ƏN ƏHƏMİYYƏTLİ KİMYƏVİ elementləR (Na, K, Mg, Ca) haqqinda şAGİrdləRƏ elmi-KÜTLƏVİ MƏlumatlarin



Yüklə 56,64 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü56,64 Kb.
#18049


4(48)2014 

 

 



4

ƏN ƏHƏMİYYƏTLİ KİMYƏVİ ELEMENTLƏR (Na, K, Mg, Ca) 

HAQQINDA ŞAGİRDLƏRƏ ELMİ-KÜTLƏVİ MƏLUMATLARIN 

ÇATDIRILMASININ VACİBLİYİ  

 

V.M.Abbasov, A.M.Tağıyeva 



Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

 

 

 

Kimyəvi elementlər haqqında  şagirdlərin məlumatlandırılması elə 



hazırlanmalıdır ki, şagirdlər həmin məlumatların həyati  əhəmiyyətini başa 

düşsünlər. Bu məlumatlar, verilən elementin canlıların inkişafında, ciddi texnoloji, 

energetik, sosial problemlərin həllində rolunu kifayət qədər göstərməlidir.  

Qeyd edək ki, kimyəvi elementlərə və elementlərin dövri cədvəlinə maraq 

həmişə böyük olub. Qeyd etməliyik ki, dövri cədvəl bəşəriyyətin  ən böyük 

kəşflərindən biridir. 1869-cu ildə məşhur rus alimi Dmitri İvanoviç Mendeleyev 

dövri sistemi kəşf edərkən kimyəvi elementləri məhz bu şəkildə birləşdirmək üçün 

heç bir görünən səbəb yox idi. Lakin elementlərin belə eleqant sistemdə  uğurlu 

nizamlana bilməsi faktı kimyəvi tədqiqatlarda geniş imkanlar açıldığı fikrinə 

gətirib çıxardı.  

Elementlərin dövri sistemi cədvəlinin xassələri Mendeleyevə elmə məlum 

olmayan elementlərin mövcüd olmasını proqnozlaşdırmağa imkan verdi. 

Təxminən 15 il müddətində onun öncədən söylədikləri uğurla təsdiq olundu. 

Qalliumun, skandiumun  germaniumun  kəşfi o fikri möhkəmlətdi ki, dövri 

sistemin  əsasında kimyəvi elementlər arasında qarşılıqlı  əlaqənin dərin həqiqi 

anlanması durur.  

XX  əsrin  ərəfəsində  əksər fiziklər, o cümlədən Cozef Con Tomson, Nils 

Bor və Volfqanq Pauli dövri sistemin prinsipinin nəyə əsaslandığını izah etməyə 

çalışmışdılar. Elektronu kəşf edən ingilis fiziki Tomson ilk olaraq ehtimal etdi ki, 

atomda elektronlar müəyyən qaydada yerləşirlər.  İndi biz onu elektron 

konfiqurasiyası adlandırırıq. Danimarka alimi Nils Bor atomların 

konfiqurasiyasına dəqiqləşdirmə gətirdi və ona izah verdi ki, elementlər nə üçün 

belə tez-tez təkrarlanırlar və ya başqa sözlə desək nə üçün bəzi elementlər dövri 

sistemdə bu və ya digər qruplara bölünməlidir. Borun izahı kimyəvi reaksiyaların 

yeni anlamına  əsaslanırdı. Onun fikrincə kimyəvi reaksiya xarici elektronların 

iştirakı ilə gedir və onn fikrincə istənilən vertikal sütunda elementin nömrəsi onun 

atomunun orbitindəki elektronların sayına bərabərdir. Sonra avstriya alimi 

Volfqanq Pauli elektron konfiqurasiyası anlayışına dəqiqləşdirmə  gətirdi. O, 

elektronun o vaxta qədər məlum olmayan xarakteristikasını – onun sərbəstlik 



dərəcəsini (“spin” kimi məlumdur) təklif etdi. Qısa deyilsə dövri sistemin əsasını 

öyrənmək cəhdləri kvant nəzəriyyəsinin inkişafına kömək etdi və  həmin 




Kimya məktəbdə 

 



 

tədqiqatlar da öz növbəsində kimyəvi elementlərin dövri sisteminin nəzəri 

bazasını möhkəmləndirdi.  

Hesab edirik ki, 50 daha çox öyrənilən elementlər haqqında elmi-kütləvi 

məlumatların şagirdlərə çatdırılması onlarda kimyaya marağı daha da artıra bilər.  

İlk növbədə  qələvi və  qələvi torpaq elementləri haqqında məlumatları 

verməyi vacib saydıq. Bu elementlər dövri cədvəlin birinci və ikinci qrupunda 

yerləşir. Birinci qrupda yerləşən qələvi metallar yumşaq metallardırlar, gümüşü 

rənglidirlər, bıçaq ilə yaxşı  kəsilirlər. Onların hamısı xarici elektron təbəqəsində 

yalnız bir elektrona malikdir və reaksiyaya yaxşı girirlər.  

İkinci qrupda yerləşən-qələvi torpaq metallar da gümüşü çalara 

malikdirlər. Onların xarici elektron təbəqəsində iki elektron yerləşir və uyğun 

olaraq bu metallar digər elementlərlə reaksiyaya daha könülsüz girirlər. Qələvi 

metallarla müqayisədə qələvi-torpaq metallar daha yüksək temperaturda əriyirlər 

və qaynayırlar.  

 

Natrium.  Natrium elementi ilk dəfə Britaniya kimyaçısı  Xamfri Devi 

tərəfindən alınmışdır.  Yens Yakob Bertselius natriuma Na işarəsini vermişdir. 

Natrium elementi bizim planetdə yayılmasına görə 6-cı elementdir. Bu element 

yer qabığının kütləsinin 2,6%-ni təşkil edir.  

Natrium elementinin kiçik bir kəsiyini suya atsanız su fışıldamağa 

başlayacaq. Səbəb odur ki, natrium metalı su ilə reaksiyaya girərək hidrogen və 

böyük miqdarda istilik ayrılmaqla natrium hidroksidə çevrilir. Kimyəvi 

aktivliyinə baxmayaraq natium öz adını natrium karbonatdan götürmüşdür. Bu 

maddə bizə  soda (natron) kimi tanışdır.  Soda sözü ərəb sözü olan “suda”dan 

götürülmüşdür. Bu söz baş  ağrısını ifadə edir, belə ki, soda onun  müalicəsində 

aktiv olaraq istifadə edilirdi. Köhnəlmiş “natron” termini altında natrium hidro-

karbonat (natrium karbonatın suda məhlulu) nəzərdə tutulur. Öz kimyəvi işarəsini 

natrium latın sözü olan natriumun qısaldılmasından almışdır. Biz hər gün bu 

element ilə rastlaşırıq: sarı işıqlanma almaq üçün yol fanarlarında istifadə olunur. 

Amma biz natrium ilə daha çox natrium xlorid-xörək duzu halında rastlaşırıq. 

Canlı orqanizmlərin həyat fəaliyyətlərini saxlamaq üçün natrium çox vacibdir. O, 

bizim qan təzyiqimizi tənzimləmək üçün vacibdir, həmçinin o, baş-beyin 

neyronlarının elektrik yüklərinin toplanması prosesində iştirak edir.  

 

Kalium.  İlk dəfə olaraq britaniya alimi Xamfri Devi tərəfindən 1807-ci 



ildə  kəşf olunmuşdur. Olduqca aktiv metal olduğundan metallurgiyada istifadə 

üçün yaramır. Amma onun duzları bizim üçün çox əhəmiyyətlidir.  Əsrlər boyu 

bəşəriyyət  kalium nitratdan (şora) barıt istehsalında,  kalium karbonatı (potaş) 



4(48)2014 

 

 



6

sabun hazırlanmasında, alüminium-kaluim sulfatı (zəy) isə parçaların 

boyanmasında istifadə etmişdir.  

Kalium hidrosulfat balatanın qıcqırmasını dayandırmaq üçün şəraba əlavə 

olunur, kalium benzonat isə konservant kimi istifadə olunur. İldə kalium filizinin 

çıxarıldığı miqdar 35 milyon tona çatır. Çünki kalium duzu həm də gübrə kimi 

istifadə olunur. Əsas kalium mineralı silvindir (kalium xlorid). Kalium yuyucu 

vasitələr,  şüşə, farmaseptik preparatlar istehsalında istifadə olunur. İldə bu  

elementdən 200 tona yaxın istehsal olunur ki, onun da çox hissəsi superoksidə 

çevrilir. Bu maddə oksigen regeneratoru kimi sualtı  gəmilərdə  və kosmik 

gəmilərdə istifadə olunur. Kalium canlı orqanizmlərin bioloji proseslərin 

əhəmiyyətli hissəsidir və o, əsəb sisteminin işində əsas rol oynayır.  

 

Maqnezium. Maqnezium yüngüllüyü və möhkəmliyi ilə  fərqlənən 

metaldır. Dünyada ən çox istifadə olunan metallar sırasında dəmir və 

alüminiumdan sonra üçüncü metaldır. Maqneziuma cəmi bir neçə faiz alüminium 

əlavə olunduqda bu, onun korroziyaya davamlılığını artırır və qaynağa 

müqavimətini azaldır. Bu ərinti velosipedlər və avtomobillər üçün oturacaqlar və 

hava gəmiləri hazırlanmasında istifadə olunur. O, yüngül çemodanlar, qazon biçən 

maşın və elektrik alətləri istehsalında istifadə olunur. Maqnezium olduqca parıltılı 

yanır, odur ki, onun tozundan fotoalışqan doldurulur.  

Tərkibində maqnezium olan əsas minerallar maqnezium karbonatın 

müxtəlif növləri olan dolomit və maqnezitdir. Onların illik hasilatı 10 milyon 

tondur. Dolomit müasir pəncərələri doldurmaq üçün uçucu qaz almaq məqsədi ilə 

istifadə olunur. Maqneziti qızdırmaqla maqnezium aksid alınır ki, o da gübrə, 

iribuynuzlu heyvanlar üçün qida əlavəsi və odadavamlı kərpic istehsalında istifadə 

olunur. Maqnezium xlorofill molekullarının tərkibində  aşkar olunmuşdur. 

Xlorofill  karbon qazını karbohidratlara (qlükoza) çevirmək üçün bitkilər 

tərəfindən istifadə olunur.  

Heyvanların orqanizmində təxminən  0,03-0,07% (kütlə) maqnezium olur. 

O, sümüklərin və dişlərin tərkibinə daxildir, qara ciyərdə, qanda, sinir 

toxumalarında və beyində olur, zülal və karbon mübadiləsində iştirak edir. İnsanın 

çəkisi 70 kq olduqda onun orqanizmində 19-20 qram maqnezium olur. O, 

antiseptik, damar genişləndirici təsir göstərir, arterial təzyiqi və qanda xolesterinin 

miqdarını azaldır, baş-beyin qabığında ləngimə proseslərini gücləndirir,  əsəb 

sisteminə sakitləşdirici təsir edir, orqanizmin xərçəngə qarşı müdafiə qüvvəsinin 

aktivləşməsində böyük rol oynayır. Maqnezium immun sistemini gücləndirir, 

antiaritmik təsirə malikdir, fiziki yüklənmədən sonra gücün bərpasına kömək edir.  

Maqnezium çatışmazlığı infarkta meyilliliyi artırır.  




Kimya məktəbdə 

 



 

Badam, araxis, hind qozu, pomidor, kartof, boranı, lobyada, nanə, zeytun, 

cəfəri, bütöv buğda, yulaf, qarabaşaq dəni, kəpəkdə maqnezium olur. Eyni 

zamanda maqnezium qara ciyər və yumurta sarısında olur.  

İnsan bədənində maqnezium atomlarının sayı 8,7 

10

23



, bir insan 

hüceyrəsində isə 8,7 



10

9



 ədəddir.  

Maqnezium ionları  dəniz suyuna acı dad verməklə yanaşı onu içməyə 

yararsız edir, kəskin ishal və qusma yaradır.  

 

Kalsium. O, gümüşü ağ metaldır. Ona müəyyən möhkəmlik xasdır. Öz 

kimyəvi giperaktivliyinə görə ona təbiətdə  təmiz halda rast gəlinmir.  İlk dəfə 

təmiz kalsiumu 1808-ci ildə britaniya kimyaçısı  Xamfri Devi almışdır. Bu 

element alüminiumdan sonra yer qabığında  ən çox yayılmış metaldır. Yüz 

milyonlarla il mütəmadi olaraq okeanların və qurunun çoxlu sayda canlıları çanaq 

formalaşdırmaq üçün kalsium karbonat istifadə etmişlər. Zaman keçdikcə  dəniz 

dibində bu heyvanların qalıqlarından  əhəng daşı  əmələ  gəlmişdir.  Əhəng daşı 

atmosferdə karbon qazının səviyyəsinin stabilləşməsinə kömək edir. Elə bitkilər 

var ki, qələvi mühitə üstünlük verir, odur ki, əhəngdaşlı torpaqlarda yetişirlər. 

Kalsium fosfat heyvan sümüklərinin və dişlərinin tərkibinə daxildir, həmçinin 

müxtəlif fizioloji proseslərdə iştirak edir.  

Kalsium çatışmazlığı pektin maddələrinin köpəşiməsinə, hüceyrə 

divarlarının seliklənməsinə  və bitkilərin çürüməsinə  səbəb olur; kök sistemi 

zədələnir, bitkilərin yuxarı hissəsinin və cavan yarpaqların ağarması baş verir. 

Yeni  əmələ  gələn yarpaqlar əyri, kənarları düz formada olmayan, kiçik olur, 

səthində açıq-sarımtıl ləkələr  əmələ  gəlir, yarpaqların kənarları  aşağı qatlanır. 

Kalsium çatışmazlığı kəskin olduqda yeni yaranan qanadların yuxarı hissəsi məhv 

olur.  

Heyvanların orqanizmində kalsium 1,9-dan 2,5 kütlə faizinə qədər olur.  



İnsan orqanizmində kalsiumun 98-99%-i skeletin sümüklərinin tərkibinə 

daxildir ki, onlar da kalsium “deposu” rolunu oynayır.  

Kalsium ionları orqanizmin bütün toxumalarında və mayelərində olur: 

qanın plazmasında 1 qram, yumşaq toxumalarda 6,8 qram. İnsanın çəkisi 70 kq 

olduqda orqanizmdə kalsiumun miqdarı 1700 qram olur ki, onun da 80%-i 

kalsium fosfat və 13%-i kalsium karbonat formasındadır.  

Kalsium qan əmələgətirmə  və qanın laxtalanması prosesləri üçün, ürəyin 

işini tənzimləmək,  əzələlərin yığılıb-açılması, maddələr mübadiləsi, damarların 

keçiriciliyini azaltmaq, sümüklərin inkişafı üçün lazımdır. Kalsium birləşmələri 

əsəb sisteminin vəziyyətinə,  əsəb impulslarının ötürülməsinə müsbət təsir edir, 

iltihab  əleyhinə  təsir göstərir, hüceyrə membranlarının keçiriciliyini təmin edir, 

bəzi fermentlərin aktivləşməsinə  səbəb olur. Sağlam adam gündə 1,5 qram 




4(48)2014 

 

 



8

kalsium qəbul etməlidir. Yadda saxlamaq lazımdır ki, orqanizm kalsiumu piylərin 

iştirakı ilə  mənimsəyir: hər 0,06 qram kalsiuma 1 qram piy lazımdır. Kalsium 

orqanizmdən bağırsaq və böyrəklər vasitəsi ilə xaric olur.  

Kalsium çatışmazlığı osteporoza, dayaq-oynaq, əsəb sistemlərində 

pozğunluqlara, qanın kifayət qədər laxtalanmamasına səbəb olur.  

Noxud, yaşıl noxud, soya, lobya, ispanaq, kök, turp, kələm, çuğundur, 

kartof, xiyar, soğan, ağ turp, mərci, kərəviz, qulançarda kalsium var. Kalsium 

həmçinin alma, gilənar, çiyələk, ərik, moruq, böyürtkən, portağal, ananas, şaftalı, 

üzümdə var.  

Kalsiumun daha çox məlum olan və insanlar tərəfindən istifadə olunan 

birləşmələri aşağıdakılardır: 

 

Ca CO



3

 – kalsium karbonat, kalsit, təbaşir, mərmər, əhəng daşı; 

 

Ca



(PO


4

)

2



 – kalsium ortofosfat, fosforit, sümük unu; 

 



Ca (NO

3

)



2

 – kalsium nitrat, kalsium şorası; 

 

Ca O – kalsium oksid, sönməmiş əhəng; 



 

Ca (OH)



2

 – kalsium hidroksid, sönmüş əhəng; 

 

Ca (OCl)



2

 – xlorlu əhəng; 

 

Ca SO



4

 

.

 2H

2

O – kalsium sulfatın kristal hidratı; 



 

Ca (H



2

PO

4



)

2

 – superfosfat. 



 

İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.  Большая  Российская  Энциклопедия. 

Москва, 

Научное 


Издательство 

«Большая  Российская  Энциклопедия», 

2013. Том. 22, с. 128-132;  

2.  Большая  Российская  Энциклопедия. 

Москва, 

Научное 


Издательство 

«Большая  Российская  Энциклопедия», 

2008. Том. 12, с. 503-504;  

3.  Большая  Российская  Энциклопедия. 

Москва, 

Научное 


Издательство 

«Большая  Российская  Энциклопедия», 

2011. Том. 18, с. 355-356;  

4.  Большая  Российская  Энциклопедия. 

Москва, 

Научное 


Издательство 

«Большая  Российская  Энциклопедия», 

2008. Том. 12, с. 571-572;  

 

 



5.  Большая  Российская  Энциклопедия. 

Москва, 


Научное 

Издательство 

«Большая  Российская  Энциклопедия», 

2005. Том. 3, с. 47;  

6. Abbasov V.M., Tağıyeva A.M., 

Həsənov Z.Ə., Salmanzadə  Ş.V.  Kimya 

və həyat. “Kövsər” nəşriyyatı, Bakı, 2011, 

234 s.  


7.  Хью  Олдерси-Уильятс,  Филип  Болл, 

Брайан Клечч, Джон Эмсли, Марк Лич, 

Джеффери Моран, эрик Сцерри, Андреа 

Селла,  Филип  Стюарт.  Химия  за 30 

секунд. 50 наиболее 

знаемых 


химических  элементов,  каждому  из 

которых 


посвящено 

полминуты. 

Москва,  РИПОЛ  КЛАССИК, 2014, с. 

160. 


 


Kimya məktəbdə 

 



 

В.М. Аббасов, А.М. Тагиева 

Институт Нефтехимических Процессов имени акад. Ю.Г.Мамедалиева 

 

ВАЖНОСТ ПРЕПОДАВАНИЯ ШКОЛЬНИКАМ НАУЧНО-ПОПУЛЯРНОЙ 

ИНФОРМАЦИИ О ПОЛЕЗНЫХ ХИМИЧЕСКИХ ЭЛЕМЕНТАХ 

(Na, K, Mg, Ca)

 

 

АННОТАЦИЯ  

 

При преподавании химии важно преподнести школьникам достаточно полную 



информацию  о  химических  элементах.  В  тоже  время  необходимо  объяснить  им 

жизненную важность этих элементов.  

Более 50 из  известных  элементов  играют  важную  роль  в  жизни  живых 

организмов,  а  также  в  решении  технологических,  энергетических  и  социальных 

проблем.  

В этой статье сообщаются интересные сведения об элементах Na, K, Mg, Ca.

  

 

 



V.M.Abbasov, A.M.Tagiyeva 

The Institute of Petro-Chemical Processes named by acad. Y.H.Mamedaliyev 

 

THE IMPORTANCE of INFORMING the STUDENTS WITH a 

POPULAR-SCIENTIFIC INFORMATION ABOUT the MOST IMPORTANT 

CHEMICAL ELEMENTS (Na, K, Mg, Ca)

 

 

ANNOTATION 

 

It’s important to deliver enough information about elements to the students while 

studying chemistry. Also it should be so that the information can show the life importance 

of the noted elements.  

50 of the known elements are assuming the special importance of technical, 

energetic and social problems in the life of living organisms.  

In this article are given a lot of interesting information about Na, K, Mg və Ca.

 

 



 

Açar sözlər: Kimyəvi element, dövri sistem, elektron, qələvi və qələvi torpaq elementləri 

 

Ключевые слова: химический элемент, периодический систем, электрон, 

щелочные и щелочно-земельные элементы. 



 

Key words: chemical element, periodic systems, electron, alkali and alkaline earth 

elements. 



 

Yüklə 56,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə