkdə  bu  iqtisadi 

qeyri-müəyyənliklərin davam edəcəyi və nəticədə adi fəaliyyət zamanı aktivlərin öz balans dəyərini 

bərpa etməməsi ehtimalı və Bankın rentabelliliyinə müvafiq təsiri ehtimalı mövcuddur.  




“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

37 



 

 

Dövlət proqramları – Azərbaycan hökuməti ölkə iqtisadiyyatına mühüm təsir etməkdə davam edir. 

İqtisadi  böhrana  cavab  olaraq  və  Azərbaycanda  fəaliyyət  göstərən  şirkətlərin  dəstəklənməsi  üçün 

Azərbaycan  hökuməti  bir  sıra  tədbirlər  həyata  keçirmişdir  ki,  bura  1  yanvar  2009-cu  il  tarixdən 

bankların  3  il  müddətinə  mənfəət  vergisindən  azad  edilməsi,  Azərbaycan  Respublikası  Milli 

Bankının  dəstəyi,  yerli  valyutanın  (Azərbaycan  manatı)  davamlı  şəkildə  dəstəklənməsi  daxildir. 

Azərbaycan  karbohidrogen  gəlirlərindən  çox  asılı  olduğundan,  onun  iqtisadiyyatına  və  valyuta 

ehtiyatlarına qlobal bazarda neftin qiymətindəki dəyişikliklər təsir edir.  

 

İnflyasiya – İllik inflyasiya dərəcəsi istehlak malları indeksində dəyişikliklərlə ölçülərək 2008-ci il 

üçün 20.8%, 2007-ci il üçün 16.7% (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə əsasən) 

olmuşdur  və  2009-cu  il  üçün  inflyasiya  dərəcəsinin  təxminən  13%  olacağı  proqnozlaşdırılır. 

İnflyasiya  effektiv  şəkildə  tənzimlənməzsə,  Azərbaycan  iqtisadiyyatı,  eləcə  də  Bankın  maliyyə 

nəticələri təsirə məruz qalacaq.  

 

Maliyyə  aktivlərinin  bərpa  edilməsi  mümkünlüyü  –  Son  zamanlar  dünya  ölkələrinin  kapital  və 

kredit  bazarlarındakı  iqtisadi  dəyişikliklər  və  balans  hesabatı  tarixinə  yaranan  iqtisadi  qeyri-

müəyyənliklərlə əlaqədar aktivlərin adi fəaliyyət zamanı öz balans dəyərini bərpa edə bilməyəcəyi 

halı ola bilər. 

 

İlin sonunda, Bankın 39,400,062 manat (2007: 38,218,750 manat) məbləğində müştərilərə verilmiş 



kreditləri olmuşdur. Bu kreditlərin bərpa edilməsi fiskal tədbirlərdən və Bankın nəzarətində olmayan 

və müxtəlif ölkələr tərəfindən iqtisadi stabilliyin əldə olunması üçün həyata keçirilən digər tədbir və 

ölçülərdən müəyyən dərəcədə asılı ola bilər. Bankın müştərilərə verilmiş kreditlərinin bərpası balans 

hesabatı  tarixinə  mövcud  olan  şərait  və  məlumat  əsasında  müəyyən  edilir.  Bankın  rəhbərliyi  bu 

məsələlərdən  xəbərdardır  və  bu  riskərin  azaldılması  üçün  müxtəlif  tədbirlər  (məsələn,  risk 

idarəetməsinə  yenidə  baxılması,  kredit  siyasəti  strategiyası  və  s.)  görür.  Rəhbərliyin  fikrincə, 

mövcud şəraitə və əldə olan məlumata əsaslanaraq hazırda Bankın müştərilərə verilmiş kreditlər üzrə 

əlavə ehtiyat yaratmasına ehtiyac yoxdur.  

 

 

22.



 

BALANS HESABATI TARĠXĠNDƏN SONRAKI HADĠSƏLƏR  

 

2009-cu ilin mart ayında Bankın səhmdarlarının iclasında 31 dekabr 2008-ci il tarixinə adi səhmlər 

üzrə ödənilmiş 5,140,410 manat məbləğində əlavə vəsaiti adi səhmlərə konvertasiya etməklə Bankın 

səhmdar kapitalının artırılması qərara alınmışdır.  

 

Hesabat ili başa çatdıqdan sonra Bank C.Cabbarlı 44 ünvanında yerləşən yeni filialını açmışdır.  



 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə