48
Muxtar Respublikası şəraitində 2 nəsil verir. İkinci nəslin sürfələri iyul
ayının birinci yarısında puplaşmağa başlayırlar. İyul ayının axırında
puplardan çıxan böcəklərə sentyabr ayınadək təbiətdə rast gəlinir.
Ədəbiyyat məlumatlarına əsasən, zərərverici Azərbaycanın Şəki-
Zaqatala,
Quba-Xaçmaz, Dağlıq Qarabağ, Naxçıvan Muxtar Respublikası və
Lənkəran bölgələrində daha geniş yayılmışdır [116, s. 305].
5.13. Yponomeuta padella (Linnaeus, 1758) - Meyvə güvəsi
Y. padella 5 sinonimi ilə -
Phalaena padella Linnaeus, 1758;
Hypo-
nomeuta diffluellus Heinemann, 1870;
Yponomeuta diffluellus;
Yponomeuta
rhamnellus Gershenson, 1974;
Yponomeuta rhamnellus də tanınır [175].
Meyvə güvəsi kəpənəklər (
Lepidoptera) dəstəsinin sincabaoxşar
güvələr (
Yponomeutidae) fəsiləsinə aiddir. Kəpənəyin qanadları açılmış
vəziyyətdə ölçüsü 18-22 mm-dir. Ön qanadlarında 3 cərgə ilə düzülmüş 16-
19 qara nöqtələr vardır. Arxa qanadlar boz kül rəngindədir. Tırtıllar 14-16
mm uzunluqda olmaqla sarımtıl göy rənglidir. Pupu tünd sarı olmaqla bədən
ölçüsü 7-11 mm-dir.
Muxtar respublikanın meyvə bağlarında geniş yayılaraq yalnız
çəyirdəkli meyvə bitkilərinə-ərik, şaftalı, gavalı, badam, alça və s. zərər
verir. Şaftalı və əriyin ciddi zərərvericisi hesab edilir. Bu bitkilərə 35-45%
zərər verir. Ədəbiyyat məlumatlarına əsasən, meyvə güvəsinin tırtılları ərik,
şaftalı, gilas və alça bitkilərinin yarpaqları ilə qidalanır [93,94, s. 32-34].
Apardığımız müşahidələrdən aydın olmuşdur ki, zərərverici adları çəkilən
ağaclardan başqa, badam ağacı və onun orqanları ilə də qidalanır. Ərik ağacı
üzərində apardığımız müşahidələrə əsasən, meyvə güvəsinin kəpənəyinin
bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq iyul
ayının axırlarına və avqust ayının əvvəllərinədək davam edir (şək. 5.3).
Şək. 5.3. Naxçıvan Muxtar Respublikasında
Meyvə güvəsinin uçuş dinamikası